Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-478/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il təvəllüdlü, Ucar rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəli məıhkum olunmamış, Ucar rayonu, Boyat kəndin qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhə “Kristal Abşeron” yaşayış massivində yeni tikilidə yaşayan, barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona birinci qrup əlil kimi təqaüd düzəltdirəcəyini vəd edib, işin düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adı ilə vahid niyyət ilə aldadaraq etibarından sui - istifadə etmə yolu ilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllə, 4-cü dalan , 3 saylı evdə 25 iyul 2021-ci tarixdə 2000 (iki min) manat, həmin evdə 05 avqust 2021-ci il tarixdə 250 (iki yüz əlli) manat, avqust 2021 -ci il tarixdə 150 (yüz əlli) manat, 14 avqust 2021 -ci il tarixdə 100 (yüz) manat, cəmi 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolı özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı X5 təqaüdünü bərpa etdirəcəyini vəd edib, işin düzəldilməsində kömək edəcək şəxsə verəcəyi ad aldadaraq etibarından sui istifadə etmə yolu ilə sonuncunun yaşadığı Abşeron rayc Məhəmmədi kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, 5 nömrəli binanın 56-cı mənzilində 15 avı 2021 -ci il tarixdə 2000 (iki min) manat, sonuncuya dövlət tərəfindən güzəştli şərtlərlə m; verilməsində kömək edəcəyini vəd edib aldadaraq etibarından sui istifadə etmə yolu ilə yaşadığı həmin evdə 17 avqust 2021 -ci il tarixdə 8000 (səkkiz min) manat, cəmi 10000 (on min) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 ona məcburi köçkün olduğu üçün dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib inandırararaq etibarından sui istifadə etmə yolu ilə vahid niyyətlə aldadaraq Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 10 avqust 2021 -ci il tarixdə 460 (dörd yüz altmış) manat, həmin yerdə 19 avqust 2021 -ci il tarixdə 4000 (dörd min) manat, həmin yerdə 22 avqust 202 ci il tarixdə 2000 (iki min) manat, həmin yerdə 28 avqust 2021-ci il tarixdə 1300 (min üç yüz) manat, cəmi 7760 (yeddi min yeddi yüz altmış) manat məbləğində pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyi adı ilə aldadaraq etibarından sui istifadə etmə yolu ilə 23 avqust 2021-ci il tarixdə yaşadığı Abşeron rayonu. Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllə, 4-cü dalan, 3 saylı evdə 2000 (iki min ) manat, həmin evdə 30 avqust 2021-ci il tarixdə 1000 (min) manat, cəmi 3000 ( üç min ) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs7 atası Kərəm Bəbirova təqaüd düzəltdirəcəyini vəd edərək işin düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adı ilə aldadaraq etibarından sui istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs7 Qusar rayonundan “emanat” və “milliön” aparatı vasitəsi ilə onun **********940371 nömrəli hesab kartına 03 sentyabr 2021-ci il tarixdə göndərdiyi 3135 (üç min yüz otuz beş) manat, 16 oktyabr 2021-ci il tarixdə göndərdiyi 270 manat, cəmi 3400 (üç min dörd yüz) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 2-ci qrup əlilliyini bərpa etdirəcəyini vəd edib, bu işdə kömək edəcək şəxsə verəcəyi adı ilə vahid niyyətlə onu aldadaraq etibarından sui istifadə etmə yolu ilə 15 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Çinar marketdəki” “millön” aparatından onun hesabına göndərdiyi 900 (doqquz yüz) manat , 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, A.Nemətulla küçəsi, 54 saylı binanın birinci mərtəbəsində yerləşən “Kapitalbankm bir kart mərkəzinin” “emanat” aparatından Aqşin Qənləərlinin hesabına göndərdiyi 1000 (min) manat, cəmi 1900 (min doqquz yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu il; özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib, bu işdə kömək edən şəxsə verəcəyi adı ilə vahid niyyətlə onu aldadaraq etibarından sui istifadə etmə yolu ilə 27 avqus 2021-ci il tarixdə Bakı şəhəri, Moskva prospektində, 2 saylı Notariat kontorunun qarşısında 250 (iki min beş yüz) manat pulunu, sonuncunun Bakı şəhəri, N.Nərimanov rayonu, A.Nemətulla küçəsi, 54 saylı binanın birinci mərtəbəsində yerləşən “Kapitalbankın bir kart mərkəzinin “emanat” aparatından Təqsirləndirilən şəxsmn **********940371 nömrəli hesab kartına 04 sentyab 2021ci il tarixdə göndərdiyi 450 manat, həmin "emanat” aparatından 15 sentyabr 2021-ci ıl tarixd göndərdiyi 270 (iki yüz yetmiş) manat, həmin “emanat” aparatından 17 sentyabr 2021-ci ıl tarixd göndərdiyi 1720 (min yeddi yüz iyirmi) manat, həmin “emanat” aparatından 05 oktyabr 2021-ci tarixdə göndərdiyi 100 (yüz) manat pulunu, 28 oktyabr 2021-ci il tarixdə “kapitalbanka” aid özün məxsus **********201352 seriyalı “birkartından” Təqsirləndirilən şəxs **********940371 nömrə hesab kartına göndərdiyi 2000 (iki min) manat, cəmi 7.040 (yeddi min qırx) manat pulunu alıb əl keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu i özgənin əmlakını ələ keçirmək məqsədi ilə müvəqqəti yaşadığı Xırdalan şəhəri, H.Əlivt prospektində yerləşən “Tuado” otelində xadimə işləyən X4, oğl X13 yüksək əmək haqqı olan işə düzəldəcəyini vəd edib, iş- düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adı ilə vahid niyyətlə aldadaraq etibarından s istifadə etmə yolu ilə 07 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Xırdalan şəhəri, “Krist Abşeron” yaşayış massivində Zərərçəkmiş şəxs2 oğlu Nurlan Tacıyevə verdiyi 1000 (min) manat pulu sonuncudan alıb, beləliklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunu ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 qızma onun qızı X10 Əmək və Əhalinin Müdafiəsi Nazirliyində problemli Şöbədə işə düzəldəcəyi vəd edib, bu işdə kömək edəcək şəxsə verəcəyi adıyla aldadaraq etibarından sui istifadə etmə yc ilə 08 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5nm yaşadığı ünvan 2 ünvanda 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müvəqqəti yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Tuado” otelində xadimə işləyən Zərərçəkmiş şəxs2 “Yuni banka” olan 5000 (beş min) manat borcunu ləğv etdirəcəyi adı ilə aldadaraq etibarından sui istifadə etmə yolu ilə 18 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Xırdalan şəhəri, “AAAF park” yaşayış massivində Qıztamam X1 verdiyi 2500 (iki min beş yüz) manat pulu sonuncudan alıb, beləliklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunu ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1, ona müharibə veteranı olduğu üçün dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib, vahid niyyətlə aldadaraq etibarından sui istifadə etmə yolu ilə 06 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə 1000 (min) manat, 09 noyabr 2021ci il tarixdə, saat 16 radələrində Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivində 1200 (min iki yüz) manat, 22 noyabr 2021-ci il tarixdə sonuncunun tanışı Şahid4 vasitəsiylə 4800 (dörd min səkkiz yüz) manat, cəmi 7000 (yeddi min) manat pulunu alıb ələ keçirərərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6, anas X3 təqaüd düzəltdirəcəyini vəd edib inandırararaq, işir düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs6 Qusar rayonundan “emanat” və “milliön” aparatı vasitəsilə onun **********940371 nömrəli hesab kartına 06 sentyabr 2021-ci il tarixdə göndərdiyi 1821 (min səkkiz yüz iyirmi) manat, 13 noyabr 2021-ci il tarixdə göndərdiyi 450 (dörd yüz əlli) manat, 14 noyabr 2021-ci il tarixdə göndərdiyi 600 (altı yüz) manat, 2021-ci ilin noyabr ayının axırlarında göndərdiyi 2570 ( iki min beş yüz yetmiş) manat, cəmi 5450 (beş min dörd yüz əlli) mana məbləğində pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu il özgənm əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 qaynı Şahid6 dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib inandırararaq etibarından sui istifadə etmə yolu ilə vahid niyyətlə aldadaraq etibarından sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 28.08. 2021-ci il tarixdə 460 (dörd yüz altmış) manat, həmin yerdə 03 oktyabr 2021-ci tarixdə 1600 (min altı yüz) manat, həmin yerdə 13 oktyabr 2021-ci il tarixdə 690 (altı yüz doxsa manat, hənmn yerdə 16 oktyabr 2021-ci il tarixdə 400 (dörd yüz) manat, həmin yerdə 19 oktya 2021-ci il tarixdə 2700 (iki min yeddi yüz) manat, həmin yerdə 23 oktyabr 2021-ci il tarixdə 2000 (iki min ) manat, həmin yerdə 26 oktyabr 2021-ci il tarixdə 1300 (min üç yüz) manat, ona və Şahid6 güzəştli evlərin verilməsini sürətləndirəcəyini vəd edərək Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 27 oktyabr 2021-ci il tarixdə 5000 (beş min) manat, həmin yerdə 28 oktyabr 2021-ci il tarixdə 1590 (min beş yüz doxsan) manat, həmin yerdə 08 dekabr 2021-c tarixdə 1350 (min üç yüz əlli) manat pulu almış, 10 dekabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 1B, “Karlar cəmiyyətinin” yataqxanası, 403 saylı mənzildə olarkən özünə məxsus hesab kartından Təqsirləndirilən şəxs məxsus hesab kartına göndərdiyi 900 (doqquz yi manat, cəmi 17.990 (on yeddi min doqquz yüz doxsan) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 dövlət tərəfindən güzəştli şərtlərlə mənzil verilməsində kömək edəcəyini vəd edib, etibarından sui istif; etmə yolu ilə vahid niyyətlə aldadaraq sonuncunun oğlu Şahid3 vasitəsi ilə Ucar rayonu, “Kapitalbankm” filialından onun bildirdiyi hesab kartlarına 2021-ci ilin iyun ayıı göndərdiyi 870 (səkkiz yüz yetmiş) manat, xx.xx.2021-ci il tarixdə göndərdiyi 500 (beş yüz) maı 12 iyun2021ci il tarixdə göndərdiyi 560 manat, xx.xx.2021-ci il tarixdə göndərdiyi 2000 (iki min manat), xx.xx.2021-ci il tarixdə göndərdiyi 2000 (iki min) manat, həmin tarixdə göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2021 -ci il tarixdə göndərdiyi 1500 (min beş yüz) manat, həmin gün göndərdiyi 150 (yüz əlli) manat, 17 iyul 2021-ci il tarixdə göndərdiyi 130 (yüz otuz) manat pulu, 18 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Ucar şəhəri, Xətai küçəsi, 7 saylı evdə həmin tarixin məzənnəsi ilə 1615 (min altı yüz on beş) manat təşkil edən 950 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs9 tərəfindən oğlu Şahid3 vasitəsi ilə Ucar rayonu, “Kapıtalbankın’ filialından onun bildirdiyi hesab kartlarına xx.xx.2021 -ci il tarixdə göndərdiyi 600 (altı yüz) manat xx.xx.2021 -ci il tarixdə göndərdiyi 200 (iki yüz) manat, 25.12.202l.-ci il tarixdə göndərdiyi 1500 (mir beş yüz) manat , beləliklə Zərərçəkmiş şəxs9 cəmi 12.125 (on iki min yüz iyirmi beş manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ona və qızı Şahid7 dövlət hesabına “Xəzər” markalı avtomobil verdirəcəyini vəd edib bu işdə kömək edəcək şəxsə verəcəyi adı ilə aldadaraq etibarından sui-istifadə etmə yolu ilə İlham İbrahimovanın yaşadığı ünvan 3 ünvanında 18 dekab 2021 -ci il tarixdə 2800 (iki min səkkiz yüz) manat, həmin ünvanda 22 dekabr 2021-ci il tarixdə 400 (dörd yüz) manat və 26 dekabr 2021-ci il tarixdə 400 (dörd yüz) manat, cəmi 3.600 (üç min al yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 polis orqanlarında iş düzəldəcəyini vəd edib, işin düzəldilməsində kömək edəcək şəxsə verəcəyi adıyla vahid niyyət aldadaraq etibarından sui istifadə etmə yolu ilə 03 dekabr 2021 -ci il tarixdə Xırdalan şəhəı “AAAF park” yaşayış kompleksinin ərazisində 7400 (yeddi min dörd yüz) manat, 13 dekabr 202 ci il tarixdə, saat 15 radələrində Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin ərazisaində 1000 (min) manat, 17 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşay massivinin ərazisində 400 (dörd yüz) manat, cəmi 8800 (səkkiz min səkkiz yüz) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışı Aygün Piriyeva 2021-ci ilin iyul ayında onu Zərərçəkmiş şəxs3 ilə tanış etmiş, Rəna onunla telefonda danışaraq xəstə olduğu üçün təqaüdə çıxmaqda ona kömək etməsini xahiş etmiş, bundan sonra Rəna ilə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsindəki evində görüşmüş və onu əlil kimi təqaüdə çıxaracağına və ayda beş yüz manata yaxın təqaüd verdirəcəyinə söz vermişdir. Bu işin həll edilməsi üçün lazımi şəxsə verilməsi adı ilə ondan 2021-ci ilin iyul ayının axırında öz evində ona 2000 (iki min) manat pul almışdır. Rəna ona həmin pulu borc verdiyini və borcunun avqust ayında qaytarılacağını göstərərək kağıza yazmış və həmin məzmunda mətn yazaraq hər ikisi imza etmişlər. Bir neçə gün sonra ona zəng edib təqaüd üçün sənədlər toplamağa beş yüz manat pul lazım olduğunu bildirmiş, həmin məbləğdə pulu Rənanın evində ondan bir neçə dəfəyə almışdır. Beləliklə, o, Rənadan ona təqaüd düzəltdirmə adı ilə 2500 (iki min beş yüz) manat pul almışdır. 2021-ci ilin avqust ayında Rənaya təqaüd almaq üçün “Kapital bankda” hesab kartı açdırmışdır. Rənanı inadırmaq üçün onun həmin kartına Xırdalan şəhərində “Millön” aparatı vasitəsi ilə 2021-ci ilin sonlarında iki dəfə, 410 manat olmaqla , cəmi 820 (səkkiz yüz iyirmi) manat pul göndərmişdir. Sonradan onun kartına pul göndərə bilməmiş, Rəna bu barədə soruşduqda, ona gecikmə olduğunu, pulun köçəcəyini bildirmişdir. Bundan sonra o, Rənaya güzəştli, yəni sosial ev düzəltdirə biləcəyini deyərək bu cür ev almaq üçün 3000 (üç min) manat pul lazım olduğunu söyləmişdir. Rəna ona 2021-ci ilin avqust ayında öz evində 2000 (iki min) manat, daha sonra ona bir neçə dəfəyə əlavə olaraq 1000 (min) manat, cəmi 5500 (beş min beş yüz) manat pul vermişdir. Həmin puldan Rənaya onun kapitalbanka məxsus hesab kartına 820 (səkkiz yüz iyirmi) manat pul göndərərək qaytarmış, ona görə də, Zərərçəkmiş şəxs3 hazırda 4.680 (dörd min altı yüz səksən) manat borcu qalmışdır. Həmçinin Qusar rayonu, Zindan Muruq kəndində yaşayan Zərərçəkmiş şəxs7 da etibarından sui istifadə edərək ona qarşı dələduzluq cinayəti törətmişdir. O, Zərərçəkmiş şəxs7 ilə 2021-ci ilin sentyabr ayında Qusar rayonunda, Şahdağ istirahət zonasında tanış olmuş, Zərərçəkmiş şəxs7 ona atasının xəstəliklə əlaqədar əvvəllər təqaüd aldığını, atasının təqaüdünü bərpa etdirməsini xahiş etmiş, o da bu işdə kömək göstərə biləcəyini deyib işin düzəlməsi üçün ondan cəmi 3400 (üç min dörd yüz) manat pul almışdır. Osman onun kart hesabına 03 sentyabr 2021-ci il tarixdə 3135 (üç min yüz otuz beş) manat pul göndərmişdir. Təxminən bir ay keçəndən sonra Osmana zəng edib, göndərdiyi 3135 manat pulla işin düzəlmədiyini, əlavə 270 manat pul lazım olduğunu bildirmişdir. Osman onun hesab kartına 16 oktyabr 2021-ci il tarixdə 270 manat pulu göndərmişdir. Beləliklə, Osman atasına təqaüd düzəltdirmək üçün onun kartına 3400 (üç min dörd yüz) manat pul göndərmişdir. O, öz kartından həmin məbləğdə pulları Abşeron rayonu, Xırdalan şəhərində bankomatlardan çıxarmışdır. Bundan başqa o, Qusar rayonu, Şahdağ istirahət zonasında tanış olduğu Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edərək ona qarşı da dələduzluq cinayəti törətmişdir. Şahdağ istirahət zonasında tanış olub onunla söhbət edərkən Zərərçəkmiş şəxs6, anası X2 xəstə olduğunu, lakin anasını xəstəliyi ilə əlaqədar təqaüdə çıxara bilmədiyini söyləmiş, o da Mürsələ onun anasını təqaüdə çıxartdıra biləcəıyini, bu işin düzəlməsi üçün 3500 (üç min beş yüz) manat pul verməli olduğunu bildirmişdir. Bu barədə Mürsəl ilə razılaşaraq özünün pul kartının foto şəkilini «WhatsAppla” onun telefonuna göndərmişdir. Mürsəl onun kartına 06 sentyabr 2021-ci il tarixdə 1820 (min səkkiz yüz iyirmi) manat, 13 noyabr 2021-ci il tarixdə 200 (iki yüz) manat və həmin gün 250 (iki yüz əlli) manat, 14 noyabr 2021-ci il tarixdə 600 (altı yüz) manat pul göndərmişdir. Bunlardan başqa Mürsəl ona 2021-ci ilin noyabr ayının axırlarında 1150 (bir min yüz əlli) manat və 1420 (bir min dörd yüz iyirmi ) manat, cəmi 5450 (beş min dörd yüz əlli) manat pul göndərmişdir. Mürsəlin onun bank kartına göndərdiyi bütün pulları o, Abşeron rayonu, Xırdalan şəhərində bankomat kartlarından çıxarmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin noyabr ayında müvəqqəti yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Tuado” otelində təmizlik işləri aparan Zərərçəkmiş şəxs2 ilə həmsöhbət olarkan Qıztamam ondan oğlu Nurlanı yaxşı əmək haqqı olan işə düzəltməyi xahiş etmiş, o da Nurlanı işə düzəldəcəyinə söz vermiş, növbəti gün işdə olarkan Qıztamama yaxınlaşıb onun oğlu Nurlanı Bakı şəhərində yerləşən “Port Baku” binasında yerləşən ofislərdən birində işə götürməyə razılıq aldığını və işin həll olunması üçün 1000 (min) manat pul verməli olduğumu demişdir. Qıztamamın oğlu Şahid5 həmin məbləğdə pulu 7 noyabr 2021-ci il tarixdə, günorta saat 15-16 radələrində Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivində ona vermişdir. Bundan bir neçə gün sonra o, Nurlanın mobil telefonuna səs ataraq demişdir ki, əgər banka borcu olan tanışları varsa, banklardan borcu sildirməyi bacarır. Bir gün sonra Qıztamam oteldə ona yaxınlaşlıb , onun “Yuni banka” olan 5000 (beş min) manat kredit borcunu sildirməyi xahiş etmişdir. O, Qıztamama həmin borcu ləğv etdirəcəyinə söz verərək ondan 2500 (iki min beş yüz) manat pul istəmişdir. Nurlan, 2500 (iki min beş yüz) manat məbləğində pulu 18 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Xırdalan şəhərində, “AAAF park” yaşayış kompleksinin ərazisində ona vermişdir. Beləliklə, o, Qıztamamdan onu aldadaraq cəmi 3500 (üç min beş yüz) manat pul almış, həmin puldan 250 manatdan iki dəfəyə olmaqla, cəmi 500 (beş yüz) manatını Qıztamama qaytarmışdır. Bundan başqa o, müvəqqəti qaldığı “Tuado” otelində Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, Elvini onunla tanış etmiş otelin müdiri Əzimov X16 Qarabağ döyüşlərinin iştirakçısı olduğuna baxmayaraq hələ də evinin olmadığını bildirmişdir. O, Elvinə dövlət tərəfindən güzəştli ev verilməsinə kömək edəcəyi barədə Əzimə söz vermiş, bu işin həlli üçün 7000 (yeddi min) manat pul alacağı barədə razılaşmışdır. Həmin məbləğ pulun ilkin olaraq 1000 (min ) manatını 06 noyabr 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Bakı şəhərində, Şamaxinkada 14 saylı Notariat kontorunda Elvindən şəxsən özü almışdır. Elvinlə razılığına əsasən ondan ilkiin olaraq min manat almış, qalan pulu isə, ev veriləndən sonra alacağını Elvinə vəd etmişdir. Lakin min manatı aldıqdan iki gün sonra Elvinə zəng edib bildirmişdir ki, əlavə 1200 manat da vermək lazımdır. Elvin 1200 manat pulu ona Xırdalan şəhərində, “Kristal Abşeron” yaşayış massivində 09 noyabr 2021-ci il tarixdə vermişdir. Təxminən bir həftə sonra Əzimə demişdir ki, Elvinin adı mənzillərin bölüşdürülməsi siyahısına düşmüşdür. Ona görə də, Elvindən qalan pulu almasını istəmişdir. Əzim, 22 noyabr 2021-ci il tarixdə 4800 manat pulu Xırdalan şəhərində, “Kristal Abşeron” yaşayış massivində Elvindən alıb otelə gəlmiş, Əzim pulun 2000 (iki min) manatını özünə götürmüşdür. O, oteldə qalmağa görə borclu olduğumdan Əzim pulun bir hissəsini borca götürmüş, bir hissəsini Əzimə əvəzsiz olaraq vermişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 ona sosial mənzil verdirəcəyi adı ilə aldararaq etibarından sui-istifadə etməklə 10 avqust 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək olan müddətdə cəmi 25750 (iyirmi beş min yeddi yüz əlli) manat plunu alaraq ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs8 2021-ci ilin avqust ayının əvvəllərində zəng edib onunla görüşmək istədiyini bildirmiş, Bakı şəhəri, Qara Qarayev metrostansiyasının qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs8, məcburi köçkün olmasına baxmayaraq, mənzil şəraitinin pis olduöğunu bildirmiş, ona sosial ev verilməsindən ötrü kömək göstərməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs8 Yasamal rayonu ərazisində tikilən sosial mənzillərdən verilməsində kömək etməyə söz vermiş, bu adla ondan 2021-ci ilin avqust ayının əvvələrində Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 460 (dörd yüz altmış) manat almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 2021-ci ilin avqust ayının ortalarında 4000 (dörd min) manat, bir neçə gün sonra həmin yerdə 2000 (iki min) manat, 28 avqust 2021ci il tarixdə həmin yerdə 1300 (min üç yüz) manat, Zərərçəkmiş şəxs8 baldızı oğlu Şahid6 sosial ev verdirəcəyi adı ilə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında 2021-ci ilin avqust ayının sonunda 460 (dörd yüz altmış) manat, sabahısı gün həmin yerdə 1600 (min altı yüz) manat, 2021-ci ilin oktyabr ayının əvvəlində həmin yerdə 690 (altı yüz doxsan) manat, 2021-ci ilin oktyabr ayının ortalarında həmin yerdə 400 (dörd yüz) manat, bir neçə gün sonra həmin yerdə 2700 (iki min yeddi yüz) manat, 2021-ci ilin oktyabr ayının 19-da həmin yerdə 2000 (iki min ) manat, 2021-ci ilin oktyabr ayının sonunda həmin yerdə 1300 (min üç yüz) manat pul almışdır. Bundan başqa 2021-ci ilin oktyabr ayının axırında Səmədə zəng edib bildirmişdir ki, ona sosial ev verilməsini alındıra bilmədiyini deyəyərək, əlavə olaraq 5000 (beş min) manat da pul istəmiş, 2021-ci ilin oktyabr ayının axırında Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında 5000 (beş min) manat pul almışdır. Sabahısı gün Zərərçəkmiş şəxs8 zəng edib yenidən təcili olaraq 1590 (min beş yüz doxsan) manat pul istəmiş, həmin məbləğdə pulu Zərərçəkmiş şəxs8 ona Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında vermişdir. Ehtiyacı olduğu üçün 2021-ci ilin dekabr ayında o, yenidən Səmnədə zəng etmiş və 2250 manat pul istəmiş, həmin məbləğdə pulu Zərərçəkmiş şəxs8 ona iki dəfəyə vermişdir. Belə ki, Zərərçəkmiş şəxs8, 1350 (min üç yüz əlli) manat pulu 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında ona vermiş, 900 (doqquz yüz) manat pulu isə bir neçə gün sonra onun bank kartına göndərmişdir. O, sonradan Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) manat qaytarmış, hazırda Zərərçəkmiş şəxs8 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat borcu qalmışdır. Bundan başqa, valideyinlərinin dostu olan Zərərçəkmiş şəxs9 oğlu Zaur 2021-ci ilin iyun ayında ona zəng edib işsiz olduğunu və onu işə düzltməyini xahiş etmiş, o da Zuru öz işlədiyi Xeyriyyə fondunda işə götürməyə söz vermiş, ondan kartıma yüklətdirməklə həmin ayda 500 (beş yüz) manat pul almışdır. Sonra ona hesab kartı açdırmış, onu işə götürdüyünü bildirərək kartına 2021-ci ilin iyun, iyul aylarında hər ay 350 manat, avqust və sentyabr aylarında isə, hər ay 600 manat, olmaqla cəmi 1900 (min doqquz yüz) manat pul köçürtmüşdür. Sonra onu işdən çıxarmaq adı ilə inandırmış və kartına pul göndərməmişdir. 2021-ci ilin iyun ayında Zaura Bakı şəhərində, Yasamal rayonunda tikilən sosial yönümlü mənzillərdən ona verdirə biləcəıyini söyləyərək ona hətta iki mənzil verdirə biləcəyinə inandırmışdır. Zaura hər mənzilin verilməsi üçün 3250 (üç min iki yüz əlli) manat pul lazım olduğunu bildirmiş, 2021-ci ilin iyun ayında Zaur cəmi 6500 manat pulu onun kart hesabına köçürtmüşdür. Zaurdan evləri sənədləşdirmək üçün Aqşinin əlavə olaraq 3200 manat da pul istəmiş, Zaur həmin məbləğdə pulu onun kartına göndərmişdir. Güzəştli ev verilməsi adı ilə aldadaraq aldığı pulların cəmi 900 (doqquz yüz) ABŞ dollarını Ucar şəhərində, 2021-ci ilin iyul ayında Paşa özü vermişdir. Qalan pulları isə, ona Paşanın oğlu Zaur kartına yükləməklə göndərmişdir. Sonradan Paşa və Zaur ona verdikləri pulların qaytarılmasını tələb edərkən hesabladıqda ona verilən pulun məbləğinin cəmi 12125 (on iki min yüz iyirmi beş) manat olduğu məlum olmuşdur. Zaurdan onu guya işə düzəltməyi ilə əlaqədar 500 manat pul aldıqdan sonra onun kartına 1900 manat pul göndərmişdir. Ona görə də, Paşaya və Zaura hazırda cəmi 6225 ( altı min iki yüz iyirmi beş) manat borcu qalmışdır. O, həmçinin Zərərçəkmiş şəxs5 aldadaraq onun da pulunu ələ keçirmişdir. 2021-ci ilin avqust ayının axırlarında İlhamə ona zəng edib güzəştli mənzil almaqda ona kömək etməyini xahiş etmişdir. 27 avqust 2021-ci il tarixdə Bakı şəhərində, Moskva prospektində, 2 saylı Notariat kontorunun qarşısında İlhamə ilə görüşmüş, ona sosial ev verdirməkdə kömək edəcək şəxsə pul verilməsinin lazım olduğunu demişdir. İlhamənin ona inanmadığını, tərəddüd etdiyini görüb pulu notarial qaydada verməsini bildirmiş, ilkin olaraq 2500 (iki min beş yüz) manat pul istəmiş, İlhamə razılaşmış və ona 2500 manat pulu 2 saylı Notariat kantorunda vermişdir. Həmin vaxt İlhamənin yanında olan qızı Firuzə ilə onun arasında borc müqaviləsi bağlanaraq 2500 manat pulu İlhamədən almışdır. Bir neçə gün keçdikdən sonra İlhaməyə zəng edib ev verilməsindən ötrü sənədlərin toplanması üçün 450 manat məbləğində əlavə pul lazım olduğunu bildirmiş, onun mobil telefonuna kapital banka məxsus kart nömrəsinin şəklini göndərmiş və İlhamə onun göndərdiyi **********940371 nömrəli kartına 04 sentyabr 2021-ci il tarixdə 450 manat pulu göndərmişdir. Təxminən on gün sonra İlhaməyə zəng edərək yenə də 270 manat pul lazım olduğunu bildirmiş və İlhamə 15 sentyabr 2021-ci il onun kartına 270 manat pulu göndərmişdir. Ev verilməsini tezləşdirəcəyi adı ilə 17 sentyabr 2021-ci il tarixdə İlhamə onun kartına 1720 (min yeddi yüz iyirmi) manat pul göndərmişdir. Bir neçə gün sonra, İlhaməyə veriləcək evə aid sənədlərin toplanmasına xərcləyəcəyi adı ilə ondan 100 (yüz) manat pul istəmiş və həmin məbləğdə pulu İlhamə 2021-ci ilin oktyabr ayının əvvəllərində kartına göndərmişdir. Əvvəllər İlhaməyə verilmiş təqaüdü bərpa etdirəcəyi adı ilə onu aldadaraq 1200 (min iki yüzs) manat pul istəmiş, İlhamə həmin məbləği düzəldə bilmədiyni bildirərək onun kartına 15 oktyabr 2021-ci il tarixdə 900 (doqquz yüz) manat pul göndərmişdir. Sonra o, İlhaməyə “Kapitalbankdan” hesab kartı açdırmış və həmin hesab kartına təqaüdünün vurulacağını söyləmiş, onu inandırmaq üçün kartına iki ay müddətində 280 (iki yüz səksən) manat pul göndərmişdir. Bir müddət sonra İlhaməyə zəng edərək ona verdirəcəyini vəd etdiyi iki otaqlı mənzilin alınması üçün əlavə olaraq 1000 (min) manat pul lazım olduğunu bildirmiş. İlhamə onun kartına 20 oktyabr 2021-ci il tarixdə həmin məbləğdə pulu göndərmişdir. 28 oktyabr 2021-ci il tarixdə İlhamənin mobil nömrəsinə “WhatsApp”-la yazaraq Bakı şəhəri, Yasamal rayonunda inşa edilmiş hündürmərtəbəli yaşayış binalarındakı 7 mənzilin vətəndaşlatra paylanacağını bildirmiş, həmin mənzillərdən ona verdirə biləcəyini demiş, İlhamə razılaşaraq onun istədiyi 2000 (iki min) manat pul kartına hənmin gün göndərmişdir. 2021-ci ilin noyabr ayında İlhamə söhbət zamanı qızı Firuzənin işini dəyişmək istədiyini ona demişdir. O, Firuzəni Əmək və Əhalinin Müdafiəsi Nazirliyində problemli Şöbədə işə düzəldəcəyinə söz verərək İlhamədən Firuzəni işə düzəltmək adı ilə 08 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, İlhamənin yaşadığı evində ondan 3500 (üç min beş yüz) manat almışdır. 2021-ci ilin dekabr ayının əvvəıllərində İlhaməyə zəng edib, evlərin açılışı zamanı mənzil verilən şəxslərə həm də maşınlar veriləcəyini bildirmiş, onun həyat yoldaşı Qarabağ müharibəsi iştirakçısı olduğu üçün onun varisi olan qızı Şahid7 da maşın verilə biləcəyini söyləmişdir. 18 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində İlhamə, yaşadığı ünvan 4 ünvanında ona maşın verilməsi üçün 2800 (iki min səkkiz yüz) manat pul vermiş, sonradan maşına aid sənədlərin toplanması adı ilə İlhamədən iki dəfəyə 800 (səkkiz yüz) manat pul almışdır. Maşın verdircəyi adı ilə İlhamədən cəmi 3600 (üç min altı yüz) manat pul almışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 aldadaraq onun 8800 (səkkiz min səkkiz yüz) manat pulunu ələ keçirmişdir. 2021-ci ilin noyabr ayının axırında Yusiflə Xırdalan şəhəri, H. Əliyev prospektində , 120 nömrəli avtobusun dayanacağı deyilən yerdə, “Ülkər lahmacun” kafesində görüşmüş, Yusifə onu polisdə serjant işinə düzəldə biləcəyini və polis işinə düzəltmək üçün işi həll edən şəxsə 7400 manat pul vermək lazım olduğunu demişdir. Yusif onunla razılaşmış, 03 dekabr 2021-ci il tarixdə Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin yaxınlığında, H.Əliyev prospektində, “Göyçə” marketin yanında taksiçi Hüsaməddinin yanında 7400 manat pulu ona vermişdir. Təxminən on gün sonra Yusiflə zəngləşib yenidən görüşmüş və ona əlavə olaraq 1000 (min) manat da pul lazım olduğunu bildirmiş, Yusif 2021-ci ilin dekabr ayının əvvəllərində Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin ərazisaində ona 1000 (min) manat pulu vermişdir. Təxminən bir ay sonra Yusifə zəng edib ondan əlavə sənədləşmə adı ilə 400 (dörd yüz) manat da pul istədikdə Yusif 2022-ci ilin yanvar ayının ortalarında Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivində 400 (dörd yüz) manat pulu ona vermişdir. Təxminən bir ay keçdikdən sonra Yusif zəng edib, işə düzəlmək istəmədiyini və ona verdiyi 8800 (səkkiz min səkkiz yüz) manat pulun qaytarmasını tələb etmişdir. Bir neçə gün sonra Yusifə 2000 (iki min) manat, təxminən bir həftə sonra ona 4000 (dörd min) manat, bir müddət sonra bacısı İlahə də 2022-ci ilin mart ayında Yusifə 1000 (min) manat, 2022-ci ilin aprel ayında 400 (dörd yüz) manat pul qaytarmışdır. Beləliklə, Ytusif Şiriyevdən aldığı 8800 (səkkiz min səkkiz yüz) manat pulun 7400 (yeddi min dörd yüz) manatını qaytarmış, ona 1400 (min dörd yüz) manat borclu qalmışdır. Dələduzluq yolu ilə ələ keçirdiyi pulla özünə hər hansı daşınmaz və ya daşınar əmlak almamış. əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 bildirdi ki, 2021-ci ilin avqust ayının əvvəllərində qardaşnın həyat yoldaşı Rəna ilə söhbət zamanı əlilliyə görə aldığı təqaüdünün kəsildiyini bildirmiş, Rəna ona xeyriyyə fondunda işləyən Aqşin adlı şəxsin onun təqaüdünü bərpa etdirə biləcəyini demiş, onun nömrəsini Aqşinə vermiş və bir neçə gün sonra Aqşin ona zəng edib onun təqaüdünün bərpa edilməsində köməklik göstərə biləcəyini bildirmiş və ondan təqaüdünün bərpa olunması üçün 2000 (iki min) manat pul istəmişdir. Bir neçə gün sonra Aqşin onun yaşadığı evə gəlib onun təqaüdünü bərpa etdirəcəyinə inandırmış, o da öz yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, 5 nömrəli binanın 56-cı mənzilində 15 avqust 2021-ci il tarixdə 2000 (iki min) manat pulu nağd şəkildə Aqşinə vermişdir. Həmin gün zəng vuraraq Aqşin ona, məcburi köçkün ailələrinə verilməsi üçün Yasamal rayonunda sosial mənzillər tikildiyini və həmin mənzillərdən cüzi ödəniş etməklə onun ailəsinə verdirə biləcəyini bildirmişdir. Mənzil verilməsi üçün ödəniş ediləcəyi adı ilə ondan 8000 (səkkiz min) manat pul istəmişdir. O da 8000 (səkkiz min) manatı öz yaşadığı evdə 17 avqust 2021-ci il tarixdə Aqşinə vermişdir. Aqşindən ona pul verməyi barədə 2021-ci ilin sentyabr ayınadak müddət qoyub qəbz almışdır. Təxminən bir ay keçdikdən sonra Aqşindən işin nəticəsiinin olmadığına görə pulunu qaytartmasını tələb etdikdə Aqşin müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınmı., 2022-ci ilin yanvar ayında həyat yoldaşı Şahid1 hadisə barədə məlumat vermiş, həyat yoldaşı Fikrət, Aqşindən pulnun qaytarılmasını dəfələrlə tələb etdikdən sonra 2022-ci ilin fevral ayında cəmi 4500 (dörd min beş yüz) manatını qaytarmış, lakin pulunun 5500 manatını bu günə kimi qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs onunla əvvəllər bir yerdə işlədiyi X15 tanış etmişdir. Başında qan dövranı pozğunluğu səbəbindən təqaüdə çıxmaq istədiyini Aygünə bildirdikdə Aygün tanışı Aqşinin bu işdə ona kömək edə biləcəyini demiş, onu Aqşinlə telefonda danışdırmışdır. Aqşin təqaüdləı bağlı ona kömək edə biləcəyini demişdir. Sonradan Aqşinlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 22-ci məhəllə, dalan 4, ev 3-də görüşmüş, onu birinci qrup əlil kimi təqaüdə çıxaracağına söz vermişdir. Bu işin həll edilməsi üçün lazımi şəxsə vermək adı ilə ondan 2000 manat pul istəmiş, o da Aqşinə 25 iyul 2021-ci il tarixdə öz evimdə 2000 (iki min) manat pul vermişdir. Pulu verərkən ona borc verdiyi və borcunun avqust ayında qaytarılacağını göstərən qəbz yazmış və Aqşin də həmin məzmunda mətn yazaraq ikisi də imza etmişlər. Bundan sonra Aqşin sənədlər üçün əlavə beş yüz manat da pul istəmiş, o da Aqşinə sonradan 05 avqust 2021-ci il tarixdə 250 (iki yüz əlli) manat, 07 avqust 2021-ci il tarixdə 150 (yüz əlli) manat, 14 avqust 2021-ci il tarixdə 100 (yüz) manat pulu öz evində vermiş və pul verməyi barədəki tərtib etdiyi əvvəlki kağızda əlavə pul verilməsini göstərərək imza etmişlər. Beləliklə, o, Aqşinə ona təqaüd düzəltdirməsi müqabilində 2500 (iki min beş yüz) manat pul vermişdir. 2021-ci ilin avqust ayında Aqşin ona “Kapital bankdan” təqaüd almaq üçün öz adına hesab kartı açdırmışdır. O da “Kapital banka” müraciət edərək 4169 1413 8507 6748 seriyalı hesab kartı açdırmış, 2021-ci ilin sonlarında iki dəfə, 410 manat, cəmi 820 (səkkiz yüz iyirmi) manat pul almışdır. Sonradan kartına pul vurulmadıqda Aqşindən bu barədə soruşmuş, Aqşin gecikmə olduğunu, pulun köçəcəyini demişdir. Aqşin həmçinin ona 2021-ci ilin avqust ayında güzəştli, yəni sosial ev düzəltdirə biləcəyini demiş, bu adla ondan 23 avqust 2021-ci il tarixdə öz evində 2000 (iki min ) manat, 30 avqust 2021-ci il tarixdə əlavə olaraq öz evimdə 1000 (min) manat, cəmi 5500 (beş min beş yüz) manat pul vermişdir. Sonradan işi düzəlmədikdə Aqşindən və onun bacısı İlahədən pulunu dəfələrlə tələb etsə də pulunu ala bilməmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 bildirdi ki, xadimə işlədiyi Xırdalan şəhəri, “AAAF park” yaşayış massivinin ərazisində yerləşən “Tuado” otelində 2021-ci ilin noyabr ayında X11 ilə tanış olmuş, onunla həmsöhbət olduqda Aqşin ondan yaşını soruşmuş, o da hazırda 59 yaşında olduğunu söylədikdə Aqşin ona təqaüd düzəltdirə biləcəyini söyləmiş, o da təqaüdə çıxmağına az qaldığını bildirib təqaüdə çıxmaq istəmədiyini, imkanı varsa, oğlu Nurlanı yaxşı əmək haqqı olan işə düzəltməyi Aqşindən xahiş etmişdir. Aqşin razılıq verdikdən bir neçə gün sonra Aqşin ona yaxınlaşıb oğlunun işini danışdığını, Nurlanı Bakı şəhərində yerləşən “Port Baku” binasında yerləşən ofislərdən birində işə götürməyə razılıq aldığını və işin həll olunması üçün işi düzəldən adama vermək üçün 1000 (min) manat pul istəmiş, o da 1000 (min) manat pul düzəldib oğlu Nurlana vermişdir ki, aparıb Aqşinə versin. Oğlu Nurlan da həmin pulu 7 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivində Aqşinə vermişdir. Bundan bir neçə gün sonra Aqşin oğlu Nurlanın mobil telefonuna səs ataraq bildirmişdir ki, əgər banka borcu olan tanışların varsa, banklardan borcu sildirə bilər. Onun da “Yuni banka” 5000 (beş min) manat kredit borcu olduğu üçün Aqşindən həmin borcu sildirməyi xahiş etmiş, Aqşin həmin borcu sildirmək üçün ondan 2500 (iki min beş yüz) manat pul istəmişdir. Aqşinə inanıb 2500 (iki min beş yüz) manat pul toplayıb oğlu Nurlana vermiş və Nurlan həmin pulu 18 noyabr 2021-ci il tarixdə, “AAAF park” ərazisində Aqşinə vermişdir. Bundan sonra Aqşin oğluna iş düzəltməmiş və banka olan borcunu sildirməmiş, Aqşindən bu barədə soruşduqda hər dəfə həll edəcəyini söyləmişdir. O, Aqşinə demişdir ki, bankdan ona əlavə faiz gəlir. Bununla əlaqədar Aqşin 2021-ci ilin dekabr ayında 250 manat, 2022-ci ilin yanvar ayında da 250 manat onun banka faiz borcunu ödəmiş, sonradan faiz borcunu ödəməmiş, Aqşindən dəfələrlə pulumu tələb etsə də, Aqşin ona olan borcunu ödəməmiş və bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 bildirdi ki, Xırdalan şəhərində yerləşən “Tuado” otelini işlədən tanışı Əzimlə söhbət Qarabağ müharibələrində iştirak etməsinə baxmayaraq dövlətdən maddi kömək ala bilmədiyini, hələ də evinin olmadığını dedikdə, Əzim ona oteldə yaşayan Aqşin adlı şəxsin yaxzşı əlaqələrinin olduğunu, belə işlərdə adamlara kömək etdiyini bildirmiş, 2021-ci ilin noyabr ayının 4-də Əzim onu Aqşinlə oteldə tanış etmiş, o da Aqşinə evimin olmadığını söyləmişdir. Aqşin ona bu işdə kömək edəcəyinə söz vermiş, “ yardım fondu” ilə ilədiyini, müharibə veteranı olduğu üçün sosial ev almaqda ona kömək edə biləcəyini söyləmişdir. Aqşin ona demişdir ki, ona 7000 (yeddi min) manat pul versə, o, on beş gün ərzində evin çıxarışını təqdim edəcəkdir. O, Təqsirləndirilən şəxs inanıb, 06 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, “Şamaxinkada”, 14 saylı Notariat kontorunda Aqşinə 1000 manat pul vermişdir. Aqşin iki gün sonra ona zəng edib əlavə olaraq 1200 manat pul istəmiş, o da 1200 manat pulu ona Xırdalan şəhərində, “Kristal Abşeron” yaşayış massivində, “Dəniz” marketin yanında 09 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində vermişdir. Bir həftə sonra Əzim ona zəng edib, mənzil bölüşdürmə siyahısında adımın gəldiyini və pulun qalanını Aqşinə vermək lazım olduğunu demişdir. O, 22 noyabr 2021-ci il tarixdə 4800 (dörd min səkkiz yüz) manat pulu Xırdalan şəhərində, “Kristal Abşeron” yaşayış massivində Aqşinə çatdırması üçün vermişdir. Bir müddət sonra işinin düzəlmədiyini görüb Aqşindən pulunu qaytarmasını tələb etmiş, lakin Aqşin pulu qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 bildirdi ki, 1994-cü ilin oktyabr ayından hazırkı vaxta qədər məcburi köçkün ailəsi olaraq Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 1B, “Karlar cəmiyyətinin” yataqxanasında məskunlaşıb yaşayır. Mənzil şəraitini yaxşılaşdırmaq üçün ona sosial ev verilməsindən ötrü kömək göstərməsi üçün Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal rayonunda tikintisi başa çatmaqda olan mənzillərdən almasında ona kömək edəcək. Mənzilin verilməsi üçün lazım olan şəxslərə verməkdən ötrü təqribən altı min manat pulunun çıxacağını söyləmiş, ilkin olaraq sənədlərin toplanması adı ilə ondan 460 (dörd yüz altmış) manat pul istəmiş, o da həmin məbləğdə pulu ona 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Aqşinə vermişdir. Bir neçə gün sonra Aqşin onunla görüşərkən sosial mənzillərin bölüşdürülməsinin başlanmasını bildirib ondan 6.000 manat pul istəmişdir. O, 4000 (dörd min) manat pul düzəldib 19 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Aqşinə vermişdir. Aqşin sonradan zəng edib təcili olaraq iki min manat pulu da tələb etdikdə 2000 (iki min) manat pulu 22 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Aqşinə vermişdir. Aqşin bir neçə gün sonra zəng edib məsələnin həlli üçün 1300 (min üç yüz) manat da pul istəmiş, o da 1300 (min üç yüz) manat pulu Aqşinə 28 avqust 2021ci il tarixdə Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında vermişdir. Sonra Aqşin ona təklif etmişdir ki, boş mənzillər vardır, yaxın adamı varsa, ona da mənzil verdirə bilər. Həmin vaxtlar baldızının oğlu Şahid6 evini satıb, ucuz evb almaq istədiyindən Aqşindən ona da sosial mənzil verilməsini xahiş etmiş, Aqşin İslama da ev verdirəcəyinə söz vermiş, bu barədə İslama bildirmiş, İslam həmin vaxt evini hələ satmadığı üçün o, İslamın yerinə Aqşinə onun ev alması üçün dəfələrlə pul vermişdir. Belə ki, qohumlarından borc alaraq İslamın sosial ev alması üçün Aqşinə ilkin olaraq xx.xx.2021-ci il tarixdə 460 (dörd yüz altmış) manat, 03 oktyabr 2021-ci il tarixdə 1600 (min altı yüz) manat, 13 oktyabr 2021-ci il tarixdə 690 (altı yüz doxsan) manat, 16 oktyuabr 2021-ci il tarixdə 400 (dörd yüz) manat, 19 oktyabr 2021-ci il tarixdə 2700 (iki min yeddi yüz) manat, 23 oktyabr 2021-ci il tarixdə 2000 (iki min ) manat, 26 oktyabr 2021-ci il tarixdə 1300 (min üç yüz) manat vermişdir. Həmin pulları bir qayda olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Q.Qarayem metrosunun qarşısında həmişə günorta vaxtlarında vermişdir. İslama ev verilməsi üçün Aqşinə pul verərkən İslam özü də iştirak etmişdir. Lakin İslama ev vertilməsi üçün pulları Aqşinə o, öz hesabından vermişdir. Aqşinə pul verərək bütün maddi ziyan təkcə ona vurulmuşdur, İslam maddi zərər çəkməmişdir. 27 oktyabr 2021-ci il tarixdə Aqşin ona zəng edib ona və İslama sosial evlərin verilməsini həll etmək üçün əlavə olaraq 2021-ci ilin noyabr ayının 7-dək 5000 (beş min) manat da pul istəmişdir. O, 27 oktyabr 2021-ci il tarixdə Aqşinə 5000 (beş min) manat pulu Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında vermişdir. Sabahısı gün Aqşin ona zəng edib yenidən təcili olaraq 1590 (min beş yüz doxsan) manat pul istəmiş, o da məcbur olub Aqşinə 28 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında1590 (min beş yüz doxsan) manat pul vermişdir. 2021-ci ilin dekabr ayında Aqşin ondan yenidən 2250 manat pul istəmiş və 2022-ci ilin yanvar ayında onlara mənzil veriləcəyi barədə onu inandırmış, o, Aqşinə 1350 (min üç yüz əlli) manat pulu 08 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Q. Qarayev metrosunun qarşısında vermişdir. 900 (doqquz yüz) manat pulu isə Aqşinin ona bildirdiyi hesab nömrəsinə yaşadığı evdə, kartından 2021-ci ilin dekabr ayının 10-da göndərmişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs cəmi 25750 (iyirmi beş min yeddi yüz əlli) manat pul vermişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 bildirdi ki, Təqsirləndirilən şəxs onun həmyerlisi olmaqla onun valideyinləri ilə mehriban münasibətləri olmuşdur. 2021-ci ilin yay aylarında oğlu Zaur işsiz olmuş, ona görə də, işə düzəlməsində kömək üçün Aqşinə müraciət etmiş, Aqşin də onu xeyriyyə fondunda işə götürməyə söz vermiş və bunun müqabilində Zaurdan sənədlərin toplanmasına lazım olduğunu bildirərək 500 manat istəmişdir. Həmin pulu oğlu Zaura vermiş və Zaur Aqşinin hesab kartına göndərmişdir. 2021-ci ilin iyun ayında oğlu Zaur ona bildirmişdir ki, Aqşin onu xeyriyyə fondunda işə düzəltmişdir. Aqşin oğluna bank kartı açdırıb kartına pul göndərmiş, Zaur da karta vurulan pulu özünün əmək haqqı sayaraq kartdan pul çıxartmışdır. Zaur Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən yeni mənzillərdən Aqşinin onlara iki ev almaq istədiyini və hər evin verilməsi üçün Təqsirləndirilən şəxs 3250 manat pul istədiyini bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin iyun ayında oğlu Zaura verdiyi cəmi 6500 manat pulu Ucar rayonunun “Kapitalbank” filialından Aqşinin verdiyi kart hesabına köçürtmüşdür. Bir müddət sonra Zaur, evləri sənədləşdirmək üçün Aqşinin əlavə pul istədikdə o, Zaura 3200 manat da pul vermişdir ki, Aqşinə göndərsin. Zaur həmin məbləğdə pulu da Aqşinə Ucar rayonunun “Kapitalbank” filialından göndərmişdir. Sonradan bir neçə dəfə Aqşin, Zaurla telefon əlaqəsi saxlayaraq müxtəlif bəhanələrlə pul istəmiş və o da Zaurun vasitəsi ilə Aqşinin istədiyi məbləğdə pulları ona göndərmişdir. Zaurun vasitəsi ilə Aqşinə cəmi 12125 (on iki min yüz iyirmi beş) manat pul göndərmişdir. 2022-ci ilin yanvar ayındao, Aqşinə zəng edib ev istəmədiyini və ona verdiyi pulunun qaytarılmasını xahiş etmiş, Aqşin pulu başqa şəxsə verdiyini, ondan alıb qaytaracağını bildirmişdir. 28 fevral 2022ci ilk tarixdə Aqşinin atası Eldəniz ona Ucar şəhər Aztelekom binasının qarşısında 4500 (dörd min beş yüz) manat pul qaytarmışdır. Sonradan Aqşin və ailə üzvləri Aqşinin ona vurduğu maddi ziyanı ödəməmişlər. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 bildirdi ki, Təqsirləndirilən şəxs iş yoldaşı Məmmədova Fəridənin vasitəsi ilə 2021-ci ilin avqust ayının 24-də tanımışdır. X20 adlı tanışının əlilliyə görə insanlara təqaüd düzəldilməsində və dövlət tərəfindən güzəştli evlər verilməsində kömək edə bildiyini demiş və ona Aqşinin mobil nömrəsini vermişdir. O da Aqşinin mobil nömrəsinə zəng edib nömrəni Fəridənin verdiyini söyləmiş, kirayədə qaldığını, mənzil almaqda ona kömək etməsini xahiş etmişdir. Aqşin ona kömək edəcəyinə söz vermiş , onunla 27 avqust 2021-ci il tarixdə Bakı şəhərində, Moskva prospektində, 2 saylı Notariat kontorunun qarşısında görüşmüşlər. Aqşin ona sosial ev verdirməkdə kömək edəcək şəxsə pul verilməsinin lazım olduğunu bildirərək ondan ilkin olaraq 2500 (iki min beş yüz) manat pul istəmiş, o da razılaşmışdır. Həmin vaxt yanında olan qızı Şahid7 ilə Təqsirləndirilən şəxs arasında 2 saylı Notariat Kantorunda borc müqaviləsi bağlanaraq Aqşinə verdiyi 2500 manat pulun Firuzə tərəfindən Təqsirləndirilən şəxs borc verildiyi kimi sənədləşdirilmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Aqşin ona zəng edib ev verilməsindən ötrü sənədlərin toplanması üçün 450 manat məbləğində pul istəmiş, ona öz adına olan **********940371 nömrəli kapital banka məxsus kart nömrəsini bildirmiş, o da yaşadığı evin birinci mərtəbəsindəki “Kapitalbankın bir kart mərkəzinin” “Emanat” aparatından 04 sentyabr 2021-ci il tarixdə 450 manat pul göndərmişdir. Bundan sonra Aqşin ona zəng edib 270 manat pul lazım olduğunu bildirmiş və o, yaşadığı binada yerləşən “Emanat” aparatından 15 sentyabr 2021-ci il tarixdə ev verilməsi üçün növbəni tezləşdirmək üçün 270 manat pulu onun kartına göndərmişdir. Daha sonra Aqşinin tələbi ilə onun kartına yaşadığım evin birinci mərtəbəsində yerləşən “Emanat” aparatından 17 sentyabr 2021-ci il tarixdə 1720 (min yeddi yüz iyirmi) manat, evə aid sənədlərin toplanmasına xərcləyəcəyi adı ilə itədiyi 100 (yüz) manat pulu Aqşinin kart hesabına göndərmişdir. O, həmçinin təqaüdünün kəsildiyini Təqsirləndirilən şəxs bildirərək kömək etməsini xahiş etmiş, Aqşin ondan təqaüdünün bərpası üçün 1200 (min iki yüz) manat pul istəmişdir. Həmin məbləği düzəldə bilmədiyi üçün Aqşinin qeyd olunan kartına 15 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Çinar marketindəki” “millön” aparatından 900 (doqquz yüz) manat pul göndərmiş, Təqsirləndirilən şəxs əlavə olaraq istədiyi 1000 (min) manat pulu yaşadığı binanın birinci mərtəbəsində “Emanat” aparatından Aqşinin qeyd olunan kartına 20 oktyabr 2021-ci il tarixdə göndərmişdir. 28 oktyabr 2021-ci il tarixdə Aqşin onun mobil nömrəsinə “WhatsApp”-la yazaraq ölkə prezidentinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonunda inşa edilmiş yaşayış binalarındakı 7 mənzilin vətəndaşlatra paylanacağını bildirmiş, həmin mənzillərdən onun ailəsinə də verdirə biləcəyini demişdir. O, razılaşdıqdan sonra Aqşin, “WhatsApp”-la yazaraq ondan təcili olaraq 2000 (iki min) manat pul göndərməyi istəmişdir. O, “kapitalbanka” aid özünə məxsus **********201352 seriyalı “birkartından” Aqşinin yuxarıda qeyd olunan kartına həmin gün 2000 (iki min) manat pul göndərmişdir. 2021-ci ilin noyabr ayında Aqşinlə söhbət zamanı qızı Firuzənin işinin dəyişməsini istədiyini ona demiş, X24 və Əhalinin Müdafiəsi Nazirliyində problemli Şöbədə işə düzəldə biləcəyini bildirərək ondan Firuzəni işə düzəltmək üçün 3500 (üç min beş yüz) manat pul istəmiş, o da həmin məbləğdə pulu öz yaşadığı evdə qızı Firuzənin yanında Aqşinə 08 noyabr 2021-ci il tarixdə vermişdir. 2021-ci ilin dekabr ayının əvvəıllərində Aqşin ona zəng edib, evlərin açılışı zamanı mənzil verilən şəxslərə həm də maşınlar veriləcəyini bildirmiş, onun mərhum həyat yoldaşı Qarabağ müharibəsi iştirakçısı olduğu üçün onun varisi olan Şahid7 da maşın verdirə biləcəyini söyləmişdir.O, bu barədə Firuzəyə dedikdə , Firuzə maşın almaq istədiyini bildirmiş, ona görə də, 18 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı ünvan 4 ünvanında Aqşinə, 2800 (iki min səkkiz yüz) manat pul vermişdir. Sonradan maşına aid sənədlərin toplanması adı ilə Aqşin ondan öz evində iki dəfəyə cəmi 800 (səkkiz yüz) manat pul almışdır. Bundan sonra Aqşinin ona vəd etdiyi işlərdən heç birini həll etmədiyini görüb ondan pulunu qaytarmasını dəfələrlə tələb etməsinə baxmayaraq Aqşin onun pulunu qaytaracağına söz versə də pulu qaytarmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 bildirdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından tanıyır. Belə ki, o, ali təhsilli olduğunu, lakin iş tapa bilmədiyini qonşusu Hüsaməddinə dedikdə o, Aqşin adlı bir nəfəri tanıdığını, həmin şəxsin iş düzəltməkdə insanlara kömək etdiyini bildirmiş, Hüsaməddindən Aqşinin mobil nömrəsini almış, Aqşinə zəng edib, işsiz olduğunu və iş axtarığını demişdir. Aqşin, iş tapmaqda ona kömək edə biləcəyini bildirmiş, 2021-ci ilin noyabr ayının axırında onunla görüşdükdə, Aqşin onu polisə serjant işinə düzəldə biləcəyini, bu işi həll etmək üçün, işi həll edən şəxsə 7400 manat pul vermək lazım olduğunu bildirmişdir. 03 dekabr 2021-ci il tarixdə Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin yaxınlığında, H.Əliyev prospektində, “Göyçə” marketin yanında Aqşinlə görüşüb ona 7400 (yeddi min dörd yüz) manat pulu vermişdir. Bundan on gün sonra Aqşin ondan əlavə olaraq 1000 (min) manat da pul istəmiş, o da 13 dekabr 2021-ci il tarixdə Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin ərazisaində ona 1000 (min) manat pulu vermişdir. Təxminən bir ay sonra, Aqşin zəng edib ondan əlavə 400 (dörd yüz) manat da pul istəmiş, o da 400 (dörd yüz) manat pulu ona 17 yanvar 2022-ci il tarixdə Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış massivində vermişdir. Təxminən on gün sonra Aqşin zəng edib ondan təkrar pul istəyərkən o, Aqşinə pul verməkdən imtina etmiş və ona verdiyi 8800 (səkkiz min səkkiz yüz) manat pulu qaytarmasını tələb etmişdir. Bir neçə gün sonra Aqşin ona 2000 (iki min) mana, bir həftə sonra 4000 (dörd min) manat pul qaytarmışdır. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs bacısı İlahə Məcnunova ona 1000 (min) manat, 2022-ci ilin aprel ayının əvvələində 400 (dörd yüz) manat pul qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs verdiyi pulun cəmi 7400 manatını almış, lakin ona verdiyi pulun 1400 (min dörd yüz) manatını ala bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Qusar rayonunda Şahdağ istirahət mərkəzində tanış olmuş, onunla söhbət zamanı atasının əlilliklə bağlı təqaüdünün kəsilməsi barədə söhbət etdim və atasının təqaüdünün bərpa etdirməsini istədiyini bildirmişdir. Aqşin ona bu işdə kömək göstərə biləcəyini bildirmiş, işin həlli üçün ondan 3400 (üç min döod yüz) manat pul istmiş, o da razılaşmışdır. O da, 2021-ci ilin senetyabr ayının 03-də Qusar rayonunda «E Manat» apparatı vasitəsi ilə Aqşinə 3135 (üç min yüz otuz beş) manat pul göndərmiş və həmin pulun qəbzini özündə saxlamışdır. Təxminən bir ay sonra Aqşin onunla telefonda danışıb onun göndərdiyi 3135 manat pulun kifayət etmədioyini deyib, işin həlli üçün 270 manat pul istəmişdir. Ona görə də o, 16 oktyabr 2021-ci il tarixdə Qusar rayonunda marketin qarşısındakı million elektron ödəmə sistemi vasitəsi ilə 270 manatı Aqşinin hesab kartına göndərmişdir. Beləliklə, Aqşinə cəmi 3400(üç min dörd yüz) manat pul göndərmişdir. Bir müddət sonra ondan atasının təqaüdünün düzəlib -düzəlmədiyini soruşmaq üçün onunla telefon əlaqəsi saxlamağa çalışmış, lakin Aqşinin telefonlarına zəng catmdıqdaAqşinin onu aldatdığını başa düşmüşdür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, 2021-ci ilin payız aylarında Təqsirləndirilən şəxs ilə Qusar rayonunda Şahdağ istirahət mərkəzində tanış olmuş, onunla söhbət edərkən anası X2 xəstə olduğunu bildirmiş, Aqşin onun anasına təqaüd verilməsi işində ona kömək edə biləcəyini demiş, bu işin düzəlməsindən ötirü 3500 (üç min beş yüz) manat pul istəmiş, o da Aqşin ilə bu barədə razılaşmışdır. Bundan sonra Aqşinin ona verdiyi hesab kartının nömrəsinə Qusar rayonundan E Manat və Milli ÖN aparatı vasitəsi ilə ayrı-ayrı vaxtlarda 5450 (beş min dörd yüz əlli) manat pul göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə 1820 (min səkkiz yüz iyirmi) manat, 13 noyabr 2021-ci il tarixdə 200 (iki yüz) manat, həmin gün 250 (iki yüz əlli) manat,14 noyabr 2021-ci il tarixdə 600 (altı yüz) manat pul göndərmişdir. Bundan başqa Aqşinə 2021-ci ilin noyabr ayının axırlarında 1150 (bir min yüz əlli) və 1420 (bir min beş yüz) manat, cəmi 5450 manat pu gğndərmiş, işi düzəlmədikdə Aqşin Qənbəlinin onu aldadaraq pulunu ələ keçirməsi ona məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “Tuado” otelində icraçı direktor vəzifəsində işləyərkən X11 həmin oteldə müştəri qismində 10 noyabr 2021-ci il tarixdən başlayaqa üç ay müddətində yaşamışdır. Aqşin ona bildirmişdir ki, o, yardım fondunda məsul vəzifədə işləyir. Ona bildirmişdir ki, dövlət tərəfindəbn güzəştli evlərin verilməsində ehtiyacı olan vətəndaşlara kömək edə bilir. O da tanışı Zərərçəkmiş şəxs1 evinin olmadığını bildiyi üçün oteldə qalan Aqşin Qəmbərlinin ona güzəştli ev almaqda kömək edə biləcəyini söyləmişdir. Elvini Aqşinlə 2021-ci ilin dekabr ayında oteldə tanış etmiş və Aqşin ev almaqda Elvinə kömək etməyə söz vermişdir. Aqşin dövlətdən Elvinə güzəştli ev alınmasında bu işdə ona kömək edəcək şəxsə verilməsi üçün 7000 (yeddi min) manat pul lazım olduğunu bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, Elvin notariusda borc kimi sənədləşmə apararaq Aqşinə 1000 manat pul vermişdir. 2022-ci ilin yanvar ayının əvvəlində Elvin onunla “Kristal Abşeron” yaşayış massivində görüşərək Aqşinə vermək üçün 4800 (dörd min səkkiz yüz) manat pul vermiş, o da həmin məbləğdə pulu həmin gün Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində Aqşin Qəmbərliyə vermişdir. Elvindən 4800 (dörd min səkkiz yüz) manat pulu alıb Aqşinə verərkən heç bir maddi marağı olmamışdır. Lakin Aqşinin oteldə yaşamaqla əlaqədar 2000 (iki min) manat borcunu həmin puldan götürərək Aqşin ona vermişdir. Bundan sonra Elvin tərəfindən Aqşinə pul verilməsində onun iştirakı olmamışdır. Aqşin oteldən 10 yanvar 2022-ci il tarixdə çıxmışdır.Sonradan Elvin onun yanında Aqşindən pulunu qaytarmağı tələb etdikdə Aqşin Elvinə söz vermişdir ki, onun pulunu qaytaracaqdır. Lakin Aqşin, Elvindən ona ev verdirəcəyi adı ilə aldığı pulu Elvinə qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Şahid5 bildirmişdir ki “Bravo” marketlər şəbəkəsinin Bakı şəhəri, Koroğlu metrosunun yanında yerləşən filialında çağrı mərkəzində işləməklə əmək haqqı az olduğuna görə daha artıq əmək haqqı verilən iş yeri axtarmış, anası Qıztamam işlədiyi “Tuado” otelində müştəri qismində yaşayan X6, pul verilməsi müqabilində ona yaxşı əmək haqqı olan iş düzəldəcəyinə söz verdiyini demişdir. Aqşin onun anası Qıztamama söz vermişdir ki, əgər 1000 (min) manat pul verərsə, onu Bakı şəhərində yerləşən “Port Baku” adlı binada fəaliyyət göstərən ofislərdən birində işə düzəldəcəkdir. Anası Qıztamam da Aqşinə inanmış və onun tələb etdiyi 1000 (min) manat pulu verəcəyinə razılaşmışdır. Qıztamamın ona verdiyi 1000 (min) manat pulu 07 noyabr 2022-ci il tarixdə, günorta vaxtı Xırdalan şəhərində, “Kristal Abşeron” yaşayış massivində Aqşinə vermişdir. Bundan sonra Aqşin Qəmbərli “Tuado” otelində anası Qıztamama söz vermişdir ki, onun “Yuni banka” olan 5000 (beş min) manat kredit borcunu bağlatdıracaqdır. Buna görə Aqşin anası Qıztamamdan 2500 (iki min beş yüz) manat pul istəmiş, anası da onunla razılaşmışdır. Anası Qıztamamın ona verdiyi 2500 manat məbləğində pulu 18 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində Xırdalan şəhəri “AAAF park” yaşayış massivi ərazisində Aqşin Qəmbərliyə vermişdir. Lakin Aqşin vədinə əməl etmədiyi üçün sonradan ona məlum olmuşdur ki, Aqşin onları aldatmış və dələduzluq edərək anası Qıztamama məxsus cəmi 3500 (üç min beş yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ilin yay aylarında işsiz olduğu üçün Təqsirləndirilən şəxs zəng edib işsiz olduğunu bildirmiş, iş tapmaqda ona kömək etməsini xahiş etmişdir. Aqşin ona demişdir ki, onu öz yanında işə düzəldər. Aqşin ona bildirmişdir ki, Ucar və qonşu rayonlarda marketlərdə yardım qutuları quraşdırıb, edilən yardımların toplanaraq fonda təhvil verilməsini ona həvalə etdirəcək . İşə düzəlməyi üçün ondan əvvəlcə 500 manat pul almış, bundan sonra Aqşin ona hesab kartı açdırmış və həmin hesab kartına 2021-ci ilin iyun və iyul aylarında ayda 350 manat, avqust və sentyabr aylarında hər ay 600 manat pul vurulmuş, o da dörd ay ərzində cəmi 1900 (min doqquz yüz) manat pul kartından çıxarmışdır. O, həmin məbləğdə pulu çıxarakan xeyriyyə fondundan əmək haqqı aldığını düşünmüşdür. Sonradan Aqşin ona işdən çıxarılmasınıl demişdir. Təqsirləndirilən şəxs guya onu işə götürməsini bildirərək dələduzluq yolu ilə 500 manat pulunu ələ keçirməsinə görə şikayət etməmişdir. Aqşin 2021-ci ilin iyun ayında ona Bakı şəhəri, Yasamal rayonu ərazisində güzəştli şərtlərlə verilməsi üçün evlər tikildiyini bildirmişdir. Həmin evlərdən onlara iki mənzil verdirə biləcəyini, hər mənzilin verilməsi üçün 3250 manat olmaqla iki mənzilə 6500 (altı min beş yüz) manat pul istəmişdir. Bu barədə atası Paşaya bildirmiş, atası razılıq verərək Aqşinin müxtəlif adlarla tələbinə əsasən atası Zərərçəkmiş şəxs9 aldığı pulları Aqşin Qənbəırlinin bildirdiyi kart hesablarına xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 560 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, həmin tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, həmin gün 150 manat, 17 iyul 2021-ci il tarixdə 130 manat, xx.xx.2021-ci il tarixdə 600 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, 25 .12.2021-ci il tarixdə 1500 manat pul göndərmişdir. Bundan başqa 18 iyul 2021-ci il tarixdə yaşadığı Ucar şəhəri, Xətai küçəsi, 7 saylı evdə atası Polad Məmmədov, Təqsirləndirilən şəxs 950 ABŞ dolları həmikn vaxtkı kursla 1615 (min altı yüz on beş) manat məbləğində pulu nağd şəkildə onun yanında vermişdir. Həmçinin 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs hesab kartına 870 (səkkiz yüz yetmiş) manat pul göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs9 aldadaraq etibarından sui-istifadə edib 1125 (min yüz iyirmi beş) manat pulunu ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla xalasının həyat yoldaşı Zərərçəkmiş şəxs8 tanış etmişdir. 2021-ci ildə ticarət işlərini lazımi səviyyədə həyata keçirə bilməyib borcu yaranmış, borcumu ödəmək üçün evini satlığa qoymuş və hazırda evini sataraq kirayədə yaşayır. Qohumu Zərərçəkmiş şəxs8 2021-ci ilin avqust ayında ona Təqsirləndirilən şəxs adlı tanışının sosial ev almaqda kömək edə biləcəyini demişdir. Sosial mənzil verilməsindən ötrü Təqsirləndirilən şəxs pul vrilməsinin lazım olduğunu bildirmiş, o, başqa şəxslərə borclu olduğu üçün hazırda Aqşinə verməyə pulu olmadığını söyləmişdir. Zərərçəkmiş şəxs8 xahiş etmişdir ki, onun mənzil almağına kömək etməsi üçün özündən Aqşinə pul versin, sonra onun çəkdiyi xərcləri ödəyəcəyinə söz vermişdir. Beləliklə Zərərçəkmiş şəxs8, ona güzəştli ev verilməsi üçün Təqsirləndirilən şəxs dəfələrlə pul vermişdir. Zərərçəkmiş şəxs8 onun yanında Bakı şəhərində, Qara Qarayev metrosunun qarşısında Təqsirləndirilən şəxs bir neçə dəfə pul vermişdir, lakin buna görə ona maddi ziyan dəyməmiş, maddi ziyan Zərərçəkmiş şəxs8 vurulmuşdur. Şahid1 bildirmişdi ki, Təqsirləndirilən şəxs və onun bacısı X7 2022-ci ilin fevral ayından tanıyır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs10 aldadaraq etibarından sui-istfadə etməklə ondan 2021-ci ilin yayında 10.000 (on min) manat pul almış, həmin pulun 4500 manatını qaytarmış, 5500 (beş min beş yüz) manat məbləğində borclu qalmışdır.Aqşinin onun həyat yoldaşından pul alıb qaytarmamasını o sonradan, yəni 2022-ci ilin fevral ayında bilmişdir. Həyat yoldaşı Fəridə , Aqşinə verdiyi on min manat puldan iki min beş yüz manatını almış, Aqşin onun yeddi min beş yüz manat pulunu qaytamadıqda , 2022-ci ilin fevral ayında bu barədə ona bildirmişdir. Həmin vaxtdan sonra o, Aqşindən və bacısı İlahədən həyat yoldaşına olan borcu qaytarmalarını tələb etmiş, onlardan cəmi iki min manat pul ala bilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Fəridəyə hazırda 5500 (beş min beş yüz) manat borcu qalmışdır. 2022-ci ilin mart ayında dəqiq tarixini bilmədiyi gündə, İlahənin yaşadığı “AAF park” yaşayış kompleksindəki evinə qazi yoldaşı İsmayılla birlikdə getmişlər. İlahənin evinə getməkdə məqsədi Aqşinin onun həyat yoldaşına olan borcunu qaytardırmaqdan ibarət olmuşdur. İlahə onu Aqşinlə telefonda danışdırmış, Aqşin onu “AAAF park” yaşayış massivinə çağırmışdır. O, qazi yoldaşı İsmayılla bitrlikdə “bazarstor” marketin qarşısında Aqşinlə görüşmüşdür. Orada Aqşini öz idarə etdiyi “Tayota prius” markalı maşına oturdub Xırdalan şəhərindəki H.Əliyev prospektinin Bakı-Quba yolundan başlanğıc tərəfinə aparmışdır. Yolda ondan Fəridədən aldığı pulu qaytarmasını tələb etmişdir. Aqşin ona iki gün müddətində borcu qaytaracağına söz vermiş, o da onu maşından düşürdüb evinə getmişdir. Aqşini döyməmiş, ona fiziki güc tətbiq etməmiş, lakin onu danlamışdır. İlahənnin evinin qapısında olarkan telefonda Aqşinə onun qulağını kəsəcəyi barədə sözlə hədə-qorxu gəlmiş, lakin həmnin vaxt onda bıçaq olmamış və bıçaq çıxartmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun sənəddə adı Hüsaməddin olsa da, el arasında ona Hüseyn deyə müraciət edirlər. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından tanıyır. Həmin vaxt yol gedərkən Aqşin onun telefon nömrəsini götürmüş və həmin vaxtdan sonra taksi lazım olanda ona zəng vurub o da Aqşini dediyi ünvanlara aparıb xidmət haqqını almışdır. O, Aqşini xeyriyyəçi kimi tanımışdır. Belə ki, onu bir neçə dəfə Bakı şəhərində “Oksigen” klinikasına, “German” klinikasına aparmış, Aqşin həmin klinikaların qarşısında şikəst uşaqları valideyni ilə qarşılayıb klinikaya girdiyini görmüşdür. X17 Şiriyevin işsiz olduğunu bilmiş və Aqşinin Yusifi işə düzəldə biləcəyini fikirləşib bu barədə Aqşinə bildirmişdir. Aqşin də ona kömək edə biləcəyini demiş, o da Aqşinin mobil nömrəsini Yusifə vermişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Yusif ona zəng edib Xırdalan şəhəri, H.Əliyev prospekti, “Göyçə” marketin yanına çağırmışdır. X25 bir yerdə olmuş, Yusif ona demişdir ki, Aqşinə ona iş düzəltmək üçün 7400 manat pul vermək istəyir. O, Yusifə demişdir ki, özünüz bilərsiniz. Bundan sonra Yusif onun yanında Aqşinə 7400 (yeddi min dörd yüz) manat pulu sayaraq vermişdir. Həmin vaxtdan sonra Yusif Aqşinə 1400 (min dörd yüz) manat da pul vermişdir, lakin həmin pulun verilməsinfdə o, iştirak etməmişdir. Bir neçə ay keçdikdən sonra Yusif ona demişdir ki, Aqşin onun işini düzəltməyib, pulunu qaytyarmır, telefonunu götürmür. O, Aqşinlə görüşüb Yusifin pulunu qaytarmasını ona təkid etmişdir. Aqşin Yusifin pulunun bir hissəsini qaytarmışdır. Həmin pulun qaytarılmasında o, Yusifə kömək etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun bacısı X7 2022-ci ilin fevral ayından tanıyır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs10 aldadaraq etibarından sui-istfadə etməklə ondan 2021-ci ilin yayında 10.000 (on min) manat pul almış, həmin pulun 4500 manatını qaytarmış, 5500 (beş min beş yüz) manat məbləğində borclu qalmışdır.Aqşinin onun həyat yoldaşından pul alıb qaytarmamasını o sonradan, yəni 2022-ci ilin fevral ayında bilmişdir. Həyat yoldaşı Fəridə , Aqşinə verdiyi on min manat puldan iki min beş yüz manatını almış, Aqşin onun yeddi min beş yüz manat pulunu qaytamadıqda , 2022-ci ilin fevral ayında bu barədə ona bildirmişdir. Həmin vaxtdan sonra o, Aqşindən və bacısı İlahədən həyat yoldaşına olan borcu qaytarmalarını tələb etmiş, onlardan cəmi iki min manat pul ala bilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Fəridəyə hazırda 5500 (beş min beş yüz) manat borcu qalmışdır. 2022-ci ilin mart ayında dəqiq tarixini bilmədiyi gündə, İlahənin yaşadığı “AAF park” yaşayış kompleksindəki evinə qazi yoldaşı İsmayılla birlikdə getmişlər. İlahənin evinə getməkdə məqsədi Aqşinin onun həyat yoldaşına olan borcunu qaytardırmaqdan ibarət olmuşdur. İlahə onu Aqşinlə telefonda danışdırmış, Aqşin onu “AAAF park” yaşayış massivinə çağırmışdır. O, qazi yoldaşı İsmayılla bitrlikdə “Bazarstor” marketin qarşısında Aqşinlə görüşmüşdür. Orada Aqşini öz idarə etdiyi “Tayota prius” markalı maşına oturdub Xırdalan şəhərindəki H.Əliyev prospektinin Bakı-Quba yolundan başlanğıc tərəfinə aparmışdır. Yolda ondan Fəridədən aldığı pulu qaytarmasını tələb etmişdir. Aqşin ona iki gün müddətində borcu qaytaracağına söz vermiş, o da onu maşından düşürdüb evinə getmişdir. Aqşini döyməmiş, ona fiziki güc tətbiq etməmiş, lakin onu danlamışdır. İlahənnin evinin qapısında olarkan telefonda Aqşinə onun qulağını kəsəcəyi barədə sözlə hədə-qorxu gəlmiş, lakin həmnin vaxt onda bıçaq olmamış və bıçaq çıxartmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkləmə- tibb ekspertizasının verdiyi 24 may 2022-ci il tarixli, 1032 saylı rəydən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə -tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 məhkəməyə təqdim olunmuş ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəyən maddi ziyanlar ödənilmişdir. Onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəyən maddi ziyanlar ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə də öz qüvvəsində saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti 02 (iki) il 04 (dörd) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azad edilsin və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probarsiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-478/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-478/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver