Məhkəmə qərarları › İş №1(012)-46/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-46/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-46/2022 11.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, oğlunun, Zərərçəkmiş şəxs8, zərəçəkmiş şəxsin nümayəndələri X6 və Nümayəndə2, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs Allahveri oğlu və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Kəlbəcər rayonu Qaraqanlı kəndində anadan olmuş, orta təhsilli, azərbaycanlı, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli hökmü ilə AR CM-nin 128, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03.09.2019-cu il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 10.07.2020-ci ildə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, habelə binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq və vətəndaşın şəxsiyyət vəsiqəsini talama cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində "xxxx" MTK-ya məxsus Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində yerləşən 27a saylı çox mənzilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 30 ədəd, cəmi 1500 manat dəyərində su sayğaclarını, 20 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində həmin çox mənzilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 30 ədəd, cəmi 1500 manat dəyərində su sayğaclarını və 29 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində isə həmin çox mənzilli yaşayış evinin dəhlizində quraşdırılmış bir ədədi 50 manat olan 8 ədəd, cəmi 400 manat dəyərində su sayğaclarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş "xxxx" MTK-ya ümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü küçədə yerləşən 98 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək yaşayış sahəsinə qanunsuz daxil olub həyətdəki saxlanc yeri hesab edilən yarımtiklinin içərisində quraşdırılmış 1265,70 manat dəyərində “İtalherm” markalı 01 ədəd kombini və 45 manat dəyərində 01 ədəd elektrik gərginliyini tənzimləyən cihazı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1310,70 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs2 Allahvedi oğlunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci döngədə yerləşən 63 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək yaşayış sahəsinə qanunsuz daxil olub, evin sağ tərəfində divara quraşdırılmış 1100 manat dəyərində bir ədəd kombini və həyətədəki stolun üzərində olan 30 manat dəyərində bir ədəd sökülmüş vəziyyətdə elektrik su motorunu ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 1130 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən evə qapıdan yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 300 manat dəyərində bir ədəd Saz müsiqi alətini, 50 manat dəyərində kişi gödəkçəsini və 50 manat dəyərində kişi şalvarını ələ keçirib, Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsindəki fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış yerinə qanunsuz daxil olub, evin uşaq otağında dolabın içərisində olan 1250 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 3 ünvanında yerləşən tikintisi başa çatmamış yarımtikili ev olan saxlanc yerinə qanunsuz daxil olub, oradan bir metri 1 manat olan, cəmi 300 manat dəyərində 300 metr uzunluğunda elektrik naqilini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 yanvar 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs9 MMC-nin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Abşeron Telekommunikasiya qovşağının binasının birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığını sındırmaqla binaya qanunsuz daxil olub, binanın birinci mərtəbəsindən 1000 metr uzunluğunda “PKSV” markalı kabeli və bir ədəd 75 amperlik akkumulyatoru ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs9 MMC-yə ümumilikdə 329,98 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evin birinci mərtəbəsinin pəncərəsini dəmir parçası ilə açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 250 manat dəyərində bir ədəd qaynaq cihazını, 250 manat dəyərində bir ədəd laqondanı, 100 manat dəyərində bir ədəd “Bosh” markalı laqondanı, 200 manat dəyərində bir ədəd elektrik mişarını, 30 manat dəyərində bir ədəd istifadə olunmuş “MAG storm” markalı dreli, bir bağlaması 45 manat olan, cəmi 90 manat dəyərində 2 bağlamada 200 metr uzunuluğunda 4 mm-lik elektrik naqillərini, 90 manat dəyərində bir ədəd istifadə olunmuş 7 litr tutumlu odunla işləyən samovarı, 500 manat dəyərində bir ədəd digər samovarı və 500 manat dəyərində gümüşqaşıq dəstini ələ keçirib, Zərərçəkmiş şəxs6a ümumilikdə 2010 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evin həyətinə qanunsuz olaraq daxil olmuş, oradan bir ədəd 95 manat dəyərində su matorunu, evin pəncərəsini açmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağında dolabdakı bir ədəd 300 manat dəyərində qızıl boyunbağını, 200 manat pulu və Zərərçəkmiş şəxs7 AZE-******** nömrəli şəxsiyyət vəsiqəsini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 595 manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2021-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə inşa etdirdiyi yaşayış olmayan evin pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub, bir qutusu 4 manat olan 60 manat dəyərində 15 qutu şurupları, bir metri 2,5 manat olan 375 manat dəyərində 150 metr elektrik naqilini, 100 manat dəyərində bir ədəd laqondanı, 50 manat dəyərində bir ədəd dreli, bir ədədi 5 manat olan 10 manat dəyərində 2 ədəd çəkici və bir ədədi 7,5 manat olan 15 manat dəyərində 2 ədəd mişarı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15 sentyabr 2020-ci il tarixdə Qurtuluş-93 yaşayış kompleksində fəhləlik edib saat təxminən 18 radələrində evə gedəndə orada olan yeni inşa edilmiş və yaşayış olmayan iki girişli binanın bir girişinə girib mərtəbələrdə quraşdırılmış su sayğaclarından açaraq oradan tapdığı torbaya yığmış və həmin ərazidə olan zibillikdə su sayğaclarının plastmas olan hissələrini çıxardıb ataraq metal olan hissələrini torbaya yığıb həmin ərazidə gizlətmişdir. Səhəri günü Qurtuluş-93 yaşayış kompleksin ərazisində metal yığan tanımadığı şəxsə bir kiloqramını 4 manata sataraq xatırlamadığı məbləğdə pul almış, aldığı pulu da ailəsinə və özünün şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan təxminən 5 gün sonra, 20 sentyabr 2020-ci il tarixdə, saat təxminən 14 radələrində yenə Qurtuluş-93 yaşayış kompleksində əvvəl oğurluq etdiyi binanın digər girişinə girərək mərtəbələrin blokunda quraşdırılmış su sayğaclarını yerindən açaraq üzərlərində olan plasmasları açıb metal olan hissələrini torbaya yığmış və həmin ərazidə gizlətmiş və səhəri günü səyyar şəkildə metal qəbul edən tanımadığı şəxsə satıb xatırlamadığı məbləğdə pul almışdır. Bundan sonra 29 sentyabr 2020-ci il tarixdə saat təxminən 15 radələrində həmin yeni inşa edilmiş yaşayış binasının qarşısından keçdikdə əvvəl oğurladığı su sayğaclarının yerinə yenilərinin quraşdırıldığını görüb binanın blokuna girmiş və 8 ədəd su sayğaclarını açıb plastmas olan hissələrini ayırıb metal olan hissələrini əlində olan torbaya yığmış və binanın girişindən çıxanda orada olan şəxs ondan torbada nə olduğunu soruşmuş və onu saxlayıb polis çağıraraq onu polisə təhvil vermişdir. O, birinci dəfə təxminən 30 ədəd, ikinci dəfə də təxminən 30 ədəd su sayğaclarını oğurlamış, sayğaclari satdığı şəxs də onun oğurluq olduğunu bilməmiş və həmin şəxsin şəxsiyyətini də bilmir. Bundan başqa göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Abşeron rayonu Qobu qəsəbəsində fəhləliklə məşğul olmuş, 2021-ci ilin yanvar ayının ortalarında Qobu qəsəbəsində adını bilmədiyi şəxsin sexində fəhlə işləmiş və elə çox vaxt elə işlədiyi yerdə gecələr də qalmışdır. Həmin işlədiyi yerin qonşuluğunda bir yaşayış evində heç kimin yaşamadığını görmüş, ona görə həmin evdən oğurluq etmək istəmiş, 20 yanvar 2021-ci il tarixdə təxminən saat 23 radələrində həmin evin həyətinə hasarın üstündən keçərək girmiş və evin ikinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındıraraq həmin otağa girmiş, oradan oğurlamağa ona lazım olan əşya olmamış, evin birinci mərtəbəsinin plastmas pəncərəsini dəmir parçası ilə açaraq ora girmiş və orada olan bir ədəd qaynaq cihazını, bir ədəd markasını bilmədiyim laqondanı, bir ədəd “Bosh” markalı laqondanı, bir ədəd markasını bilmədiyim elektrik mişarını, bir ədəd “MAG storm” markalı dreli, iki bağlama 4 mm-lik elektrik naqillərini, iki ədəd samovarı və gümüş qaşıq dəstini daşıyaraq hasardan çölə atmış, sonra onları iş yerinin yaxınlığında olan yerdə gizlətmişdir. Ondan sonra yenidən həmin evə qayıdıb gecə ikinci mərtəbədə olan otaqda yatmış, səhəri günü saat 09 radələrində həmin evdən çıxıb oğurladığı əşyalardan bir ədəd qaynaq cihazını, bir ədəd laqondanı və bir ədəd samovarı metal qəbul edən Nurlan adlı şəxsin sexində 30 manata satmış və ona həmin malların oğurluq olduğunu deməmişdir.Oğurladığı elektrik naqillərini yandırıb içərisindəki misləri çıxarmış, oğurladığı bir ədəd laqondanı, bir ədəd samovarı, qaşıq dəstini Qobu qəsəbəsində bir Qazel markalı avtomobillə metal yığan nömrəsini bilmədiyi avtomobilin sürücüsünə cəmi 25 manata satmış, həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmiş, aldığı pulları da özünə xərcləmiş, həmin evdən oğurladığı bir ədəd samovarı və bir ədəd dreli istintaqa təqdim etmişdir. Bundan başqa göstərmişdir ki, 05 noyabr 2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə getmiş, qəsəbədə bir qədər gəzib dolaşdıqdan sonra yaşayışı olmayan boş ev axtarmağa başlamış, həmin ərazidə yanında yarımtikilisi olan bir fərdi evin ətrafında dolaşarkən orada yaşayış olmadığına əmin olmuş və oğurluq etməyi qərara almışdır. Təxminən axşam saat 23 radələrində həmin evin yanına gəlmiş və həyətə tullanıb yarımtikili istiqamətinə keçmiş, həmin yarımtikilidən evə giriş qapısı olmuş, o, həmin qapını itəlidkdə qapının qıfılının açıq vəziyyətdə olduğunu görüb oradan evə keçmiş, evin hər iki otağından qiymətli əşyalar və pul axtarsa da, tapa bilməmişdir. Bundan sonra evin yataq otağında olan paltar dolabını axtardıqda oradan bir ədəd kişi şalvarı və bir ədəd kişi gödəkçəsini götürmüş, bundan sonra dolabın yanında bir ədəd saz aləti də olduğunu görüb götürmüş və evi tərk edib getmiş, evdən götürdüyü geyim əşyalarını özü istifadə edib atmış, lakin oğurladığı saz alətini Yasamal bazarına aparıb orada tanımadığı şəxsə 40 manat satmış və əldə etdiyi pulu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, işlədiyi yerin qonşuluğunda yarımtikili fərdi həyət olduğunu görmüş və ona görə də həmin yarımtikilidən oğurluq etməyi qərara almışdır. 16 yanvar 2021-ci il tarixdə təxminən saat 23 radələrində həmin yarımtikilinin içərisinə girmiş və yarımtikilinin tin hissəsində yığılaraq qoyulmuş kabel olduğunu görmüş, həmin kabeli yığılmış vəziyyətdə tikilidən çölə çıxarmış və iş yerinin yaxınlığında olan yerdə gizlətmişdir. Bundan sonra yenidən həmin evə qayıdıb gecə ikinci mərtəbədə olan otaqda yatmış, səhəri günü saat 09 radələrində oğurladiği elektrik naqillərini yandırıb içərisindəki məftili çıxarmış və Qobu qəsəbəsində bir Qazel markalı avtomobillə metal yığan nömrəsini bilmədiyi avtomobilin sürücüsünə cəmi 35 manata satmış, həmin elektrik naqilini alan şəxs də onun oğurluq olduğunu bilməmiş, aldiği pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 12-də şam saatlarında Hökməli qəsəbəsi ərazisində olarkən ATS binasında adam olmadığını görmüş, həmçinin orada gözətçi də olmamışdır. Buna görə də oradan oğurluq etməyi qərara almış, özündə olan dəmir parçası ilə pəncərənin dəmir çərçivəsini yerindən qoparmış və içəri daxil olmuş, binanın birinci mərtəbəsində dəyərli bir əşya tapa bilməmiş, bundan sonra orada otaqların birində olan akkumlaytoru və dağınıq halda olan elektrik naqilini götürüb binadan çıxmış və kənarda gizlətmiş, səhəri günü isə Qobu qəsəbəsinə aparıb orada tanımadığı metal qəbulu məntəqəsinə satmış və əldə etdiyi pulu şəxs tələbatı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 27 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisinə getmiş, qəsəbədə bir qədər gəzib dolaşdıqdan sonra yaşayışı olmayan boş ev axtarmağa başlamış, həmin ərazidə birmərtəbəli mişar daşı ilə hörülmüş hündür kürsüsü olan evdə təmir işləri aparıldığından orada yaşayışın olmadığını əmin olmuş və həmin evdən oğurluq etməyi qərara almışdır. Təxminən axşam saat 23:30 radələrində həmin evin yanına gəlmiş və həyətə keçmiş, həmin tikilinin pilləkəninin yanında olan plastik pəncərənin üzərində dəmir barmaqlıq olmadığından həmin pəncərəyə çıxıb açaraq içəri keçməyi qərara almışdır. Həyətdə olan taxta parçalarını divara söykəyib pilləkənin üzərindən pəncərəyə çıxmış və plastik pəncərəni sıxıb açaraq içəri girmiş, pəncərədən solda taxta şitlərin yanına qoyulmuş elektrik naqillərini, dreli, laqondanı, şurup paçkalarını, çəkicləri və mişarları görüb həmin əşyaları özündə olan torbaya yığmış və girdiyi pəncərədən aşağı sallamış, sonra isə özü də evə girdiyi pəncərədən çıxaraq oğurladığı əşyaları götürmüş və oradan uzaqlaşıb çıxıb getmişdir. Həmin əşyaları yaşadığı evin yaxınlığında gecə gizlətmiş, səhəri günü isə həmin əşyaları özü ilə götürüb birbaşa Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən tikinti materialları bazarına getmiş, orada həmin əşyaların evinin tikintisindən artıq qalmış əşyalar kimi təqdim edərək dəyərindən aşağı qiymətə, yəni 160 manata satmış, sonra isə əldə etdiyi pulu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, oğurluq edib qazanc əldə etsin. Buna görə də 19.10.2020-ci il tarixdə hava qaraldıqdan sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 1-ci massivinə gedib fərdi yaşayış evləri yerləşən küçədə gəzişib oğurluq etmək üçün əlverişli şərait axtarmış, məqsədi ondan ibarət olmuşdur ki, həyətlərdə quraşdırılmış kombi aparatını söküb oğurlasın. O, Lökbatan qəsəbəsi, 1-ci massivdə gəzib hansı həyətdən oğurluq edəcəyini əvvəldən planlaşdırmış, həmin gün oğurluq etməyə əlverişli şərait olmadığı üçün oğurluq etməyib həmin yerdən çıxıb getmişdir. 20.10.2020-ci il tarixdə təxminən saat 22 radələrində yenidən Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 1-ci massivinə gəlmiş, həmin gün hava möhkəm küləkli olmuş, oğurluq üçün əlverişli şərait yaranmışdır. O, özü ilə kombi aparatını sökmək üçün qaz açarı (razvodnoy) və vintaçan (atvyorka) gətirmiş, beləliklə küçədə gəzib vaxtımı keçirmiş, həyətindən oğurluq edəcəyi evdə hamının yatmasını gözləmişdir. 21.10.2020-ci il tarixdə təxminən saat 04 radələrində 1-ci massivdə olan fərdi yaşayış evinə yaxınlaşmış, fərdi yaşayış evinin işıqlarını sönülü olduğunu görmüş, başa düşmüşdür ki, evdə hamı yatmışdır. Fərdi yaşayış evinin həyətinin giriş qapısı taxtadan olmuş, qapının üzünə dəmir lövhə vurulmuşdur. O, həmin qapının yanından, yəni daş hasarın üzərindən həyətə tullanmış, həyətdə 10-15 dəqiqə sakitcə dayanıb ətraf nəzər yetirmiş, sakitçilik olduğuna əmin olmuşdur. Həyətdə olan birmərtəbəli fərdi yaşayış evinin yanında yarımtikili olmuş, həmin yarımtikilinin pəncərəsi olmuş, həmin yarımtikilinin içərisinə daxil olmuş və divara kombi aparatı quraşdırıldığını görmüş, yanında da elektrik gərginliyini tənzimləyən cihaz da olmuşdur. O, əvvəlcə elektrik gərginliyini tənzimləyən cihazı elektrikdın ayırmış, sonra qaz xəttini bağlamış, daha sonra kombi aparatını və elektrik gərginliyini tənzimləyən cihazı özü ilə gətirdiyi qaz açarı və vintaçandan istifadə etməklə söküb sakitcə həyətin giriş qapısının yanına gətirmiş, sonra giriş qapısının cəftəsini açıb kombi aparatını və elektrik gərginliyini tənzimləyən cihazı götürüb həyəti tərk etmiş və əvvəlcədən planlaşdırıdığı oğurluq etdiyi həyətdən təxminən 200 metr və bir tin aralıda yerləşən bir tərəfi hasara alınmış boş torpaq sahəsinə gətirib hasarın dibinə qoymuşdur. Bundan sonra oğurluq edəcəyi əvvəlcədən planlaşdırdığı həmin boş torpaq sahəsindən təxminən 150 metr aralıda, 1-ci massivdə yerləşən ikinci fərdi yaşayış evinin qarşısına getmiş, təxminən saat 05 radələri olmuş, həmin evin hasarına dırmanıb 15 dəqiqəyə yaxın evə nəzarət etmiş, həmin evin işıqlarının yanmadığını, evdən hər hansı bir səs gəlmədiyini görüb arxayınlaşmış ki, evdə olan şəxslər artıq yatmışdır. O, həmin fərdi yaşayış evinin hasarından həyətə tullanmış, həmin fərdi yaşayış evi ilə üzbə-üz evin sağ tərəfində divara kombi aparatı quraşdırıldığını görmüş, o əvvəlcə elektrik xəttini ayırıb, sonra qaz xəttini bağlamışdır. Daha sonra kombi aparatını özü ilə gətirdiyi qaz açarı və vintaçandan istifadə etməklə sökmüş, kömbi aparartının yanında stolun üzərində sökülmüş vəziyyətdə olan elektrik su motorunu görmüş, sökdüyü kombi aparatını və sökülmüş vəziyyətdə olan elektrik su motorunu götürüb darvazanın yanına aparıb darvazanın cəftəsini açıb kombi aparatını və elektrik su motorunu götürüb həyətdən çıxıb oradan uzaqlaşmış, oğurladığı kombi aparatını və elektrik su motorunu oğurluq etdiyi fərdi yaşayış evindən bir tin yuxarıda məhəllə arası olan yolun kənarına aparıb qoyub, sonra 1ci oğurladığı kombi aparatını və elektrik gərginliyini tənzimləyən cihazı qoyduğu bir tərəfi hasarlanmış boş torpaq sahəsinə gedib həmin əşyaları oradan götürüb digər kombi və su motorunu qoyduğum yerə getmişdir. Həmin vaxt təxminən saat 06 radələri olmuş, təxminən 4-5 dəqiqə sonra dövlət qeydiyyat nişanına fikir vermədiyi Vaz 2104 markalı taksi avtomobilinin həmin küçədən keçib getdiyini görmüş, avtomobildə sərnişin olmuş, taksi avtomobili bir neçə dəqiqə sonra sərnişini düşürdüb geri qayıdanda taksiyə əl edib saxlatdırmış, taksi sürücüsünə 8-ci km-də yerləşən bazara getdiyini və həmin sürücü ilə 8ci km-də yerləşən bazara getməyə 20 manata razılaşıb oğurladığı əşyaları həmin taksi avtomobilinin yük yerinə qoymuşdur. 1-ci oğurladğı kombi aparatı “İthalherm” markalı olmuş, digər kombi aparatının adını xatırlamır. Taksi avtomobilini 8-ci km-də yerləşən bazarın qarşısına sürdürmüş, bazarın qarşısına çatdıqdan sonra oğurladığı əşyaları taksi avtomobilindən düşürdüb taksi sürücüsünə 20 manat verib yola salmış, sonra isə araba tutub oğurladığı əşyaları arabaya yükləyib arabanı bazarın işlənmiş kombi aparatları satılan yerinə sürdürmüşdür. Oğurladığı 02 ədəd kombi aparatını, su motorunu və elektrik gərginliyini tənzimləyən cihazı tanımadığı təxminən 40-45 yaşalrında orta boylu, qarabəniz bir kişiyə satmağa razılaşmış, həmin kişi satdığı əşyların oğurluq olub-olmamasını ondan soruşmuş, o isə həmin kişiyə özünün də Qarabağlı olduğunu, satdığı əşyaların özünə məxsus olduğuna inandırmış, həmin kişi ilə ümumi razılığa gəlib oğurladığı 02 ədəd kombi aparatını, su motorunu və elektrik gərginliyini tənzimləyən cihazı 450 manata satmış və əldə etdiyi 450 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində günü 15 manata fəhlə işləmiş, iş olmayan vaxtlarda Abşeron rayonu Qobu və Aşağı-Güzdək kəndində dəmir yığıb satmaqla və pul əldə etməklə məşğul olmuşdur. Abşeron rayonu Aşağı- Güzdək kənd sakini Zərərçəkmiş şəxs4 tanımır. 2021-ci ilin yanvar ayıının 7-si günü saat 19 radələrində iş olmadığına görə Abşeron rayonu Aşağı-Güzdək kəndinə gəlib dəmir yığmağa başlamış, həmin günü orada olan evin qapısının bağlı olduğunu görüb evə oğruluğa girməyə qərar vermiş, qonşu evin işıqlarının sönməsini görüb evin arxa tərəfindəki, pəncərəsində olan dəmir barmaqlığın 4 ədədini aşağı hissədən qoparıb yuxarı qaldırmış və evə pəncərədən keçmişdir. Sonra üstündə olan alışqanın işığı ilə evi axtarmağa başlamış, uşaq otağına keçib şkafdakı paltarları siyirmədən çıxarıb yoxlayaraq döşəməyə atmış, bu vaxt paltarların içərisindən döşəməyə pul duşduyunu görüb götürmüş, həmin pulu sayarkən 1250 manat olduğunu görmüş, pulu cibinə qoyub evdən yola çıxmış və oradan tanımadığı bir manatlıq taksiyə əyləşib yaşadığı ünvana gəlmiş, səhəri oğurladığı 1250 manat puldan evinə bazarlıq edib restoranda xərcləmişdir. Bundan başqa göstərmişdir ki, 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə getmiş, qəsəbədə bir qədər gəzib dolaşdıqdan sonra yaşayışı olmayan boş ev axtarmağa başlamış, həmin ərazidə darvazası olmayan fərdi ev nəzərimi cəlb etmiş və həmin evin ətrafında dolaşarkən orada yaşayış olmadığına əmin olmuş və oğurluq etməyi qərara almışdır. Təxminən axşam saat 22 radələrində həmin evin yanına gəlmiş və həyətə daxil olmuş, həyətdə su motoru olduğu üçün onu açıb kənara qoymuş, sonra evin plastik pəncərəsini sıxıb açmış və pəncərədən evə daxil olmuşdur. Əvvəlcə evdə olan televizoru götürmək istəsə də əlindən yerə düşmüş, sonra evdə dəyərli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağına keçib orada odan dolabı axtarmağa başlamış və dolabın çəkəcəyindən qızıl boyunbağı görüb götürmüq, daha sonra otaqdakı paltar şifanerinin içini axtarmış, orada selofon paket aşkar edib onu da götürmüş, paketin içərisində pul və sənəd olmuş, selofonun içərisindən pulu götürmüş və yolda selofonla birlikdə sənədi atmış, həmin selofonda 200 manat pul olmuş, həmin pulu, qızılı və su motorunu götürüb ərazidən uzaqlaşmış, qızıl boyunbağını həmin günün səhərisi Bakı şəhərində Əcəmi metrosunun yanında tanımadığı şəxsə 150 manata satmış, su motorunu isə 3-cü mikrorayon bazarında 40 manata satmış, əldə etdiyi pulu şəxsi tələbatı üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun 2017-ci ildən Abşeron rayonu Qobu qəsəbəsində torpaq sahəsi vardır və orada özünə yaşayış evi tikdirmişdir. Evin bir hissəsi bir mərtəbəli, bir hissəsi isə iki mərtəbəlidir. Həmin evdə yaşamasa da, mütəmadi gəlib evə baxır. 19 yanvar 2021-ci il tarixdə, saat təxminən 23 radələrində Qobu qəsəbəsində olan evində olmuş və qapını da bağlayıb oradan getmişdir. 22 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində Qobu qəsəbəsində olan evin qonşuluğunda yaşayan qonşusu ona zəng edərək, evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığı barədə məlumat vermiş, o da Qobu qəsəbəsində olan evimə getmiş və həqiqətən evin ikinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığının sındırıldığının şahidi olmuşdur. O, həmin otağa girmiş, oradan heç nə oğurlanmadığını bilmiş, ancaq naməlum şəxs evində çoxlu siqaretlər çəkmiş və çarpayıda uzanmışdır. Sonra evin birinci mərtəbəsinin plasmas pəncərəsinin açıq olduğunu görmüş, oraya baxdıqda oradan 250 manat dəyərində bir ədəd qaynaq cihazının, 250 manat dəyərində bir ədəd markasını bilmədiyi laqondanın, 100 manat dəyərində bir ədəd “Bosh” markalı laqondanın, 200 manat dəyərində bir ədəd markasını bilmədiyi elektrik mişarının, 70 manat dəyərində bir ədəd “MAG storm” markalı drelin, bir bağlaması 45 manat olan iki bağlamanın, 90 manat dəyərində 200 metr uzunuluğunda 4 mm-lik elektrik naqillərinin, 200 manat dəyərində bir ədəd samovarın, 500 manat dəyərində bir ədəd samovarın və 500 manat dəyərində gümüş qaşıq dəsti olmaqla, ümumilikdə 2160 manat məbləğində əmlakı oğurlandığının şahidi olmuşdur. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlüu küçəsində fərdi həyət evi vardır və həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. 05 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Ağstafa rayonuna getmiş, bir müddət Ağstafa rayonunda qaldıqdan sonra 13 noyabr 2020-ci il tarixdə geri yaşadığı Hökməli qəsəbəsindəki evinə qayıtmışdır. Təxminən saat 17 radələri olardı, yaşadığı evə daxil olduqda evin içərisində olan şəxsi əşyalarının dağıdıldığını görmüş, belə olduqda evində oğurluq olduğunu başa düşmüşdür. Buna görə də baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gələrək hadisə yerinə baxış keçirmişlər. Evinə baxış zamanı oradan 100 manat dəyərində geyim əşyalarının və dolabın yanında qoyduğu 300 manat dəyərində saz musiqi alətinin oğurlandığının şahidi olmuş və baş vermiş hadisə ilə əlaqədar Qobu PB-nə ərizə ilə müraciət etdim. Göstərmişdir ki, fərdi həyət evindən 50 manat dəyərində gödəkçə və 50 manat dəyərində şalvar, bir ədəd 300 manat dəyərində saz musiqi aləti oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində Əli Bayramov küçəsində yarım tikili evi vardır, həmin yarımtikili evin yerləşdiyi torpaq sahəsinin hasarını ancaq təxminən 1 metr yarım hündürlükdə mişar daşlarını düzməklə hasarlamış, evin də birinci mərtəbəsinin yarısını tikdirmişdir. Həyətin qapısı da hələ yoxdur, qapının yerinə taxtalar düzmüşdür. 16 yanvar 2021-ci il tarixdə saat 17 radələrində həmin yarım tikili evində olmuş, 17 yanvar 2021-ci il tarixdə atası Tərqulu Cəfərov ona demişdir ki, yarım tikili evində olub və tikilinin içərisində dolaq şəklində yığılaraq qoyduğu 300 metr uzunluğunda üstü izolasiya olunmamış aliminium naqil oğurlanmışdır. O, özü də gedib baxmış və həqiqətən 300 metr aliminium naqil oğurlandığının şahidi olmuş, həmin naqilin bir metrini bir manatdan olmaqla 300 mmanata almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Hazırki iş üzrə Aztelekom MMC-nin nümayəndəsi qismində təyin edilmişdir. Göstərmişdir ki, Aztelekom MMC-də mühəndis işləyən iş yoldaşı Şahid1 13 yanvar 2021-ci il tarixdə səhər tezdən işlədiyi Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən ATS-dən gələndə binanın dəmir barmaqlıqlarının sındırıldığını və içərisində olan bir ədəd 75 amperlik akkumulyatorun və 1000 metr PKSV markalı kabelin oğurlandığını aşkar etdiyi üçün DİN-nin 102 xidmətinə zəng vurmuş, oğurluq nətijəsində Abşeron telekomunikasiya qovşağına 329,98 manat maddi ziyan vurulmuşdur. Hazırda həm də mülki iddia verməklə həmim məbləğin tutulmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə fərdi həyət evi vardır, həmin evin tikintisi başa çatsa da, təmir işləri aparılmaqdadır. Həmin ev birmərtəbəli olmaqla kürsülü evdir, fərdi ev mişar daşından tikilmişdir, pəncərələri plastikdən olmaqla üzərində dəmir barmaqlıq qoyulmamışdır. 27 yanvar 2021-ci il tarixdə təmir işləri aparılan fərdi evində olmuş, həmin vaxtı fərdi evində bütün tikinti materialları və alətləri yerində olmuşdur. Axşam radələrində təmir işləri aparılan həmin evindən çıxıb yaşadığı ünvana getmiş, səhəri günü, yəni 28 yanvar 2021-ci il tarixdə səhər saat 09 radələrində yenidən fərdi evinə gəldikdə evin plastikdən olan pəncərəsini açıq vəziyyətdə görmüş, evin qapısını açıb içəri girdikdə oradan tikinti materiallarının və tikinti alətlərinin oğurlandığını aşkar etmiş, belə olduqda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 102 xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra polis əməkdaşları fərdi evinə gələrək hadisə yerinə baxış keçirmiş, evimə baxış zamanı oradan 15 paçka şurupun, 150 metr elektrik naqilinin, bir ədəd laqondanın, bir ədəd drelin, çəkiclərin və mişarların oğurlandığının şahidi olmuş, bundan sonra baş vaermiş hadisə ilə əlaqədar Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, fərdi həyət evindən hər birinin dəyəri 4 manat olan ümumilikdə 60 manat dəyərində 15 paçka şurup, hər metrinin dəyəri 2,5 manat olan ümumi 375 manat dəyərində 150 metr elektrik naqili, bir ədəd 100 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində drel, hər birinin dəyəri 5 manat olan ümumi 10 manat dəyərində 2 ədəd çəkic və hər birinin dəyəri 7,5 manat olan ümumi 15 manat dəyərində 2 ədəd mişar oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında fərdi evi vardır. Fərdi yaşayış evinin həyəti mişar daşından hörülmüş, həyətin qapısı taxta qapıdan ibarətdir. Fərdi yaşayış evinin içərisində İtaliya istehsallı «İtalherm» markalı 09 oktyabr 2018-ci il tarixdə kreditlə aldığı 1265 manat 70 qəpik dəyərində kombi apparatı quraşdırılmışdır. Kombi aparatı 1 ədəd tənzimləyici ilə işləmiş, naməlum şəxs 20 oktyabr 2020-ci il tarixdə saat 245 radələrindən 21 oktyabr 2020-ci il tarixə keçən gecə saat 06 radələrinədək olan müddət ərzində həmin yarımtikilidən kombi apparatı tənzimləyici ilə birlikdə oğurlanmış, tənzimləyicinin qiyməti 45 manat olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1310 manat 70 qəpik dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci döngə, ev 63 ünvanında fərdi ev vardır. 20 oktyabr 2020-ci il tarixdə saat 22 radələrindən evində yatmış, səhəri günü, yəni 21 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində yuxudan oyandıqda yaşadığı evin sağ pəncərəsinin qarşısında quraşdırılmış markasını və istehsal tarixini bilmədiyi 1100 manat aldığı kombi aparatının yerində olmadığını görmüş, bundan sonra Qaradağ rayon Pİ-nin 10-cu PB-nə ərizə yazaraq şikayət etmişdir. Bundan sonra həyətdə olan stolun üstünə baxdıqda sökülmüş vəziyyətdə oraya qoyduğu bir ədəd su motorunun yerində olmadığını görmüş, həmin su motorunun dəyəri 30 manat olmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, 29 noyabr 2020-ci il tarixdə atası vəfat etdiyinə görə ailəsi ilə birlikdə yaşadığı ünvandan Göyçay şəhərinə yola düşmüş, həmin vaxtı evi həm qohumu və qonşusu X3 tapşırmış və yas mərasimini yola verdikdən sonra gələcəklərini bildirmişdir. 08.01.2021-ci il tarixdə saat 20 radələrində Göyçay şəhərində olarkən Cəmil ona zəng vurub demişdir ki, evinə oğurluğa giriblər. Həmin günü gecə əri Rinat Abdurəhimovla birlikdə Abşeron rayonu Aşağı-Güzdək kəndindəki evnə gəlmiş, evə gələrkən evin arxa pəncərəsindəki dəmir barmaqlığın 4 ədədinin yerindən qoparıldığını və yuxarı qaldırılaraq evə girildiyinin şahidi olmuş, həmin vaxtı əri Rinat DİN-nin 102 xidmətinə məlumat vermiş, az keçmiş evinə Qobu PB-nin əməkdaşları gəlmiş və onun iştirakı ilə evə baxış keçirilmiş, Baxış zamanı müəyyən etmişdir ki, evində uşaq otağına qoyduğu şkafın siyirməsində olan 1250 manat pulu oğurlanmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 elan olunmuş ifadəsindən görüür ki, 2015ci ildən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinin hasarı olsa da, darvazası yoxdur və bu səbəbdən də yaşayış evinin həyətinə giriş sərbəstdir. 24.01.2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə Masallı rayonu Xıl kəndinə getmişdir. 26.01.2021-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən özünə məxsus yaşayış evinə gəlmiş, ailə üzvləri Masallı rayonunda qalmış və o evinə gələn zaman tək olmuş, yaşadığı evin həyətinə daxil olan zaman həyətdə quraşdırılmış 95 (doxsan beş) manat dəyərində su matorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüş və dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan müəyyən etmişdir ki, evin pəncərəsini açma yolu ilə naməlum şəxs və ya şəxslər yaşayış evinə qanunsuz olaraq daxil olmuş, yaşadığı evə daxil olarkən evinin dağınıq vəziyyətdə olduğunu müəyyən etmiş, yaşayiş evinin dağınıq otaqlarına baxan zaman yataq otağında olan dolabın çəkəcəyində olan qızına aldığı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağının və həmin otaqda olan paltar şifonerinin içində olan özünə və ailə üzvlərinə məxsus sənədləri qoyulduğu sellofan paketin içindən 200 (iki yüz) manat nəğd pulu və şəxsiyyət vəsiqəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmiş, fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə yaşayış evinə daxil olmuş şəxs və ya şəxslər yataq otağında olan dolabın çəkəcəyində qızına aldığı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağının və həmin otaqda olan paltar şfanerinin içində olan özünə və ailə üzvlərinə məxsus sənədləri qoyduğu sellofan paketin içindən 200 (iki yüz) manat nəğd pulun və özünə məxsus şəxsiyyət vəsiqəsini, evinin həyətində olan 95 (doxsan beş) manat dəyərində su matorunu oğurlamaqla ona ümumilikdə 595 (beş yüz doxsan beş) manat dəyərində maddi ziyan vurmuşlar. Eyni zamanda sözügedən hadisəni törətmiş şəxs və ya şəxslər evin içində qonaq otağında olan LG markalı televizorun ekranını sındırmaqla ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqlnda zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" Mənzil Tikinti Kooperativində hüquqşünas vəzifəsində çalışır. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerlləşən 27a saylı yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş və hazırda qeyd olunan binada sakinlər yaşayır. 15 sentyabr 2020ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerlləşən 27a saylı yaşayış binasında mənzillərə MTK tərəfindən quraşdırılmış hər birinin dəyəri 17 manat olmaqla 68 ədəd su sayğacı naməlum şəxslər tərəfindən hissə-hissə açılaraq oğurlanmış, həmin oğurluq hissə-hissə həyata keçirilmişdir. 29 sentyabr 2020-ci il tarixdə isə sonuncu dəfə 27a saylı yaşayış binasında su sayğacının oğurlanması zamanı binanın komendatı tərəfindən həmin sayğacarı oğurlayan şəxs tutularaq ifşa edilmiş və ərazinin sahə rəisinə təhvil verilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerlləşən 27a saylı yaşayış binasında MTK tərəfindən quraşdırılmış hər birinin dəyəri 17 manat olmaqla 68 ədəd su sayğacının oğurlanması nəticəsində MTK-ya ümumilikdə 1156 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" Mənzil Tikinti Kooperativində mühafizəçi işləyir və əraziyə nəzarət edir. Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerlləşən 27a saylı yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir və hazırda qeyd olunan binada tikinti işləri gedir. 15 sentyabr 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerlləşən 27a saylı yaşayış binasında mənzillərə MTK tərəfindən quraşdırılmış su sayğacı naməlum şəxslər tərəfindən hissə-hissə açılaraq oğurlanmışdır. 29 sentyabr 2020-ci il tarixdə, saat təxminən 15 radələrində 27a saylı yaşayış binasının qarşısında olanda bu zaman bir nəfər şəxsin əlində olan torbada həmin yaşayış binasından çıxdığını görüb həmin şəxsin MTK-da işləmədiyini bilib ona yaxınlaşmış və binada yaşayış olmadığını onun orada nə işi olduğunu soruşanda, həmin şəxs çaşıb qalmışdır.O, həmin şəxsin əlində olan torbada nə olduğunu soruşanda həmin şəxs torbada köhnə metal olduğunu demiş və o, həmin şəxsin əlində olan torbaya baxanda MTK-ya məxsus yaşayış evlərinə quraşdırılmış su sayğaclarını olduğunu görüb MTK-nın hərbərliyinə məlumat vermişdir. Ondan sonra PPX əməkdaşları da gəlmişlər və həmin şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs adlı şəxs olması məlum olmuş, onun əlində olan torbada 8 ədəd su sayğacları olmuş və onların üstündəki plasmaslar sındırılmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bundan əvvəl də həmin binadan dəfələrlə su sayğaclarını oğurlamışdır. Ona görə polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Məhkəmə istintaqında şahid X4 elan olunmuş ifadəsindən görünür ki, 2011-ci ilin aprel ayından Aztelekom MMC-də mühəndis işləyir. 13 yanvar 2021-ci il tarixdə səhər saatlarında Hökməli qəsəbəsində yerləşən ATS-nin binasına yaxınlaşdıqda birinci mərtəbədə olan pəncərənin dəmir barmaqlığın divardan əyilərək qırıldığını aşkar etmiş, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vurmuş, sonra polis əməkdaşları gəlmiş və içəriyə daxil olduqda generatoru işə salmaq üçün bir ədəd 75 ah-lik akkumulyatorun və bir top 1000 metr uzunlığında PKSV markalı naqilin oğurlandığını aşkar etmişdir. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, X7 qardaşıdır. X10 rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində metal qəbulu məntəqəsini işlədir və o da arabir həmin məntəqəyə gedib qarşadına metal qəbulunda köməkliyini göstərir. Təxminən 21 yanvar 2021-ci il tarixdə səhər radələrində qardaşı Nurlanın metal qəbulu məntəqəsinə getmiş, qardaşı Nurlan özü şəxsi işi ilə əlaqədar məntəqədən getmiş, o, orada olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs məntəqəyə bir ədəd işlənmiş qaynaq cihazını, bir ədəd işlənmiş laqondanı və bir ədəd köhnə samovarı gətirmiş və həmin əşyaları köhnə əşya kimi məntəqəyə təhvil vermək istədiyini bildirmişdir. O, həmin əşyalara baxmış və həmin şəxsdən gətirdiyi əşyaları 30 manata almağa razılaşmış, Təqsirləndirilən şəxs gətirdiyi əşyaları metal qəbulu məntəqəsinə təhvil vermiş və pulunu alıb çıxıb getmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs məntəqəyə gətirdiyi bir ədəd qaynaq cihazını, bir ədəd laqondanı və bir ədəd samovarı özünə məxsus köhnə əşyalar olduğunu bildirmiş və həmin əşyaları təhvil vermək istədiyini bildirmiş, o da gətirilmiş əşyaları qəbul edib özünə məxsus əşyalar olduğunu bilmiş və razılaşdığı pulu verib yola salmış, həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş və Təqsirləndirilən şəxs da ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, VAZ 21041 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil ilə bir neçə il olar ki, taksi fəaliyyəti ilə məşğul olur. 21.10.2020-ci il tarixdə təxminən saat 06 radələrində mən Lökbatan qəsəbəsi, 28 May küçəsindən bir nəfər sərnişini Lökbatan qəsəbəsi, 1-ci massivə aparmış, o sərnişini getdiyi ünvanın qarşısında düşürdüb geri qayıdanda 1-ci massivdə bir nəfər 30-35 yaşlarında kişi cinsli şəxs idarə etdiyi avtomobili saxlatdırıb 8-ci km bazarına gedəcəyini bildirmiş, həmin şəxslə 8-ci km bazarına 20 manata gedəcəyini razılaşmışdır. Həmin şəxs avtomobilin yük yerinə iki ədəd kombi aparatı, su motoru və elektrik gərginliyini tənzimələyən cihaz qoymuş, o, həmin şəxsdən avtomobilə yığdığı əşyaların oğurluq olub-olmaması barədə maraqlanmış, lakin həmin şəxs ona əşyaların özünə məxsus olduğunu bildirmişdir.O, avtomobili 8-ci km bazarının qarşısına sürmüş, bazarın qarşısına çatdıqdan sonra həmin şəxs ona yol haqqı olaraq 20 manat pul verib yük yerinə yığdığı iki ədəd kombi aparatını, su motorunu və elektrik gərginliyini tənzimələyən cihazı götürüb yerə qoymuş, o da avtomobilini sürüb Lökbatan qəsəbəsinə qayıtmışdır. Şahidlər Şahid4 və Şahid2 məhkəməyə teleqram vurmaqla bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, iştirakı olmadan işə baxılmasını xahiş edir, istintaqda verdiyi ifadəni təsdiq edirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Araşdırma ilə əlaqədar keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd su sayğaclarının gövdə hissələri ondan götürülmüşdür. Bundan başqa istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində «Mag storm» markalanma yazısı olan drel və bir ədəd 7 litr tutumlu odunla işləyən samovar ondan götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 18.03.2021-ci il tarixli, 68 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, - istifadə olunmuş, üzərində «Mag storm» markalanma yazısı olan drel – 30 manat - istifadə olunmuş, 7 litr tutumlu odunla işləyən samovar - 90 manat - təzə vəziyyətdə su sayğacı – 50 manatdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəmənin 24.04.2017-ci il tarixli hökmü ilə AR CM-nin 128, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş, 03.09.2019-cu ildə vaxtından əvvəl şərti azad edilmiş, 10.07.2020-ci ildə cəza müddəti bitmişdir. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus bir ədəd istifadə olunmuş, üzərində «Mag storm» markalanma yazısı olan drel, bir ədəd istifadə olunmuş, 7 litr tutumlu odunla işləyən samovar, "xxxx" MTK-ya məxsus 8 ədəd su sayğacının gövdə hissələri mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə qaytarılmışdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivi yaradır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və həbsetmənin əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan qismən təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətin residivi vardır. Ona görə də Təqsirləndirilən şəxs əməlində residiv olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq X5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Təqsirləndirilən şəxs götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus bir ədəd istifadə olunmuş, üzərində «Mag storm» markalanma yazısı olan drel, bir ədəd istifadə olunmuş, 7 litr tutumlu odunla işləyən samovar, "xxxx" MTK-ya məxsus 8 ədəd su sayğacının gövdə hissələrinin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından, ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 81 saat göstərdiyi hüquqi yardıma görə 486 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Aztelekom MMC-nin xeyrinə 329,98(üç yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla 349,98 (üç yüz qırx doqquz manat dixsan səkkiz qəpik) pul tutulmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8 və “Bağçalı evlr “ MTK-ya dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğlundan götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs6 məxsus bir ədəd istifadə olunmuş, üzərində «Mag storm» markalanma yazısı olan drel, bir ədəd istifadə olunmuş, 7 litr tutumlu odunla işləyən samovar, "xxxx" MTK-ya məxsus 8 ədəd su sayğacının gövdə hissələrinin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından, ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 81 saat göstərdiyi hüquqi yardıma görə 486 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs Aztelekom MMC-nin xeyrinə 329,98(üç yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla 349,98 (üç yüz qırx doqquz manat dixsan səkkiz qəpik) pul tutulsun. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8 və “Bağçalı evlr “ MTK-ya dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar