Məhkəmə qərarları › İş №1(012)-474/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-474/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-474/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qurbanov Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 mənzil 140 ünvanında qonaq qismində olarkən, həmin gecə saat 05 radələrində evdə olan sakinlərin yuxuya getməsindən istifadə edib mənzildə divanın üzərində pul qabının içərsində 7364 manat məbləğində nəğd pulların arasından 3880 (üç min səkkiz yüz səksən) manat məbləğində nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Qurbanov Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxx 2017ci il tarixdə saat təxminən 00:20 radələrində kirvəsinin oğlu Zərərçəkmiş şəxs zəng vuraraq harada olduğunu soruşmuş və sonuncu ona evdə olduğunu bildirmiş, o, Vahidin yanına gəlmək üçün onu qarşılamağı xahiş etmiş, Vahid də onunla telefonla danışa-danışa yaşadığı binanın yaxınlığında olan «Bizim» marketin yanına gəlmiş, təxminən 15 dəqiqədən sonra o, qonşusu Əfqan adlı şəxsin idarə etdiyi «Daewoo-Nexia» markalı avtomobillə «Bizim» marketin qarşısına gəlmiş, Vahid onun gəldiyi avtomobilə mindikdən sonra onlar birlikdə Vahidin iş yerinə getmiş, iş yerinə gedən zaman avtomobilin sürücüsü Əfqan maşın da qalmışdır. Onun iş yerində Vahid ilə birlikdə işləyən İlkin və Nurlan olmuş, O, Vahidlə birlikdə onun işlədiyi ambarda təxminən 15-20 dəqiqə gəzmiş, həmin vaxt Əfqan avtomobildən düşüb ambara gəlmiş və ondan gedib–getmədiyini soruşmuş, o, Əfqana çıxıb getməsini bildirmiş, Əfqan getdikdən sonra Vahid ondan hara gedəcəyini soruşduqda o, onunla birlikdə qalacağını bildirmiş, o, Vahid, İlkin və Nurlan evə getməyə hazırlaşan zaman İlkin ambarda olan stolun gözündən alverin pulunu götürüb əynində olan gödəkçənin içəri döş cibinə qoymuş, o, İlkinin stolun gözündən götürüb cibinə qoyduğu pulu görmüş, onlar ambarı bağlayıb birlikdə yaşadıqları evə getmiş, evə gəldikdə evin digər sakinləri, Hüseyn və Sərxan onları gördükdə yuxudan oyanmış, Sərxan onlarla görüşdükdən təxminən 30 dəqiqə sonra gedib yatmış, onlar dörd nəfər səhər azanı oxuyana qədər oturub çay içib domino oynamışlar, azan oxunduqdan sonra Vahid, Sərxan yatdığı otaqda o, isə İlkin və Hüseynlə bir otaqda yatmış, səhər saat 05 radələrində yuxudan oyanaraq evdə olan sakinlərin yatdıqlarını görüb qonaq otağında divanın üzərində olan pul qabının içərisində olan pulların arasından məbləğini bilmədiyi nəğd pulları götürüb cibinə qoyaraq yenidən yerinə uzanıb yatmış, saat 09 radələrində yuxudan oyandıqdan sonra həmin evi tərk etmiş, evdən çıxandan sonra oğurladığı pulları saydıqda 3880 manat məbləğində olduğunu bilmiş, həmin gün saat 13 radələrində Vahid ona zəng vuraraq ondan harada olduğunu soruşmuş, o, isə Vahidə Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğunu bildirmiş, Vahid ona puldan kəsir gəldiyini və həmin pulu götürüb-götürmədiyni soruşmuş, o, Vahidə yalandan and-aman edərək pulu götürmədiyni bildirmiş, Vahid ona iş yerinə gəlməsini xahiş etmiş, o, Vahidə yalandan gəldiyini bildirsə də, sonradan istifadəsində olan mobil telefonu söndürmüşdür. Sonda o, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini əsas gətirərək məhkəmədən onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qurbanov Təqsirləndirilən şəxs onun kirvəsinin oğludur. O, Xırdalan şəhərində yerləşən meyvə-tərəvəz bazarında topdan meyvə satışı ilə məşğul olur. Buna görə 2017-ci ilin fevral ayından Xırdalan şəhəri, H.Əliyev prospekti ev 17, mənzil 140 ünvanında 2 otaqlı mənzildə kirayə yaşayır, onunla birlikdə qohumları Şahid1, BayramovSərxanNizamioğluHüseynliHüseynElçinoğluqalır. Sərxanonunlaeyniotaqda, İlkinləHüseynisəbirotaqdaqalır. xx xxx 2017-ciiltarixdə saattəxminən 00:20 radələrindəTəqsirləndirilən şəxsQurbanovonunmobiltelefonnömrəsinəzəngvuraraqharadaolduğunusoruşmuş, o, Təqsirləndirilən şəxsevdəolduğunubildirdikdəsonuncuonlaragəldiyinidemişvəo, Təqsirləndirilən şəxsı«Bizim» marketinyanındagözləmiş, təxminən 15 dəqiqədənsonraTəqsirləndirilən şəxstanışıƏfqanadlışəxsəməxsustündrəngli «Daewoo- Nexia» markalıavtomobilləhəminmarketinqarşısınagəlmiş, o, Təqsirləndirilən şəxsgəldiyiavtomobiləminmişvəbirlikdəonunişyerinəgetmişlər, o,Təqsirləndirilən şəxslabirlikdəavtomobildəndüşübonunişlədiyiyerəgedənzamansürücüƏfqanavtomobildəqalmı ş, işyerindəhəminvaxtNurlanlaİlkinolmuşlar. O, Təqsirləndirilən şəxslabirlikdəişlədiyiambarda təxminən 15-20 dəqiqəgəzmişlərvəsürücüƏfqanavtomobildəndüşübambaragələrək, Təqsirləndirilən şəxsgedib–getmədiyinisoruşmuş, Təqsirləndirilən şəxs daƏfqanagetməyinibildirmiş, o, Təqsirləndirilən şəxssonradanharada gedəcəyinisoruşmuş, Təqsirləndirilən şəxssəonunlabirlikdəqalacağınıdemiş, bundansonra İlkin, ƏlyarvəNurlanevə getmək üçün hazırlaşan zaman İlkinambardaolanstolungözündən 7364 manatməbləğindəpulugötürüb əynindəolangödəkçəniniçəridöşcibinəqoymuş, Təqsirləndirilən şəxslkininpulugötürübcibinəqoyduğunugörmüş, onlarambarıbağlayıbbirlikdəyaşadıqlarıevəgetmiş, onlarevəgəldikdə, HüseynvəSərxanyuxudanoyanıbonlarla görüşmüş, görüşdükdəntəxminən 30 dəqiqəsonraSərxangedibyatmış, onlardördnəfərsəhərazanıoxuyanaqədəroturubçayiçibdominooynamışlar, azanoxuduqdansonrao, Sərxanyatdığıotaqda, İlkin, Təqsirləndirilən şəxsvəHüseynisəbirotaqdayatmışlar, səhərsaat 07:20 radələrindəo, Sərxanlabirlikdəyuxudanoyanıb, İlkingilinyatdığıotağınqapısınaçıbbaxanzamanİlkin, Təqsirləndirilən şəxsvəHüseyninyatdığınıgörmüş, dahasonrao, Sərxanlabirlikdəevdənçıxıbgetmişlər. Onlar işəgəldikdəntəxminənbirsaatsonraHüseyndəişəgəlmiş, sonuncunungəlişindəntəxminən 1-2 saatsonraisəİlkin dəişyerinəgəlmişdir. İlkinişəgəldikdənsonrao, sonuncuiləhesablaşmağabaşlamış, İlkinaxşamözüiləapardığı 7364 manatpuluçıxardıbsayanzaman, 3880 manatpulunçatışmadığınıbilmişlər. O, İlkindənTəqsirləndirilən şəxsharadaolduğunusoruşmuş, sonuncuonasəhəryuxudanduranzamanTəqsirləndirilən şəxsartıqevdəolmadığınıbildirdikdə o, Təqsirləndirilən şəxszəngvuraraqonunharadaolduğunusoruşmuş, Təqsirləndirilən şəxsYasamaldaolduğunubildirmiş, o, Təqsirləndirilən şəxsevdə olan pulun əskik olduğunu və həmin pulu götürüb-götürmədiyini soruşmuş, Təqsirləndirilən şəxs onaand-amandərək pulu götürmədiyini demiş, o, Təqsirləndirilən şəxsonunişyerinəgəlməyinixahişetmiş, Təqsirləndirilən şəxs daona 1-2 günəgələcəyinibildirsədə, lakingəlibçıxmamış, o,Təqsirləndirilən şəxsladanışdıqdansonraİlkinləbirlikdəkirayəyaşadıqlarıevəgetmiş, evdəpuluaxtarsalardatapabilməmiş, bundan sonra o, təkrarTəqsirləndirilən şəxszəngvuraraq, Təqsirləndirilən şəxsharadaolduğunusoruşmuş, o, Bakışəhəri, Yasamalrayonundaolduğunuvəişinigörübgələcəyinibildirmiş, bundansonrao, Təqsirləndirilən şəxsnəqədərzəngvursada, sonuncuyazəngcatmamışdır. Sonda o, ona dəymiş ziyanın təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs tərəfindən ödənilməsinə, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən iki ay olar ki, bibisi oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Xırdalan şəhərində yerələşən meyvə-tərəvəz bazarında topdan meyvə satışı ilə məşğul olur. Buna görə o, gələn gündən ünvan 2 mənzil 140 ünvanında yerləşən iki otaqlı mənzildə kirayə yaşayan Vahidlə birlikdə qalır, onlarla birlikdə qohumları Sərxan və Hüseyn də qalırmışlar. Vahid Sərxanla birlikdə bir otaqda, o, isə Hüseynlə bir otaqda qalır. xx xxx 2017-ci il tarixdə saat təxminən 01 radələrində o, Nurlanla birlikdə iş yerində səhərə hazırlıq görən zaman Vahid qohumu Təqsirləndirilən şəxsla birlkdə iş yerinə gəlmişlər. O, Təqsirləndirilən şəxsı qiyabi tanısa da, Təqsirləndirilən şəxsı ilk dəfə görmüş. O, sonuncu ilə salamlaşdıqdan sonra, Təqsirləndirilən şəxsla Vahid ambarda gəzişməyə başlamışlar, Təqsirləndirilən şəxs ondan təxminən 5-6 metr aralıda dayanıb Vahidlə söhbət edən zaman o, işini görüb qurtardıqdan sonra 5-6 günlük alverin pulunu saymağa başlamış, pulu sayıb 7364 manat olduğunu bilib cibinə qoyduqdan sonra ambarı bağlayıb Vahid və Təqsirləndirilən şəxsla birlikdə kirayə yaşadıqları evə getmişlər. O, evə getdikdən sonra pulu yaşadığı evdə olan özünə məxsus paltar çantasına qoymuş, onlar birlikdə oturub saat 05 radələrinə qədər söhbət edib, domino oynamışlar, Sərxan isə həmin vaxt artıq yatmış, azan gələn vaxt o, durub yatdığı otağa getmiş, həmin vaxt Vahid, Təqsirləndirilən şəxs və Hüseyn də yatmağa getmişlər, o, yerinə girən zaman Təqsirləndirilən şəxs və Hüseyn də yatdığı çarpayıya uzanmışlar. Təqsirləndirilən şəxs ondan kinoya baxmaq üçün onun mobil telefonunu istəmiş, o, özünə məxsus mobil telefonu Təqsirləndirilən şəxs verdikdən sonra yatmış, yuxudan oyanan zaman evdə artıq kimsə olmamış, o, çamadana yaxınlaşaraq, çamadanın açıq olduğunu görmüş və çamadana qoyduğu pulu götürüb cibinə qoyub işinə getmiş, işə çatdıqdan sonra pulu cibindən çıxarıb, Vahidin yanında saymış, pulu sayan zaman 3880 manat əksik olduğunu gördükdə Vahid Təqsirləndirilən şəxs zəng vuraraq harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu bildirmiş, Vahid Təqsirləndirilən şəxs evdə olan pulun əksik olduğunu dedikdə Təqsirləndirilən şəxs telefonda «tüklərim biz-biz durdu, nə lazımdır, nə köməklik edə bilərəm?» sözlərini deyib telefonu söndürmüş, bundan sonra Təqsirləndirilən şəxs zəng çatmamış, onlar Vahidlə birlikdə kirayə yaşadıqları evə getmiş, evdə pulu axtarsalar tapa bilməmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və sonuncunun qardaşları ilə görüşmüşlər. Təqsirləndirilən şəxs qardaşları onlara Təqsirləndirilən şəxs harada olduğu barədə məlumatları olmadıqlarını bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxx 2017-ci il tarixdən atasının dayısı nəvəsi olan Zərərçəkmiş şəxs ilə birlikdə Xırdalan şəhərində yerələşən meyvə-tərəvəz bazarında topdan meyvə satışı yerində işçi kimi işləyir, işləyən gündən ünvan 2 mənzil 140 ünvanında yerləşən iki otaqlı mənzildə kirayə yaşayan Vahidlə birlikdə yaşamışlar. Onlarla birlikdə digər qohumları Sərxan və İlkin də qalmışlar. xx xxx 2017-ci il tarixdə saat təxminən 23 radələrində o, işdən çıxıb evə getmiş, bir az evdə olduqdan sonra isə parka gəzməyə getmiş və saat təxminən 02 radələrində evə qayıdıb yatmış, xx xxx 2017-ci il tarixdə saat təxminən 02 radələrində Vahidgil gəldiyi üçün o, yuxudan oyanmış və Vahidlə, İlkinin yanında bir nəfər əvvəllər tanımadığı şəxsin olduğunu görmüş, Vahid onlarla birlikdə gələn şəxsi təqdim edərək kirvəsinin oğlu Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin vaxt Sərxanda yuxudan oyanıb Təqsirləndirilən şəxsla görüşmüş və sonra isə gedib yatmış, onlar birlikdə oturub saat 05 radələrinə qədər söhbət edib domino oynamışlar. Azan oxuyan zaman onlar durub yatdıqları otağa getmişlər, o, İlkin və Təqsirləndirilən şəxs bir çarpayı da uzanmışlar, Təqsirləndirilən şəxs İlkindən həmin vaxt kinoya baxmaq üçün mobil telefonu almış, İlkin öz mobil telefonunu o, öz qulaqcığını Təqsirləndirilən şəxs verdikdən sonra yatmışlar. Səhər saat təxminən 08-09 radələrində Sərxanla Vahid birlikdə durub işə getmişlər, onlar getdikdən sonra da oda durub işə getmiş, evdən çıxan zaman Təqsirləndirilən şəxsla İlkin yatmışlar, işə gəldikdən təxminən bir saat sonra isə gələn İlkin təxminən saat 13-14 radələrində pulu sayanda 3880 manat pulun əksik olduğunu bilmişlər. Həmin vaxt o, İlkin, Vahid və digər işçilər orada olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. X4 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X4 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Qurbanov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Qurbanov Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs kirayə yaşadığı evdən oğurlanmış 3880 manat məbləğində nəğd pul təqsirləndirilən şəxsin qardaşı X1 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs ƏliyevVahidİsrafiloğlu tərəfindən ibtidai istintaq zamanı verilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs Qurbanova qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından və xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli, № 230-VQD nömrəli Qanuna əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə cəzası tətbiq edilmiş, “28 may –Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarına əsasən həmin Qərarın 1.8-ci bəndində göstərilənlər nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2016-cı il tarixli qərarı ilə cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH 59 saylı MKİS tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qurbanov Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Qurbanov Təqsirləndirilən şəxs tutduğu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Qurbanov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Qurbanov Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-cü maddələrinin sanksiyası həddində islah işləri növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Qurbanov Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün barəsində xx.xx.2017-ci il tarixində axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixində o, azad edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» tədbiri seçilmiş, daha sonra məhkəmı iclaslarına gəlmədiyi üçün barəsində Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, daha sonra o, xx.xx.2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinə könüllü gəlmiş, işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Qurbanov Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla, cəmi 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Qurbanov Təqsirləndirilən şəxs istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Qurbanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il müddətinə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Qurbanov Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 08 (səkkiz) gün müddət çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Qurbanov Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Qurbanov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qurbanov Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qurbanov Təqsirləndirilən şəxs istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar