Məhkəmə qərarları › İş №1(012)-476/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-476/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-476/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fərhad oğlunun, cinayət qanunu ilə əməli törətmiş şəxs X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Goranboy rayonu, Zeyvə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmədə cinayət qanunu ilə əməli törətmiş şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, 25.07.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yerləşən “Metal Qəbulu" sexinin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yəni, Zərərçəkmiş şəxs dəmir metalları çölə yığması səbəbindən yaranmış mübahisə dava - dalaşa çevrilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əli ilə (yumruq və lapatka) qəsdən Zərərçəkmiş şəxs başına, əlinə və bədən nahiyəsindən vuraraq, nəticədə sonuncuya sağ kürək nahiyəsinin qançırı, sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağlı qişasına qansızma, sol əlin ovuc səthinin cırılmış yarası, sol əlin 5 ci barmağı nahiyəsinin qançırı ilə müşayiət olunan YÜNGÜL dərəcəli bədən xəsarətləri yetirmişdir Məhkəmə baxış iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs Zərərçəkmiş şəxsdur. Həmçinin Zərərçəkmiş şəxs 25.07.2021-ci il tarixdə onun barədə Abşeron rayon 2-35 Polis İdarəsinə etdiyi şikayətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs Xırdalan 4 şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində 119 saylı avtobusun yolunda dəmir sexi açıb, onun gediş - gəlişinə mane olur. Buna görə o , Kənana dəfələrlə xəbərdarlıq etmişdir. 25.07.2021-ci il tarixdə saat 10 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində işlədiyi sexin qarşısında olan zaman Kənana dəmir metalları onun sexinin darvazasının qarşısından və sexin içərisindən yığışdırmasını tələb etdikdə Kənan onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Kənan onun üstünə hücum edərək yumruqla onun başına və bədəninə vurub xəsarətlər yetirmişdir. Həmin vaxt o əli ilə Kənani vurub xəsarətlər yetirmişdir. Həmin vaxt o, bel götürüb, Kənanın üstünə hücum etmək istəsədə Kənan yanından uzalqaşmışdır. Həmin vaxt onun yanında olan oğlu Gəray onları aralaşdırmağa başlamışdır. Sonra o, DİN - nin 102 xidmətinə zəng edib, döyülməyi barədə məlumat vermişdir. Onların mübahisəsi 2-3 dəqiqə davam etmiş, ətrafda kiminsə olduğuna fikir verməmişdir. Orada Kənan onun oğlu Gəraya müqavimət göstərməmiş, həmçinin Gərayda Kənana müqavimət göstərməmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki , barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur . O, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində 119 saylı avtobusun yolunda dəmir sexi "Metal qəbulu” işlədir. Həmin dəmirləri sexin qarşısında olan torpaq sahəsinə yığır. Təqsirləndirilən şəxs isə guya çölə yığdığı dəmirlərin onun gediş - gəlişinə maneçelik törətdiyini deyir, buna görə ondan pul istəyir. 25.07.2021-ci il tarixdə saat 10 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində işlədiyi sexin qarşısında olan zaman dəmir metalları öz sexinin qarşısına yığdığına görə Elşən və oğlu Gəray ona yaxınlaşıb, dəmirləri çöldən yığışdırmağını tələb etmiş, o da Elşəngilə dəmirləri yığışdıracağını desə də onlar kobud tərzdə onunla mübahisə etməyə və onu təhqir etməyə başlamışlar . Mübahisə zamanı Elşən onun üstünə hücum edərək yumruqla onun başına, sol əlinə və bədəninə vurub xəsarətlər yetirmişdir. Həmin vaxt o da əli ilə Elşəni vurub ona xəsarət yetirmişdir. Həmin vaxt Elşən bel götürüb, onun kürəyinə bir neçə dəfə vurmuş, bu zaman o, Elşənin yanından uzaqlaşmışdır . Onuda qeyd edirəm ki, mübahisə zamanı orada özləri olmuşdur. O, Kənanın oğlu Gəraya müqavimət göstərməmişdir. X1 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 25.07.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə etdiyi şikayətlərlə tanış olmuşdur . Bildirir ki , Zərərçəkmiş şəxs Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində 119 saylı avtobusun yolunda dəmir sexi açıb, atasının işlədiyi yerin gediş - gəlişinə mane olur. Buna görə atası Elşən ona dəfələrlə xəbərdarlıq etmişdir. 25.07.2021-ci il tarixdə saat 10 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində atasının işlədiyi sexin qarşısında atası Elşənlə metal qəbul edən Zərərçəkmiş şəxs arasında eyni səbəbdən mübahisə etdiklərini və onların bir - biri ilə dalaşdıqlarını görmüşdür. Həmin vaxt o, onlara yaxınlaşıb, atası ilə Kənanı aralaşdırmışdır. Sonra atası Elşən DİN-nin 102 xidmətinə zəng edib, döyülməyi barədə məlumat vermişdir . Onu da qeyd edir ki , mübahisə zamanı orada özləri olmuşdur. Orada Kənan ona, o da Kənana müqavimət göstərməmişdir. Onların mübahisəsi təxminən 2 3 dəqiqə davam etmişdir . Həmin vaxt ətrafda kənar şəxslər olmamışdır . Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixdə verdiyi 1665 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş Xəsarətlər-sağ kürək nahiyəsinin qançırı, sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağlı qişasına qansızma, sol əlin ovuc səthinin cırılmış yarası, sol əlin 5 ci barmağı nahiyəsinin qançırı- bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25.07.2021-ci il tarixdə lapatka və yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdilər ; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan 29.07.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarıbda olan hökmdən görünür ki, X3 barəsində 12 may 2017-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fərhad oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X4 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X4 barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Fərhad oğlu ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd 01 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmişdir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X3 barəsində xitam verilməsinə dair 17 may 2017-ci il tarixli qərar 01 oktyabr 2017-ci il tarixdən əvvələ aid olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə görə şəxsin vəziyyətini ağırlaşdırdığından hazırki halda tətbiq olunmamalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs X4 barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X7 oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X8 oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X4 məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X8 oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar