Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-467/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Şəkirayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndində qeyydiyyatda olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 23-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, avtomobil idarə etmək üçün AE 049399 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrindəidarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 2012-ci il buraxılışlı qara rəngli“BMW-3281” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Mehdiabad yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində saatda 80 km/saat sürətlə hərəkət edərək yolun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bolmart” adlı mağazanın yaxınlığından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.1 üfiqi nişanlama xəttini yəni bütöv xətti kəsməməli, idarə etdiyi avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, həmçinin yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq sürətlə hərəkət etməməli olduğu halda bunlara əməl etməyərək qarşı yola çıxaraq onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan 2002-ci il buraxılışlı gümüşü metallik rəngli “Mitsubishi Airtek” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı özünün idarə etdiyi BMV markalı avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşən Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün qəlpəli yerdəyişən sınığı, budçanaq, bud-diz nahiyəsinin, döş qəfəsi və bel nahiyəsinin əzilməsindən ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səhinin qançırından ibarət sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri almasına, həmçinin “Mitsubishi” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 4420 (dörd min dörd yüz iyirmi)manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 23-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2020-ci il tarixdə də saat 22 radələrində idarə etdiyi özünə məxsus “BMV” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan tanışı X3 götürüb Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Sovxoz qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Sonra isə saat 23 radələrində idarə etdiyi həmin avtomobil ilə 2-ci Savxoz qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru 70- 80 km/saat sürətlə hərəkətdə olduğu zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Bolmart” supermarketin yaxınlığında qarşısında gedən avtomobil surətini azaltmış, ara məsafəsi az olduğuna görə həmin avtomobillə toqquşmamaq üçün sükanı dərhal sola burub əks hərəkət zolağına çıxmış, bu zaman idarə etdiyi avtomobilin qabaq sağ tərəfi əks hərəkət zolağı ilə gələn “Mitsubishi” markalı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almasa da onun avtomobilində qabaq oturacaqda oturan tanışı Ayan Əhmədova müxtəlif bədən xəsarətləri almışdır. Ona görə də o, dərhal avtomobildən düşüb ətrafa toplaşan şəxslərin köməkliyi ilə Ayanı xəstəxanaya göndərmişdir. Həmçinin həmin vaxt “Mitsubishi” markalı avtomobilin sürücüsündən soruşduqda hadisə nəticəsində heç bir bədən xəsarəti almadığını söyləmişdir. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər.O, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Nizami küçəsi ev 41-də qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi ev 25-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Əsl adı Çinarə olsa da hər kəs onu Ayan adı ilə tanıyır. Həmçinin Məhkəmə-Tibbi ekspertizasında müayinədən keçərkən də özünü X1 təqdim etmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır. Onlar bir-birini təxminən bir il olar ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Məhəmməd idarə etdiyi “BMV” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evdən onu götürmüş və onlar Məhəmmədin Sabunçu rayonu, 2-ci Sovxoz qəsəbəsində yaşayan bacıgilə getmişlər. Bir qədər sonra isə saat 23 radələrində o, həmin avtomobilin qabaq sağ oturacağına əyləşmiş və onlar 2-ci Sovxoz qəsəbəsindən Mehdiabad qəsəbəsinə yaşadığı evə gələrkən Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Bolmart” supermarketin yaxınlığında hərəkətdə olduqları zaman qarşılarında gedən avtomobil qəflətən surəıtini azalmış vəara məsafəsi az olduğuna görə Məhəmməd onunla toqquşmamaq üçün sükanı dərhal sola burub əks hərəkət zolağına çıxmışdır. Bu zaman avtomobilin qabaq tərəfi əks hərəkət zolağı ilə gələn “Mitsubishi” markalı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı o, zərbədən hüşumu itirmişdir. Hüşu özünə gəldikdən sonra isə Bakı şəhərində yerləşən Travmatalogiya xəstəxanasında olduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobillərin toqquşması nəticəsində o, sol qolunun sınması və bəzi əzik xəsarətləri almışdır.Təqsirləndirilən şəxs xəstəxanada və evdə müalicə olunarkən ona maddi və mənəvi cəhətdən dəstək olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərək məhkəmədən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 29-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron-1” ev 4, mənzil 123-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən “See breeze” Hotel-də qeydiyyatçı işləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2 ildən artıq müddətdir ki, “Mitsubishi Airtrek”markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx.xx.2020-ci il tarixdə də saat 22 radələrində işə getmək üçün idarə etdiyi həmin avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçərək 2-ci Sovxoz qəsəbəsinə doğru 40-50 km/saat sürətlə hərəkətdə olarkən Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Bolmart” supermarketin yaxınlığında “BMV” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağı ilə gəldiyi zaman qəflətən onun hərəkət zolağına çıxdığını görmüş, həmin vaxt o, həmin avtomobilin onun yoluna çıxmasını lap yaxın məsafədən gördüyü üçün avtomobillərin toqquşmaması üçün heç bir tədbir görə bilməmiş,bu zaman “BMV” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yolunda idarə etdiyi “Mitsubishi” markalı avtomobilimin qabaq tərəfi ilə toqquşmuş və onun avtomobili yararsız vəziyyətə düşmüşdür. O, dərhal avtomobildən düşdükə “BMV” markalı avtomobildə sürücüdən başqa bir nəfər qadın sərnişinin də olduğunu, həmin qadının toqquşma zamanı xəsarət aldığını görmüş, ətrafa toplaşan şəxslərin köməkliyi ilə həmin qadını bir taksi ilə xəstəxanaya yola salmışlar. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olduğunu göstərdi. O, mülki iddia ilə məhkəməyə müraciət edərək onun iş üzrə mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi - 4420 manat və mənəvi ziyanın əvəzi - 20000 manat pulun tutularaq mülki iddiaçı kimi ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin Mehdidan PB-si tərəfindən hadisə yerinin yaxınlığında quraşdırılmış kameradan götürülərək təqdim edilmiş diskdə olan video görüntülərə kompyuter vasitəsi ilə monitorda baxış keçirilən zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı yolunda qara rəngli“BMW- 3281” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin gümüşü metallik rəngli “Mitsubishi Airtek” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması anının Abşeron RPİ-nin Mehdidad PB-si tərəfindən hadisə yerində quraşdırılmış kameradan götürülərək təqdim edilmiş bir ədəd diskdə olan videogörüntülərdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, qara rəngli“BMW-3281” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, xx.xx.2020-ci il tarixdə də saat 22 radələrində idarə etdiyi “BMV” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan tanışı X3 götürüb Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Sovxoz qəsəbəsində yaşayan bacısıgilə getmişdir. Sonra isə saat 23 radələrində idarə etdiyi həmin avtomobillə 2-ci Savxoz qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətinə doğru 70-80 km/saat sürətlə hərəkətdə olduğu zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Bolmart” supermarketin yaxınlığında qarşısında gedən avtomobil surətini azaltmışdır. Ara məsafəsi az olduğuna görə həmin avtomobillə toqquşmamaq üçün sükanı dərhal sola burub əks hərəkət zolağına çıxmışdır. Bu zaman idarə etdiyi avtomobilin qabaq sağ tərəfi əks hərəkət zolağı ilə gələn “Mitsubishi” markalı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx xxxxx 2020-ci il tarixli 1848 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 00:30-də orta ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx xxxxx 2020-ci il tarixli 4383 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxxx 2020-ci il tarixdə saat 00:35-də orta ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2020-ci il tarixli 016- 61543-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 10 il müddətində etibarlı olan “BC” kateqoriyalı AE 049399 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 686 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sağ yarısının ön səthinin qançırı,bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 25 Ə nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazu sümüyünün qəlpəli yerdəyişən sınığı, bud-çanaq, bud-diz nahiyəsinin, döş qəfəsi və bel nahiyəsinin əzilməsi; bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/777 saylı rəyindən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW-3281” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs BMW markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yəni 70-80km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 3-4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda Mitsubishi markalı 90ME853 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,4-34,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda Mitsubishi markalı 90ME853 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 25,4-34,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləeinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 az ağır bədən xəsarətinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmçinin Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin qançırından ibarət sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan bədən xəsarətləri almasına, həmçinin “Mitsubishi” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 4420 (dörd min dörd yüz iyirmi)manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Zərərçəkmiş şəxs2 ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 isə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq ondan “Mitsubishi” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində maddi ziyanın və 20000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mülki iddia mülki hüquq münasibətlərindən yarandığı və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməli olduğu üçün baxılmamış saxlanılmalı və ayrıca mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli Qərarına uyğun olaraq təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və barəsində çıxarılmış hökmdə onun törətdiyi əməlin bütün nəticələri təsvir olunsa da, həmin şəxs cinayət məsuliyyətinə yalnız CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində göstərilən nəticələrə, yəni zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına görə cəlb edilir. Bu baxımdan CM-nin 263-cü maddəsi ilə təqsirləndirilən şəxsin həmin maddənin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun sağlamlığına az ağır və ya ağır zərər vurulmuş zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin əməlində yol hərəkəti qaydalarının pozulması nəticəsində cinayət tərkibinin olması ilə yanaşı inzibati xəta tərkibi (məsələn, digər şəxslərin sağlamlığına yüngül zərər və ya dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi, eləcə də əmlakına ziyan vurulması) olması da müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxsin yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilməlidir. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət- Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar qərarın surəti Abşeron Rayon Prokuroruna göndərilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın və ona mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi izah olunsun. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsivasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-467/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-467/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver