Məhkəmə qərarları › İş №1(012)-478/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-478/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-478/2020 02.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi, vəkil Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx.xx.2003-cü ildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 mənzil 11-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan X1 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X3 özgə əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 mənzil 11 ünvanında anası Qanuni nümayəndə həmin evdə qonaq qismində müvəqqəti qalan rəfiqəsi Zərərçəkmiş şəxs məxsus yataq otağındakı paltar dolabında saxladığı 2600 (iki min altı yüz) manat məbləğində nəğd pulunu oğurlayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək kəndi, ev 7, mənzil 11-də anası ilə birlikdə yaşayır. Təxminən 3 il olar ki, internet şəbəkəsində «İnstagram» sayıtında müxtəlif adlarla səhfələri olmuşdur. Həmin ərəfədə o, Rəşad adlı şəxslə tanış olmuşdur. 2019-cu ilin noyabr ayında Rəşadla Bakı şəhərində, Sahil metrostansiyasının yanında görüşmüşdür. Həmin vaxtdan onların münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs isə anası Qanuni nümayəndə iş yoldaşıdır. Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən evini təmir etdirdiyindən xx xxx 2020-ci il tarixdə sonuncu öz azyaşlı qızı ilə birlikdə onlara qonaq gəlmişdir. Həmin gün saat 21 radələrində anası Pərvanə ilə birlikdə Pərvanəgilə getmişlər. Pərvanənin azyaşlı qızı Könül isə onunla evdə qalmış və Könülü yatızdırmaq üçün anasının yataq otağına keçmişdir. Yataq otağına daxil olan zaman paltar dolabının siyirtməsinin əyri qaldığını görmüşdür. Həmin siyirtməni çıxardıb yerinə taxan zaman, sellofona bükülmüş pul olduğunu görüb, siyirtməni düzəldib yerinə salmışdır. Səhəri gün saat 10 radələrində Pərvanə gəlmiş və təxminən 20 dəqiqədən sonra anası Sevincdə evinə gəlmişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində anası Pərvanə ilə birlikdə evdən çıxıb getdikdən sonra siyirtmədə gördüyü pulları oğurlamaq qərarına gəlmişdir. Buna görə də anasının yataq otağının pəncərəsinin açıq olmasından istifadə edib, yataq otağına keçmiş, paltar dolabının siyirtməsini açıb orada sellofana bükülmüş pulu açıb saydıqda həmin pulun 2600 manat məbləğində olduğunu görüb götürmüşdür. Daha sonra anasının yataq otağında olan tremonun siyirtməsini açıb orada yataq otağının açarını götürüb, yataq otağına girdiyi pəncərəni bağlayıb, otağın qapısını açıb bayıra çıxmışdır. Daha sonra anasının yataq otağının qapısını bağlamış və Könülün planşeti ilə, internet şəbəkəsində, İnstaqrma saytında «Qasanova.0104m» adlı səhfə açıb həmin səhifədə Rəşadın vasitəsi ilə tanıdığı «Məcnun» adlı tanışına yazıb sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Məcnun da ona Biləcəri qəsəbəsində olduğunu və ora gəlməyini bildirmişdir. Evdən çıxıb taksiyə minib Biləcəri qəsəbəsinə getmiş və 1 gün Məcnun evində qaldıqdan sonra xx xxx 2020-ci il tarixdə Rəşadla əlaqə saxlayaraq, onunla görüşmək istədiyini bildirmişdir. Rəşad ona işdə olduğunu, işini qurtardıqdan sonra saat 15 radələrində onunla Bakı şəhəri, Sahil metrostansiyasının yaxınlığında görüşə biləcəyini bildirmişdir. Rəşadla görüşən zaman sonuncuya anasının onu evdən qovduğunu, buna görə də qalmağa ev axtardığını bildirmişdir. Onlar Rəşadla birlikdə dəniz kənarı bulvara getmişlər, orada Rəşad internet vasitəsi ilə ev kirayələri saytına girib 28 May metrostansiyasının yaxınlığında kirayə ev tapmışdır. Onlar birlikdə həmin evə baxmağa getmişlər və ev xoşuna gəldiyindən həmin evi 250 manata kirayə tutmuşlar. Rəşadla birlikdə «28 Mall» ticarət mərkəzinə gedib oğurladığı puldan 300 manat məbləğində alış-veriş etdikdən sonra evə qayıtmışlar. Həmin gündən onlar birlikdə qalmağa başlamışlar və xx xxx 2020-ci il tarixdə o, oğurladığı puldan özünə 470 manata 01 ədəd «Redim Note 8» markalı mobil telefon, 15 manata telefon qabı, 20 manata isə 01 ədəd qulaqçıq almışdır. Bundan başqa o, oğurladığı puldan özü üçün 70 manat dəyərində olan kosmetika, təxminən 150 manat civarında paltarlar almışdır. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları anası Sevinc və Pərvanə ilə birlikdə onun iş yerinə gəlib Abşeron rayon polis idarəsinə aparmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs isə onunla eyni redaksiyada müxbir işləyir. Zərərçəkmiş şəxs atasına məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən evi onun keçmiş əri X4 təmir etdirirmiş. Pərvanəgilin evində qalmağa şərait olmadığından xx xxx 2020-ci il tarixdə Pərvanə azyaşlı qızı Məmmədlova Könül Azər qızı ilə birlikdə onun yaşadığı ünvan 2 mənzil 11-ə köçmüşdür. Pərvanə özü ilə gətirdiyi 2600 manat pulu sayıb mənə vermiş və həmin 2600 manat məbləğində pulu sellofan paketə qoyub yataq otağındakı paltar dolabında əl dəsmallarının arxasına qoymuşdur. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində o, Pərvanə ilə birlikdə evdən Bakı şəhərinə çıxıb getmişlər. Saat 12 radələrində Pərvanənin qızı Könül Pərvanəyə zəng vuraraq, Gülarənin evdən çıxıb getdiyini bildirmişdir. Buna görə də o, Pərvanə ilə birlikdə evə qayıtmışdır. Evə qayıdanda Gülarənin evdə olmadığını görüb, 2600 manat pulu qoyduğu yerə baxdıqda, pulun yerində olmadığını aşkar etmişlər. Onlar Gülarəni axtarmağa başlamışlar, lakin Gülarəni tapa bilməmişlər. Həmin gün Pərvanə pulunun oğurlanması barədə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlkdə Gülarən axtarmaba başlamışlar. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ilə birlikdə Gülarəni tapıb Abşeron rayon polis idarəsinə gətirmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildən Bakı şəhərində yerləşən «Cəbhə İnfo» xəbər portalı redaksiyasında müxbir vəzifəsində işləyir. Qanuni nümayəndə isə onunla eyni redaksiyada mühasibatçı işləyir. Yaşadığı atasına məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən evi təmir etdirmək qarına gəlmişdir. Həmin evin təmir işlərini Qanuni nümayəndə keçmiş əri X5 görürmüş. Təmir işlərini başlamazdan əvvəl onun cəmi 4000 manat məbləğində pulu olmuş, təmir işlərinə görə həmin puldan 1400 manat xərcləmişdir. Həmin evdə qalmağa şərait olmadığından xx xxx 2020-ci il tarixdə o, azyaşlı Məmmədlova Könül Azər qızı ilə birlikdə Qanuni nümayəndə yaşadığı ünvan 2 mənzil 11-ə müvəqqəti olaraq köçmüşdür. Özü ilə gətirdiyi 2600 manat məbləğində pulu sayıb Sevincə vermiş, Sevincdə 2600 manat pulu sellofan paketə bükərəkə yataq otağındakı paltar dolabında əl dəsmallarının arxasına qoymuşdur. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində o, Sevinclə birlikdə evdən çıxıb getmişlər. Saat 12 radələrində qızı Könül ona zəng vuraraq, Gülarənin evdən getdiyini bildirmişdir. Buna görə də Sevinclə birlikdə evə qayıtmışlar. Evə qayıdanda Gülarənin evdə olmadığını görüb, 2600 manat pulu qoyduqları yerə baxıb 2600 manat məbləğində pulun yerində olmadığını aşkar etmişlər. Pulun oğurlandığını görüb DİN-nin 102 zəng xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Kompleks Ambulator Məhkəmə Psixaiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı kənaraçıxma halları müəyyən edilmədiyindən o iş üçün əhəmiyyətli hesab edilən halları qavraya və bu barədə ifadə verə bilər. Həmçinin Təqsirləndirilən şəxs yalan danışmağa özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətləri normaya uyğun olduğundan o, etdiyi hərəkətləri düzgün qavramaq və anlamaq qabiliyyətinə malikdir. AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutlar qiymətləndirilməsi haqqında qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bir manatlıq, 02 ədəd on manatlıq, 03 ədəd beş manatlıq, 09 ədəd iyirmi manatlıq, 01 ədəd əlli manatlıq, 02 ədəd iyirmi qəpik, 10 ədəd on qəpik, 03 ədəd beş qəpik, 02 ədəd üç qəpik və əskinazlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə X1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı X1 göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı X1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə X2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması, Azərbaycan Respublikası CM-in 59.1.13-cü cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 85.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut kimi tanınmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bir manatlıq, 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 09 ədəd 20 manatlıq, 01 ədəd 50 manatlıq, 02 ədəd 20 qəpik, 10 ədəd 10 qəpik, 03 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və əskinazlar ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X6 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pulXırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X1 cəzaçəkmə müddətinin başlanğıcı işin icraya yönəldilməklə onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X6 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd bir manatlıq, 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 09 ədəd 20 manatlıq, 01 ədəd 50 manatlıq, 02 ədəd 20 qəpik, 10 ədəd 10 qəpik, 03 ədəd 5 qəpik, 02 ədəd 3 qəpik və əskinazlar ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar