Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-458/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsX4,Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Vəliyəddin oğlunun iştirakı ilə xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, təqaüdçü, ünvan 1 qeydiyyatda olan və həminünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında ona yaşadığı evdə spirtli içkilər içməsini irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs sifətindən sillə ilə, daha sonra pol ağacı ilə baş və bədən nahiyyələrindən qəsdən vuraraq, ona sol bazunun, sol dirsək və sol said nahiyyələrinin arxa və qismən yan səthlərin əhatə edən geniş sahəli dərialtı hematoması, sol dirsək oynağının şişkinliyi və hematoma hesabına əzilməsi, hərəkət məhdudluğu ilə; təpə nahiyyəsinin sağ yarısının əzilmiş yarası; sağ saidin aşağı 1/3-nin bayır səthinin və bel nahiyəsinin sağ yarısının qançırları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında evdə olan televizoru təsadüfən yandırmasına görə aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə qəsdən həyat yoldaşı X1 nahiyyəsindən vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan, sol gözətrafı yumuşaq toxumaların- sol üst və alt göz qapaqlarına, sol gözaltı nahiyədə əhatə olunmaqla qançırşişkinliyi, sol gözün bayır kənarının səthi əzilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m 8-ci küçə, ev 17-də qeydiyyatda olmaqla həmin ünvanda arvadı Zərərçəkmiş şəxs ilə ər-arvad kimi yaşayır. Zərərçəkmiş şəxs ilə ailə qurandan sonra ayrı otaqlarda yatırlar. 2019-cu ilin sentyabr ayından Şahid onun evində kirayəşin kimi yaşamağa başlamışdır. Azər onların yaşadığı evin bir otağında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Şahidla birlikdə yatdığı otaqda oturub yemək yeyib spirtli içki qəbul etmiş, həmin vaxt Gülyaz öz otağından onun otağına gəlmişdir. Gülyaz onun otağına gələn zaman onların yeyib içdiyini görüb onu söyüb təhqir edib evi satacağını və evdən onu qovacağını demişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Gülyaz ona yenidən cavab qaytararaq, onu söyüb təhqir etdməyə başladığına görə yumruq və təpiklə Gülyazın başına və bədəninə zərbələr vurduqdan sonra otağında taxta materialından olan pol ağacını götürüb təkrar Gülyazın başına və bədəninə zərbələr vurmuşdur. Həmin vaxt Azər onları aralaşdırmağa başlamışdır. Azər Gülyazın qolundan tutub evdən bayıra çıxardıb, bir müddətdən sonra gəlməməsini demişdir. Gülyaz da bayıra çıxıb getmişdir. Həmin vaxtdan sonra bacısı Xuramangilə getmiş və orada yaşamağa başlamışdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döydüyünə görə Zərərçəkmiş şəxs onun barəsində Abşeron rayon Polis İdarəsinəərizə ilə müraciət etdiyindən çox vaxt Bakı şəhərində yaşayan bacısının evinə gedib orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evə getmişdir. Evə gələndə Gülyaz ona televizorun yanıdığını demişdir. Gülyazdan nə üçün televizorun yandırdığını soruşduqda, Gülyaz da yuxuya daldığını və buna görə şamın televizorun üzərində əriyib televizorun plastmasının yandırdığını bildirdikdə, əsəbiələşərək bir dəfə yumruqla Gülyazın sifətindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Gülyaz yerə yıxımış, Gülyazı döydükdən sonra Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Baş vermiş hadisə təxminən 30 dəqiqə ərzində davam etmişdir. Hadisə zamanı evdə özü, Gülyaz və Azər olmuşdur. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döyən zaman evdə ikisindən başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 1 dəqiqə ərzində davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildən ailə həyatı qurmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m 8-ci küçə, ev 17-də qeydiyyatda olmaqla həmin ünvanda Təqsirləndirilən şəxso ğlu ilə ər-arvad münasibətlərində yaşayır. Onlar bir neçə ildir ki, yaşadığı evdə kirayəşinlər saxlayırlar. Şahid təxminən 4-5 ay olar ki, onların yaşadığı evin həyətində olan 1 otaqda kirayəşin kimi qalmağa başlamışdır. Sonunucu onların evində qalan zamandan, Vahid spirtli içki audəçisinə çevrilmişdir. Buna görə də aralarında mübahisələr baş verir. Vahiddən heç bir orqana müraciət etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində işdən çıxıb evə gəlmişdir. Evə gələn zaman Vahidin yatdığı otaqda Vahidin Azərlə birlikdə oturub yeymək yeyib spirtli içki qəbul etdiklərini görmüşdür. Vahidə öz iradını bildirən zaman, sonuncu onu nalayiq söyüşlərlə söyüb təhqir edərək sillə ilə sifətinə bir dəfə zərbə vurmuşdur. Evdən həyətə qaçmış, Vahid də onun arxası ilə həyətə çıxmışdır. Vahid əlində olan pol yuyan ağacla onun qoluna vurmuş, pol yuyan ağac Vahidin əlində sınmışdır. Vahid pol yuyan ağacın əlində qalan hissəsi ilə onun başına və bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Vahidin əlindən çıxıb küçəyə çıxmış və avtobusa minib 1 saylı klinik tibbi mərkəzinə getmişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu döydüyünə görə Vahidin barəsində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtdan etibarən Vahid çox vaxt bakı şəhərində yaşayan bacısının evinə gedib orada qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində, evdə olan televizorun üzərinə şam yandırıb qoymuş və onu yuxu apardığından yatmışdır. Bir neçə vaxtdan sonra qonşunun onu səsləməsinə oyanmış, oyanan kimi televizorun tüstülədiyini görüb şamı tez söndürmışdır. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində evdə olan zaman Vahid evə gəlmişdir. Vahid gələndə sonuncuya televizorun yandığını bildirmişdir. Vahid nə üçün televizoru yandırdığını soruşduqda, yuxuya daldığını və buna görə şamın televizorun üzərində əriyib televizorun plastmasının yandığını deyən zaman, Vahid əsəbiələşərək bir dəfə onun sifətindən yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxılandan sonra Vahid yumruqla onun boynunun arxasından zərəbələr vurmşdur. Bundan sonra yerdən qalxıb Vahidə boşanmaq üçün məhkəməyə müraciət edəcəyini demişdir. Daha sonra Abşeron rayon Polis İdarəsinə gələrək şikayət etmişdir. Təqsirləndirilən şəxs evdə spirtli içki qəbul etməməsini dediyinə görə Vahid onu döymüşdür. Azər, əri Vahidi spirtli içkiyə qurşatdığına görə, ilkin izahatında Azərin onu döydüyünü bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Vahid onu döyən zaman Azər Vahidi tutmuş və həyətdən küçəyə çıxmışdır. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə təxminən 10 dəqiqə ərzində davam etmişdir. Şamı yandırıb televizorun üstünə qoymuş, şam əriyib televizoru yandırmışdır. xx xxxx 2020-ci il tarixdə Vahid onu döyən zaman evdə ikisindən başqa heç kim olmamışdır. Vahid onu əvvəllər döysədə, Vahiddən şikayət etməmişdir. xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Vahid ona yumruqla bir zərbə vurmuş, daha sonra evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs təqdim etidiyi dsikdə olan səs yazısının onun Azər adlə şəxslə olan danışığı olduğunu bildirmişdir. Həmin danışıq onların yaşadıqları evdə olmuşdur. Vahid hər dəfə onu döyürmüş, onu evdən qovurmuş, hətta Vahid onun əşyalarını bayıra atmışdır. Vahid onu döydüyünə görə, əsəbiləşərək Azərlə bu barədə danışmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur, Zərərçəkmiş şəxs isə sonuncunun həyat yoldaşıdır. 4-5 ay olarmış ki, Vahidə məxsus evdə otaqların birində kirayə yaşamışdır. Vahidlə Gülyaz arasında mütəmmadi olaraq sözlə mübahisələr baş vermişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində, qohumu Vahidlə Vahidin otağında oturub spirtli içkilər içən zaman, Gülyaz həmin evə daxil olaraq Vahidi söyüb təhqir edərək, evi satacağını və Vahidi həmin evdən qovacağını bildirmişdir. Bu səbəbdən Vahidlə Gülyaz arasında mübahisə baş vermiş və mübahisə zamanı Gülyaz Vahidə cavab qaytardığı üçün Vahid taxta parçasını götürüb Gülyazın bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Bundan sonra Vahidi birtəhər sakitləşdirib Gülyazı onun əlindən almışdır. Hadisə baş verən zaman Gülyaza heç-bir xəsarət yetirməmişdir. Hadisə baş verməzdən əvvəl Vahidlə spirtli içkilər içməsinə görə Gülyaz ondan polis orqanlarına şikayət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 304 №li rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazunun, sol dirsək və sol said nahiyələrinin arxa və qismən yan səthlərini əhatə edən geniş sahəli dərialtı hematoması; sol dirsək oynağının şişkinlik və hematoma hesabına əzilməsi, hərəkət məhdudluğu ilə təpə nahiyəsinin sağ yarısının əzilmiş yarası, sağ saidin aşağı 1/3-nin bayır səthinin və bel nahiyəsinin sağ yarısının qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddət və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə dava-dalaş zamanı boru ilə, yumruqla və təpiklə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 500 №-li rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan, sol gözətrayı yumşaq toxumaların- sol üst və alt göz qapaqlarına, sol gözaltı nahiyədə əhatə olunmaqla qançır-şişkinliyi, sol gözün bayır kənarının səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə yəni xx xxxx 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxx 2020-ci il tarixli 890 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül Kəmağıllıq (orta debillik dərəcəsində oliqofreniya) aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (uşaqlıqdan yaşıdlarına nəzərən əqli inkişafda bir qədər geri qalması, qavramasının zəif olması ilə əlaqədar məktəbdə formal oxuyaraq dörd sinif bitirməsi, hərbi çağırış zamanı müayinə edilərək ordu sıralarında hərbi xidmətindən azad edilməsi, xəstəliyi ilə əlaqədar İİİ qrup əlil olması, Abşeron rayon poliklinakasının ruhi-əsəb kabinetində 2008-ci ildən “ Oliqafreniya yüngül dərəcəli debillik” diaqnozu ilə dispanser qeydiyyatda olması hazırki müayinə zamanı maraq dairəsinin nisbətən enməsi, intelektual imkanların nisbətən zəyifliyi, təfəkkürün konkretliyi, mülahizələrinin səthiliyi və s.) təsdiq edir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliyni dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət əqədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bunula yanaşı qeyd edilməlidir ki, cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən yüngül kəmağıllıq (orta debillik dərəcəsində oliqofreniya) ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarkterini, ictimai təhlükəliyni tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də V.Ə.Bayrmovun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs X5 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X5 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-458/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-458/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver