Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-469/2021 14.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, Xüsusi ittihamçı X5 və X1 iştirakları ilə Xüsusi ittihamçı X5 X2 qarşı xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X5 X2 qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham edilən şəxs X1 Cinayət Məcəlləsinin 148ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 ərizəni onunla əsaslandırdı ki, X10 02.05.1955-ci il tarixdə Laçın rayonunun Turab kəndində anadan olmuş, ali təhsillidir. X6 ilə ailə həyatı qurmuş. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X3 onların keçmiş gəlinləridir . Belə ki, X3 2015-ci il tarixdə oğlu - 19.04.1981-ci il təvəllüdlü X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və 2021-ci il tarixdə boşanmışlar. Oğlunun kəskin ruhi xəstəliyi var. Hazırda bu şikayət ilə məhkəməyə müraciətinin səbəbi keçmiş gəlinin onu və ailəni davamlı olaraq təhqir etməsi, barəsində şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətməsi ilə bağlıdır. Belə ki, Gülnar istər oğlu ilə evli olduqları müddətdə, istərsə də boşandıqdan sonra bu cür hərəkətlərini davam etdirmişdir. O, bizi o həddə çatdırmışdır ki, artıq hazırda faktiki yaşadığımız ünvandan çıxmalı olmuşduq. Daha sonra məhkəmə qərarları əsasında onun evdən çıxarılmasına və yenidən evimizə qayıtmasına nail olduq. Lakin buna baxmayaraq o, bizləri yenə də narahat edir, evə gələrək qapını bərk döyür, qapıya daş atır, (bununla bağlı şəkillər şikayət ərizəsinə əlavə ediləcəkdir.) eləcə də onu və övladlarını təhqir edir, nalayiq ifadələrdən istifadə edir. Qeyd etdiyi hadisələrdən biri 2020-ci il 23 iyul tarixində baş vermişdir. Belə ki, o, evə gələrək qapını döyməyə başlamış (təbii ki, əgər ona qapı döymək deyilərsə), daha sonra qapını daşlamışdır. Zorla evə girməyə çalışmışdır. Həmin hadisə ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq SMS icazə tətbiq olunduğu vaxt baş vermişdir. SMS icazə olmasına baxmayaraq o, təxminən 6 saata yaxın əsl şou göstərmişdir. Onu, həyat yoldaşını və övladlarını təhqir etmiş, ağıza alınmayacaq söyüşlərdən istifadə etmişdir. Qeyd etdiyi bu hadisənin video görüntüləri də mövcuddur. Hətta qonşulara deyirmiş ki, “qorxularından qapını açmırlar, yoxsa bilirlər ki, hamısın cırıb oradan rədd edəcək. Qeyd edim ki, həmin hadisə baş verdiyi zaman sahə müvəkkili Cavid adlı polis əməkdaşını tez çağırmışlar. Sahə müvəkkili gəlsə də onunla tək bacara bilməmiş, bu səbəbdən də dəstək çağırmışdır. Bundan sonra da teztez belə hadisələr baş vermişdir. Hadisə baş verən zaman gəlini olduğuna görə şikayət etməsələr də artıq onun bu cür hərəkətlərindən yorulmuşlar. Sonuncu dəfə bu yaxınlarda o, yenə də Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında onu ağır təhqir etmişdir. Bu səbəbdən də artıq onun barəsində şikayət ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onları burada yazıb bitirmək mümkün deyildir. Qeyd olunmayan bütün hadisələr məhkəmə iclasında tərəfindən bildiriləcəkdir. Yuxarıda qeyd etdiyi kimi onun ailəsini hamının içində ağır formada təhqir etməsi ilə bağlı telefon ilə çəkilmiş video görüntülər də mövcuddur və həmin görüntülər ərizəyə əlavə ediləcəkdir. Onun həmin hərəkətlərinə bütün qonşuluqdakı insanlar da şahid olmuşdur. Təqdim olunan video material məhkəmə tərəfindən tədqiq edildiyi zaman onun səs tonundan da aydın olacaqdır ki, həmin səsküyü, təhqirləri ətrafdakı insanların eşitməməsi mümkün deyildir. Onun bu cür hərəkətləri qəsdən etməsinə səbəb onların ətrafında olan insanların gözündən, hörmətdən salmaqdır. Öz məqsədinə nail olmaq üçün hər kəsin yanında onların şərəf və ləyaqətin qəsdən, biləbilə nalayiq ifadələrdən istifadə etməklə alçaldır. Məhkəmə iclasında X4 bildirdi ki, X10 onu yaşadıqları ilə birlikdə evdən məhrum etməklə yanaşı onun ailəsini dağıtmış, həyat yoldaşıyla onu saxta sənədlər əsasında boşatdırdığı üçün onun barəsində hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət etmişdir. Görünür, onu susdurmaq üçün indi də ona qarşı bu vəziyyətdən bir silah kimi istifadə etməyə qərar vermişdir. O, uşaqlarına görə aliment də almır, o hər vasitə ilə çalışır ki, ruhi xəstə olsa da həm ailəsini və uşaqlarını sevən İlkini onunla məhv etsin, İlkin hələ də bizə, ailəsinə qovuşmaq həsrəti ilə yaşayır, lakin bu qadın hər vəcdlə çalışır ki, oğlunun qəyyumluğunu alıb onu ailəsindən tamamilə təcrid etsin. Bu niyyətdə olan insandan nə gözləmək olar? S.Lətifova öz şikayətində göstərmişdir ki, guya onu ətraf sakinlərin yanında biabır etmişdir, əksinə o onun ünvanına dilə gətirilməsi mümkün olmayan sözlər işlətmişdir. Lakin əgər o, çoxsaylı insanların yanında təhqir etmişdirsə, bunu təsdiq edən şəxslərin adları və soyadları da şikayətə daxil edilməli idi, hansısa gizlin çəkilmiş, demontaj edilmiş, qanunsuz şəkildə əldə olunmuş bir disk əsasında belə bir ittihamın irəli sürülməsi tam əsassız və qanunsuzdur. Qarşı tərəf Xüsusi ittiham qaydasında şikayətin verilməsi ilə bağlı bütün normaları hazırki şikayətə köçürmüş, lakin bu normaları bir yerdən başqa yerə köçürmək həmin ərizənin əsaslı və düzgün tərtib edilməsi demək deyildir. Belə hesab edir ki, S.Lətifova tərəfindən qaldırılmış şikayətin heç bir hüquqi əsası yoxdur, ona qarşı irəli sürdüyü ittiham mötəbər sübut və dəlillərlə əsaslandırılmamışdır, 10 səhifəlik şikayətin yalnız 1 səhifə yarımı onun sözlərindən qalan 8 səhifə yarım isə internetdən kopyalanmış vərəqlərdir, halbuki ittiham irəli sürən tərəf bu ittihamı əsaslandırmalıdır, buna görə də işə məhkəmə hazırlıq iclasında həmin şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Xüsusi ittiham qaydasında ərizəni tərtib edərkən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), cinayət qanunda nəzərdə tutulmuş əməlin məhz kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanuni ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o, cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer barədə məlumatlar, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Şikayətin konkret olaraq hansı şahid ifadələri ilə təsdiq olunduğu ərizədə öz əksini tapmamış, bəhs edilən mötəbər sübutlar ərizəyə əlavə edilməmişdir. dır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə CPM-in 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında aslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasıın adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittihamçı X5 X2 qarşı xüsusi ittiham qaydasında şikayəti məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X5 X2 qarşı xüsusi ittiham qaydasında şikayəti məhkəmə baxışına keçirilməsindən və bu şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərarın surəti xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göndərilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-469/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-469/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver