Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-471/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi ərazisində yerləşən “Çukur” kafesində olarkən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Qalib qızı uşağın müalicəsi üçün ondan pul istədikdə o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədib stolun üstündə olan, silah qismində istifadə edilən şüşə pivə bakalını Zərərçəkmiş şəxs ataraq ayağına vurmuş, sonra isə sonuncunu əli və ayağı ilə ilə qəsdən vuraraq ona sol ayaq pəncəsinin üst səthinin kəsilmiş yarası, döş qəfəsinin ön səthinin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ baldır nahiyəsinin orta və aşağı, 1/3-nin qançırları, sol said nahiyəsinin orta 1/3-nin, sağ əlin ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinin 30 dəqiqə davam etdirib həmin obyektin normal iş fəaliyyəti və oradakı xeyli sayda şəxslərin rahatlığı və dincliyini pozmaqla xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, “Qurtuluş-93” yaşayış massivi, bina 34, mənzil 44-də kirayədə yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ilin iyun ayının 11-də qaçırmış, sonra valideyinlərinin razılığı ilə xx.xx.2021-ci il tarixdə el adəti ilə toyları olmuş və bir ailə olaraq onun Quba rayonu, Alpan kəndindəki ata evində bir müddət yaşamışlar. Sonra gəlib bir müddət kirayədə yaşamışlar. O, taksi fəaliyyəti ilə məsğul olub ailəsini saxlamaq üçün *5000 taksi şirkəti ilə müqavilə bağlamış, Səkinən anası Natavan aldığı təzə mebelləri satmış və pulunu ona vermişdir. O, ilkin ödəniş edərək avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Onların birgə nigahından iki övladları olmuş, böyük oğlunun 3 yaşı, kiçiyinin isə 1 yaşı olacaqdır. Birgə yaşadıqları dövrdə o, bir dəfə Səkinəni döymüş, bu səbəbdən də Səlkinə şikayət etmiş, işləri Zəngilan rayon məhkəməsinə düşmüş və o, 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra onlar yenə də barışmışlar, yenə də birlikdə yaşamışlar və ikinci övlaları olmuşdur. Onların ailəsində söz-söhbət yalnız Səkinənin və anası, bacısı aralarında nalayiq sözlərdən yaranmış, o, Səkinənin anasıgilin nnalayiq hərəkətlərinə narazılıq etdiyinə görə aralarında dava-dalaş baş vermişdir. Ona görə də onlar rəsmi nigahı olmadığına görə boşanma da olmamış, ovladılarına isə atalığın təyin edilməsi haqqında şəhadətnamə verilmişdir. Aliment verilməsi haqqında Qubadlı rayon məhkəməsinin qərarı olmuş və hər uşağa görə mən 170 manat pul ödəyir. Səkinə iki dəfə Quba rayon məhkəməsinə müraciət edərək guya onun aliment verməməsi barədə şikayət etsə də məhkəmə bütün onun ödəniş sənədlərini göstərib artıqlaması ilə alimenet ödədiyini bildirmişdir. Lakin Səkinə şər və böhtanlarından əl çəkmir. 2021-ci ilin iyun ayının alimentini ödəmişdir. Lakin yenə də Səkinə ondan pul istəmiş, uşağın xəstə olduğunu və uşağı həkimə aparacağını demişdir. Axırıncı dəfə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Natavan Masazır qəsəbəsində “Qurtuluş 93” yasayış sahəsinin girəcəyində yerləşən “Çukur” kafesində çörək yeyən zaman yenə də Səkinə ona pul göndərməsini yazmışdır. Lakin o, demişdir ki, -“alimenti ödəmişəm, uşağı həkimə aparmaq lazımdırsa mən özüm aparıram, müalicəsini də özüm etdirəcəm”. Səkinə həmişəki kimi onu nalayıq söyüşlərlə söyməyə və dayıları ilə hədələməyə başlamışdır. O, isə Səkinəni telefonda blok etmişdir. Bir neçə dəqiqə sonra Səkinə onun oturduğu “Çukur” kafesinə gəlmişdir. O, kafenin həyətində girişdən sol tərəfdə ikinci stolda oturmuş, qarşısında bir bakal pivə olmuşdur. Yemək sifariş verib yeməyi gözləmişdir. Səsə başını qaldıranda görmüşdür ki, Səkinə qara paltarda oturduğu stolun yanında dayanıb onun ünvanına söymüşdür. Səkinə əl atıb onun köynəyinin sol çiyin nahiyəsindən tutanda onun əlində olan pivə bakalındakı pivəni Səkinənin sifətinə çiləmişdir. Səkinə geri çəkilmiş, ona elə gəlmişdir ki, Səkinə stolun üstündəki kül qabını götürüb ona atmış, o, isə geri çəkilmiş, külqabı ona dəyməmiş və arxada divara dəyib sınmışdır. O, bakalı götürüb oturduğu stola vurmuş, zərbədən stolun üstündəki şüşə və bakal da sınmış, bakalın sınmış hissəsi qonşu stolun üstündə olan şüşəni də sındırmışdır. Həmin vaxt Səkinə baş örtüyünü açdı və demişdir ki, “sənin istədiyin budur”. Sonra qonşu stolda oturan iki nəfər cavan oğlanlar və yeməkxanada işləyən bir nəfər qadın və bir nəfər oğlan onun sakitləşdirmişlər və onun birinci stolda oturmasını təklif etmişlər. Səkinimn qarşısında isə iki nəfər qadınlar dayanıb Səkinəni sakitləşdirmişlər. O, stolda əyləşmiş, Səkinə yenə də onun söyməyə başlamışdır. O, isə Səkinəyə gülərək demişdir ki, “mən səndən ayrılmışam, başını açıb-açmamağının mənə fərqi yoxdur”. Çünkü Səkinə dinə qulluq etmir, sadəcə başını bağlayıb özünü dindar kimi göstərir, əslində isə belə deyil, o dindar deyildir”. Bundan sonra Səkinə stolun üstündə olan qənd qabını qənd dolu olduğu halda götürüb ona atmış, lakin qənd qabı ona dəyməmiş və sınmamışdır. O, isə stolun üstündə olan qənd qabını götürün Səkinəyə atmış, qənd qabı başqa bir stola dəymiş və qənd qabı və stolun üstündəki şüşə də sınmışdır. Yeməkxanada işləyən qadınlar Səkinəni həyətdəki ümumi zala aparmışlar. Təxminən 5 dəqiqə keçmişdir ki, Səkinənin anası Natavan və əri Emin də gəlmişlər. Natavan Emini həyətə buraxmamış, onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Səkinə isə içəridə olmuşdur. Həmin vaxt oraya PPX-nin polis əməkdaşları gəlmişlər. O, yeməkxanada sındırdığı əşyaların pulunu 170 manat ödəmişdir. Bundan sonra polislər onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Səkinə və anası Natavan isə özləri gəlmişlər. Sonradan o, bilmişdir ki, Səkinə hadisə zamanı xəsarət almışdır. Ona elə gəlmişdir ki, Səkinə dava zamanı onu sındırdığı şüşədən xəsarət almışdır, ancaq orada Səkinənin xəsarət aldığını o, görməmiş və Səkinəyə xəsarət yetirməmişdir. O da hadisə zamanı xəsarət aldır. Səkinə başında hicabın açıb ona əl-qol atan zaman əli ilə, dırnağı ilə onun sifət nahiyəsindən xəsarət yetirmişdir. Onların yeməkxanada dava-dalaşı ümumilikdə təxminən 30 dəqiqə davam etmiş, sonra polislər gəlib onları polis idarəsinə gətirmişlər. Hadisəni yeməkxananın işçilərindən Əli və adlarını bilmədiyi qadınlar, yeməkxanada olan başqa müştərilər görmüşlər. Hadisə həmin şəxslərin gözlərinin qarşısında baş vermişdir. Sonda o, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərəçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərəçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Qubadlı rayonu, Qubadlı şəhərində daimi qeydiyyatda olsa da, hazırda məcburi köçkün kimi Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhəriciyi, bina 2, mənzil 31-də nənəsi X9 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. 2018-ci ilin iyun ayının 11-də Təqsirləndirilən şəxs onu qaçırmış, sonra valideyinlərinin razılığı ilə xx.xx.2021-ci il tarixdə el adəti ilə toyları olmuş və bir ailə olaraq Seyruzun atasının Quba rayonu, Alpan kəndindəki evində bir müddət yaşamışlar. Sonra gəlib bir müddət kirayədə yaşamışlar. Lakin Seyruz işləmədiyi və spirtli içki aludəçisi olduğundan onun qızıl əşyalarını satmış, kirayə pulunu verə bilmədiyinə görə anasının yaşadığı evə köçmüşlər. Anası Seyruza taksi fəaliyyəti ilə məsğul olub ailəsini saxlamaq üçün *5000 taksi şirkəti ilə müqavilə bağlamış, ona aldığı təzə istifadə edilməmiş mebelləri satmış və ilkin ödəniş edərək avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Lakin Seyruz yenə də spirtli içki qəbul etdiyinə görə işləyə bilməmiş və həmin xərci də batırmışdır. Onların birgə nigahdan iki övladı olmuş, böyük oğlunun 3 yaşı, kiçiyinin isə 1 yaşı olacaqdır. Birgə yaşadığı dövrdə Seyruz dəfələrlə onun döyüb, ona xəsarətlər yetirdiyinə görə o, şikayət etmişdir. Bir neçə dəfə onun şikayəti əsasında işlərinə məhkəmədə baxılmış, hətta bir dəfə Zəngilan rayon məhkəməsində Seyruz barəsində 500 manat cərimə cəzası təyin edilmiş, başqa vaxtlarda isə onun barışığını nəzərə alaraq cəza təyin edilməmişdir. Onların rəsmi nigahı olmadığına görə boşanma da olmamış, ovladların isə atalığın təyin edilməsi haqqında şəhadətnamə verilmişdir. Aliment verilməsi haqqında Qubadlı rayon məhkəməsinin qərarı var və hər uşağa görə Seyruz 170 manat pul ödəməlii olduğu halda Seyruz son bir neçə aydır alimenti ödəmədiyinə görə Quba rayon məhkəməsinə müraciət etmişdir. Axırıncı dəfə xx.xx.2021-ci il tarixdə saat 16 radələrində övladları xəstələnmişdir. O, Seyruzun istifadə etdiyi “İnstaqram” sosil şəbəkəsində Seyruza yazmışdır ki, “uşaqlar xəstələniblər, alimenti ödə, onları həkimə aparmaq lazımdır”. Seyruz isə onun və uşaqların ünvanına nalayiq söyüşlər yazmış, uşağı və onu təhqir ettmişdir. Bir neçə dəqiqədən sonra şəkillər paylaşmış və o, görmüşdür ki, Seyruz Masazır qəsəbəsində “Qurtuluş 93” yasayış sahəsinin girəcəyində yerləşən “Çukur” kafesindədir. O, tez taksiyə oturub həmin kafeyə getdmişdir. Kafenin həyətinə girəndə Seyruzun həyətdə stolda tək oturub pivə içdiyini görmüşdür. Seyruz onu görən kimi əlindəki pivə bakalını ona atmışdır. Bakal onun sol ayağının pəncəsindən dəymiş, sonra da divara dəyərək sınmış, sınmış bakalın qırıqları onun ayağını bir neçə yerdən kəsmişdir. Sonra Seyruz onun üstünə hücum edərək onu əli ilə bədəninin müxtəlif nahiyələrindən, başından, qollarından vurmuş, təpiklə qıçından vurmuşdur. Kafedə olan tanımadığı şəxslər Seyruzu tutub sakitləşdirmişlər və onu Seyruzun əlindən almışlar. Bundan sonra Seyruz yenə də sakitləşməmiş, onun ünvanına söyərək stolun üstündə olan kül qabını götürüb ona atmış və külqabı onun sinəsinə dəymişdir. Seyruzun təxminən 15-20 dəqiqə davam edən davasından sonra orada olan tanımadığı şəxslər Seyruzu tutub saxlamışlarş Həmin vaxt onun halı pis olmuş, ayağından qan axdığına görə də orada işləyən qadınlar onu bir otağa dəvət etmişlər və ona su vermişlər. O, anası X2 zəng edib məlumat vermiş, anası Natavan tez həmin kafeyə gəlmiş, polis əməkdaşları da gəlmişlər, Seyruzu polisə gətirmişlər. Bundan sonra o da anası ilə birlikdə polisə gəlmişlər, daha sonra həkimə müraciət edib tibbi yardım almış, MTE-dan keçmişdir. Seyruz onu döyməsi nəticəsində ciddi zədələr almış və bir müddət müalicə olunmuşdur. Bildirmişdir ki, Seyruz onu heç bir əsas olmadan, heç bir günahı olmadan və gözlənilməz halda pivə bakalı ilə vurduğuna görə o, ayağından ağır zədə almış, bundan sonra Seyruz onu əlləri ilə və təpklə döymüş, daha sonra stolun üstündəki külqabını götürüb onun sinə nahiyəsindən vurmuş, ona görə də özünü müdafiə edə bilməmiş və Seyruza qarşı hər hansı bir fiziki zor tətbiq edə bilməmişdir. Seyruzun ona vurduğu bakal, külqabı ona dəyəndən sonra divara dəyib sınmış və qırıqları da ona xəsarət yetirmişdir. O, Seyruzu vurmamış, Seyruza hər hansı bir xəsarət yetirməmiş, orada təxminən 10-15 nəfər adam olmuş, həmin şəxslər Seyruzu tutub güclə sakitləşdirmişlər. Qeyd etmişdir ki, Seyruzun sifət nahiyyəsində əvvəlcədən xəsarət olmuş, “instaqram” da olan şəklində də həmin xəsarət olmuşdur. Hadisəni görən və onu Seyruzun əlindən alan şəxsləri tanımamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, o hal hazırda göstərdiyi ünvanda yaşayır. Əvvəllər o Masazır qəsəbəsində yerləşən «Qurtuluş-93» ərazisində yerləşən «Çukur» kafesində xidmətci qismində işləmişdir. 27 iyun 2021-ci il tarixdə göstərdiyi «Çukur» kafesində işdə olarkən müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs tək masa arxasında oturaraq pivə icərkən keçmiş həyat yoldaşı Nərgiz Məmmədova kafeyə gələrək mübahisə etmiş və bundan sonra Təqsirləndirilən şəxs masanın üzərində olan dolu pivə bakalını götürərək Səkinəyə tərəf atmış, pivə bakalı Səkinəyə dəymiş, həmçinin sınaraq masanın üzərinə tökülən pivə bakalının şüşə qırıntıları Səkinənin ayağını gəsmişdir. Mübahisə zamanı kafedə müştərilər olmuş və müştərilər onları sakitləşdirmişdir. Mübahisə davam etməsin deyə Zərərçəkmiş şəxs yeməkxananın otağına aparmış və bundan sonra polis əməkdaşları gələrək Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Mübahisə təxminən 30-40 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 göstərdi ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır. Zərərçəkmiş şəxs doğma qızıdır. Qızının həyat yoldaşı isə Təqsirləndirilən şəxs olmuş və bir nikahdan iki az-yaşlı övladları olmuşdur. 27 iyun 2021-cı il tarixdə qızı Zərərçəkmiş şəxs telefonla məlumat vermişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs onu döymüş və xəsarət yetirmişdir. Ona görə də tez həmin Qurtuluş-93-də yerləşən «Çukur» kafesinə gələrək qızı Səkinənin xəsarət aldığını bilərək onu Xırdalan mərkəzi xəstəxanasına aparmış və qızı ilk tibbi yardım aldıqdan sonra evə buraxılmışdır. Bu səbəbdən saat 16:43 radələrində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və polis əməkdaşları gəldikdə rayon polis idarəsinə gətirilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, hal-hazırda Abşeron RPİ-nin PPXB-nin polis nəfəri kimi işləyir. 27 iyun 2021-ci il tarixdə polis nəfərləri Hüseyn Quluzadə və Elsevər Behbudovla bir yerdə Abşeron rayonu ərazisində xidmət apararkən saat 17:10 radələrində növbətci hissədən məlumat daxil oldu ki, Masazır ərazisində yerləşən «Çukur» kafesində vətəndaşlar arasında mübahisə var. Ona görə də göstərdiyi polis nəfərləri ilə birlikdə qeyl olunan «Çukur» kafesinə gədərək baş vermiş mübahisəni sakitləşdirmək üçün özlərini təqdim etdikdən sonra mübahisə yerindən Təqsirləndirilən şəxs və X1 Abşeron rayon polis idarəsinin növbətci hissəsinə gətirərək təhvil verərək raportla məruzə etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilən X10 və X7, X3 ifadəsinə analoji ifadələr vermişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər–sağ almacıq nahiyyəsinin və döş qəfəsinin sıyrıqları– bərk küt əşyanın təsirindən törədilmişdir, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarioxli 1407 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol ayaq pəncəsinin üst hissəsinin kəsilmiş yarası iti kənara malik olan əşyanın təsirindən törənmişdir, döş qəfəsinin ön səthinin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ baldır nahiyəsinin orta və aşağı 1/3-nin qançırları, sol said nahiyəsinin orta 1/3-nin, sağ əlin ön səthinin sıyrıqları – bərk küt əşyanın təsirindən törədilmişdir, xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsindəəmələ gələ bilərdilər və dərəccəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirtlər. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirdi. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Belə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, və silah qismində istifadə olunan şüşə pivə bakalından istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə onlara elan edilmiş həmin ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə göstərdiyini, ona elan edilmiş həmin ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2020-cı il tarixdə Zəngilan RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cəlb edilmiş, 16 oktyabr 2020-ci il tarixdə Zəngilan rayon məhkəməsi tərəfindən cinayət işi üzrə cinayət təqibinə xitam verilib və cinayət məsuliyətindən azad edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü, 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olmamasını, barışmasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından həbs edilməli və cəzasının əvvəli həbs edildiyi tarixdən - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351- 353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin və cəzasının əvvəli həbs edildiyi tarixdən - xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-471/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-471/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver