Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-466/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Fatmayı kəndi, N. ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə Abşeron rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 22 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 2,050 qram çəkidə narkotik vasitə heroin və “Methadone 40” markalanma göstəricisi olan konvalyutadakı üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı 01 ədəd həbdə metadon təsiredici maddəsi miqdarı 0,04 qram çəkidə 01 ədəd dərman preparatını əldə edib özündə saxlamaqla daşımış, 15 mart 2022-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 3xınlığında saxlanılıb, Abşeron RPİnin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə həmin 2,050 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd həbdə metadon təsiredici maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində yaşadığı evdə yatarkən beş nəfər mülki geyimli şəxslər evə daxil olaraq onu yataqdan qaldırmış, ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə gətirmişlər. Evdə olarkən beş nəfər polis əməkdaşları onu döyərək bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişlər. Abşeron RPİ-də olandada onu döymüşlər. Bu barədə şikayət yazmışdır. Onda narkotik vasitə olmamışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq göstərildiyinə görə polis idarəsində izahat yazaraq təqsirini etiraf etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verdiyi və məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 15 mart 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 3xınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-yə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən 01 (bir) bükümdə narkotik vasitə olan heroin və 01 (bir) ədəd Metadon 40 həbini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan "Samsung" markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 (bir) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün özünə məxsus şəxsiyyət vəsiqəsi və mobil telefonu bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 (bir) manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və Metadon 40 həbinin özünə məxsus olduğunu, həmin kütlələri 01 (bir) gün bundan əvvəl Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 (iyirmi iki) manata öz şəxsi istifadəsi üçün əldə etdiyini, özünün uzun illərdir narkotik maddələr istifadə etdiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, kiməsə əlbəəl narkotik maddə vermədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmin kütləni o, şəxsi istifadəsi üçün əldə etmişdir. Bu məqsədlə də üzərində gəzdirmişdir. O, həmin narkotik vasitə heroini 14 mart 2022-ci il tarixdə Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 (iyirmi iki) manata öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və üzərində olandan başqa heç bir yerdə narkotik vasitələri və ya psixotrop maddələr saxlamamışdır. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2, ifadəsində göstərdi ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövrüyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə ünvan 4 yaxınlığında əməliyyat axtarış tədbirləri keçirmiş və 15 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:00-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin inzibati binasında təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01 ədəd “Metadon 40” həbinə bənzər kütləni kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilmiş, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 manat pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 2,06 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 1 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün bundan öncə Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, Təqsirləndirilən şəxs barəsində tərəflərindəm sonuncu saxlanılana kimi və daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əkbərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış ilə məşğul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satış ilə məşğul olmasını təsdiq edən hər hansı bir dəlillərinin olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3, ifadəsində göstərdi ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövrüyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə ünvan 4 yaxınlığında əməliyyat axtarış tədbirləri keçirmiş və 15 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:00-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin inzibati binasında təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01 ədəd “Metadon 40” həbinə bənzər kütləni kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilmiş, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 manat pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 2,06 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 1 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün bundan öncə Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, Təqsirləndirilən şəxs barəsində tərəflərindəm sonuncu saxlanılana kimi və daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əkbərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış ilə məşğul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satış ilə məşğul olmasını təsdiq edən hər hansı bir dəlillərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövrüyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə edildikdən sonra ondan, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə ünvan 4 yaxınlığında əməliyyat axtarış tədbirləri keçirmiş və 15 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:00-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirlərini nəzərə alaraq Abşeron rayon polis İdarəsinin inzibati binasına gətirilmişdir. Abşeron rayon polis İdarəsinin inzibati binasında həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, baş idarəyə gətirdikləri şəxs xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron rayon polis idarəsinin inzibati binasında təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01 ədəd “Metadon 40” həbinə bənzər kütləni kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilmiş, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 manat pul aşkar edilmişdir. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 2,06 qram olmuşdur. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi, bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 1 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün bundan öncə Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da, Təqsirləndirilən şəxs barəsində tərəflərindəm sonuncu saxlanılana kimi və daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əkbərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış ilə məşğul olması barədə məlumat daxil olsa da, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satış ilə məşğul olmasını təsdiq edən hər hansı bir dəlillərinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 mart 2022-ci il tarixli, 6/1501 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi..” yazısı və imzalar olan kağzı paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutdakı üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli preparatdır. 01 ədəd həbdə metadon təsiredici maddəsi miqdarı 0,04 qramdır (üzərindəki göstəricisinə əsasən). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2022-ci il tarixli, 535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərdən sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanıntəsirindən müayinədən 1-2 gün əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə etirilməsi istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsrətlərdən sol diz oynağı nahiyəsinin sıyrığı müxtəlif şəraitdə bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi. Xəsarətin hansı şəraitdə əmələ gəlməsi istintaq hərəkəti yolu ilə təyin edilə bilər. Təqsirləndirilən şəxs bəədni üzərində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin ön və arxa səthinin, sol bazu oynağı bə bazu nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin şəxsin özü tərəfindən əl barmaqlarının dırnaqlarının təsirindən yetirilməsi inkar olunmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və 01 ədəd metadon 40 həbinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Cinayət işi üzrə 15 mart 2022-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 15 mart 2022-ci il tarixdə saat 13:45də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarından biridir. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bükümdə Məhkəmə Kimyəvi Ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1501 nömrəli rəyində göstərildiyi kimi 2,050 qram çəkidə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01 ədəd “Metadon 40” həbinə bənzər kütləni üzərində saxlayaraq daşıdığını və həmin kütlənin ona məxsus olduğunu qeyd etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə 2,050 qram çəkidə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01 ədəd “Metadon 40” həbinə bənzər kütləni bir gün bundan əvvəl Abşeron rayonu ərazisində tanımadığı şəxsdən 22 manat müqabilində almışdır. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Abşeron RPl-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məcid Məcidlinin icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Baş Narkotıklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı cinayət işi materiallarından ayrılmış sənədlərin surətləri araşdırmanın aparılması üçün aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilmiş, Abşeron rayon prokurorluğunun müstəntiqinin qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının 2-ci hissəsinin 6-cı bəndində metadon yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və metadon təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və narkotik vasitə olan metadon tərkibli dərman preparatını əldə edərək, üzərində saxlamaqla daşımışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsi və ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi və təzyiq edilməsi nəticəsində onda narkotik vasitə heroin və 01 ədəd həbdə metadon təsiredici maddəsinin istifadə etməsi üçün daşıması kimi ifadəsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və onu müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs Baş Narkotıklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı şikayəti üzrə materialları tələb edib nəzərdən keçirərkən müəyyən etdi ki, Abşeron RPl-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məcid Məcidli icraatında olan ********* nömrəli cinayət işi materiallarından ayrılmış sənədlərin surətlərini şikayətlə birlikdə araşdırma aparılması üçün aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərmiş, Abşeron rayon prokurorluğunun müstəntiqi araşdırma apararaq 01 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasını rədd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına, Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180, 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində, Azərbaycan Respublikası CMnin 66.5 maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasıindiki hökmlə təyin edilmiş 01 il müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinə əsasən qismən toplamaqla ona 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanmasına dair hökm çıxarılmışdır. İş materiallarında olan Abşeron rayon İHB-nın Fatmayı kənd İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Babayev X1 fərdi evdə yaşamaqla yaşayış yerində müsbət xarakteriza edilir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən olunmadı. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 3180 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 2,00 qram heroin, 2/1 hissədə həb metadon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 240 (yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,00 qram heroin, ikidə bir hissədə həb metadon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 240 (yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-466/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-466/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver