Məhkəmə qərarları › İş №1(012)-471/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-471/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-471/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə saat 18 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev küçəsi Real KO MTK bina 7 mənzil 55-də sonuncunun evinin həyətində çəkdiyi onun fotoşəklini həyat yoldaşına göndərdiyinə görə ailəsində mübahisə yaratması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs vurub döşəməyə yıxaraq bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla qəsdən vuraraq ona başın alın nahiyəsinin sol hissəsinin 01 ədəd, təpə nahiyəsinin 01 ədəd hematomaları (dərialtına qansızmaları), sağ kürək nahiyəsinin 01 ədəd, sağ sağrı nahiyəsinin 01 ədəd, sağ baldır nahiyəsinin 01 ədəd, sağ bazu nahiyəsinin 01 ədəd, sağ said nahiyəsinin 01 ədəd geniş sahəli qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ülviyyə ilə qeyri rəsmi ər-arvad münasibətində yaşamışlar. Son zamanlar Ülviyyə ondan icazəsiz mobil telefonundan şəxsi məlumatlarını yəni həyat yoldaşının, ata, anasının mobil nömrələrini götürmüş, həyat yoldaşına fotoşəkillər göndərmiş və bununla da ailəsində münasibətlər pisləşmişdir.Bu barədə dəfələrlə Ülviyyəyə xəbərdalıq etsə də Ülviyyə onun sözlərindən nəticə çıxarmadığı üçün münasibətləri korlanmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində aralarında olan məsələləri aydınlaşdırmaq və barışmaq məqsədilə onun evinə getmişdir. Dəhlizdə onunla görüşüb bir daha səhv etməməsini bildirib barışmaq istədyimi demişdir.Lakin, Ülviyyə onunla barışmadığı üçün oradan çıxıb getmişdir. Saat təxminən 18 radələrində həyat yoldaşı Cəmilə ona zəng edərək Ülviyyənin binanın qarşısında onun avtomobilinin şəklini çəkərək ona atmasını və aralarında buna görə mübahisə olmasını dediyi üçün əsəbləşib yenidən Ülviyyənin yaşadığı ünvan 3 ünvanına getmişdir. Binanın həyətində Ülviyyənin oğlu Hüseyni görmüş və Ülviyyə ona qapını açmayacağını bildiyi üçün Hüseynlə birlikdə onların yaşadığı mənzilə qalxmışdır. Hüseyn qapını döydüyü üçün Ülviyyə qapını açmış, o içəri daxil olmuş və əsəblərini cilovlaya bilmədiyi üçün əvvəl onun sinəsindən yumruqla, baş nahiyyəsinə isə bir dəfə sillə ilə vurmuşdur. Ülviyyə zərbənin təsirindən yerə yıxılmış və onu söyüb təhqir etməyə başlamışdır. Buna görə də bir neçə dəfə təpiklə onun bədən nahiyyəsinə zərbələr endirmişdir. Sonra isə oradan çıxıb getmişdir. Ülviyyə ailə üzvlərini narahat etdiyinə və onu təhqir etdiyinə görə əsəbləşərək onu döymüşdür. Onunla aralarında olan münaqişə və onu döyməyi təqribən 10 dəqiqə davam etmişdir, Ülviyyənin azyaşlı oğlu Hüseyn həmin vaxt evdə o biri otaqda olmuşdur. Hüseynin qüsurlu olduğuna görə danışa bilmədiyini qeyd etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Tanış olduqda Ürfan özünü subay kimi təqdim etsə də, tanışlıqlarından təxminən 2 ay sonra ona məlum olmuşdur ki, Ürfan evlidir. Buna görə də ondan ayrılmaq istəmiş, lakin Ürfan ailəsi ilə münasibətinin olmamasını bildirdiyi üçün münasibətlərini davam etdirmişlər. Bir müddət sonra Ürfanın anası və həyat yoldaşı ona zəng edərək Ürfanın ailəsini dağıtmağını bildirib ondan ayrılmağını tələb etmişlər. Buna görə də Ürfana ayrılmaq qərarına gəldiyini bildirmişdir. Lakin, Ürfan, yenə də ondan əl çəkməmişdir. xx.xx.2024- cü il tarixdə onunla mobil telefonla danışan zaman yenə də ondan ayrılmaq istədiyini bildirmiş və ona zəng edə bilməməsi üçün onun telefonunu blok etmişdir. Sonra isə onun yaşadığı binanın yanına gəməsini görmüş və onun idarə etdiyi Toyota Prius markalı avtomobilin şəklini çəkərək Ürfanın həyat yoldaşına göndərmiş və ona Ürfanın narahat etməsini bildirmişdir. Həmin gün saat təxminən 18 radələrində yaşadığı evdə, yəni ünvan 4 ünvanında olan zaman qapının döyülməsini və həyətdə oynayan oğlu Hüseynin qapı arxasından qapını açmağını istədiyini eşitmişdir.Hüseyndən tək olub-olmamasını soruşduqda o, tək olmasını dediyi üçün qapını açmışdır. Bu zaman Ürfanın evə daxil olmaq istəməsini görmüşdür.Onu evə buraxmamağa çalışsa da o, yumruqla sinəsindən zərbə endirdiyi üçün müvazinətini itirərək yerə yıxılmışdır.Bundan sonra Ürfan ona yaxınlaşaraq yumruq və təpik zərbələri ilə baş və bədən nahiyyəsindən bir neçə dəfə zərbələr endirmişdir.Həmin vaxt yanlarında olan 2016-cı il təvəllüdlü oğlu X1-küy salmasını eşitdiyi üçün Ürfan ondan uzaqlaşaraq qaçıb getmişdir.Həmin vaxtdan bir müddət sonra özünə gəldiyi üçün 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəl yumruqla sinə nahiyyəsinə zərbə endirmiş, müvazinətini itirərək yerə yıxılmışdır.Bundan sonra Ürfan ona yaxınlaşaraq yumruq və təpik zərbələri ilə baş və bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirmişdir. Münaqişə təxminən 10 dəqiqə davam etmiş və həmin vaxt 2016-cı il təvəllüdlü oğlu Hüseyn yanlaımda olmuşdur. Münaqişə zamanı Ürfanı vurmamışdır. Ürfan onu döydükdən sonra əsəbləşərək sağ bilək nahiyəsini ülgüclə cızmışdır. Əsəbi olduğu üçün özünə xəsarət yetirmişdir. Onun heç bir məqsədi olmamış və bununla bağlı heç bir şikayəti olmamışdır. Şikayət və tələbi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış, ondan üzr istəmiş, ona dəyən ziyanı ödəmiş, onu bağışlamışdır. Şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və isintaq aparılmasından ötrü aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2024-cü il tarixli, 1931 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – başın alın nahiyəsinin sol hissəsinin 1 ədəd, təpə nahiyəsinin 1 ədəd hematomaları (dərialtına qansızmaları), sağ kürək nahiyəsinin 1 ədəd, sağ sağrı nahiyəsinin 1 ədəd, sağ baldır nahiyəsinin 1 ədəd, sağ baldır nahiyəsinin 1 ədəd, sağ bazu nahiyəsinin 1 ədəd, sağ said nahiyəsinin 1 ədəd geniş sahəli qanşırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı kənar şəxs tərəfindən yumruq zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.  “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.  “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan övladları vardır.  Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-536/2023 saylı qərarından göünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-536/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, habelə zərərçəkmiş şəxslə barışığa gəlməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1300 (bir min üç yüz) manat məbləğində cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar