Məhkəmə qərarları › İş №1(012)-477/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-477/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-477/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili X2 iştirakı ilə xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzə rayonu Qala qəsəbəsi, Xaşa Xuna bağ massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.05.2021-ci il tarixdə saat 15 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant şəhərciyi bina-6, blok-2, mənzil 71-72 də yerləşən üç otaqlı evinə qanunsuz daxil olaraq, ev sahibinin oğlu Şahid1 yataq otağında yatdığından istifadə edərək, hamam otağına qoyulmuş sandığın kilidini əvvəlcədən özü ilə götürdüyü dəmirkəsən qayçı ilə kəsərək, sandıqda olan qara rəngli çantadan 5200 manat pulu, balaca əl çantasının içərisindən 1100 manat pulunu və dörd ədəd hər biri 500 manat olmaqla 2000 (iki min) manat dəyərində qızıl üzüklərini, 400 manat dəyərində bir cüt sırğanı, 700 manat dəyərində bir ədəd qadın üçün qızıl qol saatını, 400 manat dəyərində bir ədəd medalyonu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 9800 (doqquz min səkkiz yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sabirabad rayonunda daimi qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Bakı şəhər, Xəzər rayonu, Qala qəsəbəsində fərdi yaşayış evində kirayə yaşayır. Qohumu Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Zərərçəkmiş şəxs onun barəsində Abşeron rayonu Mehdiabad polis bölməsinə vermiş olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş, Zərərçəkmiş şəxs onun həyat yoldaşının xalasının əridir. O, qohumu Zərərçəkmiş şəxs evində əvvəllər təmir işləri görmüş və həmin evdə əvvəllər olduğu üçün, evdə nəyin harda olduğunu yaxşı bilir. 05 may 2021-ci il tarixdə o, ailə üzvlərilə birlikdə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, «Qarant» şəhərciyində yaşayan qaynanasının evinə qonaq getmiş, 12.05.2021-ci il tarixdə səhər saatlarında o, tək qohumu Zərərçəkmiş şəxs evinə qonaq getmiş, Zərərçəkmiş şəxs və arvadının həkimə getdiklərini görmüş, bir az orada onlarla söhbət edəndən sonra, Zərərçəkmiş şəxs və arvadı ilə birlikdə evdən çıxıb qaynanasının evinə qayıtmışdır. O, evə gələndən sonra Zərərçəkmiş şəxs və arvadının həkimə getdiyini, Vaqifin oğlu Elmədinin evdə tək qaldığını və növbədən gəldiyi üçün yatdığını görmüşdür. O, özü ilə dəmir kəsən kəlbətin götürmüş, təkrarən Vaqif Aliyevin evinə qayıtmış, evə daxil olanda Elməddinin yataq otağında yatdığını görmüş, Elməddin yatdığı üçün onun otağa daxil olduğundan xəbəri olmamışdır. O, bundan istifadə edərək digər yataq otağına keçmiş, həmin yataq otağında olan hamama daxil olmuş, həmin hamamda olan bir ədəd sandığın kilidini, qabaqcadan özü ilə götürdüyü dəmir kəsən kəlbətinlə kəsmiş və sandıqda qara əl çantasında olan 5200 (beş min iki yüz) manat pulu götürmüş, sonra isə orada olan digər balaca əl çantasınıda götürmüş və həmin çantanın içərisinə baxanda pul olduğunu görmüşdür. O, həmin balaca əl çantasını pul qarışıq cibinə qoymuş və gəldiyi kimi də evdən çıxmışdır. O, evdən çıxıb həyətə düşmüş, binadan bir az aralaşandan sonra, cibində olan balaca çantanı çıxarıb içərisindəki pulu saymış, həmin çantanın içərisində 1100 (bir min yüz) manat pul olduğunu müəyyən etmişdir. O, həmin 1100 manat pulu çantadan götürmüş, evdən oğurladığı 5200 manat pulun üstünə qoymuş, sonra isə çantanın içərisinə baxanda orada ağ solofana bükülmüş bir ədəd əldə düzəlmə üzərində ağ rəngli dişləri olan damağ və bir ədəd qırmızı əski parçasının olduğunu görmüşdür. O, həmin əl çantasına başqa heç nə görmədiyi üçün, həmin əl çantasını, Vaqif Alıyevin yaşadığı binadan, yani oğurluq etdiyi binadan təxminən 200 metr aralıda olan zibilliyə atmışdır. O, əlində olan çantanı zibilliyə atandan sonra, bir başa yaxınlıqda olan kafeyə getmiş, O, kafedə Elməddinin qardaşı Haqverdi ilə görüşüb çay içmişlər, çay içəndən sonra, Haqverdi kafedə qalmış, o isə kafedən çıxıb, şəhərcikdə yaşayan tanışı Anar adlı şəxsdən avtomobilini alıb, ailə üzvülərini həmin avtomobilə əyləşdirərək, kafedəndə Haqverdini götürüb birlikdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kirayə yaşadığı evinə getmişdir. Haqverdi avtomobildə onu gözləmiş, o, ailə üzvülərini, yəni həyat yoldaşını və az yaşlı övladını avtomobildən kirayə yaşadığı evinə düşürmüş, oğurladığı puldan 80 manat götürmüş, qalan pulu isə yaşadığı evdə hamamda olan su qızdırıcının içərisində gizlətmişdir. O, avtomobilə əyləşərək yenidən Haqverdi ilə birlikdə Mehdiabad qəsəbəsində yerləşən «Qarant» şəhərciyinə qayıtmış, Anarın avtomobilini özünə qaytarmış, bundan təxminən 3-4 saat sonra, Haqverdi və tanışları ilə kafedə oturub yemək yemişlər. Həmin vaxtı Haqverdinin atası Zərərçəkmiş şəxs ora gələrək onu çağırıb kafedən çölə çıxartmış, ona birlikdə evə getməklərini bildirmişdir. O, Vaqif Alıyevlə birlikdə Vaqifin yaşadığı evə getmiş, evdə Vaqif ona evindən pul oğurlandığını, həmin pulun oğurlanmasında ondan şübhələndiyini bildirmişdir. O, əvvəlcə oğurluq etdiyini boyun almamış, yəni onun evindən oğurluq etmədiyini bildirmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs ondan Mediabad polis bölməsinə şikayət etmişdir. O, polisə dəvət olunmuş, polisdə olarkən əvvəlcə yalan danışmaq istəsədə, sonradan oğurluğ etdiyini etiraf edərək boynuna almış və yaşadığı ünvana gedərək, evdə gizlətdiyi 6220 (altı min iki yüz iyirmi) manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, polis əməkdaşlarına Vaqifin evindən oğurladığı balaca əl çantasının içərisindən pulları götürəndən sonra, çantada qızıl zinyət aşyalarının olduğunu bilmədiyini, bu səbəbdən də həmin çantanı zibilliyə atdığını və polis əməkdaşları ilə birlikdə həmin çantanı atdığı yerə baxış keçirsələrdə, həmin əl çantasını oradan tapa bilməmişlər. Ola bilsin ki, o əl çantasının içərisinə yaxşı baxmamış, orada qızıl zinyət əşalarının olduğunu görməmiş, həmin qızılları çantanın içərisində zibilliyə atmışdır. O, kiminsə həmin çantanı içərisində olan qızıl zinyət əyşaları ilə birlikdə tapıb götürdüyünü düşünmüşdür. O, Zərərçəkmiş şəxs evindən oğurluğu tək etmiş, onun oğurluq etməsini ailə üzvüləri və digər heç kim bilməmişdir. O yaşadığı evdə pulu gizlədəndə bu barədə həyat yoldaşına və avtomobildə onu gözləyən Haqverdiyə heç nə deməmiş, etdiyi oğurluq əməlindən peşman olmuşdur. O, Zərərçəkmiş şəxs evindən sandıqdan qara çantadan 5200 manat, balaca çantanın içərisindən isə 1100 manat oğurlamaqla, Zərərçəkmiş şəxs evindən ümumilikdə 6300 manat pul oğurlamış və əl çatansında qızıl zinyət əşyalarının olmasını bilməmişdir. O, oğurladığı pulunu hamısını qaytarmışdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X8 ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində ailəsi ilə birlikdə yaşayır. Onun evindən oğurluq etmiş X6 onun baldızı qızının əridir. 12.05.2021-ci il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs onların evinizə qonaq gəlmiş, həmin vaxtı oğlanları Elməddin və Haqveri evdə olmuşlar. O, həyat yoldaşı Gülüstan Alıyeva ilə birlikdə həkimə getmiş, həmin vaxtı onlara qonaq gəlmiş Təqsirləndirilən şəxs onlarla birlikdə evdən çıxmış, oğlanları Haqverdi və Elməddin evdə qalmışlar. O, həmin günü saat 19 radələrində evə qayıdanda yaşadığı evin yatağ otağının hamam otağında olan sandığın qapağının kilidinin qırıldığını görmüş, sandığa baxanda həmin sandığda qara çantanın içərisinə qoyduğu 6300 (altı min üç yüz) manat pulun və 3500 manat dəyərində olan qızıl zinyət əşyalarının, həmin qızıl zinyət əşyalarından 4 ədəd hər birinin 500 manat dəyəri olan qızıl barmaqçıl, bir cüt 400 manat dəyərində olan sırğa, bir ədəd 700 manat dəyərində qadın üçün olan qızıl qol saatı, bir ədəd 400 manat dəyərində medalyonun oğurlandığını müəyyən etmişdir. Həmin oğurluq nəticəsində ümumilikdə ona 9800 (doqquz min səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. O, dərhal qohumu Təqsirləndirilən şəxs şübhələnmişdir. Ona görə ki, Pərvin onlar evdən çıxıb həkimə gedəndən sonra, onun oğlu Haqverdiyə zəng edərək, Haqverdini çayxanaya çağırmış, bundan sonra Elməddinin evdə yatılı olmasından və onların evdə olmadıqlarından istifadə edərək, evdən oğurluq etmişdir. O, çayxanaya getmiş, Pərvini çayxanadan çağırıb evinə dəvət etmiş, evdə Pərvinə onun evindən oğurluq olmasını, həmin oğurluğda ondan şübhləndiyini bildirmiş, həmçinin Pərvinə onun evindən oğurladığı pulu və qızıl zinyət əşyalarını qaytarsa, ondan polisə şikayət etməyəcəyini bildirmişdir. Lakin Pərvin onun evindən oğuluq etdiyni boynuna almamış, O məcbur olub, bu barədə Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, onun evindən pulu və qızıl zinyət əşyalarını Pərvin oğurlamışdır. Pərvin oğurladığı pulu yaşadığı evdə gizlətmiş, içərisində qızıl zinyət əşyaları olan əl çantasını isə Qarant şəhərciyinin yaxınlığında olan zibilliyə atmışdır. Pərvin onların evindən oğurladığı pulunu qaytarsada, onlar Qarant şəhərciyinin yaxınlığında olan həmin zibillikdən Pərvinin zibilliyə atdığı çantanı və içərisində olan qızıl zinyət əşyalarını tapa bilməmişlər. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, onun evindən oğurladığı qızıl zinyət əşyalarının dəyərində pulu qaytaracaqdır. O, da Pərvinə inanmış bu səbəbdən də polis idarəsinə ərizə ilə müraciət edərək onun evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası olmağını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi «Qarant» yaşayış kompleksində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun xalası qızının əridir. 12.05.2021-ci il tarixdə təxminən saat 15 radələrində Pərvin onların evinə qonaq gəlmiş, həmin vaxtı atası Vaqif, anası Gülüstan, qardaşı Haqverdi və o evdə olmuşlar. Onun atası Zərərçəkmiş şəxs və anası Gülüstan Alıyeva birlikdə həkimə getmişlər. Həmin vaxtı onlara qonaq gəlmiş Təqsirləndirilən şəxs onun atası və anası ilə birlikdə bərabər onların evindən çıxıb getmişdir. Onların evində o və qardaşı Haqverdi qalmışdır. O, növbədən gəldiyi və yorğun olduğu üçün qonaq otağında yatmışdır. Həmin günü saat 19 radələrində atası Vaqif və anası Gülüstan evə gəlmişlər. Onun atası Vaqif Aliyev evlərinin yataq otağının hamam otağına geçəndə orada sandığın qapağının üzərində olan kilidinin qırıldığını görmüş, sandığın içərisinə baxanda, sandığın içərisində qara çantanın içərisinə qoyduğu 6300 (altı min üç yüz) manat pulun və 3500 (üç min beş yüz) manat dəyərində olan qızıl zinyət əşyalarını, həmin qızıl zinyət əşyalarından hər biri 500 manat olan 4 ədəd 2000 manat dəyərində qızıl barmaqçıl, 400 manat dəyərində olan bir cüt sırğa, 700 manat dəyərində olan bir ədəd qadın üçün qızıl qol saatı, 400 manat dəyərində bir ədəd medalyonu oğurlandığını, yani 6300 manat pulumuzu və 3500 manat dəyərində qızıl zinyət əşyalarımızın oğurlandığını müəyyən etmişdir. Atası Zərərçəkmiş şəxs dərhal qohumları Təqsirləndirilən şəxs şübhələndiyini bildirmiş, ona görə ki, atası və anası evdən çıxıb həkimə gedəndən sonra, Pərvin onun qardaşı Haqverdiyə zəng etmiş, Haqverdiyni yaxınlıqda olan çayxanaya çağırmış, onun qardaşı Haqverdi çay sifariş etsədə, Pərvin gec cəldiyi üçün bir müddət çayxanada gözləmiş, lakin Pərvin çayxanaya getməmişdir. Haqverdi Pərvinə zəng edib harda olduğunu soruşmuş, Pərvin yolda olduğunu tez bir zamanda gələcəyini, mağazadan şirniyyat aldığını, Haqverdiyə isə onu çayxanada gözləməyi bildirmişdir. O isə növbədən çıxıb yorğun olduğu üçün evdə yatmış, bundan istifadə edən Təqsirləndirilən şəxs onların evindən oğurluq etmişdir, bu səbəbdən də atası Vaqif qohumları Təqsirləndirilən şəxs şübhələnmişdir. Onun atası Zərərçəkmiş şəxs çayxanaya getmiş Pərvini çağırıb evlrinə gətirmiş, evdə Pərvinə onların evindən oğurluq olduğunu, həmin oğurluğda Pərvindən şübhələndiyini bildirmişdir. Atası Vaqif həmçinin Pərvinə evilərindən oğurladığı pulu və qızıl zinyət əşyalarını qaytarsa ondan polisə şikayət etməyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs oğurluq etdiyini boynuna almamış, onun atası Vaqif məcbur olub evlərindən oğurluq olması və həmin oğurluqda Pərvindən şübhələnməsi barədə Mehdiabad polisinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluğu Pərvin etmiş, pulu yaşadığı evdə gizlətmiş, içərisində qızıl zinyət əşyaları olan əl çantasını isə onların evlərinin yaxınlığında olan zibilliyə atmışdır. Pərvin onların pulunu qaytarsada, onlar həmin zibillikdən həmin çantanı və içərisində olan qızıl zinyət əşyalarını tapa bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi «Qarant» yaşayış kompleksində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun xalası qızının əridir. 12.05.2021-ci il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs onların evinə qonaq gəlmiş, həmin vaxtı atası Vaqif, anası Gülüstan, qardaşı Elməddin və o, evdə olmuşlar. Atası Zərərçəkmiş şəxs və anası Gülüstan Alıyeva birlikdə həkimə getmək istəmişlər, həmin vaxtı onlara qonaq gəlmiş Təqsirləndirilən şəxs onun atası və anası ilə birlikdə evdən çıxıb getmişdir. Onlar gedəndən sonra qardaşı Elməddin növbədən gəldiyi və yorğun olduğu üçün öz otağında yatmışdır. Atası və anası evdən çıxandan təxminən 20-30 dəqiqə sonra Pərvin istifadəsində olan telefonla ona zəng etmiş və bildirmişdir ki, “qəsəbədə olan çayxanaya get və orada çay sifariş et”. O da evdən çıxıb çayxanaya getmiş, qardaşı Elməddin yatdığı üçün evdə qalmışdır. O çayxanaya getmiş, çay sifariş etmiş və bir müddət gözlədikdən sonra Pərvinin gəlmədiyini görüb ona zəng etmiş, Pərvin mağazadan şirniyyat alıb gəldiyni bildirmişdir. O, da təxminən 1 saata yaxın gözlədikdən sonra Pərvin çayxanaya gəlmiş və onlar birlikdə çay içmişlər. Onlar çay içəndən sonra Pərvin tanışı Anar adlı şəxsə zəng edib ondan avtomobilini istəmiş, Anar özü evdə olmadığını, avtomobilinin açarlarının mağazada olduğunu bildirmişdir. Pərvin gedib Anara məxsus olan avtomobili götürmüş, həmin avtomobilə ailə üzvülərini əyləşdirmiş, sonra isə gəlib çayxanadan onu da götürmüş, onlar birlikdə Pərvinin yaşadığı Xəzər rayonuna getmişlər. Pərvin ailə üzvülərini Xəzər rayonunda yaşadığı evə düşürmüş, sonra isə onunla birlikdə Mehdiabada qayıtmışdır. Həmin günü saat 19 radələrində atası Vaqif və anası Gülüstan evə gəlmiş, atası Vaqif evlərinin yataq otağının hamam otağına keçəndə orada olan sandığın qapağının kilidinin qırıldığını görmüş, sandığın içərisinə baxanda qara çantanın içərisinə qoyduğu 6300 (altı min üç yüz) manat pulun və 3500 (üç min beş yüz) manat dəyərində olan qızıl zinyət əşyalarınının oğurlandığını müəyyən etmişdir. Atası dərhal qohumları Təqsirləndirilən şəxs şübhələndiyi üçün ona zəng etmiş, ona görə ki, onlar öz aralarında müzakirə edərək, Pərvinin onlara qonaq gəlməsini, ona zəng edib çayxanaya çağırmasını, çayxanaya bir saat gec gəlməsini və Elmədinin evdə yatdığını bildiyi üçün, həmin oğurluqda Təqsirləndirilən şəxs şübhələnmişlər. Atası Pərvini evlərinə dəvət etmiş, evdə Pərvinə onlarn evindən oğurluq olduğunu, həmin oğurluğu Pərvindən şübhələndiyini demişlər, atası Pərvinə onların evlərindən oğurladığı pulu və qızıl zinyət əşyalarını qaytarsa ondan polisə şikayət etməyəcəyini demişdir. Lakin Pərvin oğurluq etdiyini boynuna almamış, buna görə də, onun atası Zərərçəkmiş şəxs məcbur olub Təqsirləndirilən şəxs Mehdiabad polis bölməsinə şikayət etmişdir. Sonradan həmin oğurluğu Pərvin etdiyi məlum olmuş, oğurladığı pulu yaşadığı evdə gizlətmiş, içərisində qızıl zinyət əşyaları olan əl çantasını isə onların evlərinin yaxınlığında olan zibilliyə atmışdır. Pərvin onların pulunu qaytarsada, onlar həmin zibillikdən həmin çantanı və içərisində olan qızıl zinyət əşyalarını tapa bilməmişlər. Məhkəmə iclasında şahid X9 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi «Qarant» yaşayış kompleksində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Qrant yaşayış massivində Pərvin onlarla qonşu olmuş, normal münasibətləri var, heç bir düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs usta olduğu üçün əvəllər onun evini təmir etmişdir. Təqsirləndirilən şəxs onun evini təmir edən vaxtı lazım olanda gedib onun «NAZ-Lifan» markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını onun evinin oqarşısında yerləşən mağazasından götürüb, təmir üçün evə lazım olan tikinti materialları alıb gətirmiş. Onun avtomobilinin açarları demək olar ki, həmişə yaşadığı evinin yaxınlığında olan mağazasında divardan asılı vəziyyətdə olur. 12.05.2021-ci il tarixdə Pərvin özü gələrək mağazadan avtomobilin açarlarını götürmüş və idarə etmişdir. O da Pərvinə inandığı üçün ona etibar etmiş, bu səbəbdən də o yuxudan ayılıb mağazaya gələndə avtomobilin açarlarının orada olmadığını görəndə, avtomobilinin açarlarını Pərvinin götürdüyünü demişlər. O, istifadəsində olan ***-***-**-** mobil telefonla Pərvinin istifadəsində olan mobil nömrəyə zəng etmiş, Pərvin ona ailə üzvülərini Xəzər rayonunda kirayə qaldığı evə düşürüb gələcəyini bildirmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Pərvin onun avtomobilini gətirib öz yerində saxlamış və avtomobilin açarlarınıda öz yerindən asmışdır. O, sonradan Pərvinin Mehdiabad qəsəbəsi «Qrant» yaşayış massivində yaşayan qohumu Vaqifin evindən oğurluq etdiyini eşitmişdir. O, hadisə barədə sonradan eşitdiyi üçün Pərvini hadisədən sonra görməmiş və bu səbəbdən də Pərvindən hadisə barədə heç nə soruşmamışdır. Onun həmin hadisə barədə heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 14.05.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 6300 (altı min üç yüz) manat pul maddi sübut kimi tanınaraq sahibi X10 qaytarılması qərara alınmışdır. 13.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 15.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 22.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Sabirabad rayon MİS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Sadıqov X3 rayonu, 20 Yanvar küçəsi, bina-30, ev-30 ünvanında qeydiyyatdadır və himayəsində 04.12.2017-ci il təvəllüdlü Mübariz Sadıqov adlı bir azyaşlı övladı var. İş materiallarında olam Bakı şəhər Xəzər İHB-tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Qala qəsəbəsində fərdi evdə yaşayır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2017-ci il təvəllüdlü Mübariz Sadıqov adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13.05.2021-ci il tarixdən 15.05.2021-ci il tarixədək şübhəli şəxs qismində 02 gün nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 6300 (altı min üç yüz) manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13.05.2021-ci il tarixdən 15.05.2021-ci il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 04 gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 6300 (altı min üç yüz) manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar