Məhkəmə qərarları › İş №1(012)-47/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-47/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-47/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1966-cı ildə Lənkəran rayonunda Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 30.06.2020-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək, baxılmaq üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Fövqaladə Hallar Nazirliyinin X4 Mühafizə idarəsinə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə Zərərçəkmiş şəxs onun adına 27.06.2019-cu il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 Filialı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğində pulu həmin tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən Abşeron-1 saylı poçtundan çıxarıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 143-də ailəsi ilə birlikdə yaşamış, Zərərçəkmiş şəxs o, tanışı Şahid vasitəsi ilə tanımış, Şahid Emilin xalasıdır. O, Kəmaləni 2015-ci ildən tanıyır. Kəmalə onunla söhbət zamanı qohumu Zərərçəkmiş şəxs əvvəllər hərbidə MAXE (Müddətdən Artıq Hərbi Xidmət Etmək) işlədiyini daha sonra isə işdən çıxdığını demiş və əgər onun tanışı olsa Emili işə düzəltməyi xahiş etmişdir. O da bu barədə maraqlanıb Kəmaləyə xəbər verəcəyini bildirmiş, daha sonra o, Kəmalə ilə Emilin yaşadığı Yevlax şəhərinə getmiş, orada olarkən Kəmalə onu Emillə tanış etmiş və Emili işə düzəldə biləcəyini dedikdə o da Kəmaləyə köməklik edəcəyini bildirmiş, o, Kəmalə ilə Bakı şəhərinə qayıtmış, daha sonra o, Emilə mobil telefon vasitəsi ilə zəng vurmuş və X6 Nazirliyinin X4 Mühafizə idarəsinə işə düzəlməsi üçün 1000 manat məbləğində pul lazım olduğunu bildirmiş, bundan sonra 27.06.2019-cu il tarixdə Zərərçəkmiş şəxs poçt vasitəsi ilə ona 1000 manat pul göndərmiş və o da həmin pulu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mərkəzi poçt vasitəsilə çıxarmış, bundan sonra o, Zərərçəkmiş şəxs işə düzəldə bilmədiyi üçün həmin 1000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra Emil ondan işin düzəlməyəcəyi təqdirdə pulunun geri qaytarmasını demiş, o da tez bir zamanda həmin pulu qaytaracağını söyləməyinə baxmayaraq pulu olmadığı üçün aldığı pulu qaytara bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 2018-ci ilin aprel ayında arvadı Elnarə Sadıqovanın Bakıda yaşayan xalası Kəmalənin evinə qonaq getmişlər. Kəmalə onu tanışı olan Təqsirləndirilən şəxs ilə tanış etmək və Oktayın onu işə düzəlməsinə köməklik etməsi üçün Bakıya çağırmışdır. O, qaynı Elnur Maarifli və Kəmalə ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Təqsirləndirilən şəxs ilə görüşməyə getmişlər. Oktay onlara özünü təqdim edərkən gizli polis işlədiyini və rütbəsinin kapitan olduğunu bildirmiş, Oktay ondan hərbi bileti istəmiş və o da öz növbəsində hərbi biletini Oktaya təqdim etmiş, o, bir müddət Müdafiə Nazirliyinə tabe olan hərbi hissədə MAXE (Müddətdən Artıq Hərbi Xidmət Etmək) kimi işləmiş və oradan öz könüllü ərizəsinə əsasən çıxmış, daha sonra onun hərbi bileti Oktayda qalmış və Oktay ona işə düzəldəcyini bildirmiş, Oktay ondan hara işə düzəlməsini soruşduqda o da fərqi olmadığını bildirmiş, işsiz olduğu üçün işin növünün fərqi olmadığını bildirmiş, daha sonra o, Oktaydan ayrılaraq yaşadığı Yevlax rayonuna qayıtmış, bir müddət o, Şəki şəhərində fəhlə işləmişdir. O, Şəkidə işləyən zaman Oktay Kəmaləyə zəng vuraraq onu Fövqaladə Hallar Nazirliyinin X4 Mühafizə idarəsinə işə düzəltməyi üçün 1000 manat pul lazım olduğunu bildirmiş, bundan sonra o da Şəkidən anası Tünzaləyə zəng vuraraq onun evdə olan pulundan 1000 manat məbləği Təqsirləndirilən şəxs adına poçtla göndərməyi demiş, 27.06.2018-ci il tarixdə anası Tünzalə Sadıqova 1000 manat pulu Yevlax şəhər X5 Rufullayevin adına göndərmiş, 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs onların yaşadığı ünvan 3 ünvanında yerləşən evlərinə gəlmiş və onu burada yerləşən Fövqaladə Hallar Nazirliyinin X4 Mühafizə İdarəsinə işə düzəldəcəyini və tez bir zamanda da işə başlayacağını demiş, bundan sonra o, dəfələrlə Oktaya zəng vurmağına baxmayaraq Oktay hər dəfə müxtəlif bəhanələr gətirmiş və bir müddətdən sonra istifadəsində olan ***- ***-**-** mobil nömrəsini söndürmüşdür. O, bundan sonra Oktayın ona qarşı dələduzluq etdiyini müəyyən etdikdə Yevlax RPİ-nə Oktay barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində tanınmış Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, ETK-2 ünvannda ailəsi ilə bir yerdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısının kürəkənidir, Oktay Rufulayevi isə o, 2014cü ildən tanıyır. Zərərçəkmiş şəxs 2018-ci ilin aprel ayında ailəsi ilə birlikdə onun yaşadığı evə gəlmişlər, söhbət əsnasında Emil əvvəllər hərbi xidmətdə MAXE (Müddətdən Artıq Hərbi Xidmət Etmək) işlədiyini və müqavilə nəzərdə tutulmuş müddətdən tez çıxdığı üçün hərbi biletə hərbi xidmətə yararsız hesab olunan maddəsi qeyd olunduğunu bildirmişdir. Emil həmin maddəni hərbi biletindən sildirmək istədiyini və bu işdə ona kömək edə bilən adam axtardığını demiş, o da Oktay adlı tanışının olduğunu və bu məsələni Oktaya danışıb onlara kömək edib-edə bilməyəcəyini soruşaraq deyə bildirmişdir. Bir neçə gündən sonra Emil onun yanında olarkən o, mobil telefon vasitəsi ilə Oktayla əlaqə saxlamış və görüşmək istədiyini bildirmiş, o, Emil və bacısı oğlu Elnur ilə birlikdə Oktayla görüşmək üçün Abşeron rayonu, Xırdalan şəhərinə getmişlər. Onlar Abşeron rayonu, Xırdalan şəhərində Oktayla görüşərkən Emil hərbi biletlə bağlı problemin Oktaya danışdıqda Oktay ona bu məsələ ilə bağlı kömək edəcəyini demiş və buna görə 500 manat məbləğində pul lazım olacağını bildirmiş, həmin işə görə Oktay özünə pul lazım olmadığını, həmin 500 manatı tanışına verəcəyini və tanışının məsələni həll edəcəyini bildirmiş, daha sonra Emil yaşadığı Yevlax rayonuna getmiş, bir neçə gün keçdikdən sonra Oktay onun mobil telefonuna zəng vuraraq Emilin işinə görə 1000 manat pul lazım olduğunu bildirdikdə o həmin söhbəti Emilə demiş, Emil də evdə olmadığını Şəki şəhərində işlədiyini və anasının həmin 1000 manat pulu poçtla göndərəcəyini bildirmişdir. 27.06.2018-ci il tarixdə Emilin anası Yevlax şəhərindən Təqsirləndirilən şəxs adına 1000 manat pulu poçtla göndərmiş, Oktay həmin günü onunla əlaqə saxlayaraq poçt vasitəsi ilə göndərilmiş 1000 manat pulu götürdüyünü bildirmiş, bir müddət keçdikdən sonra o, və Emil Oktaya zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda Oktay da tez bir zamanda həll olunacağını demiş, bir neçə aydan sonra o, Oktayla birlikdə Yevlax şəhərinə getmişlər, onlar Emilgilə getdikdə Oktay Emilə tez bir zamanda işin həll olunacağını bildirmiş, Oktay Yevlaxda olarkən Emilə “əgər istəsən səni Yevlax-Mingəçevir yolunda olan Fövqaladə Hallar Nazirliyinin Yanğınsöndürmə vəzifəsinə işə düzəldərəm və buna görə də əlavə pul verməlisən” deyə bildirmişdir. Sonra “həmin işə düzəldikdən sonra aylıq məvacib aldıqdan sonra mənə hissə-hissə pul verərsən” deyə bildirmiş, lakin bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs nə hərbi bilet məsələsini, nə də ki iş məsələsini həll etməmişdir. O, və Emil Oktayın hər dəfə ***-***-**-** mobil nömrəsinə zəng vursalar da, nömrəyə zəng çatmamış, daha sonra o və Emil Oktayın onları aldadaraq Emilə qarşı dələduzluq etdiyini başa düşmüşlər. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs hüquqi varisi (qızı) X3 ərizə təqdim edərək bildirdi ki, mərhum Təqsirləndirilən şəxs 30.06.2020-ci il tarixdə vəfat etmişdir. O, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünü, bəraətverici əsasların olmadığını bildirmiş və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş 30.04.2021-ci il tarixli hüquqi varis qismində tanıma haqqında qərardan görünür ki, mərhum Təqsirləndirilən şəxs yaxın qohumu (qızı) – X3 ölmüş şəxsin hüquqi varisi kimi cinayət prosesinin iştirakçısına çevrilmişdir. İş materiallarına əlavə olunmuş 08 iyul 2020-ci il tarixdə **********8072020 saylı ölüm akt qeydindən görünür ki, mərhum Təqsirləndirilən şəxs ilkin lokalizasiya naməlum bədxassəli yenitörəmə və bronxların və ya ağciyərin yuxarı payının xərçəngi səbəbindən ölmüşdür. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə iclaşına gəlmədiyi üçün Abşeron rayon məhkəməsinin 19 may 2020-ci il il tarixli qərarı ilə məcburi qaydada gətirilməsi qərara alınmış, onun gətirilməsi mümkün olmadığı üçün barəsində 05 iyun 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş, qərar icraya yönəldilmiş və Abşeron rayon Pİ-nin 25 fevral 2021-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs barəsində 18.06.2020-ci il tarixdə, 270884 nömrəli axtarış işi açıldığını və onun 30.06.2020-ci il tarixdə vəfat etdiyi üçün 05.07.2020-ci il tarixdə axtarış işinin xitam edilməsinə dair məlumat verildikdə 01.03.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və onun ölüm haqqında şəhadətnaməsinin surətinin alınması üçün Abşeron rayon Qeydiyyat şöbəsinə sorğu verilmiş və həmin şöbədən 08 iyul 2020-ci il tarixdə **********8072020 saylı ölüm akt qeydi verildikdən sonra mərhumun qızı X3 ölmüş şəxsin hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə zamanı elan olunmuş ifadələri həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar