Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-467/2022 21.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Nəvai küçəsindəki fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan, 100 manat dəyərində, üstündə nömrəsi olmayan, “Samsunq” markalı mobil telefonu, 150 manat dəyərində, 1 ədəd kağız qutuda qablaşdırılmış təzə müşahidə-nəzarət kamerası aparatını, yataq otağında asılqandakı cəmi 550 manat dəyərində olan geyim əşyalarını, hər biri 50 manat olan istifadə olunmuş 3 ədəd qəhvəyi rəngli yataq örtüyünü, hər biri 50 manat olan 2 ədəd bənövşəyi rəngli yataq örtüyünü, 1 ədəd 40 manat dəyərində olan qırmızı rəngli stolüstü süfrəni, hər biri 15 manat dəyərində olan 2 ədəd böyük ölçülü və 1 ədəd 10 manat dəyərində olan kiçik ölçülü şəffaf şüşə mürəbbə qablarını, 1 ədəd 90 manat dəyərində olan “Relite” markalı ətçəkən maşını, 1 ədəd 30 manat dəyərində olan saç qurudan fen aparatını, cəmi 250 manat dəyərində olan hamam aksesuarlarını oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, 10 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrinin siyahısı”na (Siyahı 1) daxil edilmiş bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 1,209 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 13 aprel 2022-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron RPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X5 rayonu, Xırdalan şəhərində narkotik vasitə olan heroinin üzərində daşınması və qəbulu ilə şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 1,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 02 dekabr 2020-ci il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nəvai küçəsində yerləşən fərdi evlərdən birinin işıqlarının sönülü vəziyyətdə olduğunu müşahidə edib. Evdə kimsənin olmadığını anlayıb oğurluq etmək qərarına gəlib. Evin həyətindən plastik pəncərəni sıxıb açaraq evə daxil olub və içəridən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd müşahidə nəzarət kamerasına aid aparatı, asılqanda olan paltarları, hamam aksesuarlarını və qab-qacaq dəstlərini oğurlayıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Quşçuluq yaşayış massivi, Nəvai küçəsində yerləşən oğurluq etdiyi fərdi yaşayış evinin sahibi barədə heç bir məlumatı olmayıb, Həmin evdən 02 dekabr 2020-ci il tarixdə saat 17 radələrində oğurluq edib, oğurluq edərkən tək olub və ona heç kim kömək etməyib, həmin evdən 02 dekabr 2020-ci il tarixdə oğurluq etmək qərarına gəlib, həmin evə evinə plastik pəncərəni sıxıb açmaqla daxil olub, həmin evdəndəqiqliklə bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd müşahidə nəzarət kamerasına aid aparatı, asılqanda olan paltarları, hamam aksesuarlarını və qab-qacaq dəstlərini oğurlayıb, “Samsung” markalı mobil telefonu, müşahidə nəzarət kamerasına aid aparatı atıb, paltarları, hamam aksesuarlarını və qab-qacaq dəstlərini isə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində səyyar formada pərakəndə şəkildə satıb, oğurladığı əşyaları sataraq ümumilikdə 300 manat pul əldə edib və həmin pulu şəxsi istifadəsi üçün xərcləyib. Bunddan başqa o, qeyd etmişdir ki, 13 aprel 2022-ci il tarixdə saat 17:00-da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində piyada hərəkətdə olduğu zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib və xidməti vəsiqələrini təqdim ediblər. Daha sonra narkotik vasitələrin daşınması və qəbulunda şübhəli olduğunu bildiriblər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkünsüz olduğunu deyib onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər və o, buna etirazının olmadığını bildirib. Sonra polis əməkdaşlarının müşayəti ilə Abşeron rayon Polis İdarəsinə gətirilib. Polis İdarəsində otaqların birində ona hüquqları izah edilib. Daha sonra Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilib. O, hüquqlarının vəkil-X6 tərəfindən müdafiə edilməsini istəyib. Vəkil-X6 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilib. Sonra vəkili-X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. O, könüllü olaraq sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd, şəffaf sellofana bükülmüş, narkotik vasitə olan heroini çıxardaraq təqdim edib. Daha sonra könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki qutu “Maqgna” markalı siqareti, bir ədəd, qara rəngli “Samsung” markalı mobil telefonu, bir manat dəyərində qəpik pulları və özünə aid şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim edib. Həmin narkotik vasitəni nə vaxt, haradan, kimdən, necə əldə etməsi və hansı məqsədlə üzərində daşıması barədə sual verdikdə o, həmin kütlələri xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində, tanımadığı şəxsdən iyirmi manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirib. Sonra üzərinə şəxsi axtarış polis əməkdaşları tərəfindən davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyim. Üzərindən aşkar edilərək götürülmüş, bir ədəd, şəffaf sellofana bükülmüş, kütlələrin həqiqətən narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılıb. Həmin zərf vəkili və özü tərəfindən imzalarla təsdiq olunub. Daha sonra üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi iki qutu “Maqgna” markalı siqaret, bir ədəd, qara rəngli “Samsung” markalı mobil telefon, bir manat dəyərində qəpik pullar və özünə aid şəxsiyyət vəsiqəsi geri qaytarılıb. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanıldığı zaman və ya Abşeron rayon Polis İdarəsində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor və psixi təzyiq göstərilməyib, narkotik vasitə satışı ilə məşğul olmur yalnız istifadə edir, mobil nömrə istifadə etmir, üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi “Samsung” markalı mobil telefon istifadəyə tam yararsız olub, üzərində mobil nömrə olmayıb və üzərində daşımaqda məqsəd onu ehtiyat hissəsi kimi satmaq olub. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, 4-5 ay olarki Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nəvai küçəsində yerləşən fərdi yaşayış evini alıb ancaq ailəsi həmin evə köçməyiblər. Hərdən bir həmin evə gələrək orada tək qalıb. 2020-ci ilin noyabr ayının 15-də həmin evin qapı və pəncərələrini bağlayaraq Sumqayıt şəhərində yerləşən evinə gedib. 04 dekabr 2020-ci il tarixdə həmin evə gəldikdə plastik pəncərənin açıq vəziyyətdə olduğunu və əşyaların dağınıq halda olduğunu müşahidə edib. Daha sonramasanın üstündə qoyduğu, 100 manat dəyərində, üstündə nömrəsi olmayan, “Samsunq” markalı mobil telefonun, 150 manat dəyərində, 1 ədəd kağız qutuda qablaşdırılmış təzə müşahidə-nəzarət kamerası aparatının, yataq otağında asılqandakı cəmi 550 manat dəyərində olan geyim əşyalarının, hər biri 50 manat olan istifadə olunmuş 3 ədəd qəhvəyi rəngli yataq örtüyünün, hər biri 50 manat olan 2 ədəd bənövşəyi rəngli yataq örtüyünün, 1 ədəd 40 manat dəyərində olan qırmızı rəngli stolüstü süfrənin, hər biri 15 manat dəyərində olan 2 ədəd böyük ölçülü və 1 ədəd 10 manat dəyərində olan kiçik ölçülü şəffaf şüşə mürəbbə qablarının, 1 ədəd 90 manat dəyərində olan “Relite” markalı ətçəkən maşının, 1 ədəd 30 manat dəyərində olan saç qurudan fen aparatının, cəmi 250 manat dəyərində olan hamam aksesuarlarının yerində olmadığını aşkar edib. Sonra Abşeron rayon polis idarəsinə gəlib bu barədə şikayət ərizəsi yazıb. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində qeyd etdi ki, 2015-ci ildən DİO-da, 2022-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotikiəriə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir, polis leytenantıdır. ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanında yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla hər hansı düşmənçiliyi, ədavəti olmayıb. 13 aprel 2022- ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və istifadə etməsi barədə etibarlı mənbədən məlumat daxil olub. Həmin gün yəni 13 aprel 2022-ci il tarixdə daxil omuş məlumata dair əməliyyat- axtarış tədbirlərinin keçirilməsi məqsədilə Abşeron rayon Polis İdarəsinin Narkotikiəriə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət olan əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilib. 13 aprel 2022-ci il tarixdə saat 17:00-da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən və piyada hərəkətdə olan şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim ediblər. Daha sonra ona narkotik vasitələrin daşınması və qəbulunda şübhəli olduğunu bildiriblər. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkünsüz olduğunu deyib onu Abşeron rayon Polis İdarəsinə dəvət ediblər və Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirib. Sonra onu Abşeron rayon Polis İdarəsinə gətiriblər. Polis İdarəsində otaqların birində ona hüquqları izah edilib. Daha sonra Abşeron rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı təqdim edilib. O, hüquqlarının vəkil-X6 tərəfindən müdafiə edilməsini istəyib. Vəkil-X6 gəldikdən sonra onunla konfıdensial görüş təmin edilib. Sonra vəkili-X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. O, könüllü olaraq sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd, şəffaf sellofana bükülmüş, narkotik vasitə olan heroini çıxardaraq təqdim edib. Daha sonra könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki qutu “Maqgna” markalı siqareti, bir ədəd, qara rəngli “Samsung” markalı mobil telefonu, bir manat dəyərində qəpik pulları və özünə aid şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim edib. Həmin narkotik vasitəni nə vaxt, haradan, kimdən, necə əldə etməsi və hansı məqsədlə üzərində daşıması barədə sual verdikdə o, həmin kütlələri xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində, tanımadığı şəxsdən iyirmi manata/ aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirib. Sonra üzərinə şəxsi axtarış polis əməkdaşları tərəfindən davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilərək götürülmüş, bir ədəd, şəffaf sellofana bükülmüş, kütlələrin həqiqətən narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılıb. Həmin zərf vəkili və özü tərəfindən imzalarla təsdiq olunub. Daha sonra üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi iki qutu “Maqgna” markalı siqaret, bir ədəd, qara rəngli “Samsung” markalı mobil telefon, bir manat dəyərində qəpik pullar və özünə aid şəxsiyyət vəsiqəsi ona geri qaytarılıb. Şahid1 Faqi oğlu ifadəsində ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, Əliyev X5 rayon Polis İdarəsinə gətirilərkən və Polis İdarəsində ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təstiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2021-ci il tarixli 6/2107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Əliyev” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,209 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş bir ədəd bükümdə təmiz çəisi 1,209 qram çəkidə narkotik vasitə olan heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 1,159 qramı iş üzrə 17 aprel 2022-ci il tarixdə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 66 nömrəli rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd qəhvəyi rəngli yataq örtüyü 120 manat, 2 ədəd bənövşəyi rəngli yataq örtüyü 80 manat, 1 ədəd qırmızı rəngli stolüstü süfrə 25 manat, iki ədəd böyük ölçülü şəffaf şüşə mürəbbə qabı 20 manat, bir ədəd kiçik ölçülü şəffaf şüşə mürəbbə qabı 6 manat, “Relite” markalı ətçəkən maşın 30 manat, bir ədəd saç qurudan fen 15 manat qiymətləndirilmiş və həmin əşyaların 2020-ci ilin dekabr ayına olan təqribi orta bazar qiyməti ümumilikdə 296 manat müəyyən edilmişdir. Abşeron rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş bir ədəd, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, daşıma, saxlama və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilənşəxs təqsirli olduğu Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilənərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli Akta əsasən Təqsirləndirilən şəxs cəzadan azad olmuşdur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli Akta əsasən cəzadan azad olmuş şəxslərin məhkumluğu ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 14 saylı Cəzaçəkmə Müəssəsisinin 20 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya qəraraının 36-cı bəndinə əsasənonun cəzadan azad edilməsi barədə olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 14 saylı Cəzaçəkmə Müəssəsisinin təqdimatı üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cinayətlərin təkrar törədilməsini, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, O, ibtidai istintaqdan gizləndiyi üçün müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 16 may 2022-ci il tarixli 2534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,159 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd qəhvəyi rəngli yataq örtüyü, 2 ədəd bənövşəyi rəngli yataq örtüyü, 1 ədəd qırmızı rəngli stolüstü süfrə, iki ədəd böyük ölçülü şəffaf şüşə mürəbbə qabı, bir ədəd kiçik ölçülü şəffaf şüşə mürəbbə qabı, 01 ədəd “Relite” markalı ətçəkən maşın və bir ədəd saç qurudan fen Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,159 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. İş üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-467/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-467/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver