Məhkəmə qərarları › İş №1(012)-468/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-468/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-468/2023 03.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X4 oglunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı oglunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev-21-də qeydiyyatda olan və yaşamış, barəsində 20 yanvar 2023-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Mexkalon” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələriin siyahısı»na (Siyahı2) daxil edilmiş yeddi ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,066 qram, 0,018 qram, 0,60 qram, 0,036 qram, 0,101 qram 0 112 qram, 0,104 qram olmaqla ümumilikdə 0, 497 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 28 iyun 2005-c\i il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxH edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,100 qram, 0,063 qram olmaqla umumılıkdə 0,163 aram çəkidə olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroını 45 manaf müqabiNndə alda edib, Abşeron rayonu Hökmali qasebosina daşımaqla uzanndə saxlamış, 18 yanvar 2023-cü İİ tarixdə saat 13 radələrində Abşeron RPl-nın X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və Abşeron RPİ-nin X7 gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zama əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən siqaretin kağızına bukulmuş həmin 7 bükümdə olmaqla, ümumilikdə 0,497 qram çəkidə psixotrop maddə metamfetamin və 2 bükümdə olmaqla ümumilikdə 0,163 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəcn ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 3 aya yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Abşeron rayonu Xırdalan şəhəri Mexkalon deyilən ərazidə Namiq adlı şəxsdən 45 (qırx beş) manat qarşılığında 7 bükümdən ibarət psixotrop maddə metamfetamin və 2 bükümdən ibarət narkotik vasitə heroin almışdır. Həmin gün 13 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində iti yerişlərlə piyada gedərkən qarşıdan dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin X5 əməkdaşları olduqlarını, onun narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və satmaqda şübhəli olduğunu bildirərək bu barədə onlarda əməliyyat məlumatlarının olduğunu, bu məqsədlə onlarla birlikdə Abşeron RPİ-nin X7 getməli olduğunu demişlər. O da polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf edib, etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan qara rəngli dəri gödəkçəsinin içəri tərəfdən sol yan cibində olan bir ədəd elektron tərəzini və bir ədəd sarı rəngli plastik qutunun içərisində saxladığı 9 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülər 9 ədədi siqaretin kağızına bükülmüş vəziyyətdə olmuşdur. Bükülülər polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş, həmin bükümlərdən 7 ədədində şüşə kimi tanınan psixotrop maddə olan metamfetamin və 2 ədədində isə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri həmin gün səhər saatlarında Namiq adlı şəxsdən Abşeron rayonu Xırdalan şəhəri Mexkalon adlanan ərazidə 45 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi, içərisində metamfetamin və heroin olan bükülülər bir ədəd kağız zərfə, bir ədəd elektron tərəzi isə digər kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində uzun müddətdir narkotik vasitə istifadə etdiyinə görə bədənində kəskin ağrılar olduğunu, ona görə də bir neçə gün istifadə etmək məqsədi ilə bir neçə büküm narkotik vasitə və psixotrop maddəni 18 yanvar 2023cü il tarixdə saat 08 radələrində Abşeron rayonu Xırdalan şəhəri Mexkalon ərazisində Namiq adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını, həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün özündə saxladığını, satmaq niyyətinin olmadığını, həmçinin elektron tərəzinin onda çoxdan olduğunu, narkotik vasitə alan vaxt onu aldatmasınlar deyə üzərində gəzdirdiyini, narkotik vasitə və psixotrop maddəni əldə etməyi barədə heç kimin məlumatı olmadığını, Abşeron rayonu Hökməli qəsəbəsində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, və ya psixi təsir göstərilmədiyini, üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzərinin yoxlanılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildən DİO-da, 2021 -ci ildən hal-hazıradək tutduğu vəzifədə xidmətini davam etdirir. Abşeron rayonu Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev-21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, Samir Qayıbov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, Qobu PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, Şahid4 və Şahid2 da qrupun üzvü olmuşlar. Bundan sonra həmin günü yəni, 18 yanvar 2023-cü il tarixdə məlumat əsasında, birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsində yerləşən yaşadığı evin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu deyib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu PB-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin içəri tərəfdən sol yan cibində olan bir ədəd elektron tərəzini və bir ədəd sarı rəngli plastik qutunun içərisində saxladığı 9 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülər 9 ədəd siqaretin kağızına bükülmüş vəziyyətdə olmuşdur. Bükülülər açılaraq baxış keçirilərkən həmin bükümlərdən 7 ədədində şüşə kimi tanınan psixotrop maddə olan metamfetaminə və 2 ədədində isə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin kütlələri şəxsi istifadəsi üçün 18 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu Xırdalan şəhəri Mexkalon ərazisində Namiq adlı şəxsdən 45 (qırx beş) manata aldığını bildirmişdir. Daha sonra həmin bükümlərin içərisində olan maddələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertizası təyin olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkil Şahid2 da Şahid1 dedikləri ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkil Şahid3 da Şahid1 dedikləri ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkil Şahid4 da Şahid1 dedikləri ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/353 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 nömrəli zərfdəki 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qrM 0,018 qr., 0,060 qr., 036 qr., 0,101 qr., 0,112 qr., 0,104 qr., ümumi təmiz çəkisi 0,497 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048qr., 0,115 qr., ümumi təmiz çəkisi 0,163 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli 646 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə barədə» Abşeron RPl-də 18 yanvar 2023-cü il tarixdə saat 14:20-dən 14:50-dək tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də xidməti otaqların birində Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Qobu PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis kapitanı Sadıqov X3 və polis kapitanı Şahid4 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli dəri gödəkçəsinin içəri tərəfdən sol yan cibində olan bir ədəd elektron tərəzi və bir ədəd sarı rəngli plastik qutunun içərisində saxladığı siqaret kağızına bükülmüş ümumilikdə 7 büküm olmaqla 0,497 qram psixotrop maddə metamfetamin və 2 büküm olmaqla 0,163 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə çəkilmiş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,497 qram çəkidə psixotrop maddə metamfetamindən, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram çəkidə narkotik vasitə heroindən və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzidən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,397 qram çəkidə psixotrop maddə metamfetamin, 0,063 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi iş üzrə 25 yanvar 2023-cü il tarixdə maddi sübut qismində tanınaraq, maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. Törətmiş olduğu cinayət əməlinə görə təhqiqatçı Kənan Əmirli tərəfindən xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi istintaq materialları ilə kifayət qədər sübut olunduğundan 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində Abşeron rayon məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə cinayət məsuliyyəti müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun istinad edilən normasına şərh verən Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın- narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il). İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində psixotrop maddə metamfetamini və heroini şəxsi istifadəsi üçün almasını bildirsə də onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı psixotrop maddə metamfetamin 01 ədəd şəffaf polietilen kəsiyinə, 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,497 qram çəkidə psixotrop maddə metamfetamindən, 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,163 qram çəkidə narkotik vasitə heroindən və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən çoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin təxminən ayrı-ayrı çəkilərdə hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ayrı-ayrı bükümlərdə olması, həmçinin üzərində 01 ədəd elektron tərəzi aşkar edilməsi də sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Məhkəmə təqsirləndirilən şəxsin dəlillərini əsassız hesab edir və qeyd etməyi zəruri hesab edir ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən götürülmüş elektron tərəzidə psixotrop maddə olan heroin hissəciklərinin mövcud olması təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edən mühüm dəlillərdən biridir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,397 qram metamfetamin və qalıq çəkisi 0,063 qram heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,397 qram metamfetamin və qalıq çəkisi 0,063 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar