Məhkəmə qərarları › İş №1(012)-47/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-47/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-47/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1977-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, hazırda məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 12/54-də qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25000,00 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(012)-907/2019 saylı və ondan 12000,00 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)- 906/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 3(012)-1736/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 iyul 2022-ci il tarixə kimi qətnamələr üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək , istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlərə dəyən ziyanı ödədiyini bildirərək, barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, fəhlə işləyir, gündəlik qazancı 15-20 manat təşkil edir.Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzduqda təqsirləndirildiyi cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanımış, həmin iş üzrə o, anası Q.Tarverdiyeva ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 7 il, 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmdən verdiyi apellyasiya şikayəti əsasında əməli 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrə tövsif edilərək cəzası 2 il, 6 ay müddətinə azaldılmış, bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın 1 ay, 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məlum iş üzrə Zərərçəkmiş şəxs1 25000.00 ABŞ dolları və Zərərçəkmiş şəxs2 12000,00 ABŞ dolları məbləğində ziyan vurduğu müəyyən edilmiş, bu səbəbdən hər iki zərər çəkmiş 2019-cu ildə Abşeron Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 15 mart 2019-cu il tarixli, 2(012)-907/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 25000,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pul vəsaiti ondan tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi və həmin məhkəmənin qanuni qüvvədə olan 09 aprel 2019-cu il tarixli, 2(012)- 906/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 12000,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pul vəsaiti isə eyni qaydada ondan tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Abşeron rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamələrin icrasını tələb etmiş, sonuncu isə maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra etməmiş, icra məmuru qətnamələrin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli, 3(012)-1736/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edildikdən sonra icra məmuru qətnamələrin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətsizliyini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan aktlarını icra etməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar, cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2009-cu ilin əvvəllərində bələdiyyədən torpaq almaq məqsədi ilə Abşeron rayon, Mehdiabad qəsəbə bələdiyyəsinə getmiş, inzibati binanın qarşısında Təqsirləndirilən şəxs və onun anası Qədəm Tarverdiyevlə tanış olmuş, söhbət zamanı sonuncular onların torpaq sahəsi almaq niyətində olduğunu bilmiş, belə olan halda Təqsirləndirilən şəxs və anası onlara həmin qəsəbədəki özlərinə məxsus iki yerdə olan torpaq sahələrini 25000,00 ABŞ dollara satdıqlarını bildirmiş, torpaqları alandan sonra mülkiyyət hüquqlarına dair sənədləri qeydiyyata aldıracaqları barədə onlara vəd vermiş, Zərərçəkmiş şəxs1 isə razılaşaraq torpaqları Təqsirləndirilən şəxs 25000,00 ABŞ dollarında pul vəsaitinə almış, bir müddət sonra o, torpağın mülkiyyət hüququna dair sənədləri təqdim etməkdən yayındığı üçün aldadıldığını bilmiş, bundan sonra hüquq mühafizə oraqnlarına şikayət etdikdən sonra həmin şəxslərin bir çox insanları aldadıb torpaq satmaq adı ilə onların pullarını ələ keçirdiklərini öyrənmiş, bundan sonra onların barəsində cinayət işi başlanmış, istintaq zamanı onların əməlləri sübuta yetirildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdular. Əlavə olaraq qeyd etmişdir ki, həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmasına baxmayaraq mülki iddia irəli sürməmiş, bu səbəbdən də 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı Abşeron Rayon Məhkəməsində 25000,00 ABŞ dolları məbləğində pul tələbinə dair iddia qaldırmış, məhkəmənin 15 mart 2019-cu il tarixli, 2(012)-907/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 25000,00 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Abşeron rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli, 3(012)-1736/2020 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir.Hazırda təqsirləndirilən şəxslə barışmışdır,ona qarşı şikayəti tələbi yoxdur,iş üzrə icraata xitam verilməsii məhkəmədn xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2005-ci ildə Təqsirləndirilən şəxs 12000,00 ABŞ dollarında pul vəsaitinə 0,06 ha torpaq sahəsi almış, bir müddət sonra o, torpağın mülkiyyət hüququna dair sənədləri təqdim etməkdən yayındığı üçün aldadıldığını bilmiş və hüquq mühafizə oraqnlarına şikayət etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs bir çox insanları aldadaraq torpaq satmaq adı ilə onların pullarını ələ keçirdiyini öyrənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun şikayəti əsasında sonuncunun barəsində cinayət işi başlanmış, istintaq zamanı onun əməli sübuta yetirildiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdular. Bundan başqa ifadəsində onuda göstərmişdir ki, həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmasına baxmayaraq mülki iddia irəli sürməmiş, bu səbəbdən də 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı Abşeron Rayon Məhkəməsində 12000,00 ABŞ dolları məbləğində pul tələbinə dair iddia qaldırmış, məhkəmənin 09 aprel 2019-cu il tarixli, 2(012)-906/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 12000,00 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Abşeron rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli, 3(012)-1736/2020 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır,ona qarşı şikayəti tələbi yoxdur,iş üzrə icraata xitam verilməsii məhkəmədn xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin İcra idarəsinin icra məmuru Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iş üzrə istintaqda verdiyini təsdiq etdiyini bildiurmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin İcra idarəsinin icra məmuru Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 25000,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 mart 2019-cu il tarixli, 2(012)-907/2019 saylı və Təqsirləndirilən şəxs 12000,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair həmin məhkəmənin qanuni qüvvədə olan 09 aprel 2019cu il tarixli, 2(012)-906/2019 saylı qətnamələri icra edilməsi ilə əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün Təqsirləndirilən şəxs hər bir icra sənədi üzrə bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 3(012)-1736/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,0 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətsizliyini davam etdirməklə qətnamələrin icrasından qərəzli yayınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o. Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan, eyni zamanda Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020ci il tarixli, 3(012)-1736/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 15 mart 2019-cu il tarixli, 2(012)- 907/2019 saylı və 09 aprel 2019-cu il tarixli, 2(012)-906/2019 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 05 oktyabr 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il, 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 18 dekabr 2018-ci ildə çəkib qurtardığı üçün məhkumluğu ödənilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkənlərlə barışdığından, zərərçəkənlərin ona qarşı hər hansı şikayəti və tələbləri olmadığından o, cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-211/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş,xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə həmin maddənin qeydinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və icraata xitam verilsin . Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar