Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-473/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad ərazi dairəsi, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 239-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, bir ədəd sellofan bükümdə çəkisi 0,656 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev küçəsində daşımış və üzərində saxlamış, 25 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Saray PB-nin əməkdaşları tərəfindən Saray qəsəbəsi, H.Əliyev küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray PB-nin inzibati binasına gətirilib, orada həmin gün saat 16:55-dən 17:10-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd çəhrayi rəngli idman şalvarın sağ yan cibindən həmin 0,656 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, psixotrop maddə olan metamfetamin istifadə edir, xx.xx.2024-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 01 ədəd şəffaf rəngli selofanda olan bükümün içərisində psixotrop maddə hesab olunan metamfetomini (patını) 15 manat pul müqabilində əldə edib, tund çəhrayı rəngli idman şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamış, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində hərəkətdə olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb, özünü polis əməkdaşı kimi təqdim edib, anket məlumatlarını soruşmuş, həmin zaman polis əməkdaşlarına lazımı məlumatlarını vermiş, onlara psixotrop maddə qəbul etdiyini bildirmiş, daha sonra həmin polis əməkdaşları ilə, birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmiş, orda üzərində psixotrop maddə gəzdirdiyini və istifadə etdiyini etiraf etmiş, daha sonra bölmədə otaqların birində müdafiəçinin iştirakı ilə üzərində çəkilişlə şəxsi axtarış aparılmış, axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, əgər varsa təqdim etmək təklif edilmiş, o da əynindəki tünd çəhrayı rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf selofana bükülmüş metamfetomin bükümünü təqdim etmiş, həmin vaxt ona məxsus olan psixotrop maddə olan 01 ədəd şəffaf selofana bükülmüş metamfetamin bükümü ağ kağız zərfə qoyularaq, qablaşdırlıb, möhürlənmiş həmin zərf bağlanmış, o da həmin qablaşdırılmış zərfi və bununla əlaqədar tərtib olunmuş protokolu imzalamış, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, azyaşlı övladının olmasının nəzərə alınmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 239-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış,onunla hər hansı düşmənçiliyi, ədavəti olmamış, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qsəbəsi, H.Əliyev küçəsində xidmətdə olduğu zaman bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübəhli olan bir nəfər qadını görüb, onunla birlikdə xidmət aparan əməkdaşla birlikdə həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etdikdən sonra, həmin şəxsin narkotik aludəçisi olmağından və üzərində narkotik vasitə daşımasından şübhələndikləri üçün onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmiş, həmin şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmiş, Polis bölməsində məlum olmuşdur ki,həmin şəxs xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 239-da yaşayan Təqsirləndirilən şəxsdır. Bundan sonra xidməti otaqların birində həmin şəxsin üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə video görüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub- olmaması soruşulmuş, daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd çəhrayi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan metamfetamin olmasını bildirmiş, daha sonra üzərinə baxış keçirilən zaman başqa hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm onların iştirakı ilə zərfə qoyulub, möhürlənmiş və protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Şahid3 məhkəməyə ərizə göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, növbəti məhkəmə iclaslarının onsuz keçirdilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin dəftərxana müdürü vəzifəsində işləyir, Lənkəran rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 239-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamış, xx.xx.2024-cü il tarixdə işlədiyi Abşeron rayonu, Saray PB-də xidməti yerində olan zaman polis bölməsinə dəvət olunmuş, narkotik vasitərlərin və psixotrop maddələrin istifadəsində şübhəli olan bir nəfər qadının üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı iştirak etmək ondan xahiş olunmuş, o isə heç bir etiraz etmədən həmin qadının üzərinə polis əməkdaşları tərəfindən keçirilən şəxsi axtarış və götürmədə iştirak etmiş, həmin zaman məlum olmuşdu ki, polis bölməsinə dəvət olunan, narkotik vasitərlərin və psixotrop maddələrin istifadəsində şübhəli bilinən şəxs xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 239-da yaşayan Təqsirləndirilən şəxsdır. Bundan sonra xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə video görüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, daha sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd çəhrayi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan metamfetamin olmasını bildirmiş, daha sonra başqa hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm onların iştirakı ilə zərfə qoyulub, möhürlənmiş və protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmış və heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4720 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 büküm...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,656 qram ağ rəngli, kristallik çaddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd:Metamfetaminin təmiz çəkisi-0,656 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,606 qram. (Aparılmış tədqiqatın dəyəri 80 manat) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(012)-684/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmışdır. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1 ədəd bükümdə təmiz çəkisi 0,656 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,606 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Səmədova X4 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 7000 manat cərimə cəzası və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası Cinayət Məcəlləsinin 44.4-cü maddəsinə əsasən 480 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2017-ci ildə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 69.3; 67.1; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2021-ci il təvəllüdlü uşağı yetkinlik yaşına çatanadək təxirə salınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-235/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 6 mart 2021-ci il təvəllüdlü uşağı X6 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış, həmin vaxtadək Təqsirləndirilən şəxs üzərinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə tapşırılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası müstəqil icra edilməsi, cəzanın əvvəli onun icra edən orqanda qeuduyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təmin edilməsi və əə ərazi narkoloji dispanserdə qeydiyyata alınması, maddi sübut kimi tanınaraq Nəsimi RPİdə saxlanılan Təqsirləndirilən şəxs üzərinsən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş külli miqdarda 4,735 qram, tədqiqatdan sonra qalıq 4,635 qram çəkidə psixotrop maddə metamfetamin və 0, 605 qram tədqiqatdan sonra qalıq 0,575 qram çəkidə narkotik vasitə kokain hökm qanuni qüvvəyə mindukdən sonra məhv edilməsi, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 manat Təqsirləndirilən şəxs dğvlət nəfinə tutulması hökm edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X3 haqqında xx.xx.2024-cü il tarixli, 7023 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4720 nömrəli ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri, diskə baxış keçirilməsi haqında protokol, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7023 nömrəli ekspert rəyi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilməsi maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,656 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,606 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd çəhrayı rəngli idman şalvarın sağ yan cibindəki 01 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin götürülmüşdür. - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 235/2023 saylı hökmündə göstərilmiş məlumatlar Baş X13 İdarəsinin mərkəzi informasiya sistemindı qeydiyyata alınmışdır, lakin sürücülük vəsiqəsini təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır, bu halda müddətin axımı sürücülük vəsiqəsinin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən bağlayır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindın çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddəmetamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının olmasını və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-1-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə məhkumluq ödənilmiş hesab olunur. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.3-cü maddəsinə əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs tələbnaməsindən və hökmün surətindən müəyyən olmuşdur ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 aprel 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 02 il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 06 mart 2021-ci il təvəllüdlü uşağı X6 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinin tələblərinə əsasən qeyd edir ki, şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq xx.xx.2021-ci il təvəllüdlü uşağı yetkinlik yaşına çatanadək təxirə salınmış 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə qismən toplanılmasını əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7023 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0, 606 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinin tələblərinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0, 606 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi- 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-473/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-473/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver