Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-466/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, İmişli rayonu İmişli şəhəri, A.Məmmədov küçəsi, ev 38- də qeydiyyatda olan olan və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 4-cü dalan ev 13-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin dekabr ayının ortalarında kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, bina 15, mənzil 22-də olan bir ədəd 2000 manat dəyərində «Beko» markalı soyuducunu, bir ədəd 800 manat dəyərində paltaryuyan maşını və bir ədəd 1000 manat dəyərində «Samnsung» markalı televizoru sosial şəbəkələrdə verdiyi elana əsasən satmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3800 manat məbləğində ziyan vurmuşdur. Lakin məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin dekabr ayının ortalarında kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, bina 15, mənzil 22-də olan bir ədəd 400 manat dəyərində «Beko» markalı soyuducunu, bir ədəd 409,98 manat dəyərində Hoffman markalı paltaryuyan maşını və bir ədəd 390 manat dəyərində «Evrolux markalı televizoru sosial şəbəkələrdə verdiyi elana əsasən satmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1199,98 manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonunda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşayır. Əvvəllər Abşeron rayonu, Digah qəsəbəsində evim olmuş, lakin sonradan ailəsində yaranmış maddi çətinliklə bağlı evi satmış, təxminən 4 il olar ki, ailəsindən ayrılmış, hazırda bir azyaşlı 2017-ci il təvəllüdlü qızı X2 ilə birlikdə kirayədə yaşayır. 2022-ci ilin noyabr ayının axırında kirayə yaşamağa ev axtardığı üçün Masazır qəsəbəsində yerləşən ev alqı satqısı və kirayəsi ilə məşğul olan şəxsə bu barədə bildirmişdir. Bir gün sonra, yəni 29 noyabr 2022-ci il tarixdə gecə radələrində vatsapla ona görüntülü zəng gəlmiş, əvvəlcə həmin zəngi tanımamış və gecə radələrində tanımadığı şəxsin onu görüntülü yığması onda maraq oyatmış, telefonu açdıqda bir nəfər qadının onun kirayə ev axtarmağı ilə bağlı ona zəng etdiyini bilmişdir. Həmin qadına mobil nömrəsini ev alqı satqısı ilə məşğul olan şəxs vermiş, həmin qadınla, yəni adını sonradan bildiyi Mehriban adla qadınla telefonda danışmış və kirayə ev axtardığını bildiyi üçün ona evini təklif etmiş, evini aylıq 300 manata kirayə vermək istədiyini bildirdiyi üçün səhəri günü görüşməyi qərara almışlar. Belə ki, səhəri günü yəni 30 noyabr 2022-ci il tarixdə ev alqı satqısı ilə məşğul olan şəxs onun Masazırda kirayə qaldığı evə gəlmiş və Mehriban adlı qadının kirayə vermək istədiyi mənzilin açarını ona vermiş, o da razılaşdığı kimi ev alqı satqısı ilə məşğul olan şəxsə 50 manat pul vermişdir, Həmçinin ev üçün də 100 manat pul beh vermiş, həmin ev alqı satqısı ilə məşğul olan şəxs də öz növbəsində Mehriban xanımla əlaqə saxlayıb öz pulunu həmin behin üzərindən götürəcəyini bildirmişdir. Sonra ev alqı satqısı ilə məşğul olan şəxs onu aparıb həmin kirayə mənzili göstərmiş, həmin mənzil Mavsazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, bina 14, mənzil 22 ünvanında yerləşmişdir. Ev alqı satqısı ilə məşğul olan şəxs həmin mənzili ona təqdim etmiş, ev iki otaqdan ibarət olmuş, evin bir otağı yataq otağı, digəri isə oturaq otağı olmuşdur. Yataq otağında taxt və şifoner, qonaq otağında divan, televizor, taxt, stol-stul, balaca mətbəx mebeli, evin mətbəxində paltaryuyan, soyuduğu olmuşdur. Ev alqı satqısı ilə məşğul olan şəxs mənzili ona təqdim etdikdən sonra evin sahibəsi ilə razılaşacağımı bildirib çıxıb getmişdir. Ev sahibəsi ilə razılaşma olmuşdur ki, hər aym 1-də evin kirayə haqqını ödəsin. O, mənzilə yerləşdikdən təxminən 2-3 gün sonra ev sahibəsinə 70 manat pulu krt hesabına göndərmiş və qalan pulu isə aym sonunda ödəməyəi razılaşmışlar. 2022-ci ilin dekabr ayının ortalarında azyaşlı uşağı bərk xəstələndiyindən dərman almağa pulu olmamış, buna görə də qərara almışdır ki, evdə olan əşyaları satıb uşağına dərman pulu etsin. Bu məqsədlə internet sosial şəbəkədə evdə olan partaryuyanın, soyuducunun və televizorun satılması ilə bağlı elanı yerləşdirmiş, elanı yerləşdirdiyi günü elandan iki nəfər ayrı-ayrı saatlarda tanımadığı şəxslər gəlmiş, həmin şəxslərlə televizoru 150 manata, paltaryuyanı 100 manata və soyuducunu 150 manata razılaşmışdır. Həmin şəxslər qeyd etdiyi əşyaları götürüb özləri ilə aparmışlar. Uşağının mədəsində ciddi xəstəlik olduğu üçün əldə etdiyi pulları, həmçinin özünə məxsus paltarları da da satıb əldə etdiyi pulları uşağının dərmanına xərcləmişdir. Evin əşyalarım satdığı günün səhəri də həmin evdən çıxıb getmiş və başqa ünvanda, yəni tanışının yanında yaşamağa başlamışdır. Həmin ərəfədə istifadə etdiyi mobil telefonu itirdiyi üçün əlaqələrim kəsilmiş və heç kəslə əlaqə saxlaya bilməmişdir. Bundan sonrakı ərəfədə isə polis tərəfindən axtarılmağı ilə bağlı məlumatı olmamışdır. Hazırda etdiyi əməlin cinayət olduğunu başa düşür və etdiyi əməldən bərk peşmandır, bir daha göstərmişdir ki, həmin əşyaları uşağının dərmanına pul tapa bilmədiyi üçün satmışdır. Göstərmişdir ki, həmin oğurluq hadisələrini tək törətmiş, bununla bağlı heç kimə söz deməmişdir. Ondan ev əşyalarını almış şəxslər elan saytından gəlmiş, onları ilk dəfə idi ki, görmüş, onların anket məlumatlarını bilmir. Həmçinin həmin şəxslərə satdığı əşyaların özünə məxsus olduğunu bilmiş, sonuncular əşyaların oğurlaq olmasından xəbərsiz olmuşlar. Hazırda dəymiş ziyandan 700 manat ödəmişdir, qalan ziyanın ödəyəcəyinə söz verir, ona görə də barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzil ona aiddir. O, heç bir yerdə işləmdiyi üçün qərara gəlmişdir ki, həmin mənzili kirayəyə versin. Bu məqsədlə evi kirayə vermək üçün elan vermişdir. Bu zaman ***-***-**-** Azərcell nömrəsinin sahibi qadın gəlib ona evində kirayə qalmaq istədiyini demişdir. O da 01 dekabr 2022-ci il tarixdə həmin şəxslə evin yanında görüşüb evi ona kirayədə aylıq 300 manata vermişdir. Açarları ona verdikdən sonra ayın axırı pulu vermişdir. Lakin xx.xx.2023-cü il tarixdə saat 10 radələrində kirayə verdiyi qadına əlaqə saxlaya bilmədiyi üçün kirayə verdiyi evə gəlmiş, qapını döymüş heç kimin açmadığını görüb özündə olan ehtiyat açarla qapını açmış və görmüşdür ki, həmin qadın ona məxsus olan evdən 1 ədəd 400 manat dəyərində Beko markalı soyuducunu, 1 ədəd 410 manat dəyərində paltar yuyan maşını və 1 ədəd 390 manat dəyərində televizorunu oğurlayaraq telefonlarını söndürüb evi ona təhvil vermədən qaçıb getmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. O istintaqda verdiyi ifadəsində qeyd olunan əmlakların adını və qiymətini təxminən demiş, həmin əmlakların dəyərini göstərən sənədləri təqdim etməmişdir. Dəymiş ziyan 700 manat olmaqla qismən ödənilmişdir, qalan 500 manat ziyanın ödənilməsini tələb edir və yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Keçirilmiş axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin İŞ-nə təqdim edilmiş, odur ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş 06 sentyabr 2023-cü il tarixli məhkəmə əmtəə ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd 2005-ci il buraxılışlı, “Beko 9560 WD” markalı işlək vəziyyətdə olan soyuducunun real bazar qiyməti təxminən 400 manat müəyyən edilir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş kontakt home tərəfindən verilmiş qəbzdən görünür ki, Hoffman markalı paltaryuyanın dəyəri 409 manat 98 qəpikdir. İş materiallarında olan zərərçəkmiş şəxs tətərfindən məhkəməyə təqdim edilmiş Kapital bankın ödəniş kartı üzrə çıxarışdan görünür ki, “Eurolux” markalı televizorun dəyəri 390 manatdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin dekabr ayının ortalarında kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksi, bina 15, mənzil 22-də olan bir ədəd 400 manat dəyərində «Beko» markalı soyuducunu, bir ədəd 409,98 manat dəyərində paltaryuyan maşını və bir ədəd 390 manat dəyərində «Evrolux” markalı televizoru sosial şəbəkələrdə verdiyi elana əsasən satmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1199,98 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddələri maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2016-cı il təvəllüdlü Duyğu adlı 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəə ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəə ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-466/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-466/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver