Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-466/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Zabit oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 mart 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28-də yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman, həmin evə usta kimi gələn tanışı Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində “Samsung Galaxy A32” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 mart 2024-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28-də yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman, Zərərçəkmiş şəxs mobil telefonunda olan “Birbank” mobil tətbiqinə daxil olaraq, Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus 4169 7377 0948 4436 nömrəli plastik kart hesabından hər dəfə 500 manat olmaqla 2 dəfəyə 1000 manat, 1000 manat və 88 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2088 manat pulu elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə onun istifadəsində olan bibisi X3 adına olan "xxxx" ASC-yə aid 4169 7385 1341 3470 plastik kart hesabına köçürüb gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 2088 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilməsə də, sondan özünü təqsirli bilmiş, əməlindən peşiman olduğunu, dəyən ziyanı ödədiyini, istintaqda verdiyi ifadəsində özünü təqsirli bilməməsini ittihamın mahiyyətini bilməməsi ilə izah etdiyini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5-6 aydır ki, tanıyır. Zərərçəkmiş şəxs iş yoldaşı vasitəsilə tanımış və aralarında dost kimi münasibət yaranmışdır. Onlar ara - sıra birlikdə oturub spirtli içki qəbul edirmişlər. Bir sözlə Tofiq ona pul xərcləyirmiş. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində o, Tofiqlə birlikdə oturub spirtli içki qəbul etmişdir. Təxminən saat 06 radələrində o, evə getmək istədiyini bildirmişdir. Tofiq də onu özünün ötürəcəyini bildirmişdir. Bundan sonra onlar çıxıb yaşadığı evə doğru gəlmişlər. Yolda olan vaxt Tofiq hələ də içmək istədiyini demiş və onlar qərara gəlmişlər ki, evin yaxınlığında olan “Spar” marketə daxil olub oradan içki alsınlar. Belə də etmişlər və onlar spirtli içki alıb onun yaşadığı evə gəlmişlər. Təxminən səhər saat 10:00-a qədər onlar oturub spirtli içki qəbul edərək söhbət etmişlər. Həmin vaxt Tofiq ona cibindən nağd şəkildə mağazaya olan borcunun bir hissəsini də vermişdir. Bundan əvvəl də Tofiq dəfələrlə ona pul vermiş, ərzaq almışdır. Onlar içki qəbul edib söhbət edən zaman ev sahibinin ona borcu ödəməyi ilə bağlı atdığı səsi dinlədib evə də borcunun olduğunu demişdir. Tofiq də həmin borcu ödəyəcəyini deyib istifadə etdiyi mobil telefon vasitəsilə bildirdiyi bibisi Zərnigara məxsus "xxxx"a aid 4169 7385 1341 3470 nömrəli plastik kartına 2100 manata yaxın pul göndərmişdir. Onun özünə aid kartı olmadığı üçün bibisi X4 məxsus kartı istifadə edirmiş. Təxminən saat 10 radələrində Tofiqə işdən zəng gəlmiş və gəlib smeni dəyişməsini bildirilmişdir. Tofiq də çıxıb getmişdir. Təxminən bir qədər sonra Ruhin ona zəng edərək Tofiqin mobil telefonunun evdə olub olmadığını soruşmuşdur. O da evə baxmışdır və telefonu tapa bilməmişdir. O, Tofiqin telefonunu oğurlamamışdır. Həmçinin Tofiqin kartından pul oğurlamamışdır. Tofiq özü ona öz iradəsi daxilində pul göndərmişdir. Belə ki, Tofiq içkili olanda nə etdiyinin fərqinə varmırmış. Məhkəmə baxışında zərərçəkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X11 təxminən 8-9 aya yaxındır ki tanıyır. Belə ki, Könülü dostunun vasitəsilə tanımış və aralarında eyni qəsəbə sakini kimi adi münasibət olmuşdur. Hər hansı ədavət və ya əksi olaraq yaxın münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 08:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olan zaman Könül ona zəng edərək paltaryuyan maşınında nasazıqlıq yarandığını və gəlib baxmağını bildirmişdir. O, çilingər işlədiyindən Könüllə münasibətdə olan dostu da həmin paltaryuyana baxmağını demişdir. Bundan sonra o razılaşmış və Könülün yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanını dəqiq bilmədiyi evinə getmişdir. Həmin vaxt evdə Könül, bibisi Zərniyar və övladı olmuşdur. O, bir qədər paltaryuyana baxsa da, nasaz olan hissəni müəyyən edə bilməmiş və evdən çıxmışdır. O, evdən çıxıb 500-600 metr uzaqlaşdıqdan sonra mağazaya daxil olmuş və ödəniş edən vaxt telefonunun cibində olmadığını aşkar etmişdir. Bundan sonra o, yaxınlıqda yerləşən iş yerinə getmiş və iş yoldaşlarına yaxınlaşmışdır. Həmin vaxt orada Ruhin adlı iş yoldaşına yaxınlaşaraq mobil telefonu ilə öz mobil telefonuna zəng etmişdir. Bu vaxt telefona zəng getsə də, zəngə cavab verən olmamışdır. Dərhal sonra həmin telefonla X10 istifadəsində ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Könül telefonu açdıqda telefonunun evdə qalıb-qalmamasını dəqiqləşdirmək üçün evə baxmasını istəsə də, Könül bir qədər evi axtarıb tapa bilmədiyini demişdir. O da telefonunu itirdiyini düşünüb artıq arxasıyca getməmiş və bu barədə hər hansı bir orqana şikayət etməmişdir. Lakin sonradan "xxxx" ASC-yə aid istifadəsində olan 4169 7377 0948 4436 nömrəli bank kartının telefonun arxa üzlüyündə olduğu yadına düşmüş və elə həmin gün saat 11 radələrində “196” çağrı mərkəzinə zəng edərək kartını bloklatdırmışdır. 05 aprel 2024-cü il tarixdə o, taksit kartından pul çıxarılmağı ilə bağlı faiz ödəməyə gedərkən kartından 2088 manat pul çıxarıldığını aşkar etmişdir. Daha sonra dərhal bu barədə Abşeron RPİ-nə müraciət etmiş və ilkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin pul X12 tərəfindən bibisi X1 köçürülmüşdür. Baş vermiş hadisə nəticəsində xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində "xxxx" ASC-yə aid istifadəsində olan 4169 7377 0948 4436 nömrəli bank kartından 2088 manat pulu ələ keçirilmiş və işlənmiş vəziyyətdə 300 manat dəyərində olan “Samsung Galaxy A32” markalı mobil telefonum oğurlanmışdır. Könülün dedikləri yalandır. O, 2000 manat pulu borca verməmişdir. Həmçinin o, borca pul vermək istəsə imiş, nəyə görə taksit kartından Könülə borc vermişdir. Belə ki, taksit kartından çıxardığı pula görə o, əlavə faiz ödəməli imiş. O, paltaryuyan maşını düzəltmək üçün X10 yaşadığı evə daxil olan zaman “Samsung Galaxy A32” markalı mobil telefonu gödəkçənin cibində olmuşdur. Evdə olduğu müddətdə isə həmin gödəkçəni üzərindən çıxarmamışdır. Ona görə düşünmüşdür ki, Könül mobil telefonu cibindən oğurlasın. Ola bilər ki, paltaryuyana baxan zaman telefonu çıxarıb kənara qoymuş olsun və evdən çıxdıqdan sonra telefonu götürmək yadından çıxsın. Mobil telefonunda şifrə olmasa da, “Birbank” mobil tədbiqi “1234” rəqəmləri ilə şifrələnmişdir.Borcundan hissə-hissə ödəyib 30 faiz ödəyib, qalan hissəni də razılaşmışlar ki,ödəsin.Hazırda ondan şikayətçi deyil, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, məhkəmə iclaslarının iştirakı olmadan davam edilməsini xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindiirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. O, Tofiqi 6 ilə yaxındır ki, tanıyır. Aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. X11 isə bir ilə yaxındır ki, tanıyır. Aralarında da hər hansı ədavət və düşmənçilik olmamışdır. Təxminən 2024-cü ilin mart ayı ərəflərində Könül ona paltaryuyan maşının xarab olduğunu demiş və gəlib baxmağını istəmişdir. O da Könülə işlərinin olduğunu, lakin iş yoldaşlarına kömək etməsi üçün deyə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09-10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" ASC-nin qarajı adlanan yerdə, yəni iş yerlərinin yaxınlığında olarkən iş yoldaşı Zərərçəkmiş şəxs yanlarına gələrək Təqsirləndirilən şəxs yaşadığı evdən qayıtdığını və telefonunu itirdiyini bildirmişdir. O da tapılması üçün öz telefonu ilə Könülün telefonuna zəng etmişdir. Lakin zəngə cavab verən olmamışdır. Həmin vaxt Tofiq də gəldiyi istiqamətdə yeri axtarırmış ki, ola bilsin cibindən düşürmüş olsun. Bundan sonra o, Tofiqə ola bilsin ki, telefonun Könülün evində qaldığını deyib Könülə zəng etmişdir. Könül zənginə cavab verdikdən sonra Könüldən Tofiqin mobil telefonunun evdə qalıb qalmadığını soruşmuşdur. Könüldə bir qədər evə baxıb telefonun evdə qalmadığını demişdir. Bundan sonra Tofiq telefonu tapa bilmədiyindən evə gedəcəyini və onlara bank kartının telefonun arxa hissəsində olduğunu deyib kartı bağlatdıracağını bildirmişdir. Bundan təxminən 5 gün sonra onlar Tofiqdən öyrənmişlər ki, X2 2088 manat pul oğurlamışdır. O, X12 ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibət olduğunu görməmişdir. Nə də inanmamışdır ki, hər hansı yaxın münasibəti olsun. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-dən daxil olmuş 06 noyabr 2024-cü il tarixli məktuba əlavə edilən çıxarışlara və CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X3 4169 73** **** 3470 nömrəli plastik bank kartı hesabına xx.xx.2024-cü il tarixdə, saat 09:27:19-da 500 manat, 09:27:51-də 500 manat, 09:28:30-da 1000 manat və 09:29:26-da 88 manat olmaqla ümumilikdə 2088 manat pul Zərərçəkmiş şəxs istifadəsində olan 4169 73** **** 4436 nömrəli plastik kartından köçürülmüşdür. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan 4169 73** **** 4436 nömrəli plastik kartından X3 4169 73** **** 3470 nömrəli plastik bank kartı hesabına xx.xx.2024-cü il tarixdə, saat 09:27:19-da 500 manat, 09:27:51-də 500 manat, 09:28:30-da 1000 manat və 09:29:26-da 88 manat olmaqla ümumilikdə 2088 manat pul köçürüldüyü də diskdə olan faylda və məktubda öz əksini tapmışdır. Bundan başqa, həmin məktubda iş üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 06 noyabr 2024-cü il tarixli məktuba əlavə edilən çıxarışlar və 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkənə dəyən ziyandan ödənilməsi və zərərçəkənin şikayətçi olmaması müəyyən edildi. Məhkəmənin elektron sisteində olan məlumatdan görünür ki, onun himayəsində xx.xx.2014-cü il təvəllüdlü X13 adlı bir azyaşlı uşağı vardır. Bu da onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən bu qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və şi yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Bakı şəhəri Probasiya İdarəsi icra etməlidir. İş üzrə "xxxx" ASC-dən daxil olmuş 06 noyabr 2024-cü il tarixli məktuba əlavə edilən çıxarışlar və 01 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və şi yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə "xxxx" ASC-dən daxil olmuş 06 noyabr 2024-cü il tarixli məktuba əlavə edilən çıxarışlar və 01 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanlsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-466/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-466/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver