Məhkəmə qərarları › İş №1(012)-46/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-46/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-46/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 22-də qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 00 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evində, ondan icazəsiz bacısının yas mərasiminə getdiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə yumruqla vuraraq, sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi; alın nahiyəsinin sol hissəsinin və təpə nahiyəsinin sol yarısının dərialtı hematomaları; sağ gözün alt qapağının qançırı; döş qəfəsinin sağ yarısının ön səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin və sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları; sağ bazunun aşağı 1/3-nin bayır səthinin qançırı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nigahsız arvadıdır. Onlar Saray qəsəbəsində yaşayırlar və həmin həyətdə onun anası da yaşayır. Təxminən 1 aydan çox müddətdə Zərərçəkmiş şəxs onun yaşadığı evdən çıxıb atası evinə getmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs valideynlərinin evindən öz evinə gətirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 00 radələrində yaşadığı evdə olan zaman spirtli içki qəbul etmiş və Zərərçəkmiş şəxs nəyə görə vəfat edən bacısı Fatmanın evinə getdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə qara bayramla əlaqədar bacısının evinə getdiyini demişdir. Bundan sonra Fəridədən Fatmanın evinə neçə dəfə getdiyini soruşan zaman Fəridə ilkin olaraq bir dəfə desə də, daha sonra iki dəfə getdiyini etiraf etmişdir. Daha sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə vaxtı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs bir həyətdə yaşadıqları ana evinə qaçmış və Fəridənin arxasınca getmişdir. Həmin vaxt onun qardaşı Bağbala onun qarşısını kəsmiş və nə baş verdiyini soruşmuşdur. Bu vaxt qardaşına işi ilə məşğul olmasını xahiş etmişdir. Onun qardaşından sonra anası Çimnaz onun qarşısını kəsmiş və dava-dalaş etməməsini xahiş edən zaman anası Çimnazın xahişini eşidərək arvadı Fəridəni döyməkdən vaz keçmişdir. Həmin günün səhəri ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Həmin vaxt yanlarında heç kim olmamış, səsə hər-hansı bir qonşunun gəlməmiş, tək anası Çimnazın orada olmuş, Çimnazın həmin vaxt onları dava-dalaş etməyə qoymamış və aralarında olan mübahisə təxminən yarım saatadək baş vermişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə onun bacısı Fatma Cəbrayılova vəfat etmiş və təxminən 1 aydan çox müddətdə valideynlərinin evində qalmışdır. Lakin, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu yaşadığı evə gətimrişdir. Onlar bir-iki gün mehriban yaşasalar da xx.xx.2020-ci il tarixdə saat 00 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs spirtli içki qəbul etmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı Vüsal ondan vəfat edən bacısı Fatmanın evinə nəyə görə çox getdiyini soruşan zaman Vüsala həmin evə çox getmədiyini demiş və bu vaxt Vüsal onun üzərinə hücum çəkərək onun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt Vüsal onu yaşadıqları evdə döymüş və Vüsalın əlindən qaçaraq bir həyətdə yaşadıqları qaynanası Çimnazın evinə getmişdir. Bu vaxt Vüsal onun arxasınca gəlmiş, həmin Vüsalın qardaşı Bağbala Vüsalın qarşısını kəsərək dava-dalaş etməməyi xahiş etmişdir. Lakin, Vüsal qardaşı Bağbalanın xahişini eşitmədən onun olduğu Çimnazın evinə gəlmiş və bu vaxt onu yerə yıxaraq bir neçə dəfə bədən nahiyyəsindən təpiklə vurmuşdur. Daha sonra Vüsalın anası Çimnaz araya girmiş və onları dava-dalaş etməyə qoymamışdır. Bundan sonra Çimnazın halı pisləşmiş və Vüsal da onu döyməkdən çəkilmişdir. Aralarında olan dava-dalaş təxminən 1 saata qədər çəkmiş, həmin vaxt onların yanınıda tək qaynanası Çimnazın olmuş, səsə də başqa heç bir qonşu gəlməmiş, ona görə də heç kim onların davanısını görməmiş, habelə Vüsal onu boğmaq istəmiş və Təqsirləndirilən şəxs əlində hər-hansı bir alət olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun gəlinidir. xx.xx.2020-ci il tarixdə saat 00 radələrində yaşadığı evdə olan zaman həyətdə səs eşitmiş və dərhal küçəyə çıxmışdır. Bu vaxt oğlu Vüsalın evinə getmiş və Vüsalın Fəridəni döydüyünü görmüşdür. Həmin vaxt Vüsaldan nə baş verdiyini soruşduqda, Vüsal ona Fəridənin yalan danışdığını, Fəridənin vəfat edən bacısı Fatmanın evinə bir neçə dəfə getdiyini demişdir. Həmin vaxt Fəridəni yaşadığı evdən çıxarıb öz evinə aparsa da, Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişdir. Vüsal həmin vaxt onun evində də Fəridəni döymüşdür. Şəkərli diabet xəstəsi olduğu üçün həmin vaxt halı pisləşmiş və bundan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs döyməkdən əl çəkmişdir. Hətta Vüsal yaşadığı evə getmişdir. Bundan sonra Fəridə ona dərman verdikdənsonra bir müddət sonra özünə gəlmişdir. Daha sonra ona məlum olmuşdur ki, Fəridə bu barədə anasına məlumat vermiş və anası da onların yaşadığı evə polisə göndərmişdir. Fəridə ilə Vüsalın davası yaşadıqları evdə təxminən 30-40 dəqiqə müddətində olmuş, onların səsinə heç bir qonşu gəlməmiş, özü tək səsə gəlmiş və Vüsal ilə Fəridəni dava-dalaş etməyə qoymamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 645 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi; alın nahiyəsinin sol hissəsinin və təpə nahiyəsinin sol yarısının dərialtı hematomaları; sağ gözün alt qapağının qançırı; döş qəfəsinin sağ yarısının ön səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin və sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları; sağ bazunun aşağı 1/3-nin bayır səthinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində həbs etmənin əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq, Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş, notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və məhkəmə zalında həbsdən azad edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçi vəkil Müdafiəçi 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçi vəkil Müdafiəçi 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar