Məhkəmə qərarları › İş №1(012)-462/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-462/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-462/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvələr məhkum olunmuş, Sumqayıt şəhəri Nizami küçəsi 19Cməh 6-da qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivi fərdi evdə yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən X5 ASC-nə məxsus zavoda daxil olub orada kranların 1 metri 7 manat olan 160 metr uzunluğunda naqillərini və 1 metri 1 manat olan 50 metr uzunluğunda aliminum kabeli kəsərək gizli yolla talayıb, oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1170 (min yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin dekabr ayının 27-dən 28-nə qədər olan müddət ərzində Abşeron rayonu Saray qəsəbəsi üzümlük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus təmiri tam başa çatmamış fərdi yaşayış evə qanunsuz olaraq pəncərəni çamaqla daxil olub evin içində bir ədəd 200 manat dəyərində laqonda,l ədəd 100 manat dəyərində drel və 100 manat dəyərində 55 metr işıq kabeli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 400 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o,təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəlində Abşeron rayonu Saray qəsəbəsi üzümlük yaşayaş massivində yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus təmiri tam başa çatmamış fərdi yaşayış evə qanunsuz olaraq daxil olub evin içində 600 manat dəyərində taxta döşəmə,200 manat dəyərində işıq kabeli, 170 manat dəyərində armatur və 30 manat dəyərində əl arabanı talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinin pəncərə şüşəsini acmaqla qanunsuz daxil olub oradan 1000 manat dəyərində müxtəlif çeşidlərdə qazan və qab-qaşıq dəstləri yataq otağında olan 500 manat dəyərində yorğan mələfə üzlüklərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə itələyib açaraq saxlanc yerinə qanunsuz daxil olub evdən 180 manat dəyərində 300 metr uzunluğunda elektrik naqilləri, həmçinin divarda quraşdırılmış 100 metr uzunluğunda 60 manat dəyərində elektrik naqilləri, 7 ədəd ümumi dəyəri 45 manat olan elektrik avtomatları, 1 ədəd 40 manat dəyərində boru birləşdirən ütü, 1 ədəd 150 manat dəyərində perferator, 1 ədəd 20 manat dəyərində direl, 30 manat dəyərində plastik boru aksesuarları, 1 ədəd 55 manat dəyərində əl arabasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 580 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində Abşeron rayonu, Novxanı kəndi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs4 oğlıuna məxsus fərdi yaşayış evinə daxil olub oradan hər bir topu 600 manat olan 2 top elektrik naqilini gizli yolla talayıb, oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1200 (min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021 -ci il tarixdə axşam saatlarında oğurluq etmək üçün Ceyranbatan qəsəbəsinə gəlmişdir. Həmin vaxtı saat 23 radələrində qəsəbədə yerləşən zavodun həyətinə gizlin daxil olub içəri keçmişdir. Zavodun içində kranların təxminən 50-60 metr uzunluğunda qalın elektrik naqillərini kəsib özü ilə aparmışdır. Səhəri gün həmin naqilin bir hissəsini kəsib rezinini çıxarmış və metal kimi Sumqayıt şəhərində hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə 30 manata satmışdır. Qalan naqillər isə yaşadığı evin həyətində qalmış və o, həmin naqilləri istintaqa təqdim edə bilər. Oğurluqdan əldə etdiyi 30 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, göstərmişdir ki, zavoddan oğurluğu tək etmiş və bu barədə heç kimin məlumatı olmamış, naqilləri soyub metal kimi satmış və satdğı şəxsə həmin naqilləri zibillikdən tapıb soyduğunu bildirmişdir.Bundan başqa o, göstərmişdir ki, 2021 -ci ilin dekabr ayının 27-dən 28-nə keçən gecə, gecə saatlarında yaşadığı Üzümlük yaşayış massivində gəzərkən tam təmiri başa çatmamışev görmüş, heç kəsin olmadığından istifadə edib hasardan həyətə aşaraq keçmişdir. Evin böyründə zirzəmiyə gedən balaca pəncərəni itələyib açmış və evə daxil olmuşdur. Evdə təmir işlərinin getdiyini görmüşdür. Otaqların birində usta alətləri, yəni direl və laqonda aparatını, həmçinin kabeli oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları səhəri günü kənddə dəmir və s. əşyalar alan, maşınlarla yığan tanımadığı sürücüyə ucuz qiymətə satmışdır. Həmin şəxsi tanımamış. Lakin həmin şəxs sovet istehsalı olan avtomobillə kənddə bütün günü hərəkət etmiş, dəmir alətlər almışdır. Bundan başqa o, göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəli olardı oğurluq etmək məqsədi ilə gecə saatlarında yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivi ilə piyada gəzmişdir. Piyada gəzən vaxtı yol kənarında təmiri tam başa çatmamış, həmçinin hasarı tam tikilməmiş bir ev gördüm, daşın üzərində «Satılır» sözləri yazıldığını, eləcə də işıqların yanmadığını və ətrafda kimsənin olmadığnı görüb həyətə daxil olmuş və evin plastik pəncərəsini dəmir alətlə açıb içəriyə daxil olmuşdur. İçəriyə daxil olandan sonra yavaş-yavaş döşəmə taxtası, armatur, kabel oğurlayıb həyətə çıxartmış, həmçinin evin içində olan əl arabanı da həyətə çıxartmış və bütün oğurluq etdiklərini əl arabanın üzərinə qoyub oradan uzaqlaşmışdır. Oğurladıqlarını digər bir yerdə yol kənarında gizlətmiş və səhəri günü isə yol kənarında dəmir yığan tanımadığı bir avtomobilin sürücüsünə satmışdır. Neçə manata satdığı hazırda yadında deyil. Bundan başqa o, göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsi fərdi tikili evin girişinə və çıxışına baxaqda görmüşdür ki, evin qapısı bağlıdır. Həmin mənzildə heç kimin olmadığını görmüşdür. Ona görə də mənzilə daxil olmaq üçün evin həyətindən yataq otağının pəncərəsini sındırmış, sındırdığı pəncərədən mənzilə daxil olmuşdur. Mənzildə axtarış aparmış, pul və qiymətli əşya tapa bilməmişdir. Lakin evin mətbəxində olan dəmir qazan dəstlərini, alminium materialdan olan 10 litrlik su qabını və qab-qaşıq dəstlərini götürmüş, pəncərənin önünə toplamışdır. Bundan sonra yataq otağında yataq mələfələri, müxtəlif formalarda təzə işlənməmiş dəsmalları, mələfələri, yorğan üzlüklərini toplayıb mənzilin pəncərəsinin ön hissəsinə yığmışdır. Həmin əşyalar xeyli olduğundan iki dəfə ərzində özü ilə birbaşa yolun kənarına aparmışdır. Oradan da hamısını çətinliklə də olsa həmin ünvandan da uzaqlaşmış, 18 yanvar 2022-ci il tarixdə oğurladığı həmin şəyaları yəni qazan dəstlərini və həmin paltar dəstlərini yol taksisi ilə Sumqayıt şəhəri ərazisinə və Bakı şəhəri ərazisinə apararaq yoldan keçən tanımadığı şəxslərə dəyərindən ucuz qiymətə hissə-hissə satmış. Yəni ümumilikdə həmin əşyalardan 150 manat pul əldə etmişdir. Əldə etdiyi həmin pulu xəstə olduğu üçün öz tibbi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, göstərmişdir ki, oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək üçün boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində küçəsində piyada hərəkət edərkən işıqları sönmüş yaşayış olmayan ev görmüşdür. Mən həmin evdən oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həmin ev tam təmir olunmamış ev idi. O, evin giriş qapısının yanında olan plastik pəncərəni əli ilə möhkəm itələyib açmışdır. Evin içərisi tam təmir olunmamışdır. O, evə daxil olmuşdur. Evdə otaqda yerdə müxtəlif təmir alətləri var idi. Bundan sonra o, başqa qiymətli əşya olmadığını görüb yerdə olan təxminən 300 metr uzunluğunda elektrik naqilləri, 7 ədəd elektrik avtomatları, 1 ədəd boru birləşdirən ütü, 1 ədəd perefarator, 1 ədəd direl, plastik boru aksesuarları götürüb bir yerə yığmışdır. Bundan sonra evin otaqlarında divarda quraşdırılmış 100 metr uzunluğunda elektrik naqillərini divardan sökmüşdür. Oğurladığı həmin əşyaları həmin evdən götürdüyü əl arabasına yükləyib oradan uzaqlaşmışdır. Əl arabasını bir qədər sürdükdən sonra Saray qəsəbəsi, Üzümlük yaşayış massivində çöllük ərazidə gizlətmişdir. Daha sonra evə getmişdir. Səhər evdən çıxıb həmin əşyaları qoyduğu yerə getmişdir. Orada əşyaları əl arabası ilə aparıb bir qədər getdikdən sonra səyyar metal qəbul edən dövlət qeydiyyat nişanını xatırlamadığı “Qaz 24” markalı avtomobilə yaxınlaşmışdır. Metal alan şəxsə həmin əşyaları göstərərək satmaq istədiyini bildirmişdir. Həmin şəxs satmaq istədiyi əşyaların oğurluq olub-olmamasını soruşduqda, o, həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını, hətta həmin şəxsə narahat olmaması üçün şəxsiyyət vəsiqəmi də göstərmişdir. Bundan sonra oğurladığı həmin əşyaların hamısını ümumilikdə 140 manat müqabilində səyyar metal alqı- satqısı edən şəxsə satmışdır. Əldə etdiyi həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. O, qeyd olunan oğurluq cinayətini törədən zaman yanımda heç kim olmamış, mən həmin cinayəti tək törətmişdir. Bundan başqa o, bildirmişdir ki, səhəti ilə bağlı heç bir yerdə işləyə bilmədiyi üçün son 6- 7 ayda Abşeron rayonu, Saray və Ceyranbatan qəsəbələrində oğurluq etməklə maddi tələbatını ödəyir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında oğurluq etmək üçün Abşeron rayonu, Novxanı kəndi, yeni məhəlləyə gəlmişdir. Həmin vaxtı saat 00:00 radələrində yeni tikilmiş evdə kimsənin olmadığını yəqin etdikdən sonra hasardan həyətə daxil olmuş, həyətdə olan iki evdən birinin plastik pəncərəsini özü ilə gətirdiyi, vintburanla sıxıb açmış və evə daxil olmuşdur. Ev divarlarına suvax çəkilmiş və təmirsiz vəziyyətdə olmuşdur. Evin tualet otağında 2 topa elektrik naqili var idi. Həmin 2 topa elektrik naqilini götürmüş və evdən tapdığı kisəyə yığıb evdən həyətə çıxarmışdır. Kisəni hasardan küçəyə atmış və götürüb aparmışdır. Həmin gecəni Saray qəsəbəsində yaşadığı küçədə oğurladığı 2 topa elektrik naqilini rezinini soymuş və əldə etdiyi misi səhər Saray qəsəbəsində səyyar metal qəbulu ilə məşğul olan şəxsə 45 manata satmışdır. Əldə etdiyi 45 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, həmin evdən oğurluğu tək etmiş və bu barədə heç kimin məlumatı olmamış, naqilləri soyub metal kimi satmışam və satdğı şəxsə həmin naqillərin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2003-cü ildə X2 ilə ailə həyatı qurmuş, birgə nigahdan 4 uşağı var. O, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayonev 47, mənzil 16-da yaşayır, lakin ailəsi üçün Abşeron rayonu, saray qəsəbəsi, nəsibə Zeynalova küçəsində yerləşən üç otaqdan ibarət bir mərtəbədən 1,5 sotun üzərində tikilmiş həmin evdə əşyaları var, həmin evdə əsasən yay ayında yaşayırlar. O, bildirmişdir ki, həmin evdə yaşamaq üçün tam şəraiti var. Belə ki, 18 yanvar 2022-ci il tarixdə saat 08:30 radələrində evə baş çəkərkən görmüşdür ki, evin yataq otağının pəncərəsi sındırılıb, o, mənzilə plastik qapıdan içəri girəndə görmüşdür ki, mətbəxdə və otaqlarda olan 1000 manat dəyərində məişətdə istifadə etdii müxtəlif çeşidlərdə qab-qazan dəstləri eyni zamanda evdə istifadə etdiyi 500 manat dəyərində yataq mələfələri, dəsmallarının oğurlanmaqla ona 1500 manat ziyan vurulmuşdur. Bununla bağlı hadisə barədə polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfndən hadisə yerinə baxış keçirilmiş hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021 -ci ilin yay ayında Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük deyilən ərazidə 2 sot yarım torpaq sahəsi almış və uzun illər topladığı pulların hesabına ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə ustalar tapmış və bir mərtəbəli kürsülü ev tikdirmiş, lakin imkanı çatmamış və həm tikintini, həmdə təmiri başa çatdıra bilmədiyi üçün satmaq qərarına gəlmişdir. Ara sıra evə gedib baxır. Sonuncu dəfə 2021 -ci ilin dekabr ayının 23-də gedib baxmış, 10 yanvar 2022-ci il tarixdə günorta saat 14 radələrində yenidən ora gedəndə evin qapısını açarla açmaq istəmiş, lakin aça bilməmiş, başa düşmüşdür ki, içəridən cəftədən bağlanıb, fikirləşmişdir ki,evin içində kimsə olar və qorxmuş, ona görə də dərhal 102 xidmətinə zəng vurmuş və bir qədər sonra polislər gəlmişdir. Onun xahişini nəzərə alıb evin açıq pəncərəsində içəriyə daxil olub qapını içəridən açdıqdan sonra o, evə daxil olmuşdur. Evin içinə baxış keçirəndə məlum olmuşdur ki, 600 manat dəyərində 1 kud yarım pol taxtası,200 manat dəyərində 20 metr qalın işıq kabelin, 170 manat dəyərində armatur və 30 manat dəyərində yaşıl rəngli arabanın oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 1000 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27 dekabr 2021-ci il tarixdə axşam saatlarında oğlu nəvələri ilə birlikdə evə getmiş və hər şey qaydasında olmuşdur. 28 dekabr 2021-ci il tarixdə səhər saatlarında o, evə gedəndə həyətə daxil olmuş və görmüşdür ki, zirzəminin pəncərəsinin petləsini qırıb evin içinə daxil olublar. Evə daxil olmuş və hər tərəfə baxmağa başlamışdır. Müəyyən etmişdir ki, naməlum şəxslər evdən 200 manat dəyərində laqonda aparatı, 1 ədəd 100 manat dəyərində markasını bilmədiyi direl və 100 manat dəyərində 55 metr işıq dirəyindən evə gedən elektrik naqillərinin oğurlandığını aşkar etmiş və dərhal bununla bağlı DİN-nin 102 xidmətinə zəng vurmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs qismində tanınmış «X5» ASC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 1981 -ci ildən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “X5” ASC-də işləyir və son vaxtlar həmin müəssisədə baş mühəndis işləyir. xx.xx.2021 -ci il tarixdə müəssisədə körpülü kranları işlətmiş və həmin gün saat 17 radələrində işdən çıxıb getmişlər. xx.xx.2021 -ci il tarixdə günorta saatlarında müəssisəyə işə gəlib kranları işə salmaq istəmiş və bu zaman kranların 4x6 80 metr uzunluğunda ümumi 160 metr uzunluğunda metri 7 manat olan mis kabellərinin və 50 metr uzunluğunda 1 metrəsi 1 manat olan alimium kabelin kəsilib götürüldüyünü aşkar etmişdir. Bu barədə orada mühafizəçi X6 bildirmişdir. Kabellərin oğurlanması barədə Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsinə müəssisəyə 1170 manat maddi ziyan dəymiuşdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, bir il olar Abşeron rayonu, Novxanı kəndi yeni məhəllədə özünə məxsus olan torpaq sahəsində bağ evi tikdirir. Həyətdə əlavə 2 otaqlı gözətçi otaqıda tikdirmiş və evin qapı, pəncərə və dam örtüyünü vurdursa da, daxilində hal-hazırda təmir işləri gördürür. Həmin evin elektrik xəttini çəkdirmək üçün 2 topa 1200 manat dəyərində elektrik naqili almış və naqili evdə tualet otağında saxlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Novxanı kəndinə bağ eviyə baş çəkmiş və həmin vaxtı həyətdə əlavə tikdirdiyi evin plastik pəncərəsinin açıq olduğunu görmüş və evə baxdıqda tualet otağında olan hər biri 100 metr uzunluğunda 2 topa elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Bu barədə 102 xidmətinə məlumat vermiş və Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, həmin elektrik naqilinin hər birini 600 manata almış və oğurluq nəticəsində ona ümumilikdə 1200 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində tikilməkdə olan fərdi yaşayış evi vardır. Həmin evə mütəmadi olaraq baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin evə baş çəkən zaman evdə hər şey qaydasında olmuşdur. Evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində evinə getmişdir. Evin həyətinə daxil olmuşdur. Evin pəncərəsi açıq idi. O, dərhal içəri daxil olmuşdur. Evə baxış zamanı evdən 180 manat dəyərində 300 metr uzunluğunda elektrik naqilləri, həmçinin divarda quraşdırılmış 100 metr uzunluğunda 60 manat dəyərində elektrik naqilləri, 7 ədəd ümumi dəyəri 45 manat olan elektrik avtomatları, 1 ədəd 40 manat dəyərində boru birləşdirən ütü, 1 ədəd 150 manat dəyərində perefarator, 1 ədəd 20 manat dəyərində direl, 30 manat dəyərində plastik boru aksesuarları, 1 ədəd 55 manat dəyərində əl arabasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları gələrək onun evinə baxış keçirmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivinə yerləşən tikilməkdə olan evindən qeyd etdiyi əşyaları oğurlanmışdır, oğurluq nəticəsində ona ümumilikdə 580 manat maddi ziyan dəymişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 30 metr uzunluğunda alüminium naqil götürülmüş və zərərçkəmiş şəxsin nümayəndəsi Nümayəndə tanınmaya təqdim edilmiş. Sonuncu həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. 30 metr uzunluğunda alüminium naqil maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü sahibi «X5» ASC-yə təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakını yaşayış sahəsinə, binaya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərəçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 326.2, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020- ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsi, vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasında da həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş cinayəti npredmeti olan 30 metr uzunluğunda alüminium naqil saxlanılmasından ötrü sahibi «X5» ASC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitin Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeronrayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş cinayəti npredmeti olan 30 metr uzunluğunda alüminium naqil saxlanılmasından ötrü sahibi «X5» ASC-yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar