Məhkəmə qərarları › İş №1(012)-461/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-461/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-461/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Şahmat məktəbinin yaxınlığında tanışı X6 ilə aralarında borc üstündə, yəni şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq ona boyun, sol qulaq altı, sol yanaq və sağ nahiyələrinin sıyrıqları, sol göz ətrafı nahiyənin qançırı ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ilə yaxın olar tanıyır, onunla münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bundan başqa o, 2018-ci ilin qış aylarında Zərərçəkmiş şəxs vasitəsi ilə sonuncunun uzaq qohumu olan Polad adlı şəxsi də tanımışdır. 2018-ci ilin noyabr ayında Faiq ondan yaşadığı evin sənədlərini düzəltmək üçün 4500 manat borca pul almış və həmin puldan Faiq ona 1600 manat pulu qaytarmış, qalan 2900 manatını isə qaytarmamış. O, dəfələrlə Faiqdən pulunu istəsə də, Faiq müxtəlif bəhanələr gətirib pulunu geri qaytarmamış, o, Faiqlə bir neçə dəfə görüşmək istəsə də, lakin sonuncunu tapa bilməmişdir. Bundan əlavə Poladın özüdə tez-tez istifadəsində olan mobil telefonuna zəng vuraraq Faiqin yerini soruşurmuş. Bir gün Polad ona zəng vuraraq Faiqi tapdığını, axşam saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən H.Əliyev parkında görüşəcəklərini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, Şahmat Məktəbinin yaxınlığında Poladla Faiqin söhbət etdiyini görmüş, dərhal Faiqə yaxınlaşaraq nə səbəbdən pulunu qaytarmadığını soruşmuşdur. Daha sonra Faiq onun sifət nahiyəsindən bir dəfə qəflətən yumruqla vurmuş, o da Faiqin sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra ona Faiqin onun barəsində Abşeron RPİ-nə şikayət etdiyi məlum olmuş, hadisə zamanı ətrafda Poladdan başqa kimsə olmamış, aralarında olan mübahisə təxminən 3-4 dəqiqə müddət ərzində davam etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizəsini təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır tanıyır, sonuncu ilə yaxşı münasibəti olmuş. 2018-ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs 4500 manat məbləğində borca pul almış, həmin puldan Cahidə cəmi 1600 manat qaytarmış, bundan əlavə o, uzaq qohumu olan Şahid Sərxan oğlundan da borca pul almış, o, borclarını Poladla Cahidə qaytara bilmədiyi üçün bir neçə müddət sonuncuların telefon zəngələrinə cavab verməmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində evdə olarkən Polad ona zəng vurub görüşmək istədiyini bildirmiş və onlar Abşeron rayonu, Xırdalana şəhəri ərazisində yerləşən Şahmat məktəbinin yaxınlığında görüşdükdən bir neçə dəqiqə sonra həmin yerə Təqsirləndirilən şəxs da gəlmişdir. Gəlişindən sonra Cahid ona «sənin mənə borcun var» sözlərini dedikdən sonra onun sol göz nahiyəsinə iki dəfə yumruqla ağır zərbələr endirmiş, üçüncü zərbəni vurmaq istəyərkən Polad onları aralaşdırmış, daha sonra Cahid ayaq zərbələri ilə iki dəfə onun sağ çiyin nahiyəsindən vurmuş, həmin gecə o, Abşeron RPİ-nə gedərək Cahiddən şikayət ərizəsi yazmışdır. Hadisə baş verən zaman ətrafda Poladdan başqa kimsə olmamış, hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxsla barışdığını və sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2 il öncə o, uzaq qohumu olan Faiq adlı şəxsə Bakı şəhəri, Nərimanov rayonu ərazisində pul vermiş, lakin sonuncu onu aldadaraq pulunu qaytarmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə o, Faiqlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Şahmat klubunun yaxınlığında görüşərkən, Faiqdən öz pulunu tələb etmiş və sonuncu ona pulunun Cahid adlı şəxsdə olduğunu bildirmişdir. Faiqlə o, görüşməmişdən öncə Cahidə zəng vuraraq həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Faiqlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Şahmat məktəbinin yaxınlığında görüşəcəyimizi bildirmişdir. Həmin vaxt oraya əvvəllər tanıdığı Cahid adlı şəxs də gəlmiş və Faiqlə Cahid arasında borc üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Cahidlə Faiq biri-birilərini yumruqla və təpiklə vurmuşlar və bundan sonra Faiq taksiyə əyləşib həmin yeri tərk etmişdir. Cahidlə Faiq arasında olan mübahisə təxminən 5 dəqiqə müddət ərzində davam etmiş, hadisə zamanı orada kənar şəxslər olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 223 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun, sol qulaq altı, sol yanaq və sağ nahiyələrinin sıyrıqları, sol göz ətrafı nahiyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 48/MEŞ nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizasına və rentqenoloji müayinəsinə əsasən, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinir. 1.Təqsirləndirilən şəxs üst çənədə sağdan İİİ dişin posttravmatik sınığı, həmin səviyyədə diş ətinin və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarasından sonrakı vəziyyəti aşkar edilmişdir.

2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 4-5 həftə əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.

3. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin lokalizasiyasını, xarakterini və zərbə trayektoriyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bir zərbə təsirindən yetirilməklə, zərbənin istiqaməti öndə arxaya, bir qədə sağdan sola doğru olmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128 , 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 168 (yüz altmış səkkiz) manat məbləğində pul, məhkəmə baxışı zamanı 26 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 156 (yüz əlli altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin39, 43, 344-347, 356, 383-385-cimaddələrinirəhbərtutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 168 (yüz altmış səkkiz) manat məbləğində pul, məhkəmə baxışı zamanı 26 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 156 (yüz əlli altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar