Məhkəmə qərarları › İş №1(012)-469/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-469/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-469/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (SİYAHİ İ) daxil olan 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək Abşeron rayonu Hökməli qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, 22 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin X6 əməkdaşları tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsi K.Qasımov küçəsində saxlanılaraq polis idarəsinə gətirilib, həmin gün saat 21:10-dan 21:30-dək olan müddət ərzində X6 inzibati binasında xidməti otaqda aparılan şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan heroini (kakos) 10 manat pul verib alaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub şəxsi istifadəsi üçün Hökməli qəsəbəsindən yaşadığı ünvana getmək istəyərkən ona Hökməli qəsəbəsi ərazisində iki nəfər mülkü geyimdə olan şəxs yaxınlaşaraq polis olduqlarını deyib, özlərini ona təqdim edərək şübhəli olduğunu və onlarla Qobu polis bölməsinə getməyini təklif etmişdirlər. Buna görə onlara etiraz etməmiş və polis əməkdaşları onu polis bölməsinə gətirmişdirlər. Orada üzərində narkotik maddə olmasını etiraf etmişdir və bölmədə ona xidməti iş otaqlarının birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra video- görüntü ilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş ve video çəkliş aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da, könüllü olaraq göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin kütləni haradan almağına dair sual verilmiş, o da xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən bir büküm heroini (kakos) 10 manat pula şəxsi istifadəsi üçün aldığını üzərində gəzdirdiyini bildirmişdir.Əməlindən peşimandır,xəstəliyini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Qobu PB-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində xidmətdə olarkən «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində -narkotik vasitə olan heroin əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş bu məlumatın yoxlanılması məqsədilə onun və Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə onun rəhbərliyi ilə tərəfindən xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçıları Abşeron rayonu, Hökməli qəsəbəsi K.Qasımov küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Qobu PB-nə dəvət etmişdir. O da onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqların birində Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində əlavə baxış keçiriləcəyi ilə bağlı məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 büküm içərisində narkotik vasitə olan heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin heroin olmasını, xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində almasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində Qobu PB-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/5021 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 245» dairəvi möhür əksləri olan, «Babayev (imza) yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfin içərsində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,451 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 1-ci hissəsinə (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroini iş üzrə xx.xx.2023cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxş tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 6130 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə saat 21:10 22 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroini iş üzrə xx.xx.2023cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli tutma pprotokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 20.35 radələrində tutulmuş, 24 sentyabr 2023-cü il tarixdə isə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədiri seçilmiş və bu məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə sorğu verilmişdir.24 oktyabr 2023-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Polis İdarəsini tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddə ilə olan cinayət işi xx.xx.2023- cü il tarixdə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.”hökm edilmişdir. İşin materiallarında olan Bakı şəhər Probasiya şöbəsinin 26 dekabr 2023-cü il tarixli, 21-1/3 30387-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü 21 noyabr 2023-cü il tarixdə icraata qəbul edilmiş, 29 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmış, cəzasının əvvəli həmin tarixə, cəzasının sonu 25 may 2025-ci il tarixə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Rtespublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində “Barotravma” diaqnozu ilə xəsarət almışdır. Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1727 saylı arayışdan görünür ki, Babayev X3 Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdə “Barotravma” diaqnozu ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və xx.xx.2020-ci il tarixdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9494 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Üzvi mənşəli şəxsiyyət pozuntusu F07” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən “Vətən” müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda iştirak etməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli,Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhər, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü ilə nəzərə alınan şübhəli şəxs qismində saxlanıldığı 02 gün və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün,cəmi 04 gün olmaqla, 08 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri məhkəmə tərəfindən gücündə saxlanılmışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü ilə cəzanı icra edən Başı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış olduğu 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs saxlanılsınoğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,401 qram narkotik vasitə-heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş vəkilə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)- 302/2023 nömrəli hökmü ilə nəzərə alınan 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək, 02 (iki) gün və hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixədək olan 02 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün, cəmisi 08 gün müddət təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-302/2023 nömrəli hökmü ilə cəzanı icra edən Başı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış olduğu 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 72 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,401 qram narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Bakı şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar