Məhkəmə qərarları › İş №1(012)-477/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-477/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-477/2020 08.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs X2 və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçinın iştirakı ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X6 xx xxxx 2020-ci il saat 08.30-da idarə etdiyi Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən, Bakı- amaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 52-ci kilometrində, «Yol arəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci ıssəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün jhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət itirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, hərəkət zamanı diqqətini ,aim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, sükan arxasında yuxuladığından idarəetməni itirərək avtomobil sol yolayırıcı beton zolağa dəyib aşmış, nəticədə ehtiyatsızlıqdan avtomobildəki sərnişinlər Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağdan Vİİ-Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, sol said və sol diz oynağı nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, hər iki gicgah sümüyünün almacıq çıxıntısının yerdəyişmiş sınıqları, əngin lefor İİ tipli sınığı, burun sümüklərinin, sol orbitanın aşağı divarının qəlpəli və sağ İV qabırğanın sınıqları, alt çənə və sol dirsək oynağı nahiyyələrinin əzilmiş-cırılmış yaraları, alnın sağ və sol, sağ yanaq, sol yanaq, sol əl və sol baldır nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs1 sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetrirmiş, habelə Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə 7201 (yeddi min iki yüz bir) manat maddi ziyan yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə X2 göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi Lada- Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun 52-ci kilometrliyinə çatdıqda avtomobili sağ zolaqda təxminən 90-100 km/saat sürətlə hərəkət etdirərkən ani anda özündən asılı olmayaraq onu yuxu tutmuş, birdən taqqıltı səsinə ayıldıqda qarşısında avtomobilinin sağda ehtiyat hissədə çınqıllığa çıxdığını görmüşdür. Sağa çökəkliyə aşmamaq üçün avtomobilin sükanını sola burmuş, avtomobil yenidən asfalt yola qayıdıb ondan asılı olmayan səbəbdən orta beton zolağa toxunaraq sağa aşmışdır. Hadisə nəticəsində avtomobilində özü qabaq sağ oturacaqda əyləşmiş, qonşusu Zərərçəkmiş şəxs2, arxa sol oturacaqda əyləşən qonşusu Məlahət və onun yanında əyləşən sonuncunun qonşusu Nazilə xəsarət almışlar. Aldığı xəsarətlə əlaqədar müalicə olunması üçün zərərçəkmiş şəxslərə yardım etmişdir. Xəstəxanadan çıxana kimi Zərərçəkmiş şəxs3 müalicəsinə lazımi maddi yardım etdiyinə görə sonuncu ibtidai istintaq zamanı ondan şikayətçi olmaması barədə ərizə vermiş, sonradan Nazilə ondan əlavə pul istəmiş, vermədiyinə görə ondan şikayətçi olmuşdur. Gücü çatan qədər pul vermək istəsə də Nazilə pulu qəbul etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxslə barışmaq istəyir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində Vəfanın idarə etdiyi Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Məlahət və Ülviyyə ilə birgə Bakı-Şamaxı yolu ilə rayondan Bakı şəhərinə gələrkən telefonu ilə məşğul olduğu üçün yola diqqət etməmiş, bir anda yol qəzası baş vermişdir. Arxa oturacaqda oturduğu üçün yol qəzasının hansı şəraitdə baş verdiyini görməmiş, lakin yol qəzası Vəfanın səhlənkarlığından baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onlar xəsarət almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə əlaqədar gələcəkdə müalicəsinə 8000 manat pul lazımdır. Ona dəymiş ziyanı tam ödəmədiyinə görə X1 şikayətçidir. İbtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış Hüseynova X3 Vəfa Vaqif qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbinin təmin olunmasını, mülki cavabdeh X1 yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş xəsarətlərin müalicəsi nəticəsində vurulmuş maddi ziyanın, yəni 5000 manat pulun alınıb, ona verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində tanışı Vəfa Allahyarovanın idarə etdiyi Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə qonşusu Nazilə və qızı Ülviyyə ilə birgə İsmayıllı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı- Yevlax yolunun 52-ci kilometrliyinə çatdıqda qəfildən Vəfa darəetməni itirdiyindən avtomobil yolun sağına çınqıl hissəyə çıxmış, Vəfa avtomot yola qaytarmış, avtomobil yolun solundakı beton zolağa dəyərək asfaltda aşmışdır. Avtomobildə arxa sağ oturacaqda solda onun yanında qonşusu Nazilə, qabaq sağ oturacaqda isə qızı Ülviyyə oturmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində onlar xəsarət almışlar. Hadisədən az əvvəl Vəfa avtomobili orta sürətlə hərəkət etdirmiş, onların qarşısında maneə olmamış, əyləşdiyi ıvtomobil başqa avtomobilə toxunmamışdır. Ona lazimı köməklik etdiyinə görə X4 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində rəfiqəsi Vəfa Allahyarovanın idarə etdiyi Lada-Granta markalı avtomobillə İsmayıllı rayonundan Bakı qəhərinə gələrkən Bakı şəhərinə çatmağa az qalmış ani anda avtomobil sağ ehtiyat hissəyə çınqıllığa çıxmış, Vəfa tormoz vermiş, lakin avtomobil dayanmadan irəliyə sola hərəkət edib asfalta çıxmış, yenidən solda olan beton zolağa dəyib asfaltda aşmışdır. Avtomobildə qabaq sağ oturacaqda, arxa sağda anası Məlahət, onun yanında isə qonşusu Nazilə oturmuşdur. Hadisə nəticəsində onlar xəsarət almışlar. Hadisədən az əvvəl əyləşdiyi avtomobil başqa avtomobillə toqquşmamışdır. Ona lazimı köməklik etdiyinə görə X4 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərər çəkmiş «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində Bakı-Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 52-ci kilometrliyində Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi ev 81-də yaşayan 1980-ci il təvəllüdlü X6 idarə etdiyi Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək aşmışdır. Nəticədə sürücü V.Allahyarova, sərnişinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Hadisə zamanı «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus avtomobilə 7201 manat ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1069 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağdan Vİİ-Vİİİ qabırğaların yerdəyişməyən sınıqları, sol said və sol diz oynağı nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1070 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, hər iki gicgah sümüyünün almacıq çıxıntısının yerdəyişmiş sınıqları, əngin lefor İİ tipli sınığı, burun sümüklərinin, sol orbitanın aşağı divarının qəlpəli və sağ İV qabırğanın sınıqları, alt çənə və sol dirsək oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları, alnın sağ və sol, sağ yanaq, sol yanaq, sol əl və sol baldır nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 24Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bazu sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin aşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan lamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/799 saylı rəyinə əsasən Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı omobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» srbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə disənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X6 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixli, 2/7900 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 12:35-də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Sürücülük vəsiqəsininin surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə AD 028919 seriyalı, B kateqoriyalı sürücülük vəsiqəsi almış, xx.xx.2023-cü il tarixədək ehtibarlıdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-in xx xxxx 2020-ci il tarixli 016-51642-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X2 DİN DYPİ X5 informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. X4 xx.xx.2013-cü il tarixində AD seriyalı 028919 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. «Vaz Servis» mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli E/325 nömrəli ziyan aktından görünür ki, Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 7201 (yeddi min iki yüz bir) manat ziyan dəymişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq zamanı verilmiş notariat qaydasında təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, X6 tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların X4 qarşı şikayətləri və tələbləri yoxdur. Zərərçəkmiş şəxs «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyət tərəfindən ibtidai istintaq zamanı verilmiş ərizədən görünür ki, «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin X4 qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmədə X2 həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, X4 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, X2 ilk dəfə böyükictimaitəhlükətörətməyəncinayəttörətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə ehtiyatsızlıqdan böyük ictimayi cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxx» MMC-yə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir və mülki iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Bundan başqa, məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçinın göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Lada-Granta markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxx» MMC-yəqaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçinın göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs və mülki cavabdeh X4 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar