Məhkəmə qərarları › İş №1(012)-468/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-468/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-468/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 16 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 dekabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 mart 2022-ci il tarixə kimi, cəmi 7593,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda yaşadığı ərazidə təmir-tikinti sahəsində vaxtamuzd fəhlə kimi çalışır, gündəlik qazancı 20-25 manat təşkil edir, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, sonuncu ilə 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan Fatimə adlı uşağı olmuş, 2012-ci ildə arvadı ilə münasibəti pozulduğundan ayrılmış, Zərərçəkmiş şəxs uşağın saxlanmasına görə aliment tələbi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2012-ci il tarixli qətanaməsi ilə nikahları pozularaq uşağın saxlanması üçün hər ay ondan 75,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamə üzrə qət edilmiş alimenti tam ödəmiş, lakin 2016-cı ildə Çinarə Əliyevə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, 16 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq qətnaməni icra etməmış, icra məmuru tərəfindən barəsində bir neçə dəfə inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və sonuncu protokol üzrə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş, qətnamə üzrə icra zamanı aliment borcundan cəmi 480,00 manat məbləğində ödəniş aparmış və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilsədə xx.xx.2022-ci il tarixədək aliment üzrə borcu 7593,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs ona uşaqlarla görüşməsinə icazə verməməsi, bundan başqa aliment borcunun yüksək olmasıdır. O, vaxtamuzd fəhlə kimi işləsə də, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Sonda o, törətdiyi əməl cinayət olmasını başa düşdüyünü və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 16 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən dəfələrlə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə yaranmış borcu ödəməyərək, icra müddətində cəmi 480,00 manat məbləğində ödənişi təmin etmişdir. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 7593,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü yaşadığı ərazidə və Bakı şəhərində sifariş üzrə işəmuzd evlərin təmiri sahəsində usta və fəhlə kimi işləməsini bilir, sonuncunun qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir və qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs keçmiş əridir, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 16 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən dəfələrlə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət etmiş, sonuncu protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməyərək, cuzi ödəniş aparmış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 7593,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü yaşadığı ərazidə və Bakı şəhərində sifariş üzrə işəmuzd evlərin təmiri sahəsində usta və fəhlə kimi işləməsini bilir, Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1686/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 117,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Abşeron rayon İcra və Probasiya şöbəsində xx.xx.2016-cı il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, borclu şöbəyə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində xx.xx.2016-cı il tarixdə məcburi gətirilmə haqqında təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, təqdimat təmin olunaraq icraya yönəlmiş, borclu polis orqanları tərəfindən məcburi qaydada gətirilərək icra şöbəsinə təhvil verilmiş və xx.xx.2016-cı il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətində inzibati qaydada həbs olunmuş, bundan sonra borclu yenə də, qərəzli olaraq məhkəmə qərarının icrasından yayınaraq aliment öhdəliyini yerinə yetirmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş və borclu məhkəmə qərarı əsasında təkrar 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, icra müddətində Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmiş və icra sənədi üzrə 7593,00 manat məbləğində aliment borcu yaranmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Kamandar qızı şöbəyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmiş, məhkəmə qərarının yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin sonunucu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, iki dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs Kamandar qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında üzrə şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan X1 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınsa da, Təqsirləndirilən şəxs işlə təmin olunmaq üçün filiala müraciət etməmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 25 dekabr 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Abşeron Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Zülayev X3 Rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli, 2(012)-1686/2016 saylı qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan xx.xx.2022–cı il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarla həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından həbs edilməli, həbs etmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin, cəza çəkmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar