Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-477/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2anından boş şüşə bankalarını təhvil vermək üçün götürüb evi tərk etdikdə arvadı Zərərçəkmiş şəxs evinin həyətinin giriş darvasına qədər çıxıb onun arxasınca baxdığını gördükdə bundan əsəbiləşərək geri qayıdıb Zərərçəkmiş şəxs bunun səbəbini soruşduqda sonuncunun həmin hərəkəti ilə bağlı onunla Zərərçəkmiş şəxs arasında yaşadıqları həmin evin həyətində aralarında ailə münaqişəsi zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verərkən o həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib əlindəki həmin içərisi boş olan şüşə qablardan birini (bankanı) sonuncunun baş nahiyəsinə qəsdən vuraraq sındırmaqla Zərərçəkmiş şəxs başın sol gicgah nahiyəsinin kəsilmiş yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1993-cü ildə ailə həyatı qurmuş və birgə nigahdan dörd övladı var. Əvvələr münasibətləri yaxşı olsa da, son zamanlar Mətanətlə aralarında ailə daxili sözlə mübahisələri yaranır. 11 noyabr 2024-cü il tarixdəsaat 11 radələrində yaşadığı evdə mətbəxdə olan özünə məxsus iki ədəd boş şüşə qablarını (banka) götürüb qəsəbədən qatıq aldığı yerə təhvil vermək məqsədi ilə çıxmış və evin həyətinin darvazasından çıxıb bir qədər getdikdə arxaya baxarkən arvadı Mətanətin darvazanın girişindən, yəni küçə hissəsindən onun arxasınca baxdığını görmüşdür. Buna görə geri qayıdıb ondan nəyə görə onun arxasınca baxdığını soruşmuş, Mətanət də ona kobud şəkildə cavab verdiyi üçün yaşadıqları evin həyətində aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbiləşərək əlində olan boş şüşə bankasının birini Mətanətin baş nahiyəsinə vurmuş, həmin banka sınmış və şüşə parçaları onun başını kəsməklə xəsarət yetirmişdir. O, bundan sonra evin həyətindən çıxıb getmişdir. Mübahisə yaşadıqları evin həyətində baş vermiş və təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı yanlarında başqa şəxsin olmadığını, həmin vaxt Mətanətin ona müqavimət göstərmədiyini və onu vurmadığını göstərmişdir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, şikayətverən şəxslə barışdıqlarını, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şikayət verən şəxs Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan dörd övladı var. Əvvələr əri Faiqlə münasibətləri yaxşı olsa da, son zamanlar ailə daxili sözlə mübahisələri yaranır. 11 noyabr 2024-cü il saat 11 radələrində Faiqin evdən çıxıb gedərkən onun boş şüşə bankalarını götürüb qatıq aldığı yerə təhvil verəcəyinə əmin olmaq üçün arxasınca çıxıb baxmaq istəmiş və həmin vaxt evin həyətinin giriş darvazasının qarşısında küçədə Faiqin arxasınca baxarkən Faiq onu görüb geri qayıtmışdır. Geri qayıtdıqdan sonra nəyə görə onun arxasınca baxdığını soruşmuş, o da onun boş şüşə bankalarını götürübgötürmədiyini bilmək üçün evdən həyətə çıxdığını söyləmişdir. Bu səbəbdən yaşadıqları evin həyətində aralarında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Faiq əlindəki boş şüşə banka ilə onun baş nahiyəsindən vurmuş və həmin vaxt o başından xəsarət almışdır. Sonra Faiq həyətdən çıxıb getmişdir. O, da bu barədə telefonla oğlu Fərid Əlizadəyə demiş, Fərid də bununla bağlı DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Həmin hadisə baş verən zaman yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanı Faiqə müqavimət göstərmədiyini və onu vurmadğını, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını, ona hər hansı bir formada maddi ziyan dəymədiyini, Faiqin onun başına vurduğu boş şüşə bankası sındığı üçün həmin şüşə parçalarını hadisədən sonra evin yaxınlığında xatırlamadığı əraziyə atdığını, şikayət və tələbi ona xəsarət yetirən əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2625 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər – başın sol gicgah nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sınmış şüşə parçasının təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-477/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-477/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver