Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-462/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun Xırdalan Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və onun vəkili Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qoşadizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2də qeydiyyatda olmaqla yaşayan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2005-ci ildə Bakı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, 5-ci Mədən küçəsi nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, xx.xx.1993-cü ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tanışı “Xəyal” adlı şəxsin verdiyi məlumata əsasən Təqsirləndirilən şəxs2 da tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus avtomobili satıb pulunu sürücü işlədiyi Müdafiə Sənayə Nazirliyinin balansında olan yol vərəqəsi ilə idarə etdiyi “Hyundai-Sonata” markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxladığını, həmin avtomobili isə gecə vaxtı yaşadığı Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksi ev 10 saylı binanın yaxınlığında saxladığını bilib, həmin pulu oğurlamaq barədə əvvəlcədən aralarında razılığa gələrək, bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində qrupun üzvüləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “Lada Priora” markalı 90MB094 dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksinə gəlib, avtomobili yolun kənarında saxlayıb, Təqsirləndirilən şəxs2 ilə avtomobildə əyləşib, ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 isə qeyd edilən yaşayış kompleksinin 10 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Sonata” 99PF676 dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, arxa şüşəsini yerdən götürdüyü mişar daşla sındırdıqdan sonra, gəldikləri onun avtomobilinə qayıtmış, o isə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb sındırılan arxa şüşə yerindən salona daxil olaraq, saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd 25(iyirmi beş) manat dəyərində qara rəngli əl çantanı, həmin çantanın içərisində Zərərçəkmiş şəxs məxsus rəsmi sənədləri, yəni şəxsiyyət vəsiqəsini, hərbi bileti, Müdafiə Sənayə Nazirliyi tərəfindən verilən xidməti vəsiqəni, sürücülük vəsiqəsini və 11000 (on bir min ) manat pulu, cəmi 11.025 (on bir min iyirmi beş) manat məbləğində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, oğurluq cinayət əməlini törətmişdir.Belə ki o, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tanışı “Xəyal” adlı şəxsin verdiyi məlumata əsasən Təqsirləndirilən şəxs2 da tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus avtomobili satıb pulunu sürücü işlədiyi Müdafiə Sənayə Nazirliyinin balansında olan yol vərəqəsi ilə idarə etdiyi “Hyundai-Sonata” markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxladığını, həmin avtomobili isə gecə vaxtı yaşadığı Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksi ev 10 saylı binanın yaxınlığında saxladığını bilib, həmin pulu oğurlamaq barədə əvvəlcədən aralarında razılığa gələrək, bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində qrupun üzvüləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Lada Priora” markalı 90MB094 dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksinə gəlmiş, Təqsirləndirilən şəxs1 avtomobili yolun kənarında saxlayıb, Təqsirləndirilən şəxs2 ilə avtomobildə əyləşib, ətrafa nəzarət etmiş, o isə qeyd edilən yaşayış kompleksinin 10 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Sonata” 99PF676 dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, arxa şüşəsini yerdən götürdüyü mişar daşla sındırdıqdan sonra, gəldikləri Təqsirləndirilən şəxs1 avtomobilinə qayıtmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb, sındırılan arxa şüşə yerindən salona daxil olaraq, saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd 25(iyirmi beş) manat dəyərində qara rəngli əl çantanı, həmin çantanın içərisində Zərərçəkmiş şəxs məxsus rəsmi sənədləri, yəni şəxsiyyət vəsiqəsini, hərbi bileti, Müdafiə Sənayə Nazirliyi tərəfindən verilən xidməti vəsiqəni, sürücülük vəsiqəsini və 11000 (on bir min ) manat pulu, cəmi 11.025 (on bir min iyirmi beş) manat məbləğində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, oğurluq cinayət əməlini törətmişdir.Belə ki o, tamah niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı “Xəyal” adlı şəxsin verdiyi məlumata əsasən tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus avtomobili satıb, pulunu sürücü işlədiyi Müdafiə Sənayə Nazirliyinin balansında olan yol vərəqəsi ilə idarə etdiyi “Hyundai-Sonata” markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxladığını, həmin avtomobili isə gecə vaxtı yaşadığı Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksi ev 10 saylı binanın yaxınlığında saxladığını bilib, həmin pulu oğurlamaq barədə əvvəlcədən aralarında razılığa gələrək, bu məqsədlə xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində qrupun üzvüləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Lada Priora” markalı 90MB094 dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, “AAF park” yaşayış kompleksinə gəlmiş, Təqsirləndirilən şəxs1 avtomobili yolun kənarında saxlayıb, Təqsirləndirilən şəxs1 ilə avtomobildə əyləşib, ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 isə qeyd edilən yaşayış kompleksinin 10 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Sonata” 99PF676 dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlib, arxa şüşəsini yerdən götürdüyü mişar daşla sındırdıqdan sonra, gəldikləri Təqsirləndirilən şəxs1 avtomobilinə qayıtmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb, sındırılan arxa şüşə yerindən salona daxil olaraq, saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd 25(iyirmi beş) manat dəyərində qara rəngli əl çantanı, həmin çantanın içərisində Zərərçəkmiş şəxs məxsus rəsmi sənədləri, yəni şəxsiyyət vəsiqəsini, hərbi bileti, Müdafiə Sənayə Nazirliyi tərəfindən verilən xidməti vəsiqəni, sürücülük vəsiqəsini və 11000 (on bir min ) manat pulu, cəmi 11.025 (on bir min iyirmi beş) manat məbləğində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 aya yaxındır ki, icarə əsasında yaş asfalt rəngli Lada Priora markalı **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, təxminən xx.xx.2024-cü il tarixdə tanışı Ədalət adlı şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub, ona tanışı Nihatı tapmağı xahiş etmiş, o da Nihatın yaşadığı ünvana gedib, onu Ədalətlə telefonla danışdırmış, xx.xx.2024-cü il tarixdə Ədalət ona ə zəng vuraraq bildirmişdir ki, Nihatla ikisi Qobu Park 2 ünvanına Ədalətin yaşadığı məhləyə gəlsin, o da Nihata bu barədə bildirmiş və hər ikisi birlikdə Ədalətin yaşadığı ünvanın qarşısına getmiş, Ədalət onlarla görüşən zaman onlara bildirmişdir ki, bir nəfər tanışı olan şəxs Xırdalan şəhərində avtomobilin salonunda 14000 manat pul saxlayır və həmin pulu oğurlamağı onlara təklif etmiş, Ədalət ona həmin oğurluqda sürücü kimi iştirak etməyi və oğurladığı puldan ona da pul verəcəyini bildirmiş, xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində Ədalət və Nihatla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəlmiş, həmin zaman Ədalət yol boyu kiminləsə telefonla danışmış, Ədalət və Nihatla birlikdə oğurluq etmək istədikləri avtomobilin olduğu yerə yəni, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəldikdən sonra salonundan oğurluq etmək istədikləri avtomobilin çay evi və mağazanın olduğu yerin yaxınlığında yəni işıqlı yerdə dayandığını görüb, tutula biləcəklərindən və adamların onları görə biləcəklərindən ehtiyyat edərək, həmin günü oğurluq etməmiş, bundan sonra hər üçü birlikdə qərara gəlmişlər bu, cinayəti həmin günün səhərisi etsinlər,xx.xx.2024-cü il tarixdə Ədalət ona zəng vuraraq,yenidən onun yaşadığı yerə Nihat ilə birlikdə gəlməyi təklif etmiş, o da Ədalət ilə görüşmək üçün Qobu Park 2 yaşayış komleksinə gəlmiş, Ədalət ilə görüşən zaman Ədalətin yanında onun tanışı sonradan adının İbrahim olduğunu bildiyi şəxsi görmüş, birlikdə onun idarə etdiyi Lada-Piriora markalı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəlmiş, kompleksə çatan zaman Ədalət, İbrahimə avtomobildən yerə düşməyi təklif etmiş və ona bildirmişdir ki, 1(saat) saatlıq işləri var, işlərini qurtardıqdan sonra şəhərə gedərkən onuda yolun kənarından götürüb, birlikdə Nizami metrosuna gedəcəklər,bundan sonra o, idarə etdiyi avtomobili yolun kənarında saxlamış, İbrahim avtomobildən yerə düşdükdən sonra, hər üçü birlikdə Ədalətin onlara bildirdiyi yerə yəni, oğurluq edəcəkləri avtomobilin olduğu yerə getmiş, o avtomobilini kənar bir yerdə saxlayıb, Ədalət və Nihat ilə söhbət etməyə başlamış, bundan sonra razılaşaraq, Nihatın avtomobilin şüşəsini sındırsını onun isə avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantanı götürməyə razılaşmış, belə də edərək Nihat avtomobilin şüşəsini sındırdıqdan sonra o, avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantanısını götürüb, ordan uzaqlaşmış, bundan sonra çantanın içərisindən pulları götürüb, çantanı və əynindəki geyindiyi papaqlı gödəkçəni yola atmış, Ədalət ona avtomobildə oğurladığı əl çantasnın içərsindəki puldan 1500 manat pul vermiş, qalan pulu isə Ədalət ilə Nihat bölmüş, daha sonra birlikdə şəhərə doğru yola düşmüş, şəhərə doğru yola düşən zaman yoldan İbrahimi də götürüb, birlikdə Nizami metrosunun yaxınlığına getmiş, ora çatan zaman saat təxminən 05 radələri olmuş, orada Ədalət ilə sağollaşıb ayrıldıqdan təxminən 1 (bir) saat sonra Ədalət ona zəng vuraraq, onu Beylaqana rayonuna aparmağı xahiş etmiş o,da Ədaləti Beyləqan rayonuna adını xatırlamadığı kəndə aparmış, təxminən saat 11 radələrində Beylaqana rayonuna çatıb, Ədaləti həmin kəndə düşürtdükdən sonra yenidən yaşadığı ünvana qayıtmışdır.Hadisə zamanı zərərçəkənə məxsus ittiham aktında göstərilən sənədlərin onlar tərəfindən oğurlanmadığını, o səbəbdən bu hissədə ittihamla razı olmadığını bildirdi. Zərərçəkənə dəyən ziyanı tam olaraq ödədiklərini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən üç ildir ki, tanımış Adəm onun yaşadığı qəsəbədə qonşuluqda yaşadığı üçün onunla dostluq münasibəti olmuş, Ədaləti isə əvvəllər qonşuluqlarında yaşadığı üçün tanımış, Ədaləti uşaq vaxtlarından tanımış, sonralar Ədalət onların yaşadıqları evin yaxınlığından köçərək, Qobu qəsəbəsinə getmiş və orada yaşamağa başlamış, xx.xx.2024-cü il tarixdə tanışı Adəm onun yaşadığı ünvana gəlib, Ədalətin bir işi olduğunu həmin işi həll etmək lazım olduğunu bildirmiş, o da razılaşmış, o Adəm ilə birlikdə Adəmin idarə etdiyi Lada-Pirora markalı 90MB094 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Ədalətin olduğu yerə yəni Qobu qəsəbəsinə gəlmiş, birlikdə Ədalətin bildirdiyi yerə yəni oğurluq etmək istədikləri Xırdalan şəhəri AAAF park yaşayış kompleksi ev 10-un qarşısında dayanan Hyundai-Sonata markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin olduğu yerə gəlmiş, həmin zaman artıq xx.xx.2024-cü il gecə saat təxminən 03 radələri olmuş o, Ədalət və Adəm avtomobilin olduğu yerə yəni Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəldikdən sonra salonundan oğurluq etmək istədikləri həmin avtomobilin çay evi və mağazanın olduğu yerin yaxınlığında işıqlı yerdə dayandığını görüb, tutula biləcəklərindən və adamların onları görə biləcəklərindən ehtiyyat edərək həmin günü oğurluq etməmiş, bundan sonra hər üçü qərara gəlmişlər ki bu, cinayəti həmin günün səhərisi etsinlər, həmin günün səhərisi yəni xx.xx.2024-cü ildə Adəm onun yaşadığı evə gələrək onu yaşadığı evdən götürmüş və birlikdə yenədə Ədalətin olduğu yerə yəni Qobu qəsəbəsinə getmiş, onlar Ədalət ilə görüşən zaman Ədalətin yanında onun tanışı sonradan adının İbrahim olduğunu bildiyi şəxsi görmüş, birlikdə Adəmin idarə etdiyi Lada-Piriora markalı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəlmiş, onlar kompleksə çatan zaman Ədalət, İbrahimə avtomobildən yerə düşməyi təklif etmiş və ona bildirmişdi ki, 1(saat) saatlıq işləri var, işləri qurtardıqdan sonra şəhərə gedərkən onuda yolun kənarından götürüb, birlikdə Nizami metrosuna gedəcəklər, belə də edərək, Adəm avtomobilini yolun kənarında saxladıqdan sonra, İbrahim avtomobildən yerə düşmüş, bundan sonra birlikdə Ədalətin onlara bildirdiyi yerə yəni oğurluq edəcəkləri avtomobilin olduğu yerə getmiş, həmin zaman xx.xx.2024-cü il gecə saat təxminə 01 radələri olmuş, Adəm avtomobilini kənar bir yerdə saxlayıb, Ədalət ilə söhbət etməyə başlamış, bundan sonra razılaşmışlar ki, o avtomobilin şüşəsini sındırsın, Adəm isə avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantansıı götürsün, onlar belə də edərək,o avtomobilin şüşəsini sındırmış,daha sonra Adəm avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantanısını götürüb, onların yanına gəlmiş, bundan sonra əl çantasının içərisində olan pulu götürüb, çantanı və Adəmin geyindiyi papaqlı gödəkçəni yolun kənarına atdıqlarını,Ədalət ona avtomobildə 1600 manat pul vermiş, Adəmə isə 1500 manat pul vermiş, qalan pulu isə özü götürmüş, daha sonra birlikdə şəhərə doğru yola düşmümş, şəhərə doğru yola düşən zaman yoldan İbrahimi də götürərək birlikdə Nizami metrosunun yaxınlığına gəlmiş, ora çatan zaman saat təxminən 05 radələri olmuş, bir az istirahət etdikdən sonra hər biri ayrılaraq öz evlərinə getdiklərini bildirmişdir. Hadisə zamanı zərərçəkənə məxsus ittiham aktında göstərilən sənədlərin onlar tərəfindən oğurlanmadığını o səbəbdən bu hissədə ittihamla razı olmadığını bildirdi. Zərərçəkənə dəyən ziyanı tam olaraq ödədiklərini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanımış belə ki, Adəm onun əvəllər yaşadığı qəsəbədə qonşuluqda yaşadığı üçün onunla dostluq münasibəti olmuş, Nihatı da əvvəllər qonşuluqda yaşadığı üçün tanımış belə ki, sonralar o, köçərək, Qobu qəsəbəsinə getmiş və orada yaşamağa başlamış, İbrahim adlı şəxsi isə hazırda yaşadığı Qobu qəsəbəsindən təxminən 1 (bir) ildir ki, tanımış, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə şəxsi münasibəti olmuş boş vaxtlarında bir yerdə oturub onunla çay içmiş, təxminən 5-gün bunadan öncə Elməddinin idarə etdiyi Niva markalı avtomobilini satdığını və etibarnamə ilə idarə etdiyi Hyundai-Sonata markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində saxlanc yerində olduğunu öyrənmiş, onun da pula ehtiyacı olduğu üçün həmin pulu oğurlamaq qərarına gəlmiş, bu məqəsdlə ilk olaraq Adəmə öz fikrini bildirmiş, sonra isə bu, işin Nihatın görə biləcəyini fikirləşib, Adəmə onun üçün Nihatı tapmağını xahiş etmiş, Adəmdə xx.xx.2024-cü il tarixdə gecə saat 00:30 radələrində tanışı Nihatın yaşadığı ünvanına gedib onu Nihat ilə telefonla danışdırmış, həmin zaman o Nihata bir iş olduğunu və həmin işi həll etmək lazım olduğunu bildirmiş, bundan sonra Nihat onunla razılaşaraq Adəmlə birlikdə Adəmin idarə etdiyi Lada-Pirora markalı 90MB094 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun olduğu yerə yəni Qobu qəsəbəsinə gəlmiş, birlikdə oğurluq etmək istədikləri Xırdalan şəhəri AAAF park yaşayış kompleksi ev 10-un qarşısında dayanan Hyundai-Sonata markalı 99PF676 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin olduğu yerə gəlmiş, həmin zaman artıq xx.xx.2024-cü il tarixdə gecə saat təxminən 03 radələri olmuş, o, Nihat və Adəm avtomobilin olduğu yerə yəni Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəldikdən sonra salonundan oğurluq etmək istədikləri həmin avtomobilin çay evi və mağazanın olduğu yerin yaxınlığında işıqlı yerdə dayandığını görüb, tutula biləcəklərindən və adamların onları görə biləcəklərindən ehtiyyat edərək həmin günü oğurluq etməmiş, bundan sonra hər üçü qərara gəlmişlər bu, cinayəti həmin günün səhərisi etsinlər, daha sonra həmin günün səhərisi yəni xx.xx.2024-cü ildə gecə vaxtı Adəm, Nihatın yaşadığı evə gedərək onu yaşadığı evdən götürüb, birlikdə yenədə onun olduğu yerə yəni Qobu qəsəbəsinə gəlmiş, həmin günü o İbrahim ilə birlikdə şəhərə getmək üçün görüşümüş, lakin şəhərə getməyə nə onun nə də İbrahimin avtomobili olmadığından, o fikirləşərək, Adəm və Nihat ilə birlikdə əvvəllcədən planlaşdırdığı oğurluq cinayət əməlini törətdikdən sonra İbrahim ilə birlikdə şəhərə getməyi qərarlaşdırmış bu, məqsədlə o, Adəm, Nihat və İbrahim ilə birlikdə Adəmin idarə etdiyi Lada-Piriora markalı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəlmiş, birlikdə kompleksə çatan zaman o, İbrahimə avtomobildən yerə düşməyi təklif etmiş və İbrahimə bildirmişdir ki, onların 1(saat) saatlıq işi var, işləri qurtardıqdan sonra şəhərə gedərkən onuda yolun kənarından götürüb, birlikdə Nizami metrosuna gedəcəklər, onlar belə də edərək, Adəm avtomobili yolun kənarında saxladıqdan sonra, İbrahim avtomobildən yerə düşmüş, daha sonra, onlar oğurluq edəcəkləri avtomobilin olduğu yerə getmiş, Adəm avtomobilini kənar bir yerdə saxladıqdan sonra razılaşmışlar ki, Nihat avtomobilin şüşəsini sındırsın, Adəm isə avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantasını götürsün, belə də edərək Nihat avtomobilin şüşəsini sındırdıqdan sonra Adəm avtomobilin içərisinə daxil olub, avtomobilin salonunda olan yəni saxlanc yerindən (bardaçokdan) qara rəngli əl çantanısını götürüb, gəlmiş, bundan sonra çantanın içərisindən pulu götürüb əl çantasını və oğurluq zamanı Adəmin əynində olan papaqlı gödəkçəni yola atdıqlarını, avtomobildə 1500 manat pulu sayıb Adəmə vermiş, qalan pulu isə bölüşdürmüş, daha sonra birlikdə şəhərə doğru yola düşmüş, şəhərə doğru yola düşən zaman yoldan İbrahimi də götürüb, birlikdə Nizami metrosunun yaxınlığına getmiş, ora çatan zaman saat təxminən 05 radələri olmuş,onlar ayrıldıqdan təxminən 1 (bir) saat sonra o, Adəmə zəng vuraraq, Beylaqan rayonuna getməyi təklif etmiş, Adəmdə onunla razılaşdıqdan sonra, Adəm ilə birlikdə Beyləqan rayonuna yola düşmüş, təxminən saat 11 radələrində Beylaqana rayonuna çatmış, Adəm onu rayonda düşürdükdən sonra şəhərə qayıtmış, növbəti gün isə Nihat onun olduğu Beyləqan rayonuna gəlmiş, bir gün orada qaldıqdan sonra Nihat ilə birlikdə taksi ilə Bakıya gələn zaman polis əməkdaşları onları saxlayıb, onları polis idarəsinə gətirdiklərini bildiridlər. Hadisə zamanı zərərçəkənə məxsus ittiham aktında göstərilən sənədlərin onlar tərəfindən oğurlanmadığını o səbəbdən bu hissədə ittihamla razı olmadığını bildirdi. Zərərçəkənə dəyən ziyanı tam olaraq ödədiklərini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ildən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziriliyində sürücü vəzifəsində işləməyə başlamış, yol vərəqəsi əsasında Hyundai Sonata markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan Niva markalı avtomaşınını 11400 manata satmış, həmin pulun 400 manatını xərcləmiş qalan pulu isə idarə etdiyi xidməti avtomaşında qara rəngli əl çantasında saxlanc yerində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evə gəlmiş və avtomaşını binanın arxa tərəfində saxlamış, xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində işə getmək üçün avtomobilinə yaxınlaşmış və avtomobilinin arxa şüşəsinin (podpresin) sındırılmasını aşkar etmiş, avtomobilə tərəfindən baxış keçirən zaman saxlanc yerində saxladığı içərisində 11000 manat pul, hərbi bileti, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsinin, sürücülük vəsiqəsinin və 3 ədəd plastik kartının olduğu qara rəngli əl çantasının oğurlanmasını aşkar etmiş, buna gərədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan hərbi bileti, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsinin, sürücülük vəsiqəsinin və 3 ədəd plastik kartının evdə olduğunu bilmişdir.Hazırda həmin sənədlər onun özündədir.Budur məhkəməyə də həmin sənədləri təqdim edir.Bundan başqa ona dəyən ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq odənilmişdir, onlara qarşı hər hansı şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam olaraq odənildiyini, onlara qarşı hər hansı şikayəti, tələbi olmadığını, habelə hərbi bileti, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsinin, sürücülük vəsiqəsinin və 3 ədəd plastik kartının evdə olub hazırda özündə olduğunu bildirmişdir. İbtidai iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2 (iki) ildir ki tanıyır, belə ki, Ədalət onun yaşadığı qəsəbədə qaldığı üçün onunla tanışlığı yaranmış, Ədalət ilə bir qəsəbədə yaşadığından onunla ara-sıra görüşmüş, Ədalətin Dərnəgüldə tikinti işi ilə məşğul olduğunu bildiyi üçün onunla son vaxtlar tez-tez görüşməyinin səbəbi də Dərnəgüldə ona bir iş tapıb onun da orada işləmək istəyi olmuş, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Ədalət ilə telefonla danışıb, görüşməyi planlaşdırmış, həmin günü şəhəri gəzib, Ədalətin tanışları ilə iş barəsində söhbət etməyə razılaşmış, xx.xx.2024-cü ildə gecə saat 00:05 radələrində o, Ədalət ilə yaşadığı qəsəbədə görüşmüş, həmin zaman Ədalət ona 2(iki) saatlıq dostları ilə birlikdə işi olduğunu, həmin uşaqların avtomobil ilə onun olduğu yerə gələcəklərini, işlərini qurtardıqdan sonra şəhərə birlikdə gedə biləcəyini bildirmiş, həmin zaman o, Ədalətə onu gözləyə biləcəyini və şəhərə birlikdə onunla getməyi təklif etmiş, razılaşdıqdan sonra birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, AAF park yaşayış kompleksinin yaxınlığına gəlmiş, həmin zaman Ədalət ona avtomobildən yerə düşməyi və onu yolun kənar hissəsində gözləməyi geri qayıdan zaman şəhərə onunla birlikdə gedəcəyini demiş o, bu cür edib, avtomobildən yerə düşmüş, Ədalətin bildirdiyi yerdə gözlədikdən, təxminən bir 1(bir) saat sonra Ədalət adını sonradan bildiyi və həmin günü ilk dəfə gördüyü Adəmin idarə etdiyi avtomobil ilə onun olduğu yerə, adını sonradan bildiyi və həmin günü ilk dəfə gördüyü Nihat ilə birlikdə gəlmiş və birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrosunun yaxınlığına getmiş, orada istirahət etdikdən sonra Ədalət ilə birlikdə yaşadıqları Qobu Park yaşayış kompleksinə qayıtmış, sonradan isə həmin günü Ədalət, Adəm və Nihatın, Xırdalan şəhəri, AAF park yaşayış kompleksində avtomobildən pul oğurladığını bilmiş, xx.xx.2024-cü il tarixə keçən gecə Ədalət, Adəm və Nihatın Xırdalan şəhəri AAF park yaşayış kompleksində avtomobildən oğurluq etməsi hadisəsində iştirak etmədiyni və həmin oğurluq hadisəsində əldə olunan puldan Ədalətin ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Şahid ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə-dindirmə zamanı Şahid ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha göstərərək təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi təqsirləndirilən şəxslərin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə verilən ittihama dair qeyd edir ki, tərəflərin hər ikisinin izahatlarından göründüyü kimi Zərərçəkmiş şəxs ilkin olaraq 102 xidmətinə zəng vurub pulla bərabər hərbi bileti, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsinin, sürücülük vəsiqəsinin və 3 ədəd plastik kartının da oğurlandığını bildirsə də, təqsirləndirilən şəxslər həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında həmin sənədləri oğurlamadıqlarını bildirmişlər. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən və məhkəməyə verdiyi ərizəsində ona dəyən ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam olaraq odənildiyini, onlara qarşı hər hansı şikayəti, tələbi olmadığını, habelə hərbi bileti, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsinin, sürücülük vəsiqəsinin və 3 ədəd plastik kartının evdə olub hazırda özündə olduğunu bildirmişdir. Bu halda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə verilən ittiham təsdiqini tapmadığından ittihamdan xaric edilməli, bu hissədə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Suraxanı rayon polis idarəsində olan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi 220100553, ********* saylı cinayət işi olmuş həmin cinayət işləri xx.xx.2023-cü il tarixdə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarxidə isə Təqsirləndirilən şəxs3 Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 23 avqust 2024-cü il tarixli 158420- 21-/3 saylı məktubundan görünür ki, Suraxanı rayon məhkəməsinin qeyd edilən hökmü ilə təyin edilən cəzasını Təqsirləndirilən şəxs3 çəkib qurtarmış xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 800 (səkkiz yüz) manat cərimə olunmuş, xx.xx.2021-ci il tarxili amnistiya qərarının 2.11ci bəndinə əsasən cəzadan azad edilmişdir.Həmin hökmün surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməlini törtəməsi və himayəsində az yaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs1 məsuliyyətin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə Təqsirləndirilən şəxs3 məsuliyyətin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs2 məsuliyyətin ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilən cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş,xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” ilə əvəz edilmişdir.Məhkəmənin hazırlıq iclasında barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə göstərilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində 3-ay müddətində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokurorluğuna vəsatət verilmiş, lakin həmin tarixdə Abşeron rayon prokuroru tərəfindən vəsatətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.xx.xx.2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə göstərilən cinayət işi üzrə tərəfimdən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində Abşeron rayon məhkəməsinin hakiminin qərarı ilə barəsində 3-ay müddətində həbs qətimkan tədbiri seçilmiş,Abşeron rayon Məhkəməsinin 18 dekabr 2024cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, “ev dustaqlığı” qətman tədbiri seçilmişdir.Hal-hazırda da ev dustaqlığındadır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində şübhəli şəxs qismində 01 gün tutma, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həbsdə və ev dustaqlığında olduğu müddət və Təqsirləndirilən şəxs2 barəsində isə həbsdə və ev dustaqlığında olduğu 09 ay 29 gün müddət cəza təyinində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində 03 ay həbsdə və ev dustaqlığında olduğu müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 06 ay müddət və Təqsirləndirilən şəxs2 barəsində isə həbsdə və ev dustaqlığında olduğu 09 ay 29 gün müddət isə 01 il 07 ay 28 günə bərabər hesab edilməklə müvafiq olaraq onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ev 70, mənzil 34 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli,”həbs” qətiman tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 16 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan ev dustaqlığı ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Bakışəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkili X2 , Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2,Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi3 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 30 saat hesabı ilə cəmisi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3. maddəsinə əsasən təyin edilmiş cəzadan tutulduğu 01 gün çıxılsın, üzərində 02 il 01 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləgv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin,”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 16 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 il müddətə azadlıın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3. maddəsinə əsasən təyin edilmiş cəzadan 03 ay həbsdə və ev dustaqlığında olduğu müddət, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər olmaqla 06 ay müddət cəzasından çıxılsın, üzərində 01 il 06 ay azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 il müddətinə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3. maddəsinə əsasən təyin edilmiş cəzadan həbsdə və ev dustaqlığında olduğu 09 ay 29 gün müddət isə 01 il 07 ay 28 günə bərabər hesab edilməklə cəzasından 01 il 07 ay 28 gün çıxılsın üzəərində 04 ay 02 gün azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan ev dustaqlığı ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. `Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Xırdalan Vəkil Bürosunun vəkili X2 , Təqsirləndirilən şəxs3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2,Təqsirləndirilən şəxs2 vəkili Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq hər birinə 30 saat hesabı ilə cəmisi 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-462/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-462/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver