Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-471/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Qubadlı rayonu Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmayan, orta təhsilli, Qubadlı rayonu Xanlıq kəndində qeydiyyatda olan və Abşeron rayonu Novxanı qəsəbəsi Bağlar massivi Qaçaq Nəbi küçəsi ev 51-də yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində 01 sentyabr 2022-ci il tarixli, 841 saylı yol vərəqəsi əsasında idarə etdiyi ümumi istifadədə olan “İsuzi” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtobusla Xırdalan şəhəri X4 küçəsində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə əsasən sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, avtobusda olan sərnişin Zərərçəkmiş şəxs avtobusdan düşən zaman avtobusu hərəkətə gətirmiş və Zərərçəkmiş şəxs avtobusdan yerə yıxılmış və nəticədə ehtiyyatsızlıqdan sonuncunun qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud-çanaq oynağı, sağ bud və sağ baldır nahiyəsinin nekrozlaşması, fleqmonası (irinli iltihabın yayılması), dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək, lakin CM-nin 263.1-ci madəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, onun “B, D, C, E” kateqoriyalı sürücülük vəsiqəsi vardır və bunun əsasında sərnişin avtobusunu idarə edərək işləyir. 2022-ci ilin sentyabr ayında 535 saylı marşrut avtomobunda işləyərək, “İsuzi” markalı, 50CK532 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək sərnişin daşıyırmış. 09 fevral 2022-ci il tarixdə, təxminən saat 12 radələrində idarə etdiyi həmin avtobus ilə Xırdalan şəhəri X4 küçəsi ilə hərəkət edərək avtobusda da təxminən 25 nəfər sərnişin olmuşdur. O, avtobusu idarə edərkən avtobusda olan qadın sərnişinin, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ayağının avtobusun qapısının arasında qalmasını bildirmiş və o, avtobusun qapılarını açmış, lakin avtobusun güzgüsündən baxmadığına görə həmin sərnişinin düşməsini görə bilməmiş və avtobusu idarə etməyə başlamışdır. Birdən həmin sərnişin olan Sənubərin yıxıldığını görüb avtobusu saxlamış və sərnişinlərdən kimsə təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım avtomobili gələndən sonra Sənubəri təcili tibbi yardıb avtomobilinə mindirmişlər və onu xəstəxanaya aparmışlar. Ondan sonra o, sərnişinləri daşımağa davam etmişdir. Qeyd etmişdir ki, onun yol nəqliyyat hadisəsini törətməsini avtobusda olan təxminən 25 nəfər sərnişinlərin hamısı və bundan əlavə ətrafda olan tanımadığım şəxslər də görmüşlər. Avtobusda sərnişinlər çox olduğuna görə o, sərnişinləri orada düşürdə bilməmiş və məcbur olub onları getdikləri marşrut üzrə aparmışdır. Hadisə barədə də xəsarət alan qadın Sənubərin məlumat verəcəyini bilmiş, ona görə daha özü məlumat verməmiş, onun hadisəni gizlətmək fikrim olmamış və hadisəni hər kəs görmüşdür. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vəliyəddin qızı ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə, saat təxminən 12 radələrində Abşeron rayonu Marasır qəsəbəsinin girişində 535 saylı marşrut avtobusuna minərək Xırdalan şəhərinə gəlirmiş. Avtobusda sərnişin çox olduğuna görə o, elə ayaqüstə dayanmışdır. Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində özünün istəyi ilə avtobusun sürücüsü avtomobusu saxlamış və o, avtobusun qabaq qapısından düşmək istəyəndə, hələ tam düşməmiş sürücü avtobusu hərəkətə gətirmiş və o, müvazimətini itirib yerə yıxılmış, bu zaman bir ayağı avtobusa ilişmiş və avtobus onu yerdə yıxıldığı vəziyyətdə sürümüşdür. Həmin vaxt hətta hüşümü itirmiş, sonra həmin avtobus saxlamış, orada olan tanımadığı adamlar ona kömək etmişlər, sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Həmin avtobus “İsuzi” markalı, 50CK532 dövlət qeydiyyat nişanlı avtobus olmuşdur. Hadisə nəticəsində o, xəsarət almış, ona görə də ərizə ilə müraciət edərək, həmin sürücüdən şikayət etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Abşeron rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Vətəndaş Zərərçəkmiş şəxs 09 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində 535 saylı marşrut avtobusunda sərnişin qismində olan zaman avtobusdan düşmək istəyəndə avtobusun sürücüsü sərnişinin düşməsini gözləməyərək avtobusu idarə etmiş və sərnişin Zərərçəkmiş şəxs avtobusdan yıxılaraq xəsarət alması ilə bağlı müraciət etdiyi ərizənin araşdırılması ona həvalə edilmiş və tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması müəyyən edildiyindən və həmin hadisə üzrə araşdırmanın təhqiqat şəklində aparılması zərurəti yarandığından tərəfindən raportla müraciət olunmuş və həmin hadisə cinayətlər haqqında ərizə və məlumatların uçotu kitabında qeydiyyata alınaraq araşdırma aparılması üçün təhqiqat şöbəsinə verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 2475 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəliyəddin qızının bədənində aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ təpə nahiyəsinin dərialtı hematoması, sağ bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budçanaq oynağı, sağ bud və sağ baldır nahiyəsinin nekrozlaşması, fleqmonası (irinli iltihabın yayılması) ilə nəticələnən küt travmaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtobusun pilləkənindən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 8/3387 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İsuzu” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 13 fevral 2023-cü il tarixli, 128-53837- 2023-cü saylı arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “B, D, C, E” kateqoriyalı AE-048238 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış «İsuzi” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs Vəliyəddin qızı tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X3” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə davam etdirilməsini, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə tövsif edərkən səhvə yol vermişdir. Belə ki, Azəarbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 2014-cü il 24 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Məhkəmə bununla bağlı qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə tövsif edərkən cinayət hadisəsinin ümumi istifadədə olan nəqliyyat vasitəsi ilə törədilməsini əsas götürmüşdür. Nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası CM-in 263-1-ci maddəsində nəzərdə tutulan cinayəti 263-cü maddədə əksini tapan cinayətdən fərqləndirən cəhət cinayətin subyekti ilə bağlıdır. Cinayət hadisəsi alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədildikdə əməl CM-in 263-cü maddəsi ilə deyil, 263-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-in 263-1-ci maddəsinin adında “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma”, 263-1.2-ci maddəsində isə “eyni əməllər ... yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olması” göstərilmişdir. Yəni ümumi istifadədə olan nəqliyyat vasitəsi sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda CM-in 263-1.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə baxışı və ibtidai istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2033-cü ilədək qüvvədə olan “B, D, C, E” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməmiş və bu səbəbdən akt tərtib edilib iş materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı verilmiş ittihamda Zərərçəkmiş şəxs Vəliyəddin qızının sağlamlığına dərəcəsinə görə az ağır xəsarətlər yetirməsini ona görə göstərmişdir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 17-ci maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, “konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanunun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPMin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarında məhkəmələrə tövsiyə olunan 17-ci maddənin bir hissəsi, yəni “CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanunun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir” müddəası ilə razılaşsa da, “həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda baş vermiş nəticələrin hamısı göstərilməli, yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPMin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir” fikirləri ilə razılaşmır. Plenum qərarında göstərilən “həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda” müddəası Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin prinsiplərinə, o cümlədən qeyd olunan plenum qərarının 13-cü maddəsinə uyğun gəlmir. Plenum qərarının 13-cü maddəsində məhkəmələrə tövsiyə olunur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-in 263-1.2-cİ maddəsindən 263.1-ci maddəsinə tövsif olunmalıdır. Lakin təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməli və əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış «İsuzi” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 85 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham, CM-in 263.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «İsuzi” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-471/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-471/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver