Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-464/2021 24.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 11 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 may 2021 ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli selofan parçasına bükülmüş bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına ” daxil olan ümumi 0,203 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq saxlamış, 27 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin X11nin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılıb Abşeron RPİ - nin Qobu PB - nə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan parçasına bükülmüş bükümdə kustar üsulla hazırlanmış 0,203 qram çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür . Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən iki ildir ki, narkotik vasitə istifadəçisidir. Bildirmişdir ki, 27 may 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsinə getmişdir. Həmin vaxtı orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin lazım olduğunu demişdir. Həmin şəxsdə ona heroin olduğunu və 1 bükümünü 5 manata satdığını demişdir. O da həmin şəxslə razılaşaraq həmin şəxsə 5 manat verib 1 büküm heroni alaraq əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 27 may 2021-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. Həmin vaxtı Abşeron rayonu, Hökməli qəsəbəsi ilə yaşadığı evə gedərkən bu zaman mülki geyimli iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər polis vəsiqələrini təqdim edərək Abşeron RPl-nin X11nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-in X11nə getməli olduğunu bildirmişlər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan 1 büküm narkotik vasitəni kənara ata bilməmişdir. O da polis əməkdaşlarına etiraz etmədən həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-in X11nə gəlmişdir. Bölmədə təhqiqatçı Sabit Yusifov tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra onun üçün dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan parçasına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, 27 may 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsində olarkən tanımadığı şəxsdən 5 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 27 may 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1977-ci təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, bölmə rəisinə raportla müraciət etmiş və bölmə rəsinin göstərişi əsasında qəbul edilmiş qərarda onunla birlikdə Abşeron rayon Polis İdarəsinin X11nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaranmışdır. Onlar dərhal 27 may 2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1977-ci təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlayıb Abşeron rayon Polis İdarəsinin X11nə gətirmişlər. Bölmədə o, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsinin X11ndə otaqların birində təhqiqatçı Sabit Yusifov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Sabit Yusifov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş bir bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş bükümü açıb içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş bükümdə olan narkotik maddə heroindir. 27 may 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsidə olarkən tanımadığı şəxsdən bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş narkotik vasitə olan heroinə 5 manat pul verib almış və özü ilə Abşeron rayonu Hökməli qəsəbəsinə daşımışdır” Təqsirləndirilən şəxs onu da demişdir ki, “o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir”. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin X11nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 28 may 2021ci il tarixli 6/2133 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №25 möhür əksi” təqdim etdi “Təqsirləndirilən şəxs..” və s. yazılar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.203 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23 iyun 2021-ci il tarixli 2031 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 0,153 qram qalan narkotik maddə olan heroin maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin X11 tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan boz rəngli üzərində “Kodak DVD-R” sözləri yazılmış DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Abşeron rayon polis idarəsinin X11nin 27.05.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru X4 28.05.2021-ci tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis mayoru X4 29.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 29.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan boz rəngli üzərində “Kodak DVD-R” sözləri yazılmış DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, əynində qara rəngli güllü köynək, qəhvəyi rəngli qısaqol gödəkçə, tünd mavi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, ağzında qara rəngli maska olan başı keçəl kişi əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan parçasına bükülmüş bükümü çıxararaq təqdim etdi. Həmin bir ədəd şəffaf rəngli selofan parçasına bükülmüş bükümü açıb içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində qara rəngli güllü köynək, qəhvəyi rəngli qısaqol gödəkçə, tünd mavi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, ağzında qara rəngli maska olan başı keçəl kişi onun özüdür, əynində olan tünd mavi rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş bükümdə olan narkotik maddə heroindir. 27 may 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xutor qəsəbəsidə olarkən tanımadığı şəxsdən bir ədəd şəffav rəngli selofan parçasına bükülmüş narkotik vasitə olan heroinə 5 manat pul verib almış və özü ilə Abşeron rayonu Hökməli qəsəbəsinə daşımışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X6 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və eyni tarixdə müstəntiq tərəfindən Abşeron rayon prokuroruna verilmiş vəsatət təmin edilməmiş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,153 ram olan narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 27 may 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutma altında 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,153 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 27 may 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-464/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-464/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver