Məhkəmə qərarları › İş №1(012)-462/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-462/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-462/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızınınsədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil X4 iştirakı ilə xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 28.04.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 28.04.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1 15 manat müqabilində şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Abşeron rayonu, Məmmədli kəndində qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və həmin ərazidə xidmət aparan polis əmkdaşlarının onlara yaxınlaşdığını görüb, əldə etdiyi narktoik vasitə heroini gizlətmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Tofaş” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan saxlanc yerinə qoymuş, 28.04.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində xidmət aparan Azərbaycan Respublikası DİN-in X9 Alayının 12-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin X6 gətirilib, bölmənin inzibati ərazisində həmin “Tofaş” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin salonunda olan saxlanc yerindən Təqsirləndirilən şəxs2 məxsus bir ədəd siqaretin kağızına bükülmüş təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə bir ədəd siqaretin kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olan təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Məmmədli kəndinə daşıyıb orada tanışı Təqsirləndirilən şəxs2 15 manat müqabilində qanunsuz sataraq gəlir əldə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Beləki, məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə hesab olunan heroindən damarına inyeksiya vasitəsi ilə vurmaqla qəbul edir. 28 aprel 2021-ci il tarixdə narkotik vasitə heroin qəbul etmək istəmiş və bu məqsədlə təxminən saat 18 radələrində yaşadığı Abşeron rayonu, Məmmədli kəndi ərazisində tanışı Şahmar adlı şəxsdən 15 manat müqabilində bir ədəd siqaretin kağızına bükülmüş heroini alıb əynində olan şalvarının cibinə qoymuşdur. Həmin vaxt Şahmarla birlikdə Şahmarın idarə etdiyi “Tofaş” markalı **-SU-*** qeydiyyat nişanlı avtomobillə yaşadığı Məmmədli kəndinə gedərkən, evə yaxın ərazidə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb, cibində olan siqaretin kağızına bükülmüş narkotik vasitəni avtomobilin salonunda olan saxlanc yerinə qoyaraq gizlətmişdir. Polis əməkdaşları onları Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər və o, Şahmarla birlikdə polis əməkdaşları ilə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. Bölmədə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarıç keçirilmişdir. Şəxsi axtarış zamanı, üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şahmarın idarə etdiyi “Tofaş” markalı **-SU-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı o, avtomobilin salonunda olan saxlanc yerindən bir ədəd siqaretin kağızına bükülmüş narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim edərək, həmin narkotik vasitəni tanışı Şahmardan 15 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin prosess onun və vəkilinin iştirakı ilə keçirilərək video çəkilişlə qeydə alınmışdır. Avtomobildən aşkar olunmuş büküm onun və digər iştirakçıların yanında təhqiqatçı tərəfindən açılaraq cəm halında tərəzi vasitəsilə çəkilmiş və sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Həmin qəsəbənin digər sakini «Hacı» adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün, sonuncu yaşadığı evin həyətində narkotik vasitə gizlədirmiş və o, həmin narkotik vasitənin yerini bilirmiş. «Hacı» adlı şəxs dövlət orqanları tərəfindən həbs edildiyindən, Hacının həyətində gizlətdiyi narkotik vasitəni götürmüşdür ki, həmin narkotik vasitəni sataraq, pul əldə etsin. 28 aprel 2021-ci il tarixdə idarə etdiyi “Tofaş” markalı **-SU-*** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Məmmədli kəndində olarkən, tanışı Novruzla görüşmüşdür. Novruz ondan istifadə etmək üçün narkotik vasitə istəmiş və əvəzində ona “Tofaş” markalı avtomobil üçün ehtiyyat hissələri verəcəyini bildirmişdir. Lakin, ona pul lazım olduğu üçün, narkotik vasitənin bir bükümünü 15 manata satdığını Novruza bildirmiş, Novruz da onunla razılaşaraq, ona 15 manat pul verəcəyini demişdir. Bundan sonra o, Novruza siqaretin kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini vermişdir. Daha sonra Novruz, onun idarə etdiyi avtomobilə əyləşib yaşadığı evinə gemək istəyən zaman, polis əməkdaşları onlara yaxınlaşmış və Novruz əlində olan narkotik vasitəni onun idarə etdiyi avtomobilin salonunda olan saxlanc yerinə qoyaraq gizlətmişdir. Polis əməkdaşları yaxınlaşdıqdan onları Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Novruzla polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilinə baxış keçirən zaman, Novruz tərəfindən avtomobilin saxlanc yerində gizlədilmiş bir ədəd siqaretin kağızına bükülmüş narkotik vasitə aşkar olunaraq götürülümşüdür. Avtomobilinə baxış zamanı aşkar olunmuş narkotik vasitəni Novruz 28.04.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində ondan 15 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmiş və o, Novruzun dediklərin təsdiq edərək, həmin narkotik vasitəni Novruza satdığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun razılığı ilə yaşadığı evinə baxış keçirmişlər. Baxış zamanı onun evindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamsışdır. Həmin proses onun vəkilinin iştirakı ilə keçirilmiş və videoçəkilişlə qeydə alınmışdır. Avtomobildən aşkar olunmuş büküm onun və digər iştirakçıların yanında təhqiqatçı tərəfindən açılaraq cəm halında tərəzi vasitəsilə çəkilmiş və sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın polis nəfəri, Şahid1 ifadəsində göstərmişdir ki, 28.04.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində həmkarı polis nəfəri Şahid2lə xidmət apararkən, həmin gün saat 18 radələrində Məmmədli kəndi ərazisində «Tofaş» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşında iki nəfər şəxslərin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşmışdırlar. Özlərini həmin şəxslərə təqdim edib onları Abşero RPİ-nin X6 dəvət etmiş və həmin şəxslər etiraz etmədən onlarla bölməyə getmişlər. Abşeron RPİ-nin X5 avtomobildə sərnişin qismində əyləşmiş şəxsin xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və sürücünün xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 olduqları müəyyən edilmişdir. Həmin şəxslərin üzərinə ayrı-ayrılıqda Abşeron RPİ-nin X5 xitməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Məmmədxan Həsənov tərəfindən onların iştirakları ilə şəxsi axtarışlar keçirilmiş və keçirilmiş şəxsi axtarış zamanı saxlanılan şəxslərin üzərində dövriyyəsi qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Lakin, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Tofaş» markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən, avtomobilin salounda yerləşən saxlanc yerindən siqaretin kağızına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 avtomobildən aşkar olunmuş bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tanışı Şahmardan 15 manat müqabilində aldığını və polis əmkdaşlarının onlara yaxınlaşdığını görüb narkotik vasitəni avtomobilin salonunda saxlanc yerinə qoyduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə iclasında şahid qismində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 29.04.2021-ci il tarixli, 6/1725 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərilərində AR DİN «..Zərflər üçün № 236» möhür əksi «Vət. Təqsirləndirilən şəxs2 məxsus…» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir(qalıq 0,197 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23.06.2021-ci il tarixli, 2036 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23.06.2021-ci il tarixli, 2032 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu «narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 01.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 02 may 2008-ci il təvəllüdlü Əli, 25.01.2010-cu il təvəllüdlü Fatimə, 27.04.2017-ci il təvəllüdlü Rəhim adlı 3 azyaşlı övladı var. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən 01.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 19.02.2012-ci il təvəllüdlü Aylin, 06.01.2013-cü il təvəllüdlü Misir, 06.01.2015-ci il təvəllüdlü Sadiq adlı 3 azyaşlı övladı var. 28.04.2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokoludan görünür ki, Təqsirləndirilən şəxs2 28.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 30.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30.04.2021-ci il tarixdə azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 28.04.2021-ci il tarixli şübhəli şəxs qismində tutma protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 28.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 28.04.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə və avtomobilə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Tofaş» markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 avtomobilin salonunda olan saxlanc yerindən bir ədəd bükümü çıxardaraq, narkotik vasitə heroin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin narkotik vasitə heroini o, 28.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 15 manat müqabilində aldığını bildirməsi müəyyən edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər öz ifadələri, şahidlərin ifadələri və ekspertin rəyi ilə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq Təqsirləndirilən şəxs2 satması sübuta yetirilmişdir. Həmin sübutlar mənbələrinə görə mötəbərdir və bir-birini tamamlayır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 28.04.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndinə təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 15 manat məbləğində pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Etdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 3 azyaşlı övladının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirlibilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,197 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 28.04.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 109 manat 90 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,197 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına, maddi sübutun məhv edilməsi hissəsində Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar