Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-476/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Zeynəb” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun "M10"-a qoşulduğu nömrənin balansına 50 manat pul köçürdükdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olan yerdə qoyulmuş xeyli miqdarda bir ədəd şəffaf rəngli selofana bükülmüş, çəkisi 0,498 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 21 sentyabr 2024-cü il tarixdə saat 07:40 radələrində Abşeron RPİ-nin post patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Mədrəsə adlanan ərazidə saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilərək polis idarəsinin inzibati binasında 21 sentyabr 2024-cü il tarixdə saat 10:40-dan saat 10:55-ə kimi üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş, çəkisi 0,498 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, özü üçün almışdır, istintaqda verdiyi ifadəsini təsdiq edir, əməlindən peşimandır, bunu nəzərə alıb yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi evdə kirayə yaşayır. Uzun müddətdir ki, narkotik vasitələri və psixotrop maddələri heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 05:00 radələrində İnstaqramda tanış olduğu Zeynəb adlı İran vətəndaşından 50 (əlli) manata razılaşıb, pulu Zeynəbin göndərdiyi karta “MilliÖn” aparatından M10 vasitəsi ilə göndərmişdir. Təxminən 5 dəqiqə sonra həmin şəxs onun ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” a psixortop maddənin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olduğu yeri atmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib Zeynəb adlı İran vətəndaşının göndərdiyi yerdən psixotrop maddə metamfetamini götürərək şəxsi istifadəsi üçün saxlamışdır. 21 sentyabr 2024-cü il tarixdə saat 07:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Mədrəsə adlanan ərazidə olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmışlar və onunla şifahi sorğu-sual apararaq onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin idarənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Polis idarəsinə gələrkən üzərində olan psixotrop maddə metamfetamini kənara atmağa imkan tapmamışdır. Abşeron rayon polis idarəsində polis əməkdaşlarının və ora dəvət olunmuş vəkilinin iştirakı ilə üstümə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffav rəngli sellofana bükülmüş ağ rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetamini könüllü olaraq çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılmış və ona ekspertizaya göndəriləcəyi izah edilmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırlarına imza etmişdir. Həmçinin digər iştirakçılar da protokola imza etmişlər. Sonra polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:40 radələrində iş yoldaşı Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə 57-16 çağırışlı avtopatrulla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında xidmət aparan zaman Mədrəsə adlanan ərazidə bir nəfər qadın cinsli şəxsin özünü şübhəli aparmasını və onları görüb sürətlə hərəkət edərək getməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq birlikdə Abşeron rayon polis idarəsinə gəlmiş və onlar raport yazıb həmin şəxsi idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxsin xx.xx.2000-ci il tarixdə Goranboy rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. İdarə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid2, Abşeron RPİ-nin dəftərxana operatoru X2 və prossesə dəvət olunmuş vəkil X4 iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kağıza bükülmüş bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan olan kağız bükümdəki psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə gecə saat 05:00 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zeynəb adlı İran vətəndaşından 50 (əlli) manata razılaşıb, pulu onun göndərdiyi “MilliÖn” aparatından M10 vasitəsi ilə göndərmiş, təxminən 5 dəqiqə sonra həmin şəxs onun mobil telefonunun “Whatsapp” na psixortop maddənin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olduğu yeri atmış, sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib Zeynəb adlı İran vətəndaşının göndərdiyi yerdən psixotrop maddə metamfetamini götürərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitəvə psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs qıznın üzərinə şəxsi axtarış keçirilmş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş X2 elan edilmiş ifadəsində göstərmişdir ki, o, Abşeron rayon polis idarəsinin dəftərxananın operatoru vəzifəsində işləyir. Bildirmişdir ki, 21 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində işdə olduğu zaman Abşeron RPİ-nin polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin qəbulunda üzərində gəzdirməkdə şübhəli bilinən bir nəfər qadını şübhəli şəxs qismində saxlayaraq Abşeron RPİ-nə gətirdiklərini bildirərək həmin qadının üzərində şəxsi axtarış keçirilən zaman prosesdə iştirak etməsini ondan xahiş etmişlər. O, polis əməkdaşlarının dəvətini qəbul edib sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzərində şəxsi axtarış keçirilməsi prossesində iştirak etməsinə razılıq vermişdir. Sonra Abşeron RPİ-nin post patrul xidnəti bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq gətirilmiş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq onun, Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri polis serjantları Şahid2, Şahid1 və prossesə dəvət olunmuş vəkil X4 iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kağıza bükülmüş bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan olan kağız bükümdəki psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə gecə saat 05:00 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zeynəb adlı İran vətəndaşından 50 (əlli) manata razılaşıb, pulu onun göndərdiyi “MilliÖn” aparatından M10 vasitəsi ilə göndərmiş, təxminən 5 dəqiqə sonra həmin şəxs onun mobil telefonunun “Whatsapp” na psixortop maddənin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olduğu yeri atmış, sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib Zeynəb adlı İran vətəndaşının göndərdiyi yerdən psixotrop maddə metamfetamini götürərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra təhqiqatçının göstərişi ilə tərəfindən Təqsirləndirilən şəxs qıznın üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 sentyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan olan kağız bükümdə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə Abşeron RPİ-nin xidməti otaqlarından birində təqsirləndirilən şəxs X1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 21 sentyabr 2024-cü il tarixdə qeydə alınır. Çəkilişin müddəti 15 dəqiqədir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Abşeron rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri polis serjantları Şahid1, Şahid2 və Abşeron RPİ-nin dəftərxanasının operatoru X2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kağıza bükülmüş bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan kağız bükümdəki psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə gecə saat 05:00 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zeynəb adlı İran vətəndaşından 50 (əlli) manata razılaşıb, pulu onun göndərdiyi “MilliÖn” aparatından M10 vasitəsi ilə göndərmiş, təxminən 5 dəqiqə sonra həmin şəxs onun mobil telefonunun “Whatsapp” na psixortop maddənin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində olduğu yeri atmış, sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib Zeynəb adlı İran vətəndaşının göndərdiyi yerdən psixotrop maddə metamfetamini götürərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitəvə psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs qıznın üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürüldü. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkiliş 05 dəqiqə 57 saniyə davam etmişdir. Tərəfimdən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 24 sentyabr 2024-cü il tarixli, telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona "xxxx" MMCə məxsus +**********62; ***-***-**-** saylı GSM kart quraşdırılmışdır. Baxış zamanı mobil telefona daxil olan, çıxan, qəbul edilməyən zənglər, mesajlar və qalereya menyusunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Telefonun "Whatshapp web" tətbiqi menyusuna daxil olunduqda həmin proqram tətbiqinin +99***-***-**-** saylı nömrədən qeydiyyatdan keçməsi məlum oldu. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri ilə "Whatshapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********55 saylı telefon nömrəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4666 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,498 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 6432 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməli özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 09 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırkı cinayət əməlini də 21 sentyabr 2024-cü il tarixdə şərtı sınaq dövründə törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmamasını, cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi, cəzanın onun islah olunmasına təsirini və habelə CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)-1109/2023 saylı qərarı şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və CM-nin 67.1 maddəsinə əsasən həmin cəzanın çəkilməmiş qalan 09 ay 27 gün müddətinə olan hissəsi hazırki hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdən xx.xx.2024-cü il tarixədək etibarən həbsdə saxlanıldığı 02 gün müddət cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olduğundan və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən hazırki hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,448 qram psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd gümüşü rəngli üzərində ağ rəngli üzərində “VERBATİM DVD-R” sözləri yazılmış “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)- 1109/2023 saylı qərarı şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Həmin cəzanın çəkilməmiş qalan 09 ay 27 gün müddətinə olan hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,448 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd gümüşü rəngli üzərində ağ rəngli üzərində “VERBATİM DVD-R” sözləri yazılmış “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Goranboy rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-476/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-476/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver