Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-465/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ucar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyində nömrəsiz fərdi evdə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlunu həqiqi hərbi xidmətdən saxlatdıracağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Şəki” adlı restoranın yaxınlığında 700 manat, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən parkda 1500 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “İrşad” Telecomun yaxınlığında 3800 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin icarə əsasında götürdüyü “Toyota Prius” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Hətta arada görüşüb restorana da getmişdir. Təxminən 1 il əvvəl Nazimdən bir neçə dəfəyə olmaqla ümumilikdə 6000 manat borca pul almış, sonradan Nazim ona oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq istədiyini bildirmiş, o da 6000 manat pulun əvəzində Nazimə oğlu Aslanı hərbi xidmətdən saxlatdıracağını demiş, Nazim də bununla razılaşmışdır. Bundan sonra o, Nazimin oğlu Aslanı Abşeron rayon hərbi komissarlığına gətirmişdir. Göndəriş əsasında müayinə olunması üçün Aslanı bir neçə xəstəxanaya aparmışdır. Müayinələrdən keçdikdən sonra Aslan sağlam olduğu üçün onu hərbi xidmətdən saxlatdıra bilməmiş, bundan sonra Aslanı hərbi xidmətə aparmışlar. Nazim isə ona oğlu Aslanı hərbi xidmətdən saxlatdıra bilmədiyini, pulunu qaytarmağını tələb etməyə başlamışdır. O, da sıxıntıları olduğu üçün pulunu qaytara bilməmişdir. Hər dəfə Nazim ondan pulunu istəsə də, ona pulu olan kimi 6000 manat pulunu qaytaracağını demişdir. Aradan bir müddət keçdikdən sonra xx.xx.2022- ci il tarixdə saat 18 radələrində Nazimlə Mehdiabad qəsəbəsində kafedə görüşmüş, Kafedə bir qədər oturub çay içdikdən sonra Nazim ona uca səslə pulunu verməyini tələb etməyə başlamış, o da Nazimə vaxt verməyini, pulunu qısa zaman ərzində ödəyəcəyini demişdir. Bundan sonra saat 19 radələrində Nazim onu yaşadığı Abşeron rayonu, Fatmayı kəndində yerləşən evinə aparmağını xahiş etmiş, o da etiraz etməyib idarə etdiyi Toyota Prius markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nazimi yaşadığı Fatmayı kəndində yerləşən evinə aparmışdır. Evin qarşısına çatan zaman Nazim ona avtomobili içəri həyətə sürməyini demiş, o da idarə etdiyi avtomobili Nazimin evinin həyətinə salmışdır. Bundan sonra avtomobildən düşmüşlər. Nazim evin həyətinin giriş darvazasını bağlayıb ona saat 12-dək pulunu çatdırdıqdan sonra gəlib avtomobilini aparmağını tələb etmiş, o da bir söz deməyib darvazadan çıxaraq getmişdir. O, həmin ərazidən uzaqlaşdıqdan sonra avtomobili icarə əsasında götürdüyü üçün bu barədə polisə məlumat vermişdir. Sonradan Nazim avtomobili ona qaytarmışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs dedikləri ilə qismən razı olduğunu, Nazimdən ümumilikdə 6000 manat pul aldığını, lakin həmin pulu borc aldığını, sonradan həmin pulun müqabilində Nazimin oğlu Aslanı hərbi xidmətdən saxlatdırmağa söz versə də Aslanın işini həll edə bilmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs 1000 manat pul qaytarmış, 5000 manat isə qalmışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir işi görmədiyini bildirmişdir. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı və dövlət rüsumunu ödəmişdir. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görədə cinayət işi üzrə icraata xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, fərdi qaydada tikinti sahəsində işləyir. Evlidir, üç övladı var. Şahid2 təxminən beş ildir tanıyır. Təqsirləndirilən şəxs də qardaşı Həsrətin vasitəsi ilə tanımışdır. 2022-ci ilin mart ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində kafedə oturub çay içərkən Həsrətə oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq istədiyini bildirmiş, Həsrət də ona bu işdə köməklik edə biləcəyini demişdir. Söhbət əsnasında Həsrət ona qardaşı Rəfailin bu işlə məşğul olduğunu bildirmişdir. Həsrət Rəfailin istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrini vermiş və əlaqə saxlamağını demişdir. O da Həsrətin yanında Rəfailə zəng edərək qardaşı Həsrətdən onun nömrəsini aldığını və oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq istədiyini bildirmişdir. Rəfail də ona səhəri gün görüşməyi və bu barədə danışmağı təklif etmişdir. Səhəri gün günorta saatlarında o, Rəfailə zəng edərək Mehdiabad qəsəbəsində kafedə görüşmüşdür. Söhbət əsnasında o, Rəfailə bu işlə nə vaxtdan məşğul olduğunu soruşduqda, Rəfail ona bu sahədə çox iş gördüyünü, əlaqələrinin yaxşı olduğunu, yaxın günlərdə də əmisi oğlunu hərbi xidmətdən saxlatdırdığını demişdir. Rəfail Aslanı hərbi xidmətdən saxlatdırmaq üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, da bubunla razılaşmışdır. Aradan təxminən bir neçə gün keçdikdən sonra 2022-ci ilin mart-aprel ayı ərzində 3-4 dəfə olmaqla xatırlamadığı günlərdə Rəfail ilə görüşüb ümumilikdə 6000 manat pulu vermişdir. O, Rəfail ilə əlaqə saxlayıb oğlu Aslanın işi ilə maraqlandıqda Rəfail ona narahat olmamağını, Aslanı hərbi xidmətdən saxlatdıracağını demişdir. 2022-ci ilin iyul ayında oğlu Aslan Abşeron rayon hərbi komissarlıqdan çağırılaraq hərbi xidmətə yollanmışdır. O, Rəfaildən oğlunu hərbi xidmətə apardıqlarını, niyə bu işi həll etmədiyini soruşmuşdur. Rəfail də ona narahat olmamağı, Aslanın bir neçə gündən sonra geri qayıdacağını demişdir. Bir müddət keçdikdən sonra o, artıq Rəfailin onu aldatdığını başa düşmüş və pulunu geri tələb etməyə başlamışdır. Rəfail hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını bildirsə də, verdiyi 6000 manat puldan heç bir məbləğdə pul qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rəfail ilə Mehdiabad qəsəbəsində kafedə görüşmüşlər. Kafedə bir qədər oturub çay içdikdən sonra o, Rəfailə pulunu tələb etməyə başlamışdır. Rəfail də ona vaxt verməyini, pulunu ödəyəcəyini demişdir. Bundan sonra saat 19 radələrində Rəfailə onu yaşadığı Abşeron rayonu. Fatmayı kəndində yerləşən evinə aparmağını demişdir. Rəfail də etiraz etməyib idarə etdiyi Toyota Prius markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu yaşadığı Fatmayı kəndində yerləşən evinə aparmışdır. O, Rəfailə avtomobili evin həyətinə salmağı bildirdikdə Rəfail də idarə etdiyi avtomobili evinin həyətinə salmışdır. O, evin həyətinin giriş darvazasını bağlayıb saat 12-dək pulunu çatdırmağını və gəlib avtomobilini aparmağını tələb etmiş, Rəfail də darvazadan küçəyə çıxıb getmişdir. Aradan təxminən bir saat keçdikdən sonra ona Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsindən zəng gəlmiş və onu bölməyə dəvət etmişlər. Polis bölməsində ona Təqsirləndirilən şəxs onun barəsində polisə şikayət etməsi məlum olmuşdur. Bundan sonra o, Rəfailin avtomobilini təhvil vermişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranının yanında ikisi görüşüb 700 manat, ikinci dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən parkda əmisi oğlu X2 yanında 1500 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “İrşad” Telecomun yanında olan adını xatırlamadığı kafedə ikisi görüşüb 3800 manat, ümumilikdə 6000 manat pulu oğlu X5 hərbi xidmətdən saxlatdırmaq üçün vermişdir. O, Təqsirləndirilən şəxslə əvvəllər heç bir iş görməmişdir. Onun Təqsirləndirilən şəxs sözügedən avtomobilini həyətində saxlamaqda məqsədi verdiyi pulunu qaytarması olmuş, pulunu ödədikdən sonra avtomobilini götürməsini bildirmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görədə cinayət işi üzrə icraata xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, fərdi qaydada Bakı şəhəri 8-ci km qəsəbəsində maşın bazarında fəhlə işləyir. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi uşaqlıqdan tanıyır. Həmişə münasibətləri yaxşı olmuşdur, hazırda da münasibətləri yaxşıdır. Təxminən 1 il əvvəl 2022-ci ilin mart ayında kafedə Nazimlə yemək yeyən zaman söhbət əsnasında Nazim oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq istədiyini bildirmişdir. O, da qardaşı Rəfailin qohumlarını bir neçə il əvvəl tanışı vasitəsi ilə hərbi xidmətdən saxlatdırdığını bildiyi üçün Nazimə bu işdə Rəfailin köməklik edə biləcəyini demişdir. Nazim də ondan Rəfailin telefon nömrəsini istəmişdir. O, da Rəfailin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Sonra onların görüşüb-görüşməməsi barədə heç bir məlumatı olmamışdır. Aradan təxminən 5-6 ay keçdikdən sonra Nazim onunla görüşən zaman qardaşı Rəfailə oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq üçün bir neçə dəfəyə olmaqla ümumilikdə 6000 manat pul verdiyini, lakin Rəfailin Aslanı hərbi xidmətdən saxlatdıra bilmədiyini, Aslanın hərbi xidmətə yollandığını demişdir. O, da Rəfailə bir neçə dəfə Nazimin pulunu geri qaytarmasını demişdir. Sonradan bildiyinə görə Rəfail Nazimə 1000 manat pul qaytarmış, lakin qalan 5000 manat pulu isə qaytara bilməmişdir. Nazim onun yanında Rəfailə heç bir məbləğdə pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fərdi qaydada tikinti sahəsində usta işləyir. Zərərçəkmiş şəxs doğma əmisi oğludur, Təqsirləndirilən şəxs da həmkəndlisi kimi təxminən 10 il müddətdir ki, tanıyır. Hər ikisi ilə münasibətləri yaxşıdır. Nazim ilə mütəmadi olaraq danışıb görüşürlər. o, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən parkda əmisi oğlu Nazimlə birlikdə Rəfail ilə görüşmüşdür. Nazim onun yanında Rəfailə 1500 manat pul vermişdir. Həmin vaxt söhbət əsnasında ona X4 hərbi xidmətdən saxlatdırmaq üçün həmin pulu ondan aldığı məlum olmuşdur. Rəfail Nazimə narahat olmamağı, oğlu Aslanı tanışlarının vasitəsi ilə hərbi xidmətdən saxlatdıracağını bildirmişdir. X1 ümumilikdə 6000 manat müqabilində hərbi xidmətdən saxlatdırmalı olduğu məlum olmuşdur. Aradan bir müddət keçdikdən sonra 2022-ci ilin iyul ayında Nazimin oğlu Aslan hərbi xidmətə yollanmışdır. X8 aldadaraq oğlu Aslanı hərbi xidmətdən saxlatdırmaq üçün 6000 manat pulunu aldığını bilmişdir. Nazim onun yanında dəfələrlə Rəfail ilə görüşən zaman pulunu istəsə də, Rəfail hər dəfə müxtəlif bəhanələr gətirərək Nazimin pulunu qaytarmamışdır. Təxminən 2023-cü ilin yanvar avında Rəfail onun kart hesabına Nazimə vermək üçün 1000 manat pul göndərmişdir. O, da həmin pulu kartından çıxarıb Nazimə vermişdir. O , əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi ümumilikdə 6000 manat puldan onun kart hesabına 1000 manat göndərdiyini, həmin pulu da o, kartdan çıxarıb Nazimə verdiyini, lakin bildiyinə görə Rəfail qalan 5000 manat pulu Nazimə qaytarmadığını bildirdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 6000 manat pulu borc aldığını yalandan demişdir. Nazim onun yanında Rəfailə 1 dəfə 1500 manat pul vermişdir. Qalan pulu necə verməsi barədə məlumatı olmamışdır. Sonradan görüşən zaman Nazim Rəfail ilə söhbət edərkən ona ümumilikdə bir neçə dəfəyə olmaqla 6000 manat pul verdiyini bilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 6000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1502 AZN manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 41 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 246 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 41 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 246 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-465/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-465/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver