Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-458/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Ermənistan Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 1-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, 1A-da yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan vaxtda və yerdə qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı əldə edərək Abşeron rayonu Mehdiabad qəsəbəsi, Mehdiabad-Novxanı yolu “Lukoil” YDM-nin yaxınlığında belinə taxıb daşımış, saxlamış və üzərində gəzdirmiş, 17 sentyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin Mehdabad PB-in əməkdaşları tərəfindən saxlanılaraq, həmin silah, onun komplekt hissəsi olan–darağı və döyüş sursatı olan– patronları ilə birlikdə Abşeron rayon polis idarəsinin Mehdabad polis bölməsinə gətirilərək həmin gün saat 16:40-dan 17:05-dək şəxsi axtarış aparılan zamanı üzərindən bir ədəd «Makarov» konstruksiyalı tapança, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı ilə birlikdə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, yəni gərək belə bir silahı götürməli olmadığını bildirib,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının ortalarında Abşeron rayon Saray qəsəbəsibdə Mərasim evinin yaxınlığında hasarın dibində 01 ədəd tapanca olduğunu görüb əvəlcə həmin tapançanın oyuncaq olduğunu düşünüb yerdən götürüb tapançanın həqiqi tapanca olduğunu müəyyən edib və darağın çıxardaraq baxdıqda darağın içərisində 08 ədəd patron olduğunu görmüşdür. Həmin tapancanı evə aparmağa qorxduğundan Abşeron rayonu Mehdiabad-Novxanı yolunun kənarında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlətmişdir. Həmin tapançadan xoşu gəldiyi üçün bəzi hallarda götürüb gəzdirirdikdən sonra yenə aparıb həmin yerdə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə günorta radələrində Abşeron rayonu Mehdiabad-Novxanı yolunun kənarında yerləşən Lukoil yanacaq doldurma məntəqəsinin yaxınlığında tapançanı gizlətdiyi yerdən götürüb əynində olan şalvarın qayışının altına-yəni bel nahiyyəsinə keçirmiş, sonra əynindəki köynəklə üzərini örtərək oradan uzaqlaşanda iki nəfər şəxs yaxınlaşıb və özlərini polis əməkdaşı kimi təqdim edib və ona da özünü təqdim etməyi dedikdə o, adını və soyadını polis işçilərinə demişdir. Polis əməkdaşları ona üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olmasını və onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə gəlməyi təklif etdikdə etraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşreron RPİ-nin Mehtiabad PB-nə gəlmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifəlləri izah edilməklə təmin edilməklə üzərində qanunla qadağan edilən hər hansı əşya varsa təqdim etmək təklif edildiyindən, şalvarımın bel nahiyyəsində saxladığı bir ədəd Makarov tapancasını üzərində olan sandıqca və sandıqcanın içərisində olan 08 ədəd patronlarla birlikdə polis əməkdaşına təqdim etmişdir. Ondan sonra üzərimdə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində qanunla qadagan edilmiş duigər əşya aşakar edilməmişdir. Həmin silahı hardan əldə edildiyi soruşulduqda. Həmin tapançanı 2024-cü ilin avqust ayının ortalarında Saray qəsəbəsində mərasim evinin yaxınlığında tapdığını və həmin vaxtdan “Likoil” yanacaq doldurma məntəqsinin yaxınlığında yolun kənarında gizlətdiyimi və tutulan gün gizlətdiyi yerdən götürdüyünü izah etmişdir. Üzərindən aşkar edilmiş tapança zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzası ilə təsdiq etmişdir. Həmin silahın onda olması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-də sahə polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsi Natiq Abbasov küçəsində yaşayan 1968-ci il təvəlüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzidirməsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanlması məqsədi ilə, bölmə rəhbərliyinə raportla müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi polis polkovnik-leytenantı Ceyhun Qasımov tərəfindən əməliyyat qrupu yaradılmış və həmin qrupa o və Şahid1 daxil edilmişdir. Qurupa daxil edilmiş həmin gün əməliyyat tədbiri keçirilmiş və Ağazadə X4 rayon, Mehdiabad-Novxanı yolunun kənarında yerləşən “Lkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu müəyyən edilmiş və ona yaxınlaşaraq, özlərini təqdim edib üzərində silah saxlamaqda şübhəli bilindiyi üçün birlikdə Mehdiabad PB-nə gəlməyi təklif etdikdə, o etraz etməmiş və onu Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmişlər və bu barədə bölmə rəhbərliyinə raportla məruz etmişlər. Mehdiabad PB-də ona əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra dəvət olunmuş vəkilin və digər iştirakçılarla birlikdə xidməti otaqların birində video-görüntü ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs gizlətdiyi silah yaxud dövriyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın bel nahiyyəsinə keçirtdiyi Makarov markalı tapancanı çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş digər əşya aşkar edilməmişdir. Həmin tapançaya baxış keçirilərkən icərisində bir ədəd sandıqca 8 ədəd patronla birlikdə olması aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı bir ay əvvəl Saray qəsəbəsində mərasim evinin yaxınlığında tapdığını bildirmişdir. Həmçin tapanca götürülərək zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş həmin protokolu və zərfin üzərini imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək bir daha onun ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video- görüntü köçürülmüş DVD diskinə baxış keçirildi. Disk açıldıqda içərisində 01 ədəd qovluq aşkar edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Mehdiabad qəsəbəsi, Mehdiabd-Novxanı yolunun üzərində yerləşən Lukoil yanacaq doldurma məntəqəsinin qarşısında yolda piyada hərəkətdə olarkən Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmiş və saat 16:40 radələrindən saat 17:05 radələrindək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirlən zaman qeydə aınmış video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində yerləşən xidməti otaqda X3 üzərində müdafiəçinin iştirakı ilə vidieo görüntü ilə şəxsi axtarış keçirilməzdən əvvəl ondan gizlətdiyi silah yaxud dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra X5 əynində olan şalvarın bel nahiyyəsində saxladığı Makarov markalı tapançanı içərisində olan darağı və 08 ədəd patronları ilə birlikdə polis əməkdaşına təqdim edir. Ondan həmin silahı hardan əldə etdiyi soruşulduqda o, həmin silahı bir ay əvvəl Saray qəsəbəsində mərasim evinin yaxınlıgında tapdığını bildirir. Ondan sonra üzərində şəxsi axtarış davam etdirilir və üzərtində qanunla qadagan edilmiş digər əşya aşakar edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/1462 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivi odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır.Silahın təynatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-daragıdır, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x 18 mm kalibirli olmaqla, həmin kalibirli makarov (MP) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yaralıdırlar. Qeyd: təqdim edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş, «Makarov» konstruksiyalı tapança, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağ iş üzrə maddi sübut qismində tanınaraq və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 07 .10 .2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1995-ci il tarixli 425 saylı əfv fərmanına əsasən azad edilmişdir. Bundan başqa Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.-ci maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2008-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa, Salyan rayon məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2013-cü il tarixdə CM-nin 93.1.4-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunub və cəzanın sonu ilə azad edilib. Bundan başqa, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzası təyin edilib və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına 2.8-ci bəndinə əsasən cəzadan xx.xx.2021-ci ildə azad edilibdir və məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-672/2024 saylı qərarı ilə barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş, «Makarov» konstruksiyalı tapança, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video-çəkiliş görüntüləri olan DVD farmatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş «Makarov» konstruksiyalı tapança, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağ xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video- çəkiliş görüntüləri olan DVD farmatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-458/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-458/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver