Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-472/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs оğlunun və onun müdаfiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkı ilə xx.xx.1986-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, оrtа təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs onun artıq istifadə etdiyindən tulladığı üzqırxanını hələ də evin yataq otağındakı dolabda saxladığına görə irad bildirərkən bununla bağlı aralarında ailə münaqişəsi zəmnində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən yumruqla sonuncunun sifət, baş, sol göz nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün ağıl qişasına qansızma ilə müşaiyət olunan və sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının sol gözaltı nahiyənin qançır şişkinliyiilə müşayiət olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 16 ilə yaxındır ki, rəsmi nigahdadır və bu nigahdan 3 övladı var. Səidə ilə aralarında ara-sıra mübahisələr baş verir və bu mübahisələrin səbəbi onun təmizliyi, səliqə-səhmanı sevməsidir. Buna görə də o, evdə hər hansı əşyanın yerində olmadığını gördükdə əsəbiləşir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, işdən evə gəlmiş, yataq otağına daxil olduqda işlədərək artıq atdığını zənn etdiyi üzqırxan jiletin hələ də, dolabın üzərində olduğunu görmüş və bunu Səidəyə irad bildirmişdir. Səidə üz qırxan jiletin dolabın üzərinə onun tərəfindən qoyulmadığını dedikdə o, jileti götürüb mətbəxə Səidənin yanına gedərək “bunu bura qoyanın anası ölsün” cümləsini demişdir. Səidə isə cavab olaraq “anan da ölsün, atan da” sözlərini bildirmişdir. Bu zaman aralarında söz mübahisəsi yaranmış, mübahisə zamanı o, əsəbiləşərək Səidənin üzərinə getmiş və onun sol gözünə yumruqla vuraraq onu döymüşdür. Səidə ağlayaraq atasına zəng edərək çağırmış, bir qədər sonra Səidənin atası gələrək Səidəni və sonuncunun övladlarını evlərinə aparmışdır. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə iki azyaşlı övladlarının olmasını, mübahisəni kənar şəxsin görmədiyini, həmin vaxt arvadı Səidənin onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Təhqiqatda şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 16 ilə yaxındır ki, rəsmi nigahdadır və bu nigahdan 3 övladları vardır. Əli onunla demək olar ki, hər gün qısqanclıq zəmnində əsassız mübahisələr edir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Əli işdən evə gəlmiş və evə daxil olub yataq otağına keçmişdir. Yataq otağına daxil olduqda dolabın üzərində üzqırxan jileti görüb bunun kimə aid olduğunu ondan soruşduqda o, mətbəxdən həmin üzqırxanın ona aid olmadığını, məhz ona, yəni əri Əlinin özünə aid olduğunu bildirmişdir. Buna görə aralarında mübahisə baş vermiş və mübahisə zamanıƏli evin mətbəxində onun üzərinə gələrək onu təhqir edərək vurmağa başlamışdır. Əli yumruq zərbələri ilə ilə onun sifət, sol göz nahiyyəsinə və başına vuraraq onu döymüşdür. Əli onu döydükdən sonra telefonu almış, bir neçə dəqiqədən sonra isə telefonu yenidən ona geri qaytarmışdır. O, mobil telefonunu götürüb atasına zəng edərək evlərinə çağırmış, atası gəldikdən sonra övladları ilə birlikdə evdən çıxıb atasının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. O, atasıgildə olan zaman DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı evdəki övladının olduğunu, Əli onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X2 xx.xx.2024-cü il tarixli 2592 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol gözün ağıl qişasına qansızma ilə müşaiyət olunan və sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının sol gözaltı nahiyənin qançır şişkinliyiküt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçinun təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-472/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-472/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver