Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-474/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində kirayə yaşadığı Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1, 194 nömrəli mənzilindən sonuncuya məxsus “LG” markalı 1700 manat dəyərində soyuducunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1700 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında qızı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşadığı evdən çıxıb yaşamaq üçün yeni bir ev axtarırdı. 2022-ci ilin yanvar ayının 18-də Xırdalan şəhəri ərazisində adını xatırlamadığı bir şəxs makler yani daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan biri olduğunu və ona kirayə ev verə biləcəyini demişdir. O, da həmin şəxslə razılaşmışdır. Daha sonra həmin şəxs ona Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan binada kirayə verilən mənzili göstərmişdir. O, burada özünü mənzilin sahibi kimi təqdim edən Zərərçəkmiş şəxs adlı şəxslə görüşmüşdür. Həmin Elvin adlı şəxs ona evin öz evi olduğunu və ona yaşamağı üçün 400 manata kirayə verə biləcəyini demişdir. O, da Elvinlə razılaşmışdır. Qızı Ülfət ilə birlikdə Elvinin onlara kirayə müqaviləsi əsasında verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzildə aylıq 400 manat ödəməklə kirayə qalmağa başlamışlar. Onlar orada təxminən 2022-ci ilin noyabr ayına qədər qalmışlar. O və qızı bu zaman müxtəlif işlərdə işləyərək kirayə pulunu vermişlər. Lakin sonra o və qızı işdən çıxdığı üçün sentyabr ayından başlayaraq onlar evin kirayə haqqı olan 400 manatı verməkdə çətinlik çəkmişlər. Bu zaman ev sahibi Zərərçəkmiş şəxs də onlara mənzili tərk etməklərini və evə yeni bir kirayəşin gətirəcəyini bildirmişdir. Elvin hər gün onlarla əlaqə saxlayaraq təcili olaraq evdən çıxmaqlarını tələb etmişdir. 2022-ci ilin noyabr ayında isə o, pulu olmadığına və valideynin xəstə olduğuna görə evin kirayə haqqı olan 400 manat pulu Zərərçəkmiş şəxs verə bilməmişdir. Bu zaman ağlına evdə olan ona məxsus olmayan soyuducunu satmaq gəlmişdir. O, evdə olan və Zərərçəkmiş şəxs məxsus olan soyuducunun şəklini çəkərək elan saytı olan “Tap.az” saytına 300 manata satışa qoymuşdur. xx.xx.2022-ci il tarixdə ona tanımadığı nömrədən zəng gəlmiş, danışan şəxs ona soyuducunu almaq istədiyini bildirmişdir. O, da həmin şəxsə evin ünvanını başa salmışdır. Həmin tarixdə saat 22 radələrində tanımadığı şəxs şəxs gələrək soyuducunu almış və ona bunun qaşılığı olaraq 300 manat pul vermişdir. Qızı Şahid2 evə gəlib soyuducunu yerində görmədikdə isə Təqsirləndirilən şəxs qızına soyuducunun Elvin Babyev tərəindən aparıldığını demişdir. Daha sonra o, qızı ilə birlikdə Zərərçəkmiş şəxs məxsus kirayə qaldığı mənzildən çıxaraq Masazır qəsəbəsində kirayə yaşamağa başlamışdır. 2 gün qaldıqdan sonra o, Masazır qəsəbəsində yaşaya bilməyəcəyini başa düşüb kirayə mənzildən çıxmışdır. Hal hazırda o, Bakı şəhəri, Binəqədi rayonu, mərkəz adlanan ərazidə kirayə yaşayır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ipoteka vasitəsi ilə xx.xx.2021-ci il tarixdə öz adına ünvan 2 ünvanından 80 kv.m mənzil almışdır. xx.xx.2022-ci il tarixdə həmin mənzili kirayə vermək məqsədilə saytlarda elan vermişdir. Həmin tarixə qədər mənzildə heç kəs yaşamırdı. 2022ci ilin yanvar ayının 18-də ona Bəxtiyar adlı makler zəng edərək evə yeni müştəri tapdığını demişdir. O, da həmin tarixdə gələrək Bəxtiyar adlı şəxsin ofisində həmin ona məxsus evdə yaşamaq istəyən şəxslərlə görüşmüşdür. Beləliklə, o, özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzilini kirayə müqaviləsi əsasında Təqsirləndirilən şəxs adlı şəxsə aylıq ödəniş 400 manat olmaqla kirayə vermişdir. O, bildiyi qədəri ilə Sevinc evdə qızı ilə birlikdə yaşayırdı. Həmin şəxslər təxminən evdə 11 ay müddətində qalmışdılar. Həmin şəxslər ilk vaxtlar kirayə haqqı 400 manat pulu normal ödəsələrdə son beş ay ərzində kirayə haqqının ödənişi ilə əlaqədar olaraq müəyyən problemlər yaşamışlar. Sevinc evin kirayə haqqını ödəyə bilmədiyi üçün mənzili tərk etməsini və evə yeni kirayəşin gətirəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində binanın mühafizəçisi ona zəng edərək kirayəşinlərin ona məxsus evdən köçmələri barədə məlumat vermişdir. O, dərhal öz mənzilinə doğru gəlmişdir. Evə qalxan zaman kirayəşinlərin köçdüyünü görmüşdür. Evə baxış keçirən zaman Təqsirləndirilən şəxs onun mənzilində olan bir ədəd markasını xatırlamadığı 1700 manat dəyərində soyuducunu oğurlayaraq apardıqlarını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 2022-ci ilin yanvar ayında anası Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşadığları evdən çıxıb yaşamaq üçün yeni bir ev kirayə mənzil axtarırlarmış. 2022-ci ilin yanvar ayının 18-də Abşeron rayonu, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində Elvin adlı şəxsin evində kirayə yaşamağa başlamışlar. Həmin zaman Elvin adlı şəxs evin onun atasına məxsus olduğunu, satmaq istədiyini lakin sata bilmədiyini, ona görə də kirayə verdiyini bildirmişdir. Bu zaman onlar Elvin ilə həmin evin kirayə haqqını 400 manata danışmışdılar. Anası Təqsirləndirilən şəxs ilə birlikdə Elvinin onlara kirayə müqaviləsi əsasında verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzildə aylıq 400 manat ödəməklə kirayə qalmağa başlamışlar. Şahid2 və anası Təqsirləndirilən şəxs orada təxminən 2022-ci ilin noyabr ayına qədər qalmışdırlar. Bu zaman onlar müxtəlif işlərdə işləyərək kirayə pulunu vaxtlı-vaxtında ödəyirmişlər. Lakin bir müddət sonra Şahid2 işdən çıxdığı üçün sentyabr ayından başlayaraq evin kirayə haqqı olan 400 manatı verməkdə çətinlik çəkirmişlər. Bu zaman ev sahibi Zərərçəkmiş şəxs də onlara mənzili tərk etmələrini və evə yeni bir kirayəşin gətirəcəyini bildirmişdir. Elvin hər gün onlarla əlaqə saxlayaraq ona məxsus mənzildən çıxmalarını tələb edirmiş. 2022-ci ilin noyabr ayında Şahid2 özünə məxsus “Samsung A71” markalı mobil telefonu sataraq Zərərçəkmiş şəxs evin kirayə pulunun bir hissəsi olan 150 manat pulu vermişdir. Lakin bundan sonra maddi imkanları aşağı olduğundan evin yerdə qalan kirayə pulunu verə bilməmişlər. Bu zaman Şahid2 və anası X6 Babayevə məxsus mənzildən çıxaraq başqa yerdə kirayə mənzil tapmağı fikirləşmişdirlər. xx.xx.2022-ci il tarixdə Şahid2 işsiz olduğu üçün özünə iş axtarmağa Xırdalan şəhərinə getmişdir. Axşam saatlarında evə gələn zaman evdə soyuducunun yerində olmadığını görmüşdür. Bu barədə anası Təqsirləndirilən şəxs soruşduqda isə anası ona soyuducunu Elvinin gəlib apardığını demişdir. Şahid2 da bundan sonra daha bu barədə anası Təqsirləndirilən şəxs heç bir şey soruşmamışdır. Həmin tarixdə onlar Zərərçəkmiş şəxs məxsus kirayə qaldıqları mənzildən çıxaraq Abşeron rayonu, Masazır qəsəbəsində yeni bir mənzildə kirayə yaşamağa başlamışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, sonuncu ilə barışdığını, ona qarşı şikayətləri və tələbləri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 11 ay 26 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-474/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-474/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver