Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-469/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə başqa cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs ona söz atmasını aydınlaşdırmaq üçün onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gülnar” şadlıq sarayın qarşısına dəvət edib Zərərçəkmiş şəxsla görüşdükləri vaxt istənilən narazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onu qəsdən yumruq və təpiklə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildə Xırdalan şəhərinin axırında yerləşən, 120 nömrəli marşurut avtobus dayanacağı deyilən yerdə Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan Eldar ilə rastlaşdıqda onunla zarafat etməsindən Eldarın xoşu gəlməmişdir. 15 mart 2022-ci il tarixdə, saat 24 radələrində Xırdalan şəhərində olduğu vaxt Eldar zəng edərək ona bir daha sataşmamasını demişdir. Eldara Xirdalan şəhəri, 119 nömrəli marşurut avtobusun yaxınlığındakı, “Gülnar" şadlıq sarayının yaxınlığında olduğunu və şadlıq sarayının qarşısına gəlməsini, orada onu gözləyəcəyini, aralarındakı bu məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Eldar “Gülnar” şadlıq sarayının qarşısına gələrkən saat 01 radələri olmuşdur. Eldara telefonda hansı səbəbdən ona irad tutduğunu soruşduqda Eldarda qəti şəkildə bir daha onunla zarafat etməməsini, ona sataşmamasını demişdir. Eldarın onunla belə danışmasına acığı tutduğuna görə onunla əlbəyaxa olmuş və onu yumruq-təpiklə vurmuşdur, lakin onu söyməyi yadında deyil. Həmin vaxt səs-küyə toplaşan yoldan keçən tanımadığı adamlar onları ayırdıqda evinə getmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, anket məlumatında qeyd etdiyi ünvanda qardaşı Şahid ilə birlikdə yaşayır. X1 vasitəsilə təxminən 2018-2019-cu illərdə Xırdalan şəhərinin axırında yerləşən, 120 nömrəli sərnişin avtobus dayanacağı deyilən yerdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonradan Coşqun onu harada gördükdə sataşmış, ona lazimsiz replikalar ataraq, xoşa gəlməz sözlər demişdir. Coşqunun ona qarşı belə hərəkətlər etməsi xoşuna gəlmədiyinə görə, ona qarşı belə hərəkətlərinə son qoyması üçün onunla təklikdə görüşmək və belə hərəkətlər etməməsini xahiş etmək qərarına gəlmişdir. Buna görə 15 mart 2022-ci il tarixdə, saat 24 radələrində Coşquna zəng edərək hər dəfə ona sataşmasının səbəbini soruşduqda Coşqun ondan harada olduğunu soruşmuş, Coşqunun onunla normal söhbət edəcəyini düşünərək ona Xirdalan şəhəri, 119 nömrəli marşurut avtobus dayanacağının yaxınlığındakı “Gülnar” şadlıq sarayının qarşısında olduğunu demişdir. 16 mart 2022-ci il tarixdə, saat 01 radələrində “Gülnar" şadlıq sarayının qarşısına Coşqunun gəldiyini gördükdə, ona sataşmasından Coşqunun peşiman olduğunu, onunla daha işi olmayacağını güman etmiş və ona yaxınlaşmış, lakin Coşqun ona ucadan “əcəb edib sənə sataşıram” demiş və onu nalayiq sözlər ilə söyməyə başlamışdır. Coşqunun hərəkətlərindən, üstünə gəlib əl qaldirmasından onu döymək istədiyini bilmiş, buna görə ona heç nə demədən oradan uzaqlaşmaq istədikdə Coşqun qəfildən yumruqla onun sağ gözündən vurduğu zərbədən aşağı əyilərkən Coşqun yumruq və təpiklə onun başından, sifətindən vurmağa başlamışdır. Səs-küyə kənardan gələn tanımadığı adamlar Coşqunu tutub saxlamış və onu vurmağa qoymamış, sonradan qardaşı Əliyar gəlib onu evə aparmışdır. Evdən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sabahı günü isə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs iə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və bu barədə ərizə ilə məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə Xirdalan şəhərində kirayədə yaşayır. 15 mart 2022-ci il tarixdə, saat 24 radələrində Eldar ilə birlikdə yaşadıqları evdə olduqları vaxt Eldar kiminləsə zəngləşib telefonda danışdıqdan sonra “Coşqun” adlı tanışı ilə görüşmək üçün Xirdalan şəhəri, 119 nömrəli marşurut avtobus dayanacağın yaxınlığında yerləşən “Gülnar" şadlıq sarayının qarşısına gedəcəyini və tez qayıdacağını deyərək evdən çıxmışdır. Lakin Eldarın gəlmədiyini gördükdə narahat olub saat 01 radələrində “Gülnar” şadlıq sarayının qarşısına getdikdə oraya toplaşan çoxlu adamlara yaxınlaşdıqda qardaşı Eldarın sifət nahiyyəsində qan izlərinin olduğunu gördükdə qardaşı Eldar ona görüşməyə gəldiyi Çoşqun ilə aralaraında narazılıq olduğundan Coşqunun onu yumruq və təpiklə vurduğunu və oradan getdiyini demiş, oradan qardaşı Eldarı evə aparmışdır. Hadisə yerində tanımadığı təxminən 30 nəfərin olduğunu görmüşdür. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş “MTE və PA Biri iy i”-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının 3 1.03.2022-ci il tarixli 536 nömrəli ekspert rəyindən görünür ki, onun bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın sağ təpə və gicgah nahiyyələrinin, sağ almacıq, çənə oynağı, yanaq və gözaltı nahiyyələrinin, alt göz qapağının şişkinlikli qançırları, sağ almacıq sümüyünün gicgah çıxıntısının kompression sınığı kül əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdilər, yetirilmə müddəti zərərçəkənin göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş cinayət işində olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ehlibar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Ehlibar oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Ehlibar oğlunun barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ehlibar oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə təqsirləndirilməsi barədə olan cinayət işinə Abşeron rayon Məhkəməsinə baxılmış və işin icraatına xx.xx.2019-cıı il tarixdə xitam verilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Ehlibar oğlu ilə barışmasını və ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Ehlibar oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ehlibar oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ehlibar oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində başqayerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Ehlibar oğlu barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs Ehlibar oğlunun şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ehlibar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ehlibar oğluna məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Ehlibar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs Ehlibar oğluna oğlunun şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəza müddətindən çıxılaraq ona qəti cəza 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ehlibar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Ehlibar oğluna məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-469/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-469/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver