Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-470/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, hazırda məhkumluğu olmayan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yataqxanada qeydiyyatda olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Digah qəsəbəsi, Qaçaq Nəbi küçəsi, 45 A nömrəli fərdi evin hasarını aşmaqla həyətinə, sonra isə evin arxa tərəfindən olan plastik qapını açaraq evə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs yataq otağında idman çantasından Azərbaycan manatına nisbətdə məzənnəsi 680 (altı yüz səksən) manat təşkil edən 400 (dörd yüz) ABŞ dollarını, Azərbaycan manatına nisbətdə məzənnəsi 328,1 (üç yüz iyirmi səkkiz tam onda bir) manat təşkil edən 17000 (on yeddi min) Rusiya rublunu, digər yataq otağında siyirmənin üstündən bir ədəd 1000 (min) manat dəyərində arxa hissəsində “İon x glass wr-50 meters Watch” yazıları olan qara rəngli qol saatını, siyirmədən bir ədəd 200 (iki yüz) manat dəyərində arxa hissəsində “Honor Hes V 39” yazıları olan açıq çıhrayı rəngli qol saatını, bir ədəd 25 (iyirmi beş) manat dəyərində üzərində “Stainless stel baçk madein China” yazıları olan gümüşü rəngli qol saatını, bir ədəd 25 (iyirmi beş) manat dəyərində üzərində “Koton stainless stel baçk madein China” yazıları olan sarı rəngli qol saatını, bir ədəd 25 (iyirmi beş) manat dəyərində arxa tərəfində “OQQO” yazısı olan sarı rəngli qol saatını, bir ədəd 10 (on) manat dəyərində sarı rəngli üzüyü, bir ədəd 50 (əlli) manat dəyərində kulonlu gümüşü rəngli üzüyü, bir ədəd 20 (iyirmi) manat dəyərində sarı rəngli boyunbağını, 15 (on beş) manat dəyərində bir cüt sarı rəngli sırğanı, 15 (on beş) manat dəyərində bir cüt sarı rəngli qaşlı sırğanı, cəmi 2393,1 (iki min üç yüz doxsan üç tam onda bir) manat dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə aludəçisi olmuş, lakin 2024-cü ilin yay vaxtı Bakı şəhəri, Bakıxanov qəsəbəsində yertləşən realibitasiya mərkəzində müalicə olunmuş, hazırda narkotik vasitələrdən asılılığı yoxdur. 07 sentyabr 2024-cü il tarixdə pulu olmadığı üçün fikirləşmişdir ki, oğurluq etsin. Bu məqsədlə həmin gün, axşam düşdükdən sonra qonşu Digah qəsəbəsinə gəlmişdir. Saat 21:30 radələrində Digah qəsəbəsində Qaçaq Nəbi küçəsi ilə gedərkən bir evin həyətində işıq yanmadığını müşahidə etmiş, evdə adam olmadığını başa düşmüşdür. Evlə üzbəüz dayandıqda evin sağ tərəfində boş həyətin hasarma dırmaşaraq həmin həyətə girmiş, orada həyətin hasarma dırmaşıb oğurluq etmək istədiyi bir mərtəbəli evin arxa tərəfindən həyətə girmişdir. Evin arxa tərəfindən evin içinə açılan plastik qapının dəstəyini tutub dartdıqda qapının açıq olduğunu görmüşdür. Odur ki, həmin qapıdan evin otağına daxil olmuşdur. Daxil olduğu otaq yataq otağı olmuşdur. Çünki həmin otaqda iki nəfərlik çarpayı olmuşdur. Çarpayının yanıda olan siyirməni çəkdikdə içində bjuteriyalar olduğunu görmüşdür. Bjuteriyalara aid olan əşyaların bəziləri qızılı rəngli olduğu üçün onların qızıl əşyaları olduğunu fikirləşmişdir. Həmin əşyalar dörd ədəd Çin respublikasının istehsalı olan qol saatları, bir ədəd sarı rəngli metaldan olan üzük, bir ədəd kulonu gümüşü rəngli sep, bir ədəd kulonu sarı rəngli sep, sarı rəngli bir cüt sırğadan ibarət olmuşdur. Götürdüyü həmin əşyaları əynimdə olan şalvarımın ciblərinə yığmışdır. Sonra evin digər yataq otağına keçmişdir. Belə ki, girdiyi plastik qapısı olan otaqdan evin dəhlizinə keçib digər otaqlara baxmış və otaqları axtarmışdır. Qonaq otağından heç nə götürməmişdir. Digər yataq otağına baxdıqda döşəmə üzərində divarın dibində qara və qırmızı rəngli materialdan olan idman çantasını axtardıqda həmin çantada ABŞ dolları və Rusiya rublundan ibarət pullar olduğunu görmüşdür. Pulları saydıqda 400 ABŞ dolları, 17000 (on yeddi min) Rusiya rublu olduğunu müəyyən etmişdir. Həmin pulları da götürüb şalvarının cibinə qoymuşdur. Həmin otaqda termonun üzərində korpusu və qayışı qara rəgdə olan qol saatı olduğunu görüb, həmin saatı da götürüb qoluma bağlamışdır. Sonra evin qonaq otağının pəncərəsini içəridən açaraq həyətə düşmüşdür. Həyətdə ayağının altına plasmas stul qoyaraq hasara dırmanmış və küçəyə çıxıb sonra taksi saxlayaraq minmiş və Bakı şəhərinə getmişdir. Bakı şəhərində restoranda oturub yeyib-içmiş, şəhəri gəzmişdir. Pulun yarıdan çoxunu Bakı şəhərində xərclədikdən sonra sabahı günü, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində taksiyə əyləşib Qax rayonuna xalasının evinə qonaq getmişdir. Qax rayonunda iki gün qaldıqdan sonra əldə etdiyi pullar qurtarmış və xərcləməyə pulu qalmamışdır. Ona görə də, Abşeron rayonuna, öz yaşadığı ünvana qayıtmışdır. 13 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onu Mehdiabad polis bölməsinə çağırmış, bölmədə baş vermiş oğurluq barədə şifahi qaydada soröu-sual etdikdə o, törətdiyi cinayəti etiraf etmişdir. Oğurladığı pullarla yaxınlarına hər hansı əşya və predmet almamışdır. Bakı şəhəri, 28 may metrostansyasınm yaxınlığında özünə 160 manata “Hoko” markalı mobil telefon almış, lakin pulu qurtardıqda Bakı şəhəri, 20 yanvar metrostansyasınm yaxınlığında həmin mobil telefonu tanımadığı şəxsə 100 manata satmışdır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs bildirmişdir ki, 07 sentyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evindən qızı Aytac Cəfərli və anası Cavadova Aşura ilə birlikdə çıxaraq Sumqayıt şəhərinə dayısı oğlunun toyuna getmişlər. Gedərkən evin giriş qapısını və həyət darvazasını bağlamışdır. Evin arxa tərəfdən həyətə çıxmaq üçün olan plastik qapısını bağlamış, lakin açarla bağlayıbbalamadığı yadında deyildir. Toyda iştirak etdikdən sonra 08 sentyabr 2024- cü il tarixdə, saat 01 radələrində evə qayıtmışlar. Həyət darvazasını açarla açıb həyətə girmişdir. Həyətə girdikdə evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu müşahidə etmişdir. Dərhal başa düşmüşdür ki, evə oğru girmişdir. Pəncərənin qarşısında plastik stul olmuşdur. Evin giriş qapısını açarla açıb içəri daxil olmuşlar. Lakin evin otaqlarına daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evi axtardıqda yataq otağında üzü qırmızı, digər yerləri qara rəngli olan idman çantasında qoyduğu dörd ədəd yüzlüklərdən ibarət cəmi 400 (dörd yüz) ABŞ dolları, müxtəlif əskinaslardan ibarət cəmi 17000 (on yeddi min) Rusiya rublunun oğurlandığım görmüşdür. Digər yataq otağındaki siyirmənin üstündə qoyduğu 2022-ci ildə kreditlə 1200 manata aldığı, hazırda qiyməti 1000 (min) manat olan qara rəngli qol saatı oğurlanmışdır. Həmçinin siyirmədən bir ədəd 200 (iki yüz) manat dəyərində arxa hissəsində “Honor Hes В 39” və sair yazılar olan açıq çıhrayı rəngli qol saatı, bir ədəd 25 (iyirmi beş) manat dəyərində üzərində “STAİNLESS STEEL” yazıları olan gümüşü rəngli qol saatı, bir ədəd 25 (iyirmi beş) manat dəyərində iç tərəfində gül formalı element, arxa tərəfində “ KOTON STAİNLESS STEEL BACK MADEİN CHİNA” yazıları olan sarı rəngli qol saatı, bir ədəd 25 (iyirmi beş) manat dəyərində iç tərəfində və arxa tərəfində “OQQO” yazısı olan sarı rəngli qol saatı, bir ədəd 10 (on) manat dəyərində sarı rəngli üzük, bir ədəd 50 (əlli) manat dəyərində kulonu gümüşü rəngli sep, bir ədəd 20 (iyirmi) manat dəyərində sarı rəngli boyunbağı, bir ədəd 15 (on beş) manat dəyərində sarı rəngli bir cüt sırğa, bir cüt 15 (on beş) manat dəyərində sarı rəngli qaşlı sırğalarıoğurlanmışdır. Beəlilklə, əşyalarımın oğurlanması nəticəsində ona 1385 manat maddi ziyan dəymişdir. Bundan başqa evindən 400 (dörd yüz) ABŞ dolları və 17000 (on yeddi min) Rusiya rublu da oğurlanmışdır. Odur ki, Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edib məlumat vermişdir. Evindən oğurlanmış pullar və əşyaların hamısı ona aiddir. İstintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanımın 400 (dörd yüz) manatı ona ödənilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantıdır. Abşeron rayonu, Digah qəsəbəsi onun xidmət etdiyim inzibati əraziyə daxildir. ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edib məlumat verərək və həmin tarixdə Abşeron rayon polis idarəsinin Mediabad polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək yaşadığı evə naməlum şəxsin və ya şəxslərin daxil olaraq evdən 400 ABŞ dolları, 17000 Rusiya rublu, 1200 manat dəyərində “Apple Watch” markalı qol saatı və bjuteriyalarının oğurlandığını bildirmişdir. Həmin müraciət Abşeron rayon polis idarəsinin Mediabad polis bölməsində cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında qeydə alınaraq araşdırma aparılan zaman hadisənin baş verdiyi ərazinin əməliyyat müvəkkili olaraq cnayətin açılması istiqamətində tədbir görülməsi üçün ona məlumat verilmişdir. Həmin cinayəti törətmiş şəxsi müəyyən etmək üçün onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri isti izlərlə həyata keçirilmişdir. Hadisə ilə bağlı xidməti əlaqəsində olan məxfi əməkdaşlar və polisin köməkçi qüvvələri təlimatlandırılmışdır. Həmçinin hadisənin baş verdiyi ərazidə soraqlaşma və əməliyyat baxışı keçirtmiş, hadisənin baş verdiyi evin müşahidə kameraları olmasa da, qonşu evlərdən birində yerləşən evin kamerasında 07 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində bir nəfər əynində ağ rəngli qolsuz kofta, göy rəngli şalvar və qara ayaqqabı olan cavan oğlanın hadisənin baş verdiyi küçədə gediş-gəliş edərək özünü şübhəli apardığını göstərən görüntülər aşkar etmişdir. Həmin görüntüləri diskə köçürüb götürmüş və həmin görüntülərdəki şəxsin şəxsiyyətini araşdırdıqda həmin şəxsin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan, xx.xx.1994-cü il təvəllüdlü, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib Mehdiabad polis bölməsinə dəvət etmiş, onunla profilaktik söhbət apardıqda o, törətdiyi cinayəti şifahi olaraq etiraf etmişdir. Odur ki, bölmə rəisinin raportu ilə birlikdə Təqsirləndirilən şəxs isatintaqa təqdim edilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları istintaqa təqdim etmiş, həmin əşyalar zərərçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və onun tərəfindən tanınmışdır. Cinayəti törətmiş Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə hadisə yerində olmasını təsdiq edən videogörüntülər əldə edilərək bir ədəd diskə köçürülərək iş materiallarına əlavə edilmiş, həmin diskdəıki videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxılmış, Təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxsin o, olduğunu, oğurluq etmək üçün Zərərçəkmiş şəxs evinin qarşısındakı küşədə olarkan kameraya düşdüyünü bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, ifadəsində verdiyi məlumatlara uyğun olaraq ifadəsi yerində yoxlanılarkan hadisə yerini təqdim etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi cinayəti törətmiş Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə hadisə yerində olmasını təsdiq edən videogörüntüləri əks etdirən disk və Zərərçəkmiş şəxs evindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə oğurladığı bir ədəd arxa hissəsində “İon x glass wr-50 meters Watch” yazıları olan qara rəngli qol saatı, bir ədəd arxa hissəsində “Honor Hes В 39” yazıları olan açıq çıhrayı rəngli qol saatı, bir ədəd üzərində “Stainless stel baçk madein China” yazıları olan gümüşü rəngli qol saatı, bir ədəd üzərində “Koton stainless stel baçk madein China” yazıları olan sarı rəngli qol saatı, bir ədəd arxa tərəfində “OQQO” yazısı olan sarı rəngli qol saatı, bir ədəd sarı rəngli üzük, bir ədəd kulonlu gümüşü rəngli boyunbağı, bir ədəd sarı rəngli boyunbağı, bir cüt sarı rəngli sırğa, bir cüt sarı rəngli qaşlı sırğalar maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış disk iş materiallarına əlavə edilmiş, qeyd olunan əşyalar isə, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə əməli özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət məsluiyyətinə cəlb edilərək 3500 manat cərinmə edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 69.4-cü maddəsi ilə cinayət məsluiyyətinə cəlb edilərək 2500 manat cərinmə edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 11 ay 27 gün islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 14 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinib ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cəzasının əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablanmışdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal dəyən ziyandan qismən ödəniş etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin 14 aprel 2025-cü il tarixli, 1(012)-703/2025 saylı hökmü ilə ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxsxx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından onun barəsində tutma ilə bağlı 02 gün müddət təyin edilmiş cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun barəsində Abşeron rayon Məhkəməsinin 14 aprel 2025-cü il tarixli, 1(012)-703/2025 saylı hökmü ilə ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın ona qəti olaraq 02 (iki) il 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işində tutulduğu 02 gün müddət təyin olunan cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin Abşeron rayon Məhkəməsinin 14 aprel 2025-cü il tarixli, 1(012)-703/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın,barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-470/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-470/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver