Məhkəmə qərarları › İş №1(012)-473/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-473/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-473/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 3, nömrəsiz fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 05 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 10-ə pəncərənin dəmir barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olaraq, evin qonaq otağından 01 ədəd 2000 manat dəyərində “Samung” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 2000 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 09 yanvar 2023-cü il tarixdə kirayədə yaşadığı ünvan 8-da olan 650 manat dəyərində “Shivaki” markalı televizoru gizli olaraq talayıb sosial şəbəkədə elan verməklə sataraq zərərçəkmiş şəxs X3 650 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxstəkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən nömrəsiz fərdi evin həyətinə hasarı aşma yolu ilə, sonra isə evin içərisinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olmaqla oradan 01 ədəd 45 manat dəyərində təzyiq ölşən aparatını, 01 ədəd 160 manat dəyərində səyahət çantasını, 02 ədəd ümumi dəyəri 120 manat böyük ölçülü örtükləri, 01 ədəd 80 manat dəyərində süfrəni, 01 ədəd 50 manat dəyərində uzunqol kişi köynəyini, 01 ədəd 100 manat dəyərində kişi pencəyini, 01 ədəd 60 manat dəyərində direli, 01 ədəd 80 manat dəyərində direli, 01 ədəd 250 manat dəyərində qaynaq aparatını, 01 ədəd 100 manat dəyərində ətçəkən maşını, 01 ədəd 120 manat dəyərində şirəçəkən aparatını, 01 ədəd 150 manat dəyərində mikrodalğalı sobanı, 01 ədəd 820 manat dəyərində “Samsung” markalı televizoru, 01 cüt 50 manat dəyərində ayaqqabını, 01 cüt 300 manat dəyərində ayaqqabını, 01 ədəd 450 manat dəyərində kişi gödəkçəsini, 01 ədəd 250 manat dəyərində samovarı, 01 ədəd 50 manat dəyərində qaynaq ütüsünü, soyuducuda saxlanılan 200 manat dəyərində ət məhsullarını və 01 ədəd 50 manat dəyərində saç ütüsünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3485 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə işləmək məqsədilə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. İş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 12 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsi, ev 63 ünvanının qarşısına gəlmiş, evdə kimsənin olmadığına əmin olduqdan sonra hasarın arxa hissəsində həyətə daxil olub. Daha sonra qapının giriş hissəsində olan plastik pəncərəni sıxıb açmaqla evə daxil olmuş və evə daxil olduqdan sonra qonaq otağında olan “Samsung” markalı televizoru oğurlayaraq gəldiyi qaydada evi tərk etmişdir. Həmin televizoru 13 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, “Daş bazarı” adlanan ərazidə tanımadığı şəxsə 500 manata satmışdır. Bundan başqa 01 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə 15a saylı evin kirayə verildiyini örgəndikdən sonra ev sahibi Zərərçəkmiş şəxs2 ilə danışıb və aylıq 200 manat ödəmək şərti ilə həmin evdə qalmağına razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə kirayə müqaviləsi bağlanmıçşdır. 01 yanvar 2023-cü il tarixdə evin kirayə pulunu verə bilmədiyi üçün ev sahibinə məxsus “Shivakhi” markalı televizoru oğurlayaraq satmaq qərarına gəlmişdir. Həmin televizoru onlayn qaydada satışa qoyub və 09 yanvar 2023-cü il tarixdə tanımadığı şəxsə 200 manat müqabilində satmışdır. Bundan başqa 14 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iki mərtəbəli evi müşahidə etdikdən sonra orada kimsənin olmadığına əmin olmuş, sonra həmin evin yanında qapısı olmayan yarımtikili evin həyətindən taxta nərdivandan istifadə etməklə oğurluq edəcəyi ikimərtəbəli evin həyətinə daxil olmuş, daha sonra həmin evin hasarına quraşdırılmış elektrik şitini görüb, işıqları söndürüb və evə yaxınlaşaraq zal otağının plastik pəncərəsini sıxıb açdıqdan sonra içəri daxil olmuşdur. İçəridən 01 ədəd təzyiq ölçən aparatını, 01 ədəd səyahət çantasını, 02 ədəd böyük ölçülü örtükləri, 01 ədəd süfrəni, 01 ədəd uzunqol kişi köynəyini, 01 ədəd kişi pencəyini, 02 ədəd direli, 01 ədəd qaynaq aparatını, 01 ədəd ətçəkən maşınını, 01 ədəd şirəçəkən aparatını, 01 ədəd mikrodalğalı sobanı, 01 ədəd “Samsung” markalı televizoru, 02 cüt ayaqqabını, 01 ədəd kişi gödəkçəsini, 01 ədəd samovarı, 01 ədəd qaynaq ütüsünü, soyuducuda saxlanılan ət məhsullarını və 01 ədəd saç ütüsünü oğurlamışdır. Bundan sonra oğurladığı əşyaları həyətə daxil olduğu nərdivan vasitəsilə hasarın digər tərəfinə keçirmiş, daha sonra həmin əşyaların çox hissəsini iri həcmli səyahət çantasının içərisinə yığııb və onlayn qaydada taksi sifariş verib, oğurladığı əşyaları öz əşyaları kimi taksiyə yükləyərək Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı evə gətmişdir. Oğurladığı əşyaların bir qismini onlayn qaydada satışa qoyub və 01 ədəd direli, 01 ədəd qaynaq ütüsünü 135 manat müqabilində tanımadığı şəxsə satmişdir. Daha sonra 01 ədəd televizoru 200 manata, 01 ədəd mikrodalğalı sobanı 60 manata, 01 ədəd samovarı 100 manata, 01 ədəd təzyiq ölçən aparatı 25 manata tanımadığı ayrı-ayrı şəxlərə satmışdır. 18 yanvar 2023-cü il tarixdə polis tərəfindən saxlanılıb və etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. Daha sonra oğurladığı əşyalardan 01 ədəd səyahət çantasını, 02 ədəd böyük ölçülü örtükləri, 01 ədəd süfrəni, 01 ədəd uzunqol kişi köynəyini, 01 ədəd kişi pencəyini, 01 ədəd direli, 01 ədəd qaynaq aparatını, 01 ədəd ətçəkən maşınını, 01 ədəd şirəçəkən aparatını, 02 cüt ayaqqabını, 01 ədəd kişi gödəkçəsini, 01 ədəd saç ütüsünü (feni) polis əməkdaşlarına təhvil vermişdir. Oğurluq etdiyini evlərin sahibini əvvəlcədən tanımayıb, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdən etdiyi oğurluq nəticəsində 520 manat pul əldə edib və həmin 520 manat pulu şəxsi ehtiyaclarına xərcləyib, həmin evdən 3-4 gün əvvəl oğurluq etmək qərarına gəlib, oğurladığı əşyalardan 01 ədəd direli, 01 ədəd qaynaq ütüsünü 135 manat müqabilində satdığı şəxsi, 01 ədəd televizoru 200 manat müqabilində satdığı şəxsi, 01 ədəd mikrodalğalı sobanı 60 manat müqabilində satdığı şəxsi, 01 ədəd samovarı 100 manat müqabilində satdığı şəxsi və 01 ədəd təzyiq ölçən aparatını 25 manat müqabilində satdığı şəxsləri tanımır və həmin şəxslərin mobil telefon nömrələrini və ya yaşadıqları ünvanları bilmir, Zərərçəkmiş şəxs2 məxsus “Shivakhi” markalı televizoru satdığı şəxsi tanımır və həmin şəxsin mobil telefon nömrəsini və ya ünvanını bilmir, Zərərçəkmiş şəxs2 məxsus “Shivakhi” markalı televizoru oğurlayaraq satdıqdan sonra əldə etdiyi 200 manat pulu şəxsi ehtiyacları üçün xərcləyib, oğurluq etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsi, ev 63 ünvanının sahibini əvvəlcədən tanımayıb, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Seyidbəyli küçəsi, ev 63 ünvanından həmin gün yəni, 12 dekabr 2022-ci il tarixdə oğurluq etmək qərarına gəlib, ünvan 1dığı “Samsung” markalı televizoru satdığı şəxsi tanımır və həmin şəxsin mobil telefon nömrəsini və ya ünvanını bilmir, ünvan 1dığı “Samsung” markalı televizoru satdıqdan sonra əldə etdiyim 500 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi 97B “Qoşa-Park” yaşayış massivi, B bloku, 20-ci mərtəbə, mənzil 38 ünvanında yaşayır. Fərdi sahibkarlıqla məşğul olur. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qeyd edilən evinə arada gedərək baş çəkir. 05 yanvar 2022-ci il tarixdə evə yenidən baş çəkmək üçün getdikdə naməlum şəxs və ya şəxslər tərəfindən evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və 2000 manat dəyərində, “Samsung” markalı televizorunun oğurlandığını müşahidə etmişdir. Daha sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə saat 16:32-də Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə edilmiş müraciət və həmin tarixdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə ünvanlanmış ərizə ona məxsusdur. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. X2 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində “Mor-mor” adlı restoranın arxa tərəfində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. 13 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayan qohumumunun yas mərasimində iştirak etmək üçün arvadı ilə birlikdə evdən çıxmazdan əvvəl o, həm evin, həm də həyətyanı sahənin dəmir materialdan olan qapılarını açarla bağlamışdır. 13-14 yanvar 2023-cü il tarixlərdə Ağdam rayonunda qalıb ertəsi gün, yəni 15 yanvar 2023-cü il tarixdə Abşeron rayonuna qayıtmışdır. Təxminən saat 16:30 radələrində arvadı Həqiqətlə birlikdə yaşadığı evə çatıb həyətin darvazasını açmış, həyətə daxil olduqdan sonra sol tərəfdəki divarda quraşdırılmış “işıq şiti”ni qaldırmaqla işıqları yandırmaq istəyərkən “şitin” qapağının qırıq vəziyyətdə olduğunu aşkarlamışdır. Buna görə də arvadı Həqiqətə avtomobildə oturub gözləməsini, həyətə keçməməsini bildirmişdir. Daha sonra içəri daxil olmadan giriş qapısı ilə üzbəüz istiqamətdə sol tərəfdəki pəncərəyə yaxınlaşaraq içəri baxan zaman evin qonaq otağında olan 1 ədəd “Samsung” markalı 102 sm diaqonallı ekrana malik qara rəngli televizorun yerində olmadığını görmüşdür. Ardınca evin qarşı tərəfinə gələrək giriş qapısının yanındakı pəncərədən mətbəxə boylanıb və mətbəxdə dolabın üzərində olan 1 ədəd elektrik samovarının yerində olmadığını görmüşdür. Evdən oğurluq edilməsinə əmin olduğu üçün istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək pəncərədən keçmək yolu ilə evə daxil olan şəxs və ya şəxslərin televizor, samovar və digər əşyaları oğurlamaları barədə məlumat vermişdir. Bir qədər sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları yaşadığı ünvana gələrək ərizəsini alıb hadisə yerini onun iştirakı ilə müayinə etmişlər. İlkin ərizəsində evindən oğurlanmış əşyaların dəyərini dəqiq bilmədiyinə görə ona baş vermiş oğurluq hadisəsi nəticəsində təxminən 3770 manat dəyərində maddi ziyan dəydiyini qeyd etmiş, təhqiqatçı tərəfindən izahatım alınarkən evinin arxa tərəfində düzətdiyi ümumi dəyəri 140 manat olan 2 ədəd direlin, 1 ədəd 250 manat dəyərində qaynaq aparatının, 1 ədəd 50 manat dəyərində qaynaq ütüsünün, 1 ədəd 250 manat dəyərində 5 litr tutuma malik latun materialdan hazırlanmış samovarın, evin mətbəxindən 1 ədəd 100 manat dəyərində ətçəkən maşının, 1 ədəd 120 manat dəyərində şirəçəkən maşının, 1 ədəd 150 manat dəyərində mikrodalğalı sobanın, soyuducuda saxlanılan 200 manat dəyərində doğranmış ət məhsullarının, evin giriş hissəsində ümumi dəyəri 350 manat olan 2 cüt kişi ayaqqabısının, evin birinci mərtəbəsindəki qonaq otağından 1 ədəd 820 manat dəyərində “Samsung” markalı 102 sm diaqonallı ekrana malik qara rəngli televizorun, yataq otağındakı dolabda saxladığım 1 ədəd 450 manat dəyərində gödəkçənin, evin ikinci mərtəbəsində yerləşən otaqdan isə 1 ədəd 50 manat dəyərində saç ütüsünün oğurlandığı məlum olmuşdur. İlkin izahatı alınarkən evdən 40 manat dəyərində peyk-antenna aparatının və 1050 manat dəyərində gödəkçənin oğurlandığını göstərsə də, polis əməkdaşları baxış keçirib getdikdən sonra evi yaxşıca axtarmış və oğurlandığını zənn etdiyi peyk-antenna aparatını televizor altlığının altında, gödəkçəni isə yataq otağındakı çarpayının altından tapmışdır. Bunun yerinə isə əlavə olaraq evin birinci mərtəbəsindəki yataq otağından 1 ədəd 45 manat dəyərində təzyiqölçən aparatın, ümumi dəyəri 120 manat olan 2 ədəd yataq dəstinin, 1 ədəd 80 manat dəyərində stolüstü süfrənin, 1 ədəd 50 manat dəyərində göy rəngli köynəyin və 1 ədəd 100 manat dəyərində qara rəngli pencəyin, evin ikinci mərtəbəsindəki otaqdan isə 1 ədəd 160 manat dəyərində səyahət çantasının oğurlandığını aşkar etmişdir. Daha sonra polis bölməsinə gedərək ilkin müraciətində və izahatında oğurlandığını göstərdiyi elektrik samovarını, peyk-antenna aparatını və gödəkçəni tapdığını, bundan başqa isə yuxarıda qeyd etdiyi əşyaların oğurlandıqlarını aşkar etdiyini bildirmişdir. Sonradan öyrənmişdir ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 01 dekabr 2022-ci il tarixdə tanımadığı mobil telefon nömrəsindən on zəng gəlmişdir. Təqsirləndirilən şəxs ona məxsus ünvan 8 ünvanını kirayə götürmək istədiyini deyib. Həmin gün onlar Abşeron rayonu, Xırdalan şəhəri ərazisində görüşmüşlər. Təqsirləndirilən şəxsla birlikdə qeyd edilən ünvana getmişlər. Təqsirləndirilən şəxs evi bəyəndiyini demişdir. O, Sakitə öz aralarında kirayə müqaviləsi bağlamağı təklif etmiş, qarşılıqlı razılıq olduqdan sonra onlar aylıq 200 manat ödəmək şərti ilə razılaşıblar və müqavilə bağlamışlar. 19 yanvar 2023-cü il tarixdə abşeron rayon Polis İdarəsindən ona zəng edərək Təqsirləndirilən şəxs ona məxsus evdən televizor oğurladığını deyiblər və bu barədəd məlumatının olub-olmadığını soruşublar. O, bu barədə məlumatsız olduğunu deyib və həmin ünvana getdikdə həqiqətən də “Shivakhi” markalı televizorun yerində olmadığını müşahidə etmişçdir. Daha sonra bu barədə müvafiq ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 650 manat ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış zərərşəkmiş şəxs-Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əmlakdan 01 ədəd səyahət çantası, 02 ədəd böyük ölçülü örtüklər, 01 ədəd süfrə, 01 ədəd uzunqol kişi köynəyi, 01 ədəd kişi pencəyi, 01 ədəd direl, 01 ədəd qaynaq aparatı, 01 ədəd ətçəkən maşın, 01 ədəd şirəçəkən aparatı, 02 cüt ayaqqabı, 01 ədəd kişi gödəkçəsi və 01 ədəd saç ütüsü (fen) ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə-əmtəəşünaslıq 04 aprel 2023-cü il tarixli 41 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Grouno” markalı səyahət çantasının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 90 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Daniel Desch” markalı uzunqol kişi köynəyinin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 40 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Pierro Gaudi” markalı kişi pencəyinin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 50 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd direlin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 50 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Pecahta” markalı qaynaq aparatının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 250 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Aepenhoff” markalı ətçəkən maşınının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 80 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “Blue house” markalı şirəçəkən aparatının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 75 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 cüt “Tripy” markalı ayaqqabının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 5 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 cüt ayaqqabının 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 50 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd “La Fabrica” markalı kişi gödəkçəsinin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 80 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd üzərində “Nataşa” yazısı olan süfrənin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 100 manat, işlənmə dərəcəsi nəzərə alınmaqla 02 ədəd üzərində “Rose” yazısı olan böyük ölçülü örtüklərin 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 120 manat və işlənmə dərəcəsi nəzərə alınmaqla 01 ədəd saç ütüsünün (fen) 15 yanvar 2023-cü il tarixinə olan orta bazar satış qiyməti 40 manat müəyyən edilmişdir. Azərbaycan Respubliasə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 21 yanvar 2023-cü il tarixli, 3-13-11/2-1094/23 nömrəli məktubdan görünür ki, Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-59/2-1731/23 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 2000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 01 ədədi (ADİS-in məlumat bankında BİTİ və XƏZƏR RPİ-dən daxil olan) xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (qonaq otağındakı televizor altlığının çəkməcəsi üzərindən götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respubliasə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli, 3-13-11/2-2724/2023 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 2000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və əl izlərindən 01 ədədi xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə, qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış zərərşəkmiş şəxs-Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əmlakdan 01 ədəd səyahət çantası, 02 ədəd böyük ölçülü örtüklər, 01 ədəd süfrə, 01 ədəd uzunqol kişi köynəyi, 01 ədəd kişi pencəyi, 01 ədəd direl, 01 ədəd qaynaq aparatı, 01 ədəd ətçəkən maşın, 01 ədəd şirəçəkən aparatı, 02 cüt ayaqqabı, 01 ədəd kişi gödəkçəsi və 01 ədəd saç ütüsü (fen) zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut kimi tanınmış əmlakın zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir; zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış zərərşəkmiş şəxs-Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əmlakdan 01 ədəd səyahət çantası, 02 ədəd böyük ölçülü örtüklər, 01 ədəd süfrə, 01 ədəd uzunqol kişi köynəyi, 01 ədəd kişi pencəyi, 01 ədəd direl, 01 ədəd qaynaq aparatı, 01 ədəd ətçəkən maşın, 01 ədəd şirəçəkən aparatı, 02 cüt ayaqqabı, 01 ədəd kişi gödəkçəsi və 01 ədəd saç ütüsü (fen) zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar