Məhkəmə qərarları › İş №1(012)-476/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-476/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-476/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4,312.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətləri törətdiyinə, yəni 26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə və 18 noyabr 2021-ci il tarixdə həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilməsinə, sonuncu hökmlə üzərinə daimi yaşadığı yer üzrə təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulduğu halda ona tətbiq edilmiş elektron nəzarət vasitəsinə qanunsuz müdaxilə edib üzərində gəzdirməyərək onun üçün müəyyən olunmuş Lənkəran şəhərinin ərazi hüdudlarından kənara çıxaraq, etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs atası - Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X3 təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsi və ya tamamilə cəzadan azad edilməsi üçün özünün yaxın adamı kimi təqdim etdiyi vəzifəli şəxs olan Abşeron Rayon Məhkəməsinin sədrinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun özü və ya üçüncü şəxslər üçün 5500 (beş min beş yüz) manat rüşvət kimi verib həll edə biləcəyini vəd etməklə aldadaraq birbaşa və ya dolayı yolla ona maddi neməti rüşvət kimi verməyə təhrik etmiş və 2022-ci ilin noyabr ayının əvvəlində ünvan 4 ünvanında yerləşən Abşeron Rayon Məhkəməsinin inzibati binasının yanında Zərərçəkmiş şəxs 3500 (üç min beş yüz) manat məbləğində pulu birbaşa özü almaqla, habelə 09 noyabr 2022-ci il tarixdə saat 20:57-də Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolu, “Yeni Market”-də yerləşən “e-Manat” terminalı vasitəsi ilə 2000 manatı isə onun qanunsuz əməllərindən xəbərsiz olan tanışı Şahid2 adına olan, lakin sonuncu tərəfindən istifadə olunması üçün ona verilən 4098 5844 6748 7110 saylı “Leobank”-ın bank kartına köçürtdürməklə, verdiyi vədlə bağlı heç bir iş görməyərək ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5500 (beş min beş yüz) manat məbləğində pulu, yəni xeyli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı istintaq təcridxanasında saxlanılan qardaşı X5 orada eyni kamerada saxlanılan X6 ilə dostlaşmış, 2022-ci ilin oktyabr ayında qardaşı Samirlə telefon vasitəsi ilə əlaqə saxlayan zaman ona Mehmanın barəsində CM-nin 234.2-ci maddəsi ilə Abşeron Rayon Məhkəməsində cinayət işinə baxıldığını deyib məhkəmə ilə danışıb ona köməklik etməyi xahiş etmişdir. Sonradan onun Mehman da telefon əlaqəsi saxlayıb ondan eyni xahişi etmiş və adamlarının onunla əlaqə saxlayacaqlarını demiş, o, da ona çıxış yolu tapmağa çalışacağını bildirmişdir. Oktyabr ayının sonunda onun ***-***-**-** və ***-***-**-** saylı mobil telefonlarına Mehmanın qohumu kimi özünü təqdim edən Şahid1 ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib Mehmana köməklik etmək lazım olduğunu, Mehmanın mədəsində xəstəlik olduğunu, ailə üzvlərinin ona heç olmasa həbslə bağlı olmayan bir cəza verilməsini istədiyini demiş, sonra Cəsarətdini sorğu-sual edib Mehmanın hansı maddə ilə cəlb edildiyini, əvvəllər məhkumluğunun olub-olmamasını soruşub Mehmanın ən azı üç il müddətinə qolbaqla azadlığa çıxmasına köməklik edəcəyinə çalışacağını, məhkəmədə baxılan işin nə yerdə olmasını və nə qədər xərci olacağını öyrənib yenidən onunla əlaqə saxlayacağını bildirmiş, lakin həmin danışıq vaxtı aralarında konkret hər hansı pul məsələsi müzakirə olunmamışdır. Bir-iki gün sonra Cəsarətdinə zəng edib danışıqlar apardığını və köməklik edə biləcəyini, Mehmanın azadlığın məhdudlaşdırılması cəzasına, yəni elektron qolbaqla azadlığa buraxılmasına görə 3500 (üç min beş yüz) manat verməli olduğunu, hətta danışıq tamamilə azadlığa buraxılacağına da köməklik edəcəyini demişdir. Bu danışıqdan bir-iki gün sonra Cəsarətdin ona zəng edib pulların hazır olduğunu deyəndə ona Abşeron Rayon Məhkəməsinin yanında görüş təyin etmiş, 2022-ci ilin noyabr ayının 1-i və ya 2-si Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasının qarşısında Cəsarətdinlə və görüşə gələn Mehmanın oğlu Zərərçəkmiş şəxsla görüşmüş, həmin vaxt görüşə Müstəqim adlı dostuna məxsus qara rəngli “Mercedes-Benz” markalı E-klass modelli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmiş, üçü həmin yerdə söhbət aparmış, onlar onun şəxsiyyətinə əmin olmaq üçün şəxsiyyət vəsiqəsini göstərməyini istədiklərinə görə şəxsiyyət vəsiqəsinin şəklini Cəsarətdinin telefonuna “WhatsApp” tətbiqinə atmışdır. Onları inandırmaq üçün, yəni guya Mehman Səfərova kömək edə biləcəyinə inandırıb onların pullarını ələ keçirmək məqsədilə Abşeron Rayon Məhkəməsinin sədri X7 rayonunda işlədiyi zaman yaxın dost münasibətlərinin yarandığını demiş, əslində onlara dedikləri həqiqətə uyğun olmamış, Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovun heç vaxt köməkçisi, onunla heç bir münasibəti və qohumluğu olmamışdır. Həmin görüş zamanı onlara hazırda Sədərək Ticarət Mərkəzində çalışdığını, heç bir dövlət qurumunda işləmədiyini, yekə yük maşınlarının olduğunu, Lənkəran rayonundan Rusiyanın Dağıstan Respublikasına mandarın apardığını demiş, həmin vaxt onları özünə inandıra bilmiş, sonra da görüşə gələn Mehmanın oğlu Oqtay cibindən 3500 manat çıxarıb açıq vəziyyətdə ona vermişdir. Həmin pulları sayıb götürüb yaxın vaxtlarda onunla əlaqə saxlayıb məlumat verəcəyini, əgər işi Abşeron Rayon Məhkəməsində görə bilməyəcəyi halda ya götürdüyü pulları geri qaytaracağını, ya da ikinci variant kimi Sumqayıt Apelyasiya Məhkəməsində həll edə biləcəyini demişdir. Bir neçə gün sonra Cəsarətdinin “WhatsApp” tətbiqinə səsli mesaj göndərib ittihamçı prokurorun 3500 (üç min beş yüz) manata Mehmanı buraxmağa razılaşmadığını, guya 6000 (altı min) manata onları razı sala biləcəyini, həmin məbləğin 4000 (dörd min) manatının məhkəmənin, 2000 (iki min) manatının isə ittihamçı prokurorun payı olduğunu demiş, Cəsarətdin ona 6000 manatın çox olduğunu, bu halda qiyməti azca aşağı salıb ona 5500 (beş min beş yüz) manata razı məhkəməni və prokuroru razı sala biləcəyini deyəndən sonra onlar ailə üzvləri ilə məsləhətləşib razılaşmışlar. Onlardan aldatma yolu ilə qalan 2000 (iki min) manatı almaq üçün Cəsarətdinin “WhatsApp” tətbiqinə Şahid2 adına olan 4098 5844 6748 7110 saylı “Leobank” bankının kartının şəklini atıb tam məbləğ olsun deyə 2000 (iki min) manat məbləğində pul vəsaitini həmin karta göndərməsini və çekin şəklini çəkib ona atmasını xahiş etmişdir. 09 noyabr 2022-ci il tarixdə həmin bank kartına “E-Manat” terminalı vasitəsi ilə 2000 (iki min) manat məbləğində pul vurulmuş və Cəsarətdin ona vurulan pulun qəbzini “WhatsApp” tətbiqinə atmış, o, da həmin 2000 (iki min) manat pulu bir neçə saat sonra Lənkəran şəhərində Lənkəran Rayon Məhkəməsinin binasının yaxınlığında yerləşən “UniBank” bankının filialında quraşdırılmış bankomatından çıxarıb özünə götürmüşdür. Mehman Səfərov 11 noyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunandan sonra Cəsarətdin və ailə üzvləri onları aldatdığını bilib 5500 (beş min beş yüz) manatı geri tələb etmiş, onlara həmin pulları qaytara bilməyəcəyini başa düşüb Mehmanın cəzadan azad olunmasına və ya yüngülləşdirilməsinə apellyasiya instansiya məhkəməsində köməklik edəcəyini demiş, xatırlamadığı tarixdə Qobu yolunda çayxanaların birində Oqtay və Cəsarətdinlə görüşdükləri vaxt onlar niyə belə hökmün çıxmasını soruşanda onlara ittihamçı prokurorun razılaşmadığını, ona görə də məhkəmənin belə hökm çıxardığını, bu işə Sumqayıt Apelyasiya Məhkəməsində köməklik edəcəyini, bunun üçün ya Mehmanın özünün, ya da vəkil tutub apelyasiya şikayəti verməli olduqlarını, Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılanda orada danışıb onu azadlığa buraxdıracağını demiş və onlar onunla razılaşmışlar. 10-15 gün keçdikdən sonra Cəsarətdin ona zəng edib Mehmanın ailə üzvləri razılıq vermədikləri üçün pulları geri qaytarmaq lazım olduğunu deyəndə onlara Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovla danışıb pulları alıb onlara qaytaracağını desə də, dedikləri yalan olmuş, onların şikayət etməməsi üçün vaxtı uzatmış, 2022-ci ilin dekabr ayında Cəsarətdin və Oqtayla birlikdə Qobu qəsəbəsi yolunun kənarında görüşüb küçədə söhbət etdikləri vaxt onlar israrla verilmiş pulların geri qaytarılmasını tələb etmiş, onlara guya belə işlərin, yəni pul verildikdən sonra geri almağın çətin olduğunu demiş, hətta Cəsarətdinə Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovun qəbuluna gedib pulu ondan istəməsini də təklif etmişdir. Sonra ona özünün məhkəmənin sədrinə zəng edib onu qəbul etməsini desə də, Cəsarətdin buna razılaşmayıb “pulları sənə vermişik, sən də zəhmət çək özün pulları qaytar” demişdir. Həmin görüş vaxtı çarəsiz qalıb guya gedib “ağsaqqal” ilə, yəni Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovla görüşüb onlara xəbər edəcəyini bildirmiş, bundan sonra onlarla görüşməmiş, çünki pulları qaytarmaq imkanı olmamış, onlar ondan hüquqmühafizə orqanlarına şikayət etdikdən sonra bir neçə dəfə Abşeron Rayon Prokurorluğuna dəvət edilən vaxt gələcəyini bildirsə də gəlməmiş, gəlməkdən boyun qaçırmış və vaxtdan istifadə edib şikayətçi Cəsarətdinə pulların qaytarmasına vaxt verməsinə və şikayətinin geri götürməsinə nail olmaq istəsə də, buna nail ola bilməmişdir. 14 mart 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılaraq prokurorluğa gətirilmiş, cinayət əməlini səmimi etiraf etmiş, əməlimdən peşman olmuş və Cəsarətdinə pulları qaytarmaq niyyətində olmuşdur. Qardaşı Samirin onun Mehmana real kömək etmək imkanının olmaması barədə məlumatsız olmuş, onun qohumlarını aldadacağı barədə qardaşına heç bir söz deməmişdir. Əvvəlki ifadəsində Şahid2 onun xalası olduğunu bildirsə də, əslində o, xalası olmamış, sadəcə onun qızı Sevda ilə uzun illər yaxın münasibətləri olduğuna görə anası Sevinclə də münasibətləri olmuşdur. Sevincin adına olan “Leobank” bankının 4098 5844 6748 7110 nömrəli kartını istifadə etmədiyi üçün xahiş edib bu kartı ondan almış, etdiyi əməldən xalası Sevincin məlumatı olmamışdır. Həmçinin Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovla əvvəllər və hazırda da heç bir münasibəti olmamış, cinayəti törədən zaman Mehmanın adından danışıqlar aparan Cəsarətdinə bu məlumatı onu inandırmaq üçün demiş, bildiyinə görə hazırda Abşeron Rayon Məhkəməsinin sədri işləyən X8 Rayon Məhkəməsində işləyərkən Səbuhi adlı köməkçisi olmuş, cinayəti törədən zaman da onun adaşı olmasından istifadə edib özünü Elçin Kazımovun köməkçisi kimi qələmə vermiş, həmin cinayət nəticəsində əldə etdiyi 5500 manat pulları şəxsi ehtiyaclarına xərcləyərək sərf etmişdir. Qardaşı Samir onun Mehman Səfərova real kömək etmək imkanımın olmaması barədə məlumatsız olmuş, onun qohumlarını aldadacağı barədə qardaşına heç bir söz deməmiş, habelə özü ona tətbiq edilmiş elektron izləmə qurğusunu qəsdən ayağından çıxarıb evdə gizlətmiş, bunu etməkdə məqsədi rahat və gizlin Lənkəran rayonundan digər bölgələrə getmək olmuşdur. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası X6 11 noyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiº, atasının narkotik istifadəçisi olmasını 2022-ci ilin avqust ayında X13 əməkdaşları tərəfindən tutulandan və barəsində narkotikə görə cinayət işi başlanıldıqdan sonra bilmişdir. X14 barəsində həmin fakt üzrə Abşeron Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılan zaman və bununla bağlı Bakı şəhərində yerləşən Bakı istintaq təcridxanasında olan vaxt o, orada tanımadığı bir kamerada oturan şəxslə tanış olmuş və həmin şəxs atasına bir nəfərin mobil telefon nömrəsini verərək həmin şəxsin ona çıxarılacaq hökmdə köməklik edəcəyini, əvvəllər tanımadıqları şəxsin ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini verərək həmin şəxsin adının Səbuhi olduğunu, onunla əlaqə saxlayıb onun məhkəmədə əlaqələri olduğuna görə cəzasında ona Abşeron Rayon Məhkəməsində köməklik edəcəyini demişdir. Həmin şəxslə ilkin telefon əlaqəsini xalası Mərcan Hümbətovanın əri Şahid1 saxlamış, onlar telefonla danışdıqdan sonra Cəsarətdin Səbuhi ilə danışdığını, onun 3500 (üç min beş yüz) manat müqabilində atasını ya qolbaqla çıxardacağını, ya da tamamilə azadlığa buraxılacağını vəd etdiyini demiş, onlar da Səbuhinin təklifi ilə razılaşıb onunla görüş təyin etmişlər. Şahid1la birlikdə Səbuhi ilə 2022-ci ilin noyabr ayında Abşeron Rayon Məhkəməsinin qarşısında görüşmüş, həmin vaxt Səbuhi görüşə qara rəngli “Mercedes-Benz” markalı Eklass modelli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmiş, üçü həmin yerdə söhbət aparmış, onun şəxsiyyətinə əmin olmaq üçün şəxsiyyət vəsiqəsini göstərməsini istəyəndən sonra Səbuhi şəxsiyyət vəsiqəsinin şəklini Cəsarətdinin telefonuna “WhatsApp” tətbiqinə atandan sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Danışıq vaxtı Səbuhi onlara əvvəllər Abşeron Rayon Məhkəməsinin sədri X7 rayonunda birlikdə işlədiyini, orada onun köməkçisi olduğunu, həmin vaxtdan da onların yaxın dost münasibətlərinin yarandığını, lakin hazırda Sədərək Ticarət Mərkəzində çalışdığını, yəni heç bir dövlət qurumunda işləmədiyini, yekə yük maşınlarının olduğunu, Lənkəran rayonundan Rusiyanın Dağıstan Respublikasına mandarın göndərdiyini demişdir. Görüş zamanı Səbuhinin məhkəmədə olan əlaqələrinə və münasibətlərinə inanıb onun atasının azadlığa buraxılmasına köməklik edəcəyinə əmin olub şəxsən ona Cəsarətdinin yanında müxtəlif əskinazlarla ümumilikdə 3500 manat məbləğində pul vermiş, Səbuhi pulları götürüb yaxın vaxtlarda onlarla əlaqə saxlayacağını, əgər işi görə bilməsə pulları geri qaytaracağını demişdir. Bir müddət sonra Səbuhi Cəsarətdinə “WhatsApp” tətbiqinə səsli mesaj göndərib ittihamçı prokurorun 3500 manata razılaşmadığını, danışıq apardığı adamların 6000 manata köməklik edə biləcəklərini, həmin məbləğin 4000 manatının məhkəmənin, 2000 manatının isə ittihamçı prokurorun payı olduğunu demişdir. Ona həmin məbləğin çox olduğunu deyəndən sonra Səbuhi 5500 manata razı salacağını bildirmiş, onlar da məcbur qalıb razılaşmışlar. Bundan sonra Səbuhi Cəsarətdinin “WhatsApp” tətbiqinə Şahid2 adına olan 4098 5844 6748 7110 saylı “Leobank” bankının kartını göndərib tam məbləğ olsun deyə 2000 manat məbləğində pul vəsaitini həmin karta göndərib çekin şəklini ona atmasını xahiş etmişdir. Qohumlardan borc kimi topladıqları 2000 manat məbləğində pul vəsaitini qardaşı Məzahir Səfərov 09 noyabr 2022-ci il tarixdə Hökməli qəsəbəsində yerləşən “Yeni Market”-in içində quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə göstərilən bank kartına 2000 manat məbləğində pul vəsaitini keçirmiş, onlar da pulun karta vurulmasını sübut edən qəbzin şəklini çəkib Cəsarətdinə, o, da öz növbəsində onu Səbuhinin “WhatsApp” tətbiqinə göndərmişdir. 11 noyabr 2022-ci il tarixdə atası Mehman Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləndən sonra onlar Səbuhi ilə əlaqə saxlayanda, o onları sakitləşdirib apellyasiya məhkəməsində işi həll edəcəyini, alınmasa pulu geri qaytaracağını demiş, bundan sonra Səbuhi müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış, son vaxtlar isə ümumiyyətlə telefonlara cavab verməmiş, buna görə də onlar Səbuhi tərəfindən aldadıldıqlarını başa düşərək Abşeron Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişlər. Cəsarətdin telefonunda Səbuhi ilə bu mövzuda bütün danışıqlar, yazışmalar, şəkillər və səsli mesajlar olmuş, aparılan araşdırma zamanı Səbuhi bir neçə dəfə Cəsarətdinlə əlaqə saxlayıb ərizələrini Abşeron Rayon Prokurorluğundan geri götürdükdən sonra pulları geri qaytaracağını vəd etsə də, onlar buna razı olmamışlar. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacanağı X6 11 noyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mehmanın narkotik istifadəçisi olmasını 2022-ci ilin avqust ayında onun X13 əməkdaşları tərəfindən tutulmasından və barəsində narkotikə görə cinayət işi başlanıldıqdan sonra bilmişdir. Mehmanın barəsində həmin fakt üzrə Abşeron Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılan zaman və bununla bağlı Bakı şəhərində yerləşən Bakı istintaq təcridxanasında saxlanılan vaxt o, orada bir kamerada oturan şəxslə tanış olmuş və həmin şəxs bacanağı Mehmana bir nəfərin mobil telefon nömrəsini verərək ona çıxarılacaq hökmdə köməklik edəcəyini demiş, Mehman həmin şəxsin nömrəsini öz ailə üzvlərinə vermiş, onlar da həmin şəxslə danışıq aparmaq üçün böyük kimi ona müraciət etmişlər. 2022-ci ilin oktyabr ayının sonunda öz istifadəsində olan və arvadı Mərcan Hümbətovanın adına rəsmiləşdirilmiş “Bakcell” mobil operatorunun ***-***-**-** saylı mobil telefon vasitəsi ilə danışıqlar aparmaq üçün Səbuhi adlı şəxsin ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamış, Səbuhi ona zəngi gözlədiyini, iş haqqında məlumatlı olduğunu, hətta onun qardaşının da Kürdəxanıda, yəni Bakı istintaq təcridxanasında saxlanıldığını demişdir. Ona Mehmanın mədəsində xəstəlik olduğunu, ailə üzvlərinin ona heç olmasa həbslə bağlı olmayan bir cəza verilməsini istədiklərini dəyəndə Səbuhi də onu sorğu sual edib Mehmanın hansı maddə ilə cəlb edildiyini, əvvəllər məhkumluğunun olubolmamasını soruşmuş və ən azı 3 il müddətinə qolbaqla azadlığa çıxmasına çalışacağını, işin nə yerdə olduğunu, xərcini öyrənib ona deyəcəyini bildirmiş, lakin həmin danışıq vaxtı aralarında konkret hər hansı pul məsələsi müzakirə olunmamışdır. Həmin danışıqdan biriki gün sonra Səbuhi ona zəng edib Mehmanın azadlığın məhdudlaşdırılması cəzası, yəni elektron qolbaqla azadlığa buraxılmasının qiymətinin 3500 manat olduğunu, hətta alınsa Mehmanı tamamilə azadlığa buraxılacağına köməklik edəcəyini demiş, bundan sonra o, Mehmanın ailə üzvləri ilə bu məsələni müzakirə etmiş, onlar da həmin məbləğdə pulları qohumlardan borc kimi yığmış, hazır olandan sonra o, Səbuhi ilə yenidən əlaqə saxlayıb Abşeron Rayon Məhkəməsinin qarşısında görüş təyin etmişlər. Səbuhi ilə görüşüb ona pulları vermək üçün Mehmanın oğlu Oqtayla birlikdə 2022-ci ilin noyabr ayının 1-i ya 2-si Şamaxı rayonundan Xırdalan şəhərinə gəlmiş, həmin vaxt Səbuhi görüşə qara rəngli “Mercedes-Benz” markalı “E-klass” modelli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək gəlmiş və Abşeron Rayon Məhkəməsinin qarşısında görüşmüşlər. Onun şəxsiyyətinə əmin olmaq üçün şəxsiyyət vəsiqəsini göstərməsini istədikdən sonra o, şəxsiyyət vəsiqəsinin şəklini onun telefonuma “WhatsApp” tətbiqinə atmış və bundan sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Onun real kömək edə biləcəyinə əmin olmaq üçün bir neçə sual vermiş, Səbuhi əvvəllər Abşeron Rayon Məhkəməsinin sədri X7 rayonunda birlikdə işlədiyini, orada onun köməkçisi olduğunu, həmin vaxtdan da yaxın dost münasibətlərinin yarandığını, hətta sədr Elçin Kazımovun onun qayınatasının yaxın qohumu olduğunu, Elçin müəllimin Lənkəran rayonundan Abşeron rayonuna sədr kimi təyinat aldıqdan sonra ona sürücü kimi işləməyi də təklif etsə də, həmin təklifdən imtina etdiyini, hazırda isə Sədərək Ticarət Mərkəzində çalışdığını, heç bir dövlət qurumunda işləmədiyini, yekə yük maşınlarının olduğunu, Lənkəran rayonundan Rusiyanın Dağıstan Respublikasına mandarın göndərdiyini demişdir. Qardaşına niyə kömək etməməsini isə Səbuhi qardaşı Samirin həqiqətən də həbsdə olduğu, narkotiklə tutulduğu, ailəsinə baxmadığı, dolandırmadığı, həbsdə ağlının başına gəlməsi üçün özünün onu tutdurduğu, bir il oturub çıxacağı ilə izah etmişdir. Həmin görüş zamanı Səbuhinin məhkəmədə olan əlaqələrinə və münasibətlərinə inanıb onun bacanağı Mehmanın azadlığa buraxılmasına köməklik edəcəyinə inanıb pulu ona vermək qərarına gəlmiş, həmin vaxt onunla gələn Oqtay cibindən 3500 manatı çıxarıb açıq vəziyyətdə ona vermiş, Səbuhi də pulu götürüb sayıb yaxın vaxtlarda onlarla əlaqə saxlayıb nəticəsi barədə məlumat verəcəyini, əgər işi Abşeron Rayon Məhkəməsində görə bilməsə ya pulları geri qaytaracağını, ya da ikinci variant kimi Sumqayıt Apelyasiya Məhkəməsində həll edə biləcəyini demişdir. Bir neçə gün sonra Səbuhi onun “WhatsApp” tətbiqimə səsli mesaj göndərib ittihamçı prokurorun 3500 manata razılaşmadığını, danışıq apardığı adamların 6000 manata köməklik edə biləcəklərini, həmin məbləğin 4000 manatının məhkəmənin, 2000 manatının isə ittihamçı prokurorun payı olduğunu dediklərini bildirmiş, həmin məbləğ çox olduğu üçün Səbuhi danışıb 5500 manata razı salacağını demiş, onlar da məcbur qalıb razılaşdıqdan sonra Səbuhi onun “WhatsApp” tətbiqinə Şahid2 adına olan 4098 5844 6748 7110 saylı “Leobank” bankının kartının şəklini göndərib tam məbləğ olsun deyə 2000 manat məbləğində pul vəsaitini həmin karta göndərməyi və çekin şəklini ona atmasını xahiş etmiş, Mehmanın ailə üzvləri qohumlardan borc kimi topladıqları 2000 manat məbləğində pul vəsaitini Mehmanın digər oğlu Məzahir 09 noyabr 2022-ci il tarixdə Hökməli qəsəbəsində yerləşən “Yeni Market”-in içində quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə göstərilən bank kartına 2000 manat pulu köçürmüş, pulun karta vurulmasını sübut edən qəbzin şəklini çəkib ona, o da qəbzi Səbuhinin “WhatsApp” tətbiqinə göndərmişdir. X9 11 noyabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, düzü belə hökmün çıxmasına inanmayıb bunu gözləməmişlər. Sonra Səbuhiyə zəng edib ona belə hökmün çıxmasını deyib onunla görüş təyin etmiş, xatırlamadığı tarixdə Qobu yolunda çayxanaların birində Oqtayla birlikdə görüşərkən ondan niyə belə hökmün çıxmasını soruşanda Səbuhi ittihamçı prokurorun razılaşmadığı üçün belə hökm çıxdığını, bu işin həllində Sumqayıt Apelyasiya Məhkəməsində köməklik edəcəyini, bunun üçün Mehmanını özünün və ya vəkilin apelyasiya şikayəti verməli olduğunu, orada danışıb azadlığa buraxdıracağını demiş, onlar da məcbur qalıb razılaşmışlar. Bundan 10-15 gün sonra Mehmanın ailə üzvləri razılıq vermədikləri və pulları geri tələb etdikləri üçün Səbuhiyə zəng etmiş, əvvəl o telefona cavab verməsə də, sonradan cavab verib ona pulları geri qaytarmasını istəyəndə Səbuhi də Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovla danışıb pulları alıb qaytaracağını demiş, sonra bir daha konkret xatırlamadığı tarixdə, lakin 2022-ci ilin dekabr ayında Şamaxıdan Xırdalan şəhərinə gəlib bir daha Oqtayla birlikdə Səbuhi ilə Qobu qəsəbəsi yolunun kənarında görüşüb pulun geri qaytarılmasını tələb etmiş, lakin Səbuhi pulu qaytarmaq istəmədiyi üçün başqa söhbətlər aparmağa başlamış, pulu verildikdən sonra geri almağın çətin olduğunu deyib hətta ona özünün Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovun qəbuluna gedib pulu ondan istəməsini təklif etmiş, daha sonra özünün məhkəmə sədrinə zəng edib onu qəbul etməsini xahiş edəcəyini dəyəndə onunla razılaşmayıb “pulları sənə vermişik, sən də zəhmət çək özün pulları qaytar” demişdir. Həmin görüş vaxt Səbuhi ona “ağsaqqal” adlandırdığı Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımovla görüşüb xəbər edəcəyini bildirmiş, sonra Səbuhi müxtəlif bəhanələrlə pulun qaytarılmasını uzatmağa başlamış, ümumiyyətlə telefonlara cavab verməkdən boyun qaçırmışdır. Araşdırma başlayandan sonra Səbuhi onunla bir neçə dəfə telefon əlaqəsi yaradaraq ərizəni geri götürmələrindən sonra pulları geri qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, böyük oğlu Təqsirləndirilən şəxs 2011-ci ildə Şahid4 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 8 yaşlı qızı Həmidə və 7 yaşlı oğlu Nihad vardır. Səbuhi demək olar ki, 11 yaşından işləməyə və maddi dəstək olmağa başlamış, bərbər yanında köməkçi kimi işləmiş, ailəpərvər, ailəcanlı, diqqətli və mehriban olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, umar oyunları oynamamış və spirtli içki qəbul etməmişdir. Lakin son 4 ildə Səbuhi tamam dəyişmiş, 2021-ci ildə dələduzluq etdiyinə görə onun barəsində cinayət işi olmuş, həmin vaxt onlar zərərçəkmiş tərəfə dəymiş ziyanı ödəyəndən sonra Lənkəran Rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması növündə cəza verilmiş və elektron nəzarət vasitəsi tətbiq edilmişdir. 06 aprel 2023-cü il tarixdə yaşadıqları evə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları gəlib Səbuhinin ayağında olmalı olan elektron nəzarət vasitəsinin evdə olmasının göstərildiyi üçün ona baxış keçirib aktlaşdırıb götürmüş, həmin vaxt ona məlum olmuşdur ki, Səbuhi həmin elektron nəzarət vasitəsini ayağından çıxarıb öz otağında gizlətmişdir. Kiçik oğlu Samir Hüccətov Bakı istintaq təcridxanasında saxlanılmış, onun barəsində təxminən yeddi aydır ki, narkotiklə bağlı Lənkəran Rayon Məhkəməsində cinayət işinə baxılmış, o, əvvəllər də narkotikə görə məhkum olunmuşdur. 2022-ci ilin sentyabr-oktyabr aylarında oğlu Samir təcridxanadan ona zəng edib onunla eyni kamerada saxlanılan bir yoldaşın ondan Səbuhiyə həmin şəxsə kömək etmək lazım olduğunu deyib pulu kömək edə biləcəyi təqdirdə götürməsini xahiş etmiş, həmin gün Səbuhi evə qayıdanda Səbuhiyə irad bildirərək “Samir pul-pul deyir, nə işdirsə bilmirəm, amma heç bir işə başını salma və heç kimdən pul götürmə” desə də, Səbuhi ona “boş şeydir” deyib söhbəti davam etməkdən imtina etmişdir. Bundan sonra Səbuhinin həmin şəxslə bağlı heç bir söhbətim olmamış, 2023-cü ilin mart ayının ortalarında Səbuhi işlə bağlı Bakı şəhərində gedəndən sonra ona zəng edib polis əməkdaşları tərəfindən saxlanıldığını, barəsində dələduzluqla bağlı cinayət işi getdiyini demiş, sonradan bilmişdir ki, Səbuhi Samirin dediyi şəxsə kömək etmək adı altında onun ailə üzvlərindən pul alıb ələ keçirmiş, Səbuhinin kimlərlə nə işlər gördüyünü, əldə etdiyi pulları da hara və nəyə sərf etdiyini bilməmişdir. Şahid2 tanımamış, onun qızı Sevda Samirin arvadı Ayna ilə birlikdə çalışmış, həmin vaxtdan da ailəvi münasibətləri yaranmış, yəni bir-birlərinin evinə qonaq gəlib-getmiş, lakin Sevinc onun bacısı olmamış, onun Səbuhi ilə hər hansı bir yaxın münasibətlərin olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək, əlavə olaraq göstərmişdir ki, Səbuhi 2023-cü ilin yanvar ayında söhbət zamanı ona Abşeron Rayon Prokurorluğu tərəfindən axtarıldığını, kimdənsə aldığı pulu qaytarmalı olduğunu desə də, kimdən, nə üçün və nə qədər pul aldığını deməmiş, ümumiyyətlə Səbuhi çox danışan insan olmamış, öz işlərindən az danışmış, ailəyə münasibətdə normal, sakit olmuşdur, 2023-cü ilin mart ayının ortalarında Səbuhi işlə bağlı Bakı şəhərində gedəndən sonra ona zəng edib polis əməkdaşlarının onu saxladığını, barəsində Abşeron Rayon Prokurorluğunda dələduzluqla bağlı cinayət işinin getdiyini demiş, nə ilə bağlı saxlanıldığını soruşanda “o dediyim pul götürdüyüm məsələ ilə bağlı saxlayıblar” deyə cavab vermiş, sonradan bilmişdir ki, Səbuhi həbs olunmuş qardaşı Samirin xahişi ilə onunla bir kamerada saxlanılan şəxsə kömək etmək adı altında həmin şəxsin ailə üzvlərindən pul almış, Səbuhinin kimlərlə və nə işlər gördüyünü, əldə etdiyi pulları hara və nəyə sərf etdiyini bilməmişdir. Şahid2 təxminən 3-4 il olar ki, ailəvi dostları olmuş, lakin əri Səbuhinin əlində və ya istifadəsində Sevincə məxsus qeyd edilən bank kartının olmasını, həmin kart vasitəsi ilə kiminsə pulunu almasını bilməmiş, həmin pulları Səbuhi evə gətirməmiş, evin və ailənin ehtiyaclarına istifadə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ailə dostu olmuş, belə ki, qızı Sevda təxminən 4-5 il əvvəl Səbuhinin qardaşı Samirin arvadı Ayna ilə birlikdə evin yaxınlığında olan “Refem Market”-də çalışmış, həmin vaxtdan da ailə münasibətləri yaranmış, yəni bir-birlərinin evinə qonaq gedib-gəlmiş, Səbuhi və onun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamış, münasibətləri yaxşı olmuş, amma Səbuhi ilə qohum olmamış, onun xalası olmamışdır. “Leobank”-ın 4098 5844 6748 7110 nömrəli kartı ona məxsus olmuş, 2022-ci ilin oktyabr ayında telefon danışığı vaxtı ona evə tərəf gəldiyi halda təzyiq dərmanı almasını xahiş etmiş və bu danışıq vaxtı Səbuhi işi ilə əlaqədar benzin vurulması zamanı ona kart lazım olduğunu deyəndə onun xahişi ilə əlində boş və istifadə etmədiyi bank kartını ona vermiş və həmin kart hal-hazırda da onda olmuş, ona geri qaytarmamışdır. Səbuhinin törətdiyi cinayət əməlində onun kartından istifadə etməsindən heç bir məlumatı olmamış, Səbuhinin tutulmasından sonra bilmişdir ki, onun kartından istifadə edib kiminsə pulunu almış və geri qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 noyabr 2022-ci il tarixli 70779 nömrəli “e-Manat” ödəniş qəbzinin surətindən görünür ki, həmin gün saat 20:57-də Şahid2 son 8 rəqəmi “67487110” olan “Leobank” karına 2000 manat pul mədaxil olunmuşdur. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 050 630-59- 29 və 051 558-28-28 saylı mobil nömrələri ilə Cəsarət Hümbətovun 055 340-41-48 saylı mobil nömrəsi arasında 30 oktyabr 2022-ci il tarixdən 02 yanvar 2023-cü il tarixədək müxtəlif vaxtlarda və müddətlərdə qarşılıqlı danışıqlar aparılmışdır. Şahid1 istifadəsində olan mobil telefona baxış keçirilərkən “WhatsApp” tətbiqi ilə aparılan yazışmalardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının 31-də ona özünün AA1864048 seriyalı S112LD7 fin kodlu, 13 avqust 2030-cu il tarixədək etibarlılıq müddəti olan yeni nəsil şəxsiyyət vəsiqəsinin hər iki tərəfini, noyabr ayında isə 4098 5844 6748 7110 saylı “Leobank”-ın bank kartının fotoşəklini göndərmiş, Şahid1 da ona həmin karta “e-Manat” ödəniş terminalı vasitəsilə 2000 (iki min) manat köçürülməsi barədə 09 noyabr 2022-ci il tarixli qəbzin fotoşəklini atmışdır. Şahid1la Təqsirləndirilən şəxs arasında “WhatsApp” tətbiqi ilə aparılan yazışmaların və səsli danışıqların məzmunu aşağıdakı kimidir: 01 noyabr 2022-ci il, saat 16:55 - Cəsarətdin (səsli mesaj- 36 saniyə): “qardaş oğlu salam, necəsən, nə var, nə yox, nətərdi vəziyyətin, deyirdin xəstələnmişəm, gördüm elə bir az yaxşı deyildin. Səhər sən zəng eləyəndə yanımda adamlar var idi, əməlli danışa bilmədim. Sən axşam getdin özün o adamla söhbət edə bildin, görüşdün, görüşmədin, konkret nəsə dedi, mənə bir “hə”, “yox” de”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 04 noyabr 2022-ci il, saat 19:26 - Cəsarətdin (səsli mesaj – 16 saniyə): “Səbuhi salam, necəsən, nə var, nə yox, işin-gücün necədi, özün neynirsən ?. Nə xəbər çıxdı, təzə xəbərdən zaddan ? danışa bilməmisən ?, neynəmisən ?”xəbərdən zaddan nə var ? vaxtın olanda cavab yaz” saat 19:52 – Səbuhi (səsli mesaj – 18 saniyə): “salam əmi, axşamın xeyir, necəsən, kefin-əhvalın necədi ? şükür salamatçılıqdı bizdə. Sabah inşallah səhər danışım sizə xəbər eləyərəm, görüm hələ nə var, nə yox, deyərəm sizə, narahat olma. Özün necəsən, kefin-əhvalın necədi?” saat 19:53 – Cəsarətdin (səsli mesaj – 18 saniyə): “sağol, çoxsağol, salamatçılıqdı, şükür Allaha. Hə nə olar, danışıb hə-yox edərsən, görək nə var, nə yox, o şeylərlə maraqlandı, maraqlanmadı, razı olacaqlar, bilək işimizi” . saat 21:53 – Səbuhi (səsli mesaj – 20 saniyə): “narahat olma əmi, narahat olma, inşallah bir şey çıxacaq ortalığa, bizə deyib də, görək bir dənə prokuror razılaşsın inşallah, Allahın izni ilə, hər yaxşı olar inşallah, narahat olma, darıxma. Sabah xəbər eləyəcəm inşallah”. 05 noyabr 2022-ci il, saat 20:05 - Cəsarətdin (səsli mesaj –13 saniyə): “Səbuhi salam, nə var, nə yox, neynirsən ? xəbər çıxmadı axı səndən, demişdin səhərə hə-yox deyəcəm, nə oldu, niyə xəbər vermədin ?”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 09 noyabr 2023-cü il, saat 10:45 – Səbuhi (səsli mesaj - 57 saniyə): “salam Cəsarət əmi, sabahınız xeyir, necəsiz, kefiniz-əhvalınız necədi ?. Cəsarət əmi danışdım, daha doğrusu mənə zəng gəldi, dedi ki, Səbuhi üç yarımla razı deyillər, yəni necə razı deyillər, bu tərəf razıdır, o tərəf ki var, onlara.. başa düşürsən azdı da, dörd onun olmalıdır, iki bunların, altı, dedi ayın 11-i üçün bunları həll eləsinlər, ayın 11-i yekunlaşsın da, vaxtı uzatmaq söhbətin qoysunlar qırağa. İndi onlar məndən cavab gözləyirlər nə cavab deyəcəm onlara, neçə gündür mən zəngi gözləyirdim, dünən iş günü deyildi, bu gün nəsə şey elədilər, gözləyirdim zəngi ki, mənə bir cavab desin. Siz də mənimlə danışarsız da, nəsə olsa xəbər eləyin”. saat 15:14 - Cəsarətdin (səsli mesaj - 51 saniyə): “Səbuhi salam, neynirsən, nə var, nə yox ? sən neyləyə bildin, danışa bildin o adamla yoxsa danışmadın ? Vallah bizdə burda ha çalışırıq, iki mini düzəldirik, ancaq beş yüz qalır, lap bəd ayaqda, inşallah sən də gələssən də, özüm də orada olacam, verəcəm məhkəmədən qabaq, çalışım düzəldib verəcəm sənə, olar ? Olar elə gör ? İki mini bir dənə kart nömrəsi atarsan mənə, özünkünü, ya evdə hansınızda varsa, gəlməkdənsə yükləyərəm karta, aramızda beş yüz var, onu da birisigün orda verərəm də sənə”. saat 15:16 - Cəsarətdin (səsli mesaj - 53 saniyə): “yəqin ki, beşinci günə düşür, sən özün də orda olassan da, konkretləşdir onu, o günü düzüb qoşacaqlar, eləməyəcəklər, yəni şey çatacaq da, düzəldə bilsəm, lap sabah axşama ataram karta, ya birisi gün orda görüşərik, uzaqbaşı birisi gün səhər orda olacam, verərəm çatdırarsan, elə bir şey deyil ki, yalançı çıxaq, bu boyda iş görmüşük. O adamla konkretləşdir, gör nə təhər olacaq, buraxılacaq, əlavə pul zad istənməyəcək, onu da bilək”. Təqsirləndirilən şəxs saat 16:17-də Şahid1 **********487110 saylı “Leobank”-ın bank kartının fotoşəklini göndərmişdir. saat 21:06 - Cəsarətdin (səsli mesaj - 7 saniyə): “Səbuhi salam, necəsən, atdılar, yükləndi, bir dənə baxarsan”. saat 21:06 – Səbuhi (səsli mesaj - 8 saniyə): “salam Cəsarət əmi, o çekin şəklini bir dənə mənə atardız da zəhmət olmasa”. Şahid1 saat 21:07-də 4098 5844 6748 7110 saylı “Leobank”-ın bank kartına köçürülmüş pulla bağlı qəbzin fotoşəklini göndərmişdir. saat 21:11 - Cəsarətdin (səsli mesaj - 3 saniyə): “Səbuhi atdım, gör gəldi sənə?” saat 21:39 – Səbuhi – “gəldi əmi”. 10 noyabr 2022-ci il, saat 18:36 - Cəsarətdin (səsli mesaj - 20 saniyə): “Səbuhi axşamın xeyir, necəsən, evdə-eşikdə nə var, nə yox. Sən neyləyə bildin, kiminləsə nəsə danışdın ? bir xəbər demədin axı, sabah olacaq məhkəmə, olmayacaq, bir söz de bizə görək nə olacaq ?”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 11 noyabr 2022-ci il, saat 20:32 - Cəsarətdin (səsli mesaj - 6 saniyə): “Səbuhi niyə cavab vermirsən, mən səndən cavab gözlərirəm e”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 12 noyabr 2022-ci il, saat 08:36 - Cəsarətdin (səsli mesaj - 10 saniyə): “Səbuhi sabahın xeyir, necəsən, hardasan, çıxmısan, çıxmamısan, gəlirsən, gəlmirsən ?” . Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 13 noyabr 2022-ci il, saat 19:41 - Cəsarətdin (səsli mesaj - 11 saniyə): “Səbuhi axşamın xeyir, necəsən, nə var, nə yox, vəziyyət necədi, sən hardasan ? danışardıq”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 15 noyabr 2022-ci il, saat 23:38 - Cəsarətdin (səsli mesaj - 19 saniyə): “Səbuhi bu nə hərəkətdir, utanmırsan məni aldadırsan sən, hesab elə atanı aldadırsan, çox pis hərəkət elədin, ayıbdır sənin üçün. Zəhmət çək vaxtında pulu çatdır, çatdırmasan başın ağrıyacaq”. 16 noyabr 2022-ci il, saat 02:27-02:28 - Səbuhi: “salam axşamın xeyir başa düşmədim bu nə sözdü. Bəlkəm başıma iş gəlib, nəsə problem olub ki, cavab verilməyib. Mən heç kimə ixtiyar vermişəm kimsə mənə ağır söz desin. Məni heç kimlə səhv salma mən o adam deyiləm qaçam gizlənəm.”. saat 11:54 - Cəsarətdin (səsli mesaj – 1 dəqiqə 35 saniyə): “Səbuhi mən bir-iki dəfə sənə işarə elədim ki, mən sənin atan yaşındayam, bu o deməkdi ki, mənə qarşı hörmətsizlik eləmisən, bir neçə gündür ki, ayın 11-dən sonra mənə qarşı hörmətsizlik edirsən, odboy verməklə, telefona gec cavab verməklə, bu mənim problemim deyil, səninlə söz danışmışıq, sənə pul vermişəm iş görməkdən ötrü, iş də görülməyib, sən də demisən, danışmışıq ki, pul qaytarılacaq, məni iki gündür onun-bunun qapısında gözlətməyi icazə vermirəm sənə, dünəndən, srağagündən bura mən əsəblərimlə heç cürə bacara bilmirəm, bu qədər gözləmişəm səni, sənin də borcundu ki, borcunu qaytarasan, danışdığın sözə əməl edəsən. Mən də səni bu gün gözləyirəm, mən sadəcə xəbərdarlıq edirəm hədə qorxu gəlmirəm, nə sən mənim tay-tuşum deyilsən, nə də mən başqası deyiləm, mən sadəcə xəbərdarlıq edirəm ki, aldığını insan kimi bu gün ərzində qaytar, lazım olsa gəlmək lazımdı, kart desən ataram, olmasa mən başqa tədbir görəcəm, ondan sonra inciməyə dəyməz”. Bu səsli mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 13 dekabr 2022-ci il, saat 20:11 - Cəsarətdin : “Səbuhi salam neynirsən, səndən xəbər çıxmadı”. Bu mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. 27 dekabr 2022-ci il, saat 13:53-13:54 - Cəsarətdin : “Səbuhi salam, neynədin, səndən xəbər çıxmadı”. saat 14:10 - Səbuhi : “salam, burdan çıxım gəlim Bakıya xəbər edəcəm sizə”. saat 18:12 - Cəsarətdin : “Səbuhi səndən xəbər çıxmadı”. Bu mesaja Təqsirləndirilən şəxs tərəfindən həmin tətbiq vasitəsilə cavab verilməmişdir. Bundan sonra Şahid1la Təqsirləndirilən şəxs arasında yazışmalar və səsli danışıqlar aparılmamışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Mehman Səfərovun işi ilə bağlı, yəni onu cəzadan azad etmək üçün vəzifəli şəxsə vermək adı ilə əvvəlcə 6000 (altı min) manat pulu rüşvət qismində istəmiş, qarşılıqlı razılıqları əsasında Təqsirləndirilən şəxs bilavasitə və bank kartı hesabına köçürülmə yolu ilə 5500 manat pul verilmiş, sonuncu da aralarında olan razılaşma ilə əlaqədar verdiyi vədə əməl etməmiş və həmin məbləğdə pulu geri qaytarmamışdır. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmədə Təqsirləndirilən şəxs adında şəxs işləməmiş və heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Hüccətov X4 Rayon Məhkəməsi tərəfindən 26 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə (cərimə cəzası tam ödənilmişdir) və 18 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış və məhkəmə hökmü ilə üzərinə qoyulmuş vəzifələr ona izah edilərək ona 24 fevral 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş, onun yeni cinayət törətməsi faktı məlum olandan sonra 06 aprel 2023-cü il tarixdə Elektron Monitorinq İdarəsi ilə əlavə saxlanılmış, İdarə tərəfindən məhkum barəsində son izlənmənin məhkumun yaşadığı ünvan 6 ünvanında olması bildirildiyi üçün şöbənin probasiya məmurları tərəfindən elektron nəzarət vasitəsinin evdə olduğunu bildirmiş, probasiya məmurları tərəfindən elektron nəzarət vasitəsinə baxış zamanı elektron qolbağın bağlı vəziyyətdə mobil qurğunun yanında olduğu müəyyən edilmiş, 2022-ci ilin noyabr ayında da hərəkət trayektoriyasının görünməməsi üçün Abşeron rayonunda olan zaman tətbiq edilən elektron nəzarət vasitəsini qanunsuz yolla açaraq işlək vəziyyətdə yaşadığı ünvanda saxladığı nəticəsinə gəlinmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göeünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakının dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə onu həm dələduzluq, həm də həmin şəxsi rüşvət verməyə təhrik etməyə görə ittiham etməklə, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi və həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsinə gəlinərək, ibtidai araşdırma orqanı tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmiş şəxsin xeyinə hər hansı hərəkət etmək, onlara kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Çünki dərk edir ki, bu üsuldan istifadə etməsə niyyətinə nail olmayacaqdır. Burada dələduzluq cinayətini törədən şəxs yalançı vasitəçilik edir, yalançı vasitəçilik isə başqa cinayət əməlinin törədilməsini şərtləndirən amil deyildir. Belə olan halda Təqsirləndirilən şəxs barəsindəki ittihamdan CM-in 32.4, 312.2-ci maddəsinə dair müddəalar xaric edilməli və həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 5.500 manat maddi ziyanın zərərçəkmiş şəxsə tam ödənilməsinə dair ərizə təqdim etmiş və həminin ziyanın 25% hissəsinin dövlət büdcəsinə ödənilməsinə dair məhkəməyə qəbz təqdim etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibinə CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməli və o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Leobank” kartına 2000 manat pul mədaxil olunması barədə 09 noyabr 2022-ci il tarixli 70779 nömrəli “e-Manat” ödəniş qəbzinin surəti və bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsindəki ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinə dair müddəalar xaric edilsin və həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Leobank” kartına 2000 manat pul mədaxil olunması barədə 09 noyabr 2022-ci il tarixli 70779 nömrəli “e-Manat” ödəniş qəbzinin surəti və bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar