Məhkəmə qərarları › İş №1(012)-474/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-474/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-474/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xocavənd rayonu Xocavənd kəndində qeydiyyatda olan və Xırdalan şəhəri H.Əliyev prospektində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 aprel 2022-ci il tarixdə saat 21 radələrində Xırdalan şəhəri H.Əliyev prospekti “Kristal Abşeron-1” yaşayış kompleksində 10 saylı yaşayış evin qarşısında tanışı Şahid1 Rəfayil oğluna istifadə etdiyi “Xiaomi Mİ10 T Pro” markalı **********52476 və **********52484 imey kodlu 1638 manat dəyərində mobil telefonu tanıdığı qızdan kart şəkilini çəkib telefonu qaytaracağını yalandan vəd verib aldadaraq həmin mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrə ilə birlikdə ələ keçirib, oradan uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1648 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Emin ilə yaşadığı binanın həyətində görüşmüş, həmin vaxt Amin ilə hal-əhval tutduqdan sonra hara getməsini soruşmuş, Amin “Kristal Abşeron-1” yaşayış kompleksinə getdiyini demişdir. Aminlə birlikdə “Kristal Abşeron-1” yaşayış kompleksinə getmiş, “Kristal Abşeron-1” yaşayış kompleksində 10-cü binanın qarşısında olan zaman Amindən özünə məxsus mobil telefonu ilə tanışına məxsus kartın şəkilini çəkib sonra qaytaracağını yalandan deyib, telefonu ondan istəmişdir. Əslində isə məqsədi Amini aldadıb telefonu alıb və aparıb satmaq olmuşdur. Amin də etiraz etməyib ona inanmış və əlindəki “Xiaomi Mİ10 T Pro” markalı mobil telefonu ona vermişdir.O, Aminə həmin yerdə gözləməsini deyib, “Kristal Abşeron-1” yaşayış kompleksin 10-cu binanın girişinə girib oradan qaraja düşərək binadan çıxıb həmin ərazidən uzaqlaşıb, Bakı şəhərinə getmiş və 20 yanvar dairəsinin yaxınlığında olan telefon dükanına gedib, həmin telefonun üstündə olan nömrəni çıxardıb atmış, telefonu isə mağazada olan şəxsə təqdim edərək, özünə məxsus olduğunu deyib şəxsiyyət vəsiqəmin surətini verib və şəxsiyyət vəsiqəsinin surətinin arxasında qeyd edərək imza edib, telefonu 250 manata satmış, əldə etdiyi pulu da özünə xərcləmişdir. Telefon mağazasında telefonu alan şəxs də həmin telefonun ona məxsus olmasına inanmış, telefonun başqa şəxsə məxsus olmasını bilməmişdir. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, O, 2021-ci ilin iyul ayında oğlu Amin üçün istifadə etməyə “Xiaomi Mİ10 T Pro” markalı mobil telefonu 1638 manata almışdır. Telefonun üstündə də 10 manat dəyərində ***-***-**-** nömrəni qoyub oğlu Amin istifadə edirmiş. 03 aprel 2022-ci il tarixdə, saat 21 radələrində oğlu Amin yaşadıqları binanın həyətində olan zaman orada yaşayan Təqsirləndirilən şəxs adlı şəxs oğlundan mobil telefonu kart şəkilini çəkmək adı ilə alaraq orada olan binanın blokuna girmiş, oğlu Amin bir saat gözləmiş, lakin Fuad geri qayıtmamış və oğlu Aminin mobil telefonunu qaytarmamışdır. Sonra onlara məlum olmuşdur ki, X4 aldadaraq telefonunu ələ keçirmiş və talafonu aparıb Bakı şəhərində satmışdır. Fuad Güləlıyev onun yaşadığı binada yaşayır, onunla heç bir münasibəti olmamışdır.Həmin telefonun sənədlərində ilkin ödəniş də daxil olmaqla 1423 manat göstərilsədə, telefona görə komisya haqqı və digər xərclərlə birlikdə o, həmin telefona görə 1638 manat pul ödəmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödədiyini, onunla barışdığını və ondan şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində istintaqda ifadə vermiş məhkəmə baxışında tədqiq edilmiş Şahid1 Rəfayil oğlunun ifadəsindən görünür ki,onunla bir binada yaşayan Təqsirləndirilən şəxs tanıyır və aralarında heç bir qərəzli münasibəti olmamışdır. 03 aprel 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Fuad ilə yaşadığı binanın həyətində rastlaşmış və Fuad onunla hal-əhval tutduqdan sonra hara getməyini soruşmuş, O, Fuada “Kristal Abşeron-1” yaşayış kompleksinə getmək istədiyini bildirmişdir. Fuad da onunla gəzə-gəzə “Kristal Abşeron-1” yaşayış kompleksinə getmişlər, “Kristal Abşeron-1” yaşayış kompleksində 10-cü binanın qarşısında olan zaman Fuad ona demişdir ki, öz telefonunu ona versin, orada olan binada tanıdığı qızdan kart şəkilini çəkib qayıdır. O, da Fuada inanıb istifadə etdiyi “Xiaomi Mİ10 T Pro” markalı mobil telefonu Fuada vermiş, Fuad 10-cu binanın girişinə daxil olmuş və ona da orada gözləməyini demişdir. O, da Fuada inanıb həmin binanın həyətində təxminən bir saat orada Fuadı gözləmiş, lakin Fuad gəlməmiş, ona görə binanın mühafizəçisindən xahiş etmiş və mühafizə kamerası ilə baxıb görmüşdür ki, Fuad binanın digər girişindən çıxıb qaçaraq həmin ərazidən getmişdir. O, onda bilmişdir ki, Fuad onu aldadaraq telefonunu ələ keçirmişdir.Həmin günün səhəri günü Fuadın anasını görmüşdür və ondan Fuadın harada olmasını soruşmuş, anası ağlayaraq Fuadın narkotik vasitə aludəçisi olduğunu deyərək harada olduğunu bilmədiniyini bildirmişdir. Həmin mobil telefonun üstündə 10 manat dəyərində ***-***-**-** nömrə olmuş, telefonun imey kodu **********52476 və **********52484, o, işləmirəm, həmin telefonu atası almış, pulu atası vermişdir. İbtidai istintaq zamanı şahid qismində istintaqda ifadə vermiş məhkəmə baxışında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Velotrik ticarət mərkəzində” mobil telefonların alqı-satqısı mağazasını icarəyə götürüb işlədir. O, telefon mağazasını səhər saat 09 radələrində açır və axşam saat 23:30 radələrində bağlayır. 03 aprel 2022-ci il tarixdə, təxminən saat 22:30 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs telefon mağazasına gələrək bir ədəd “Xiaomi Mİ10 T Pro” markalı, **********52476 və **********52 imey kodlu mobil telefonu təqdim edərək, həmin telefonun özünə məxsus olduğunu və ehtiyyacı olduğundan satmaq istədiyini bildirmişdir. O, da həmin telefona baxıb onu 250 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də razılaşaraq həmin telefonu vermiş və o, Fuada 250 manat pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini də götürmüş və şəxsiyyət vəsiqəsinin kserosurətinin arxasında həmin mobil telefonun imey kodunu da qeyd etmiş, Təqsirləndirilən şəxs ora imza da etmişdir. Ondan bir neçə gün sonra həmin mobil telefonu tanımadığı müştəriyə satmışdır.Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin mobil telefon özünə məxsus olduğunu bildirmiş, həmin telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 17 iyun 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 31 may 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellasiya məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarına əsasən cəzası 03 il müddətinə endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qərarına əsasən vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmış, lakin məhkəmə istintaqından gizləndiyi üçün xx.xx.2022-ci il tarixli həbs qətiimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili X3 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Bürosunun vəkili X3 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar