Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-468/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən şəxs Zərərçəkmiş şəxs, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il gecə saat 01 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ona həmin vaxtı həmin evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşərək aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun sağ əlindən tutub özünə tərəf dartaraq, ardınca əl, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs əl, qol, sifət, baş, və bədəninin müxtəlif nahiyələrinə, təpik, ayaq zərbələri ilə isə sonuncunun ayaq nahiyələrinə ardıcıl zərbələr vuraraq yerə yıxmaqla Zərərçəkmiş şəxs sağ mil sümüyünün distal ucunun sınığı, alın, sol gözaltı, sağ bud nahiyələrinin qançırları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan 2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Onlar birlikdə ünvan 4 ünvanında yaşayırlar. Mehparədən əvvəl o 2015-ci ildə X5 ilə ailə həyatı qurmuş və həmin nigahdan 2016-cı il təvəllüdlü Yağmur Mamedova anadan olmuşdur. Zəkiyə ilə 2019-cu ildə Beyləqan rayon məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışdır. Mehparə ilə əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar aralarında onun evə gec gəlməyi üstündə sözlə mübahisələri olur. 08 noyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən yaşadığı ünvana gəlmiş və həmin vaxt arvadı Mehparə evə gec gəldiyi üçün ona sözlə irad bildirmişdir. Onun bu iradından əsəbiləşib üzərinə gedib əlləriylə onun sağ əlindən tutub özünə tərəf çəkmiş və əli ilə onun qolundan və təpiklə ayaqlarından vurmuşdur. Elə həmin vaxt Mehparə yerə yıxılmışdır. Bundan sonra o otağdan çıxıb getmiş, bir neçə dəqiqədən sonra sakitləşib evə qayıtmışdır. Baş vermiş mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə az yaşlı övladı Yüksəlin olduğunu və onun digər otaqda yatdığını, başqa şəxsin olmadığını, mübahisənin yaranmasına səbəb arvadı Mehparənin ona evə gec gəldiyi üçün irad bildirməsi olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, həmin mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs onu vurub hər hansı bir formada bədən xəsarəti yetirmədiyini göstərmişdir. Məhkəmədən bağışlanılmasını xahiş etdi. Məhkəmədə şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olmaqla hazırda ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2021-ci il təvüllüdlü X3 anadan olmuşdur. Elməddin iləəvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar onun evə gec gəlməsi səbəbindən aralarında sözlə mübahisələri olur. 08 noyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində Elməddin yaşadığı ünvana gəlmiş və həmin vaxt ona bu vaxt evə gəlməsinə görə sözlə irad bildirmişdir. Elməddin onun bu iradından əsəbiləşərək üzərinə gəlib əlləriylə sağəlindən tutub özünə tərəf çəkmiş və sonra isə yumruğu iləsifət, baş və bədəninin müxtəlif yerlərindən, eləcə də təpiklə ayaqlarından vuraraq onu döyərək xəsarət yetirmişdir. Həmin vaxt o aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Elməddin evdən çıxıb getmiş, bir neçə dəqiqədən sonra sakitləşib evə qayıtmışdır. O, da bu barədə Abşeron rayon polis idarəsinə gələrək əri Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt evdə az yaşlı övladı Yüksəlin olmuş və o digər otaqda yatmış, başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bağışlanılmasını xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2024-cü il tarixli 2643 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki,1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-sağ mil sümüyünün distal ucunun sınığı, alın, sol gözaltı, sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdəinsan bədəninin hissələri (əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görəümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı övladları vardır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-468/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-468/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver