Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-472/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamamorta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 və qardaşı X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 02 radələrində “xxxxxxxxxxxxxxx” MMC-nin Bakı şəhəri Xətai rayonu, Babək prospekti 18 ünvanda yerləşən avtomobil ehtiyyat hissələri mağazasının giriş qapısını açmaqla qanunsuz saxlanc yeri olan mağazaya daxil olub kassa aparatından 3009 manat pulu ələ keçirib oğurluq etməklə Bakı ŞBPİ-nin İstintaq və X4 cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində xx.xx.2020-ci il tarixdə ittiham aktı tərtib edilməklə məhkəmə məsuliyyətinə göndərilməsinə baxmayaraq, təkrarən tamah niyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan Əli Heydərov adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 00:52-dən 00:56-dək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən aptekin plastik materialdan olan giriş qapısını əlindəki vintaçanla sıxıb açmaqla saxlanc yerinə qanunsuz daxil olmuş, aptekdə olan dolabın siyirməsində saxlanılan 550 manat nəğd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində tanışı Əli Heydərov ilə Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında görüşmüş, metronun çıxışında yerləşən internet klubda birlikdə bir az oturmuş, internet klubda bir az oyun oynadıqdan sonra Əliyə pula ehtiyacı olduğunu və oğurluq etmək istədiyini demiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra birlikdə internet klubdan çıxmış və avtobus dayanacağında bir qədər avtobus gözlədikdən sonra Əli ilə avtobusa minib Abşeron rayonu, Masazır qəsəbəsinə getmişlər, Masazır qəsəbəsində “Zeynəb” ticarət mərkəzinin qarşısında avtobusdan düşmüş, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində “Zeynəb” ticarət mərkəzinin yerləşdiyi Ə.Vahid küçəsi ilə piyada hərəkət etmiş, yolun kənarında iki mərtəbədən ibarət obyekt görmüş, obyektin 1-ci mərtəbəsində aptek, 2-ci mərtəbəsində isə “Premium” çay evi yerləşir. Daha sonra o, aptekin yanında dayanmış, o, Əli ilə həmin aptekə girmək qərarına gəlmiş, daha sonra Əliyə ətrafa nəzarət etməyi, gələn olarsa, ona xəbər verməyi tapşırmış, o, aptekin giriş qapısına tərəf getmiş, özündə olan vintaçan (atverka) ilə aptekin plastik materialdan olan qapısını sıxıb əli ilə itələyərək açmış, sonra içəri daxil olmuşdur. Əli isə çöldə onu gözləmiş, o aptekin içərisində optik ləvazimatlar olan yerdə taxtadan olan qapı ilə içəri şüşənin arxa tərəfinə keçmiş, bir az qabağa gedib orada olan kassaya oxşar şkafın siyirməsini açmış, orada kağız qutunun içərisində olan 550 manat pulu götürüb çölə çıxmış, həmin yerdən bir az aralandıqdan sonra Əli ilə ağ rəngli “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minib 28 May metrostansiyasının yaxınlığına getmiş, taksidən düşdükdən sonra oğurladığı 550 manatın 140 manatını Əliyə vermiş, qalan 410 manatını özü götürüb yaşadığı evə getmiş, oğurladığı pul ilə özü üçün paltar almış və şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq o, məlum oğurluq hadisəsini tanışı Əli Heydərov ilə birlikdə törətdiyini, aptekdən oğurladığı 550 manat pulun 140 manatını Əliyə verdiyini bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və cavan olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən apteki işlədir. Apteki hər gün səhər 08 radələrində açır, axşam saat 23 radələrində bağlayır. xx.xx.2020-ci il tarixdə işi çox olduğu üçün saat 00:15-də apteki bağlayıb evə getmiş, səhəri günü yəni, xx.xx.2020-ci il tarixdə saat 08 radələrində işə gəldikdə aptekin giriş qapısının açıq olduğunu görmüş, aptekə daxil olub hər yerə baxmış, kassaya yaxınlaşanda gecə kassada qoyduğu 550 manat pulun yerində olmadığını görmüş, bir neçə dəqiqə pulu tapmaq üçün aptekin içərisində olan hər yerə baxmış, lakin kassada olan 550 manat pulu tapa bilmədiyi üçün aptekdən pulun oğurlandığını başa düşmüş və xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək aptekindən 550 manat nəğd pulu oğurlandığını və ona həmin məbləğdə maddi ziyan dəydiyini bildirmişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 2010-cu ildən DİO-da, 2019-cu ildən Abşeron rayon X5 Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən ünvan 3 ünvanda yerləşən aptekə qapını açma yolu ilə daxil olub oradan 550 manat pulun oğurlanması barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə ona məxfi mənbədən həmin hadisənin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı onun tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs adlı şəxs Abşeron rayonu, Xırdalan şəhərində H.Əliyev parkının yaxınlığında saxlanılmış, o, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona Masazır qəsəbəsində baş vermiş oğurluq hadisəsində onun şübhəli olduğu barədə məlumat daxil olduğunu bildirmiş, bununla bağlı xx.xx.2002-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, həmin şəxs etiraz etməyərək onunla Abşeron rayon Polis İdarəsinə gəlmiş, polis idarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı o, xx.xx.2020-ci il tarixdə 01 radələrində Masazır qəsəbəsində Ə.Vahid küçəsində yerləşən aptekə qapısını açmaq yolu ilə daxil olub oradan 550 manat pulu oğurladığını etiraf etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş və iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülər, həmçinin ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş fotoşəkillər məhkəmə baxışında nümayiş etdirilərkən qeyd olunan hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olunmuşdur. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən aptekə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd CD diski iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələrtərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyinedilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edənCM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayonu, Şirvan rayonu, Bakı şəhərinin Xətai, Yasamal, Nərimanov, Nizami, Suraxanı rayon Polis İdarələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə olan cinayət işləri onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və X4 cinayətlərin istintaqı şöbəsində olan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilərək xx xxxx 2020-ci il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməkləəməlindən peşman olmasını və cinayət hadisələrini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra istintaqın çağırışlarına vaxtlı-vaxtında gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixdə tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verilmiş, onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, xx.xx.2020-ci il tarixdə onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, daha sonra məhkəmənin çağırışlarına gəlmədiyi üçün məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixində barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı cəmi 01 (bir) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 02 (iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Hökmün icrası Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 35 saat və məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 03 (üç) ay 02 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən aptekə quraşdırılmış videogörüntü kameralarında qeydə alınmış görüntülərin köçürüldüyü və zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd CD diski iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 35 saat və məhkəmə baxışı zamanı 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-472/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-472/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver