Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-46/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla. ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 avqust 2021-ci il tarixdə saat 02 radələrində X4 məxsus Abşeron rayonu. Masazır qəsəbəsi, S.Əsgərova küçəsində yerləşən fərdi yaşayış evinin plastikdən olan pəncərəsini sıxıb açmaqla içəri qanunsuz daxil olmuş, evin otaqlarının divarına çəki miş hər topunun dəyəri 65 manat olan ümumi 845 manat dəyərində 13 top elektrik naqilini və bir ədəd 120 manat dəyərində kollektoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1na ümumilikdə 965 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, taham niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evin həyətinə darvazanın üstündən keçməklə sonra isə evin plastikdən olan pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub, oradan hər birinin dəyəri 40 manat olan ümumi 80 manat dəyərində 2 ədəd hidroforu, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd Markus markalı su matoru, hər topun dəyəri 60 manat olan ümumi dəyəri 120 manat dəyərində 2 top naqili, hər metrənin dəyəri 0.70 manat olan ümumi 35 manat dəyərində 50 metr televizor kabelini, bir ədəd 150 manat dəyərində laqondanı, 25 manat dəyərində 30 metr uzunluğunda uzadıcı elekrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 510 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 avqust 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən tikintisi başa çatmamış fərdi yaşayış evinə yan tərəfində yerləşən plastikdən olan pəncərənin şüşəsini sındırmaqla qanunsuz daxil olmuş, evin divarlarına çəkilmiş hər topun dəyəri 100 manat olmaqla ümumi 1500 manat dəyərində 15 top elektrik naqilini gizli olaraq talayıb, zərərçəkmiş şəxs Rəfael Hüseynova ümumilikdə 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-PARK” yaşayış kompleksi, 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 3 nömrəli mənzildə yəni binaya eyvandan qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 qızma məxsus 29 ölçülü, 800 manat dəyərində velisopedi gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 noyabr 2021-ci il tarixdə saat 17 radələrində vətəndaş Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Masazır qəəbəsi Yoncalıq yaşayış massivində yerləşən yeni tikilən fərdi yaşayış evinə giriş qapısının üzərində olan dəmir barmaqlıqları sındırıraraq, nəfəslikdən daxil olmuş evin otaqlarının divarına çəkilmiş hər metrin dəyəri 2 manat olmaqla ümumi 450 manat dəyərində 225 metr uzunluğunda elektrik naqilini və evin döşəməsində olan hər topun dəyəri 200 manat olmaqla ümumi 400 manat dəyərində 2 top elektrik naqilini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 850 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 3 ünvanında yerləşən ona məxsus yaşayış olmayan fərdi yaşayış sahəsinin hasarından evin həyətinə tullanmaqla həyətdə yerləşən saxlanc yeri kimi nəzərdə tutulmuş köməkçi tikilinin qapısının yerindən çıxarılmaqla saxlanc yerinə qanunsuz daxil olaraq hər biri 1220 manat və 1650 manat dəyərində iki ədəd kombini gizli olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2870 manat dəyərində ziyan vurmaqla etmişdir. Bundan başqa o, tamah niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yeni tikilən fərdi yaşayış evinin hasarından evin həyətinə tullanmaqla oradan da evin 1-ci mərtəbənin pəncərəsini özü ilə gətirdiyi dəmir alətlə açıb binaya qanunsuz daxil olaraq, oradan hər biri 10 seksiyalı 17 ədəd hər bir seksiyası 10 manat və 170 ədəd 1700 manat dəyərində istilik radiatorlarını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 1700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə öz əməllərini təkrar davam etdirərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu Masazır qəsəbəsi A.A.Bakıxanov küçəsində yeni inşa etdirdiyi evin zirzəmisinin nəfəslik pəncərəsinin mişar daşlarını sökərək, qanunsuz olaraq binaya daxil olub, oradan 350 manat dəyərində bir ədəd “İtex” markalı perefaratoru, 150 manat dəyərində bir ədəd 125-lik “Xes” markalı laqondanı, 100 manat dəyərində bir ədəd lobziki və 300 manat dəyərində 200 metr uzunluğunda elektrik kabelini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron 1 MTK-nın zirzəmisindən kollektor oğurlamışdır. Daha sonra o, Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İdarədə oğurladığı kollektoru geri qaytarmışdır. O, ittiham aktında göstərilmiş digər oğurluq hadisələrini törətməmişdir. Sonda o, barəsində bəraətverici əsaslarla hökm qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, 15 avqust 2022-ci il tarixə keçən gecə yaşadığı Masazır qəsəbəsi ərazisində olarkən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 02 radələrində Masazır qəsəbəsində S.Əsgərova küçəsində gəzişərkən tikintisi başa çatmamış fərdi evə yaxınlaşmış, həmin evdən tikinti materialları oğurlamağı qərara almışdır. Bu məqsədlə evin həyətinə daxil olmuş və plastikdən olan pəncərəni sıxıb açaraq oradan evin içərisinə daxil olmuşdur. Evin içərisini axtardıqdan sonra dəyərli əşya tapa bilməmiş, belə ki, orada olan bir ədəd kolektoru götürüb, daha sonra evin divarına çəkilmiş elektrik naqillərini dartıb kəsərək çıxartmışdır. Elektrik naqillərini özü ilə götürdüyü torbalara yığıb, evdən götürdüyü kollektorla birlikdə evdən çıxartmışdır. Bundan sonra götürdüyü əşyaları qəsəbədə boş əraziyə aparıb orada mis naqilləri yandırmış və yanmış məftilləri yenidən torbala yığıb boşluq ərazidə gizlətmişdir. Səhəri günü saat 10 radələrində yanmış məftil olan torbaları götürüb, yol kənarına gətirmiş və yoldan keçən metal yığımı ilə məşğul olan Qaz 24 markalı avtomobilin sürücüsünə kollektorla birlikdə satmış, həmin əşyaların əvəzində 52 manat pul əldə etmiş və əldə etdiyi pulları öz şəxsi tələbatı üçün xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsə həmin məftilləri zibillikdən yığdığını bildirmiş, həmçinin kollektoru da zibillikdən tapdığını demiş, həmin əşyaların oğurluq olması barədə heç kəsə bildirməmiş və metal yığan şəxs də onların oğurluq olmasından xəbərsiz olmuşdur. Bundan başqa 27 avqust 2021-ci il tarixə keçən gecə yaşadığı Masazır qəsəbəsi ərazisində olarkən pula ehtityacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yaşadığı evdən çıxıb, qəsəbədə yeni yaşayış massivi deyilən əraziyə gəlmiş, təxminən saat 02 radələrində həmin ərazidə gəzişərkən tikintisi başa çatmamış fərdi ev nəzərini cəlb etmiş, həmin ev tikilib qutarsada pəncərə üzərində barmaqlıqlar olmamışdır. Evin yerləşdiyi yerin ətrafına çəkilmiş mişar daşından olan hasar təxminən 7-8 daş hündürlüyündə olduğundan hasarın üstündən həyətə keçmək qərarını almış, həmin evdən tikinti materialları oğurlamaq istəmişdir. Bu məqsədlə evin yan tərəfində olan daş hasarın üzərinə çıxmış və hasara yaxın tikilmiş evin plastikdən olan pəncərə şüşəsini daş parçası ilə vuraraq sındırmışdır. Sonra plastikdən olan pəncərənin sınmış şüşəsinin yerindən evin içərisinə daxil olmuşdur. Evin içərisini axtardıqdan sonra dəyərli əşya tapa bilməyib, divara çəkilmiş elektrik naqillərini dartıb kəsərək yerindən çıxartmışıdr. Elektrik naqillərini özü ilə götürdüyü torbalara yığıb evdən çıxartmışdır. Elektrik naqillərini qəsəbədə boş əraziyə aparıb orada yandırmış və yanmış məftilləri yenidən torbalara yığıb boşluq ərazidə gizlətmişdir. Bir gün sonra təxminən saat 11 radələrində yanmış məftil olan torbaları yol kənarına gətirib yoldan keçən metal yığımı ilə məşğul olan Qazel markalı avtomobilin sürücüsünə satmışdır. Əldə etdiyi 190 manat pulu ehtiyaclarım üçün xərcləmişdir. Oğurladığı əşyaları satdığı şəxsə həmin məftilləri zibillikdən yığdığımı bildirmiş, həmçinin kollektoru da zibillikdən tapdığını demiş, həmin əşyaların oğurluq olması barədə heç kəsə bildirməmiş və metal yığan şəxs də onların oğurluq olmasından xəbərsiz olmuşdur. Bundan başqa 18 sentyabr 2021-ci il tarixə keçən gecə saat 03 radələrində Masazır qəsəbəsində yerləşən “Azır City” marketin arxasında gəzişərkən tikintisi başa çatmamış fərdi evə yaxınlaşmış həmin ev birmərtəbəli kürsülü olmuş və orada yaşayış olmamış evdə tikinti materialları olduğunu zənn etdiyi üçün oradan oğuruluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kəsin olmadığına əmin olandan sonra darvazanın üzərinə çıxıb həyətə daxil olmuş və həyətdə olan evin plastikindən pəncərəni sıxaraq açıb, evin içərisinə daxil olmuşdur. Evin içərisini axtarmış orada bir sıra tikinti materialları olmuş, iki ədəd su matorunu, hidrafonları, elektrik naqillərini, televizor kabelini, bir ədəd laqondanı torbaya toplamış və ağzını bağlayıb evin pəncərəsindən çıxaraq həyəti tərk etmişdir. Həmin əşyaları bir gün sonra Bakı şəhəri, 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 175 manata satmışdır. Həmin satdığı əşyaların özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa 13 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAAF-PARK” yaşayış kompleksi bina 1 mənzil 3 də yaşayış olmadığını öyrəndikdə qapını açaraq, mənzilə daxil olmuşdur. Mənzil təmirsiz olduğundan orada heç kim yaşamamışdır. Həmin mənzildə görüdüyü velisopedi oradan oğurlamış, həyətdə sürüb evinə tərəf gedəndə yolda Masazır qəsəbəsində tanımadığı bir nəfər kişiyə 110 manata satmış və həmin kişiyə velisopedin özümə məxsus olduğunu pula ehtiyacı oldu satdığını demişdir. Bundan başqa xx.xx.2021 -ci il tarixdə saat 17 radələrində rayonu Masazır qəsəbəsi Yoncalıq yaşayış massivinə tək gəlmişdir. Həmin ə mərtəbəli kürsülü fərdi yaşayış evində işıq yanmadığını görüb, həmin evdə olmadığını başa düşmüş bu səbəbdən oğurluq etmək üçün əlverişli şərait bilmişdir. Ətrafa baxıb kimsənin olmadığına əmin olandan sonra həyətə mane olmuşdur. Fərdi yaşayış evinə giriş qapısının üzərində olan nəfəslikdən daxil Nəfəsliyin üzərində olan dəmir barmaqlıqları əli ilə əyərək qırmışdır barmaqlıqların arxasında olan şüşəni taxta parçası ilə sındırıb evə daxil olmuş daxil olan kimi kisələrdə üzlüklər və yerdə top şəklində elektrik naqilləri Kisələri aparmağın çətin olduğunu başa düşdüyünə görə elektrik naqillərini qərarına gəlmişdir. Bundan sonra fərdi yaşayış evini gəzib götürmək üçün başq olmadığını görüb, mətbəxdə və otaqda divara çəkilmiş elektrik naqillərin qopardaraq və yerdə olan iki top elektrik naqillərini özü ilə gətirdiyi kisələrə yıxıb pəncərədən yerə atmışdır. Sonra özü də pəncərədən düşüb evdən çıxmışdır, naqillərini oğurluq etdiyi əraziyə yaxın yerdə yandırıb əritmişdir. Həmin naqillərinin tərkibi misdən olmuşdur. Sonra əritdiyi mis məmulatlarını gizlətm gün sonra yəni xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində mis məmulatlarını yerdən götürüb, özü ilə Bakı şəhəri “Xutor” ərazisində adını bilmədiyi dəmir m yığan şəxsə 52 manata satmışdır. Əldə etdiyi pulu bir neçə gün ərzində ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs6 əvvəllər tanımamış hər hansı münasibəti olmamışdır. Uzun müddətdir narkotik vasitə istifadəçi görə də gün ərzində 3 dəfə narkotik vasitə olan heroini çəkmək yolu ilə qəbul Zərərçəkmiş şəxs6 şikayət ərizəsi əsasında başlanılmış cinayət işi olmuşdur. Yaşadığı evlə Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin arasında 2-3 kilometr ara məsafəsi vardır. Həmin şəxsə məxsus evdə yaşayış olmadığını evdə ancaq yay aylarında yaşayış olmasını bilmişdir. 27 noyabr 2021 -ci il tarixdə vasitədən istifadə edib, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna təxminən 05 radələrindən həmin evin hasarından evin həyətinə tullanmışdır. Or həyətində yerləşən köməkçi tikilinin qapısını özü ilə gətirdiyi dəmir alətlə çıxartmiş və yan tərəfə qoymuşdur. Bundan sonra, orada iki ədəd kombi aparatı onları oğurlamaq qərarına gəlmişdir. Hər bir kombini ayrı-ayrılıqda çıxarıb,yer sonra evin arxa tərəfmə keçib orada taxta nərdivan görmüşdür. Nərdivanı hasara oğurladığı iki ədəd kombiləri bir-bir evin həyətindən çıxarmağa başlamışdır. On ikisini evin həyətindən çıxardıqdan sonra eyni qayda ilə bir-bir evinin həyətin yığmışdır. Bir neçə gün evdə kombiləri saxladıqdan sonra həmin kombiləri məh dəmir yığmaqla məşğul olan lakin, dövlət qeydiyyat nişanını xatırlamadığı markalı avtomobilə hər biri 150 və 120 manat olmaqla satmış, əldə etdiyi narkotik vasitə alıb istifadə etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7n tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Ona məxsus fərdi yaşayış evinin ancaq yay aylarında yaşayış olmasını bilir. O, 30 noyabr 2021-ci il tarixdə narkotik vasitə qəbul etdikdən sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də həmin gecə saat 23 radələrində həmin evin hasarından evin həyətinə tullanmışdır. Evin həyətindən evin pəncərəsini özü ilə gətirdiyi dəmir alətlə açıb evə daxil olmuşdur. Evdə radiatorları görüb onları oğurlamaq qərarına gəlmişdir. Evdən təxminən 17 ədəd hər biri 10-11 seksiyalı olan istilik radiatorlarını oğurlayıb bir-bir evin həyətindən çıxarmağa başlamışdır. Sonra isə taksi sifariş verib, həmin əşyaları öz evindən çıxarıb digər evinə aparmaq istədiyini bildirmişdir. Həmin radiatorları taksiyə yükləyib öz evinə aparıb, bir neçə gün sonra 510 manata tanımadığı dəmir yığan şəxsə satmışdır. Bundan başqa Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yeni inşa edilmiş evlərdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 10 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, A.A.Bakıxanov küçəsi ilə piyada gedərkən inşa edilməkdə olan dam örtüyü hələ tikilməmiş qapı pəncərələri qoyulmamış bir evə yaxınlaşmış evin zirzəmisində olan otağın dəmir qapısı bağlı olduğu üçün həmin otaqda əşyalar olacağını fikirləşib evin çöl tərəfində nəfəslik pəncərəsinə düzülmüş mişar daşlarını oradan çıxardıb həmin pəncərədən içəri girmiş və otaqda olan bir ədəd perefaratoru iki ədəd laqonadnı bir ədəd lobziki vo 200 metrə yaxın elekrtik kabelini oaradan çıxarıb həmin ərazindən uzaqlaşaraq yaşadığı evə gəlmişdir. Həmin əşyaları tanımadığı Qaz 24 sürücüsünə 150 manata satmışdır. Həmin şəxs əşyaların oğurluq olduğunu bilməmişdir. Oğurluq hadisələrini tək etmiş, yanında heç kəs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5anında yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi almış, orada özü üçün birmərtəbəli, kürsülü fərdi yaşayış evi tikdirmişdir. Evə giriş qapısı dəmirdən düzəlmiş pəncərələri isə plastikdən hazırlanmışdır. Naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evindən hər birinin dəyəri 40 manat olan ümumi dəyəri 80 manat dəyərində iki ədəd hidrofor, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd Markus markalı su matoru, hər topun dəyəri 60 manat olan ümumi dəyəri 120 manat dəyərində 2 top elektrik naqili, hər metrin dəyəri 0,70 manat olan ümumi dəyəri 35 manat dəyərində 50 metr uzunluğunda kabeli, bir ədəd 150 manat dəyərində iki ədəd laqonda, 25 manat dəyərində 30 metr uzunluğunda uzadıcı naqili oğurlayaraq 510 manat maddi ziyan vurmuşdur. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmaması və ona dəymiş maddi ziyanın ödənilməməsi barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsi ona məxsusdur. Həmin evdə yaşayış yoxdur. Belə ki, o, həmin evdə ancaq yay aylarında bir neçə ay qalır. Qış aylarında isə həmin evdə yaşayış olmur, arada bir həmin evə gəlib nəzarət edir. Sonuncu dəfə 26 noyabr 2021-ci il tarixdə evə gəlib nəzarət etmiş, evdə hər şeyin öz qaydasında olmasını görmüşdür. Həmçinin, adı çəkilən evi başqa şəxsə satdığı üçün evdə olan bəzi əşyaları götürməli olmuşdur. 26 noyabr 2021-ci il tarixdə alqı-satqı etdiyi üçün səhəri gün yəni, 27 noyabr 2021-ci il tarixdə saat 13 radələrində yenidən evə gələn zaman evin həyətində sol tərəfdə hasarın dibində nərdivanın olmasını görmüşdür. Həmin vaxt evə naməlum şəxslərin (şəxsin) girməsindən şübhələnmişdir. Buna görə də evin ətrafına baxmışdır. Hər hansı oğurluq hadisəsinin baş verib verməməsini müəyyən etməyə başlamışdır. Bu zaman evin arxa tərəfində yerləşən köməkçi tikilinin qapısının çıxarıldığını görmüşdür. Köməkçi tikiliyə baxan zaman orada olan iki ədəd kombi aparatlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Həmin oğurluq hadisəsi nəticəsində hər bir kombi aparatının qiyməti 1650 manat, 1220 manat olmaqla ümumilikdə 2870 manat dəyərində ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi almış və orada özü üçün fərdi yaşayış evi inşa etdirir. İnşa etdirdiyi ev ikimərtəbəlidir. Evə giriş qapısı dəmirdən düzəlmiş, pəncərələri isə plastikdən hazırlanmışdır. Lakin pəncərələrin üzərində dəmir barmaqlırlar qoyulmamışdır. Evin hər iki mərtəbəsinin divarları ağardılmış və divarlara elektrik naqilləri çəkilmişdir. Hazırda da evdə tikinti işləri görülməkdədir, həmin evdə bacısının əri Əliyev Aftandil ilə birlikdə işləyir. Sonucu dəfə həmin evdə 14 avqust 2021-ci il tarixdə olmuş və axşam saat 19 radələrinədək evdə təmir-tikinti işləri ilə məşğul olmuşdur. Səhəri günü, yəni 15 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində bacısının əri Aftandil Əliyev ona zəng vuraraq, tikintisi tamamlanmamış evində n oğurluq olması barədə məlumat vermişdir. Belə olduqda evindən oğurluq edilməsi ilə bağlı DİN- nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və təxminən bir saat sonra, yəni 09 radələrində həmin evə gəlmişdir. Evə daxil olarkən tikilinin pəncərəsinin açıq görüb, pəncərənin üzərindəki rezini əzilmiş vəziyyətdə olmuş, bundan sonra evinə baxış keçirdikdə məlum olmuşdur ki, evin divarlarına çəkilmiş elektrik naqillərim və həmçinin kollektoru evindən naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və evə baxış keçirmişlər Tikintisi başa çatmamış fərdi evimdən plastik pəncərəni açma yolu ilə oğurluq edilmiş və fərdi həyət evinin divarına çəkilmiş elektrik naqilləri, bir ədəd kollektoru oğurlanmışdır. Evdən elektrik naqillərindən başqa hər hansı əmlakım oğurlanmışdır. Evin divarına 13 top elektrik naqili çəkdirmiş və hər elektrik naqilinin hər topunu 65 manata, həmçinin bir ədəd kollektoru 120 manata almışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 965 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 7 ünvanında yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi almış və orada özü üçün fərdi yaşayış evi inşa etdirmişdir. İnşa etdirdiyi ev birmərtəbli olmaqla kürsülüdür. Evə giriş qapısı dəmirdən düzəlmiş, pəncərələri isə plastikdən hazırlanmışdır. Lakin pəncərələrin üzərində dəmir barmaqlıqlar qoyulmamışdır. Evin düşəmə taxtaları qoyulsa da, döşəmə tam hazırlanmamış, evin divarlarına elektrik naqilləri çəkdirmişdir. Sonuncu dəfə 26 avqust 2021ci il tarixdə fərdi həyət evində olmuş və evə nəzarət edib yaşadığı evə qayıtmışdır. Həmin günün səhəri 27 avqust 2021-ci il tarixdə təmir işləri apardığı fərdi evinə gəlmiş və evin qapsını açıb içəri girdikdə evin plastikdən olan pəncərəsinin şüşəsinin birinin sınmış olduğunu görmüşdür. Bundan sonra evin daxilinə nəzər saldıqda divara çəkilmiş elektrik naqillərinin kəsilərək yerindən çıxarıldığını və oğurlandığını aşkar olmuşdur. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Oğurlanmış elektrik naqilləri təxminən 15 top təşkil edir və hər bir elektrilj naqilini topuna 100 manat pul vermiş, oğurluq nəticəsində 1500 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, qonşuluqda olan 3 nömrəli mənzil təmirsiz olduğuna və yaşayış olmadığına görə sahibi saxlanc yeri kimi istifadə etmək üçün mənzilin açarını ona vermişdir. Buna görə də orada özünə məxsus bəzi əşyaları saxlamış və qapısını bağlamışdır. Oğlu üçün aldığı 29 ölçülü 800 manat dəyərində olan velisopedi həmişəki kimi mənzildə 13 noyabr 2021-ci il tarixdə saat 14 radələrində qoymuşdur. 14 noyabr 2021-ci il tarixdə saat 15 radələrində həmin mənzilə gedib qapını açdıqda velisopedi orada görməmiş və oğurlandığını bilib, 102 xidmətinə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs şikayətçi olması və ona dəymiş maddi ziyanın ödənilməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov 120 A ünvanında ailəsi ilə birlikdə yaşayır. Oğurluq hadisəsi baş vermiş Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evini tikdirmişdir. Sonuncu dəfə Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət ərzində naməlum şəxs və şəxslər Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində yerləşən hal-hazırda olmayan fərdi yaşayış evinə giriş qapısının üzərində olan dəmir barmaqlıqları kəsərək, daxil olma yolu ilə girib oğurluq etmişlər. Naməlum şəxs və ya şəxslər oğurluq nəticəsində 850 manat maddi ziyan vurmuşdur. Fərdi yaşayış evi bir mətbəx üç otaqdan ibarətdir. Naməlum şəxslər mətbəxdə və misdən olan otaqlarda olan elektrik naqillərini tam oğurlamışlar. Şübhələndiyi şəxs yoxdur. Hər metrinin dəyəri 2 manat olmaqla 425 metr uzunluğunda ümumi dəyəri 850 manat olan elektrik naqilləri oğurlanmışdır. İş üzrə Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs şikayətçi olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 01 dekabr 2021-ci il tarixdə ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evindən oğurluq olması barədə məlumatı DİN-nin 102 xidmətinə özü vermişdir. xx.xx.2021-ci il tarixdə Masazır qəsəbəsi, Şahid2 küçəsi ev 96 yerləşən evi almışdır. Hər gün mütəmadi olaraq evə səhər gəlib axşam gedir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə səhər saatlarında evə gəlmiş həmin gün axşam saat 21 də öz yaşadığı evinə getmişdir. Səhəri gün yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında evə gəlib görmüşdür ki, evinin pəncərəsində içəri keçməklə evində olan radiatorları naməlum şəxslər oğurlayıb aparmışdır. Həmin radiatorun 1 seksiyasının qiyməti 10 manat olmaqla 170 ədəd seksiyadan ibarət 17 ədəd radiator oğurlanması nəticəsində 1700 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Məmmədtağı oğlunun məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, A.A.Bakıxanov küçəsində torpaq sahəsi var və həmin torpaq sahəsini mişar daşları ilə hasarlamış, orada iki mərtəbəli yaşayış evi inşa etdirmişdir. Evin dam örtüyü hələ vurulmamışdır. Evdə ustalar hörgü işləri görmüşdür. 09 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixə olan müddət ərzində naməlum şəxslər evin zirzəminisinə daxil olub, zirzəmindən 350 manat dəyərində bir ədəd “İtex” markalı perefaratoru, 100 manat dəyərində bir ədəd laqondanı, 150 manat dəyərində bir ədəd Sex markalı 125-lik laqondanı, 100 manat dəyərində lobziki, 300 manat dəyərində 200 metr uzunluqda elektrik kabeli oğurlamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs4 ilə 2020- ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan övladları yoxdur. Nigar əvvəllər evli olub ilk ailəsindən bir övladı var. Qonşuluqda olan 3 nömrəli mənzil təmirsiz olduğu və yaşayış olmadığı üçün özlərinə saxlanc yeri kimi istifadə etmək üçün həmin mənzilin açarı onlara verilmişdir. Naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət ərzində həmin saxlanc eyvandan qanunsuz daxil olaraq, oradan arvadı Zərərçəkmiş şəxs4 oğluna məxsus dəyəri 800 manat olan velosiped oğurlamışdır. Baş vermiş hadisə barədə arvadı Nigar Mahmduova DİN-nin 102 xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. xx.xx.2021 -ci il tarixdən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində metal qəbulu sexi işlədir. 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Xutor adlanan ərazidə olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq onu tanıdığını demiş və əridilmiş mis məmulatları olduğunu bildirmişdir. O, həmin məmulatların haradan olmasını soruşmuşdur. O, usta olduğunu deyib, ev sahiblərinin artıq qalan tikinti materiallarını ona verdiklərini demişdir. Həmin şəxs bir neçə saat sonra işlədiyi sexə gəlmiş, əridilmiş mis məmulatlarını ona satmış, o da bunun müqabilində 52 manat pul vermişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, o da şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onun işlədiyi sexə gəlmiş və ona almaq üçün radiator təqdim etmiş və həmin radiatorların işlək olmadığı üçün ev sahibi tərəfindən ona verildiyini bildirmişdir. O, həmin radiatorları almışdır. Aldığı dəmir məmulatlarını sonda dəmir məmulatları zavoduna satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən metal qəbulu sexində təxminən 2 ildir fəhlə kimi işləyir. Qeyd olunan sexə gətirilən metalı, həmin şəxsin şəxsiyyətini təsdiq edən vəsiqəsinə baxdıqdan və surətini təqdim etdikdən sonra qəbul etmişdir. 2021-ci ilin avqust ayının sonlarında bir nəfər şəxs fəhlə kimi işlədiyi sexə gələrək, əridilmiş aliminiumdan olan elektrik naqillərinin olduğunu bildirmiş, o da həmin naqillərə baxdıqdan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişdir. O, da şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs məftilləri ona 190 manata satmışdır. Həmin əşyaların oğurluq olması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs həmin məftilləri zibillikdən yığdığını bildirmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə binaya və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgənin əmlakım gizli olaraq talamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsini, məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş CMS-AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2018ci il təvəllüdlü Mehrinisan adlı uşağı vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailə şəraitini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 300 manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-46/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-46/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver