Məhkəmə qərarları › İş №1(012)-474/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-474/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-474/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin 23.05.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 22.05.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 2021-ci ilin may ayının əvvəllərində Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, №-li silinmiş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan bir ədəd AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı, silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd darağı, 02 ədəd 1976-cı, 01 ədəd isə 1982-ci illərdə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı olan ştat patronlarını qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Abşeron rayonu Hökməli qəsəbəsi Kamal Qasımov küçəsində yerləşən yaşadığı evə gətirərək daşımış və həmin evdə saxlamış, 22 may 2021-ci il tarixdə, saat 05:45-də Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvanda keçirilmiş baxış zamanı həmin “Kalaşnikov” konstruksiyalı odlu silah, komplekt hissəsi olan 01 ədəd darağ və döyüş sursatı olan 03 ədəd patronlar evin yataq otağında çarpayıda döşəyin altında aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda anası, qardaşı, bacısı və bacısının azyaşlı uşaqları ilə birlikdə yaşayır. O, Bakı Ağır Cinayət Məhkəməsinin 17 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 09 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23 may 2020-ci il tarixli qərarı ilə 07 ay 04 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. 2021-ci ilin may ayının əvvəllərində bir gün Abşeron rayonu Hökməli qəsəbəsində zibilliyin içərisində torbaya bükülmüş bir bağlama görmüş və həmin bağlamanı götürüb açıb içərisində Kalaşnikov silahı olduğunu görmüşdür. Həmin silahın üstündə darağı və darağında da 3 ədəd patronları olmuşdur. O, həmin silahı götürüb evə aparmış, yataq otağında çarpayıda döşəyin altında gizlətmişdir. 22 may 2021-ci il tarixdə, saat təxminən 05 radələrində yata bilmədiyi üçün küçəyə çıxıb evlərinin qarşısında siqaret çəkirmiş. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu deyərək, qanunsuz silah saxlamaqda şübhələnib, onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər və o, da etiraz etməyib, onların xidməti avtomobilinə əyləşərək Abşeron RPİ-nin Qobu PBnə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra polis əməkdaşları ondan yaşadığı evə baxış keçirmək istədiklərini və onun buna razı olub-olmadığını soruşmuşlar. O, da yaşadığı evdə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir.Onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və birlikdə yaşadığı ünvana getmişlər, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Video çəkilişlə hüquq və vəzifələri izah olunduqdan sonra yaşadığı evdə hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər onda belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, yatdığı otaqda çarpayıda döşəyin altında gizlətdiyi olan həmin Kalaşnikov silahını içərisində 3 ədəd patronlar olan darağı ilə birlikdə təqdim etmişdir. Həmin silaha baxış keçirilmiş və onu haradan və nə vaxt əldə etdiyi ondan soruşulmuş, o, da həmin silahı 2021-ci ilin may ayının əvvəllərində Hökməli qəsəbəsində zibilliyin içərisində tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş silah və üç ədəd patronlar qablaşdırılmış, baxış zamanı iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanmışdır.Tərtib olunmuş protokol oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Qeyd etmişdir ki, həmin silahı tapanda xoşuna gəldiyi üçün onu götürüb aparıb evdə gizlətmişdir.Həmin silahı tapdığını və yaşadığı evdə saxladığını heç kim, həmçinin ailə üzvləri belə bilməmişlər. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron RPİ-in Qobu polis bölməsinin rəis müavini vəzifəsində işləyir. 22 may 2021-ci il tarixdən məxfi mənbədən ona Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat polis bölməsinin rəisinə məruzə olunmuş, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün müvafiq əməliyyat axtarış tədbirlərin keçirilməsindən ötrü tərəfindən qərar qəbul edilərək, Qobu polis bölməsinin əməliyyat müvəkkili Xətai Şirinov və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır.Ondan sonra həmin tarixdə saat təxminən 05 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsinə getmişlər və onun yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişlər ki, onun yaşadığı ünvanda qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı vardır və buna görə Qobu polis bölməsinə onu dəvət etmişlər, Təqsirləndirilən şəxs da buna etiraz etməmiş və onlarla Qobu polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı Ruhan Nadirli tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs bildirmişdir ki, o yaşadığı evdə öz otağında Kalaşnikov avtomatını saxlayır. Ona görə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs həmin avtomat silahını təqdim etmək istədiyini bildirmişdir. Əməliyyat qrupu, dəvət olunmuş müdafiəçi və Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı Hökməli qəsəbəsi Kamal Qasımov küçəsində yerləşən evinə gəlmişlər və Təqsirləndirilən şəxs yaşadığı evdə öz yatdığı otaqda çarpayının döşəyin altında saxladığı bir ədəd Kalaşnikov avtomatını, üstündə olan darağı və üç ədəd patronları təqdim edərək bildirmişdir ki, həmin silahı qəsəbədə zibillikdə tapmış və yaşadığı evə gətirib otağında saxlamışdır.Aşkar edilmiş silah, darağı və üç ədəd patronlar qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X2 ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, anket məlumatlarında iki oğlu, bir qızı və iki azyaşlı nəvələri ilə yaşayır. Təqsirləndirilən şəxs da onun oğludur. Təqsirləndirilən şəxs onun yaşadığı evdə ayrıca otaqda yaşayır. 22 may 2021-ci il tarixdə Qobu polis bölməsinin əməkdaşları Güləhmədi saxlamışlar və Güləhməd yaşadığı evdə otaqda çarpayının döşəyin altında saxladığı odlu silahı polis əməkdaşlarına təqdim etmişdir. Qeyd etmişdir ki, o və ailə üzvləri Güləhmədin həmin silahı haradan əldə etdiyini və otağında saxladığından məlumatları olmamışdır.Əgər onun və ailə üzvlərin Güləhmədin evdə odlu silah saxlamasından məlumatları olsaydı bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəkdilər Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 22.05.2021-ci il tarixli 21/332R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Tədqiqata təqdim dilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi 1976-cı, 01 ədədi isə 1982-ci illərdə istehsal olunmuş 5,45x9 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Təqdim edilmiş 03 ədəd 5,45x9 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 31 may 2021-ci il tarixli, 011-5068-1221 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 28.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş bir ədəd nömrəsi silinmiş AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və qalıq qalmış 02 ədəd patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 22.05.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.05.2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun həbs etmənin əvvəli 22.05.2021-ci il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 17 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.05.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə şərti vaxtından əvvəl azad olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədiyi halda yenidən qəsdən az ağır cinayət törətməsi əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs oğlu barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlu cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 22.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan 01 ədəd AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd darağ və 02 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 22.05.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron RPİ-də saxlanılan 01 ədəd AK-74 modelli Kalaşnikov konstruksiyalı avtomat, bir ədəd daraq və qalıq 02 ədəd 5,45 kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar