Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-479/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəliyev Toğrul Rasim oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki,o, tamah niyyəti ilə qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Mingəçevir şəhərində olan mənzilinin satılmasından əldə etdiyi pulun çantasında olduğunu bilib həmin pulu oğurlamaq qərarına gəlmiş, 19 sentyabr 2018-ci il tarixdə birlikdə kirayə yaşadıqları Abşeron rayonu Xırdalan şəhəri, Kristal-Abşeron 1 yaşayış kompleksi, bina 8, 177-də mənzildə tək olan zaman Zərərçəkmiş şəxs əl çantasının içərisindən 26500 (iyirmi altı min beş yüz ) manat pulu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır.Səfayə ilə qonşu olmuş, onunla qeyri-rəsmi yaşamış və aralarında normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Mingəçevir şəhərində evini satdıqdan sonra Bakı və Abşeron rayonundan ev almaq istəyirmiş, buna görə o Səfayə ilə birlikdə 2018-ci ilin sentyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş, bir neçə evə baxmış, lakin Səfayənin xoşu gəlməmişdir. Sonra Səfayə kirayə ev tutmaq qərarına gəlmiş ona görə də, maklerlərlə görüşmüşlər. Xırdalan şəhərində 280 manata kirayə ev tapılmış, 18 sentyabr 2018-ci il tarixdə Səfayəyə zəng etmiş, Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron” yaşayış kompleksində ev olduğunu demişdir. Səfayə Xırdalan şəhərinə gəlmiş və birlikdə evə baxmışlar. Xoşlarına gəldiyi üçün evdə kirayə qalası olmuşlar. 19 sentyabr 2018-ci il tarixdə birlikdə Xırdalan şəhrində Heydər parkında gəzib daha sonra yemək yemişlər. 19 sentyabr 2018-ci il tarixdə saat 20 radələrində Səfayənin Minqəçevir şəhərindəki satdığı evin əşyalarını gətirmək üçün saat 20 radələrində kirayə yaşadıqları evdən çıxmışlar. Avtovağzala çatdıqda ona zəng gəlmiş, anası xalasının rəhmətə getdiyini demişdir. Səfayəyə bildirmiş ki, özü tək rayona getsin. Səfayə taksiyə minərək Mingəçevir şəhərinə yola düşmüşdür. O isə geriyə, yəni Xırdalan şəhərinə qayıtmış. Səfayə yolda olan zaman ona zəng edərək bildirmiş ki,çantasında olan 27500 manat pulun 26500 manatı oğurlanmış, həmin pulun yerinə ağ kağızlar qoyulmuş, hər tərəfinə 500 manat pul qoyulub. Səfayəyə geri qayıtmasını demişdir. Səfayə Xırdalan şəhərinə qayıtmış, birlikdə “Kristal Abşeron” yaşayış kompleksinin qarşısında görüşmüş, oradan kirayə yaşadıqları evə getmişlər. Evdə Səfayə çantasının içərisində olan sellofanı açmış, sellofanın içərisində 1000 manat pul və çoxlu sayda kəsilmiş ağ kağız olmuşdur. Səfayə pulunun oğurlandığına görə ağlamağa başlamış, ona sakit olmağını və pulunun tapılmasında köməklik edəcəyini demişdir. 19 sentyabr 2018-ci il tarixdən 20 sentyabr 2018-ci il tarixə keçən gecə kirayə qaldıqları evdə Səfayə ilə birlikdə qalmışlar. 20 sentyabr 2018-ci il tarixdə səhər saatlarında yuxudan durub evi axtarmış, şifonerin başından 1000 manat pul tapmışdır.Səfayəyə demiş ki,burada pul var,həmin pulu saymadan Səfayəyə vermişdir. Sonra Səfayə israrla evdə ikisi olmuğunu və ondan şübhələndiyini bildirirmişdir. Lakin həmin oğurluqdan heç bir məlumatı olmamışdır. 20 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində Rusiya Federasiyasında olan qardaşı Rüfətin Azərbaycana gətirmək üçün 20 Yanvar metrosuna getmiş və oradan 334 manata bilet almışdır. Yenidən Səfayənin yanına qayıtmış,lakin Rusiya Federasiyasına gedəcəyimi Səfayəyə deməmişdir. 20 sentyabr 2018-ci il tarixdə saat 17:48-də Bakı Beynəlxalq Hava limanından Moskva şəhərinə uçmuşdur. Moskva şəhərindən Krasnayarsk şəhərinə qardaşı Rüfətin yanına getmişdir.Oradan bir neçə dəfə Səfayə ilə telefon əlaqəsi saxlamış, hər dəfə evindən oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. Qardaşı Rüfəti özü ilə Azərbaycan Respublikasına gətirə bilmədiyi üçün Səfayədən xahiş etmiş ki, Bakı şəhərindən bilet alsın və o geri qayıtsın.06.10.2018-ci il tarixdə saat 14:10 radələrində Bakı Beynəlxalq Hava limanında olan zaman polis əməkdaşları Abşeron rayon polis idarəsinə aparmışlar. Zərərçəkmiş şəxs 18 sentyabr 2018-ci il tarixdə Xırdalan şəhərinə gələn zaman onun çantasında 27500 manat pulun olduğunu bilirmiş, Səfayəyə zəng etmiş ki, Xırdalana gəlsin və kirayə ev var. Səfayə də evini Mingəçevir şəhərində satdığı üçün onda pul olduğunu bilirmiş. Səfayə mütəmadi olaraq onunla birlikdə olmuş, 19 sentyabr 2018-ci il tarixdə saat 07 radələrində Səfayə ilə birlikdə taksi ilə Koroğlu metrosunun yanına getmiş, oradan Səfayə oğlu Xəzərlə birlikdə taksiyə minib Şağana getmiş,sonra Səfayə saat 14 radələrində evə qayıtmışdır. 19 sentyabr 2018-ci il tarixdə Səfayə çantasını evdə qoyduğunun şahidi olmuşdur.O həmin pulları oğurlamamış və kimin tərəfindən oğurluq etdiyini bilmir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08.09.2018-ci il tarixdə bacısı qızı Ceyhunə Quliyevanın adına olan, lakin faktiki olaraq ona məxsus ünvan 2 ünvanını 30000 (otuz min) manata satmış ki, Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilən binaların birindən özünə ev alsın və gələcəkdə həmin evə köçsün. Evi satdıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş və orada ev alqısatqısı ilə məşğul olan şəxslərdən mənzillə maraqlanmışdır. Lakin münasib ev tapa bilmədiyi üçün Ağdam rayonu, Quzanlı kəndinə qayıtmışdır. Uzun müddət Mingəçevir şəhərində qonşusu və ailə dostu olan Təqsirləndirilən şəxs də ev axtardığını bildirmişdir. Orxan ona zəng edərək Abşeron rayonu, Xırdalan şəhəri “AAAF” yaşayış kompleksində 57 kv.metr ev olduğunu və 25000 manata satıldığını bildirmişdir. Orxanın dediyi evin qiyməti və kvadrat metri onu qane etdiyindən o, Orxanla razılaşmış və 18 sentyabr 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getmişdir. Orxan onu avtovağzalda qarşıladıqdan sonra birlikdə Abşeron rayonu Xırdalan şəhərinə getmişlər. X10 yaşayış massivində olan evə baxmış, orada ilkin olaraq baxdığı evə 1000 manat beh vermişdir. Ümumilikdə özərində 27500 manat pul götürmüş, həmin pulu qara rəngli əl çantasının içərisində sellofona qoymuşdur. 1000 manat behi Orxanın yanında çantasından çıxarıb ev sahibinə verərkən Orxan onun üzərində 27500 manat pul olmasını bilirmişdir. Lakin evin sənədlərində problem yarandığından o behi geri qaytarmışdır. Bundan sonra o, Xırdalan şəhəri Kristal Abşeron yaşayış kompleksində olan və kirayə tutduğu evə Orxanla birlikdə getmişdir. Onlar gecəni orada qalmışlar. Səhəri günü, yəni 19 sentyabr 2018-ci il tarixdə oğlu Xəzər Vəliyev Bakıya gəlmiş və ona zəng vurub xahiş etmiş ki,əskərliyə görə arayış götürmək üçün onu Maştağa qəsəbəsinə aparsın. İçərisində pul olan əl çantanı götürüb Koroğlu metrosunun yanına getmiş və orada oğlu ilə görüşüb Maştağa qəsəbəsinə getmişdir. Oarda onlara demişlər ki,arayış vermək üçün 3 gün uşaq qalmalıdır. Ordan oğlu ilə birlikdə bacısı gilin yaşadığı Mərdəkan–Buzovna yolundakı evinə qayıtmışlar. Ordan lazımı əşyalar götürüb oğlu ilə yenidən Maştağa qəsəbəsinə getmiş və oğlunu orada yerləşdirmişdir. Sonra taksiyə minib Xırdalana qayıtmışdır. Yolda olanda Orxana zəng vurmuş ki, gəlir,ona görə ki,qaldıqları evin açarı cəmi bir dənə olmuş və açar Orxanda idi. Saat təxminən 13 radələrində Orxan onu Kristal-Abşeron yaşayış kompleksinin yanında qarşılamışdır. Birlikdə evə getmişlər. Bir qədər sonra günorta yeməyi yemək üçün Orxanla birlikdə evdən çıxmış, qapını Orxan bağlamış və açar onda qalmışdır. Evin yaxınlığındakı kafedə oturub yemək yeyib yenidən evə qalxmışlar. Yorğun olduğu üçün yatmış, Orxan isə dostunun yanına getmək üçün evdən çıxıb getmişdir. Saat 17-18 radələrində Orxan evə qayıtmışdır. Bir qədər sonra ona «gedək aşağıda yemək yeyək və sonra rayona gedib əşyalarıvı gətirək» demişdir. Birlikdə mənzildən çıxarkən o içərisində pul olan əl çantanı götürmək istəmiş, bu zaman Orxan onun çiynində əl çantanı çıxarıb «neynirsən bunu özünlə daşıyırsan,qoy evdə qalsın» demiş,o da Orxana qulaq asıb əl çantanı mənzildə yorğanın üstünə qoymuşdur.Birlikdə aşağıya düşüb yenidən həmin kafedə əyləşmişlər. Sifarişi verəndən bir qədər sonra hələ yemək gəlməmiş Orxan birdən ona demiş ki,onun təzyiqi düşüb başı ağrımağa başlamış, ona kofe sifariş etmiş,Orxan kofe içəndən sonra ona demiş ki,aptekə gedib təzyiqini ölçdürmək istəyir. Orxan kafedən çıxmış o isə onu gözləmişdir. Təxminən 10 dəqiqədən sonra Orxan qayıtmış, yaxınlıqda aptek olduğu üçün ondan nə üçün gec gəldiyini soruşmuş. Orxan cavabında qarnı ağrıdığı üçün evə qalxdığını bildirmişdir. Həmin vaxtı mənzilin açarı Orxanda olmuşdur. Bir qədər oturduqdan sonra Orxan ona halı düzəlmədiyini deyib getmək istədiyini bildirmişdir. Yemək yemədən kafedən çıxıb evə qayıtmışlar. Mənzilə qayıdan kimi Orxan evin içindən bir boş sellofan paket götürüb pul olan əl çantasını həmin paketin içinə qoymuş və üstünə də onun bir neçə dənə paltarlarını qoymuşdur.Həmin vaxtı ağlına da gəlmədi ki,Orxan məqsədli şəkildə əşyaları pul olan çantanın üstünə qoymuşdur. Evdən çıxıb taksiyə minib yola düşmüşlər. Taksi bir qədər hərəkət etmişdir ki, anası Orxana zəng vurmuşdur. Orxan ona demiş ki,onun xalası rəhmətə gedib təcili getməlidir. Avtovaqzala çatdıqdan sonra Orxan onu başqa bir taksiyə əyləşdirmiş və əlindən paketi alıb baqaca qoymuşdur. Paketi ona verməyi ondan xahiş etsə də ona demiş ki, «qoy qalsın burda» və çıxıb gedəndə baqacı bağlamışdır. Saat 20-21 radələrində taksi ilə Lökbatan qəsəbəsinin dairəsinin yanından keçən zaman taksidən saxlamağı xahiş etmiş, sürücü maşını saxladıqdan sonra baqacdan paketi götürüb içinə baxdıqda pulun oğurlandığını aşkar etmişdir. Dərhal Orxanın mobil telefonuna zəng etmiş və vəziyyəti ona bildirdikdə, Orxan ona demiş ki, geri qayıtsın. Yenidən geriyə, yəni Kristal Abşeronun qarşısına qayıtmış və Orxana sellofanın içində olan ağ kağızları göstərmişdir. Orxan onu sakitləşdirməyə başlamış və onu kirayə qaldığı evə aparmışdır. Gecəni yenidən həmin evdə qalmışlar. Orxan ona yalvarmış ki, bu barədə polisə məlumat verməsin, bəzi adamlarla danışmış,onun pullarını tapıb verəcəklər, 20 sentyabr 2018-ci il tarixdə saat 17 radələrinə kimi pulu gətirəcək. Həmçinin evdə olan zaman Orxan ona əlavə 1000 manat pul da verdi ki, guya həmin pulu qaz sobasının yanından tapmışdır.O Orxanla mülayim hərəkət edirmiş ki, onun pulunu geri qaytarsın. 20 sentyabr 2018-ci il tarixdə saat 13 radələrində Orxan evdən çıxıb gedərkən saat 17 radələrinə kimi pulunu geri qaytaracağını bildirmişdir. Ona inanıb evdə oturub onu gözləmiş,saat 17 radələrinə kimi Orxanla mütəmadi olaraq telefonla əlaqə saxlamış,hər dəfə ona narahat olmamağını və gələcəyini demişdir. Lakin saat 17-dən sonra Orxanın telefonuna zəng çatmamışdır. Evin qapısını açıb çölə çıxmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Açar isə Orxanda olduğu üçün bayıra çıxa bilməmişdir. Orxanın telefonlarına isə zəng çatmıdı. Məcbur olub evi ona kirayə verənə zəng vurmuş və ona nə baş verdiyini danışmış. İki saatdan sonra usta göndərilmiş və gələn usta qapını qırandan sonra bayıra çıxmışdır. Sonra rayona getmişdir.Həmin gecə Orxanın atasına zəng vurmuş və nəyin baş verdiyini ona demiş,atası ona gözlə yoldaşına zəng vurub ondan xəbər alıb deyəcəyini demişdir. Bir qədər sonra Orxanın atası ona zəng vurub təəcüblə demiş ki,onun oğlu Orxan Rusiyaya getmişdir. Onun danışığından başa düşmüş ki, oğlunun Rusiyaya getməsi barədə məlumatı yoxdur. Həmçinin atası ona demiş ki, arvadı hazırda Sumqayıtdadır. Orxanın bu hərəkətinə görə dərhal 102 xidmətinə zəng vurmuşdur.06 okytabr 2021-ci il tarixdə Orxan Azərbaycana qayıtmış və polisə aparılmışdır. X13 yazmış ki,onun pulunu ödəyəcək ona görə də onu buraxmışlar. Həmin günü birlikdə onun evinə getmişlər. Gecə söhbət əsnasında Orxan ona demiş ki, pulu o oğurlatdırıb lakin müxtəlif adlar çəkməyə başlamışdır.Pulu necə oğurlatdığını soruşanda ona demiş ki,19-u günü güya kafeyə gedəndə o qapını kilidləməmiş və həmin adamlar gəlib evdən oğurlayıblar.Səhərisi günü polisə getməli olduqları üçün,Orxan evdən çıxıb aşağıda onu gözləyəcəyini desədə o aşağı düşəndə Orxanı tapa bilməmiş,ona dəfələrlə zəng vursa da telefonuna zəng çatmamış və onun hara getdiyini bilməmişdir. Sonra polisə getmiş və müstəntiq İlkin Kərimova bu barədə demişdir. Bir neçə gündən sonra onu yenidən axtarışa vermişlər. Orxan tutulduqdan sonra həbs olunmuşur. Həbs olunandan bir iki gün sonra Orxanın anası və bacısı yaşadığı evə gəlmiş,anası ona yalvarmış ki,bir neçə gündən sonra Orxanın ondan oğurluq etdiyi pulları Orxan qaytaracaq. Qaytarmasa o öz evini satacaq. Orxan həbsdə olduğu günlərdə onun mobil telefonuma zəng edərək Apelyyasiya şikayəti verdiyini deyib yalvararaq xahiş etmiş ki, məhkəmədə şikayətçi olmadığımı bildirsin. O azad olunan kimi pullarını qaytaracaq.O Orxana və anasına inanmış və Apelyasiya məhkəməsinə gedəndə hakimə onu istintaq müddətində buraxılmasını xahiş etmişdir. Apelyasiya məhkəməsi onu həmin günü buraxmış,o və Orxanın vəkili onu Kürdəxanıdan götürüb Abşerona qayıtmışlar. Vəkili yolda düşürtmüşlər.Daha sonra Orxanla evə getmişlər. Həmin günü Orxan spirtli içki almış və evdə qəbul edəndən sonra pulunu oğurladığını və Rusiyaya qaçdığını tam etiraf etmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki,Mingəçevir şəhər sakini kimi tanıyır. Təxminən 5 ilə yaxındır ki, münasibətləri olmuşdur.Təqsirləndirilən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. Səfayə ilə Orxan qeyri –rəsmi yaşamışlar.Bir neçə dəfə birlikdə yemək yemişlər.2018-ci ilin avqust ayında Orxanla şərikli Mingəçevir şəhərində, Kür çayının kənarında kafe işlətmişlər. Həmçinin həmin kafenin yanında olan moykanı da işlədirmiş. Xəyyam Quluyev də həmin kafedə ofisant işləyirmiş. 2018-ci il sentyabr ayının ortalarında Orxan ona Səfayənin Mingəçevir şəhərində olan evini satdığını və həmin pula Bakı şəhərində ev alacaqlarını,bundan sonra Səfayə ilə birlikdə Bakı şəhəri və ya Abşeron rayonu ərazisində yaşayacaqlarını bildirmişdir. Bundan sonra Orxan həmin kafeni ona təhvil vermiş və Bakı şəhərinə getmişdir.Orxan Bakı şəhərinə getdikdən təxminən 5-6 gün sonra Səfayə onun tanışı olan Elgün adlı şəxsə zəng edərək onun Səfayə ilə əlaqə saxlamağını demişdir.O da Səfayənin mobil telefonunu yığmışdır.Səfayə Orxanın onun 26500 manat pulunu oğurladığını,onun Orxanın atası və anası ilə danışmağını xahiş etmişdir.Sonradan Orxanın atası və anası onu yığıb bildirmişlər ki,Səfayənin pulu onun tərəfdən oğurlanmışdır.O isə Səfayənin yaşadığı evin harada olmasının bilmədiyini, həmçinin Səfayənin pulunun onun tərəfindən oğurlanmadığını demişdir,lakin Orxanın atası və anası onun ünvanına nəlayiq söyüşlər söymüşlər.O oğurluq olduqdan sonra Orxanın Rusiya Federasiyasına getdiyini eşitmişdir.Orxan Rusiya Federasiyasından qayıtdıqdan sonra Mingəçevir şəhərində onunla görüşmüşdür. Orxandan Səfayənin evindən pul oğurlayıb-oğurlamadığını soruşduqda,Orxan ona bildirmiş ki,həmin pulu özü tək oğurlamış, Səfayə ilə birlikdə xərcləmiş,qalan pulu isə Orxan borcuna vermişdir. Bundan sonra onun aliment borcu olduğu üçün Orxan ona təxminən 1000 manata qədər pul vermiş,o da borcunu ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri,Kristal Abşeron yaşayış massivinin komendantlığında bağban işləmişdir.Həmin vaxt yaşayış massivində yaşıllığa, qapıların kodlarına nəzarət etmiş,həmçinin sınmış qıfılların bərpasını, bundan başqa sınmış santexnika əşyalarının bərpası ilə də məşqul olurmuş. 2018-ci ilin sentyabr ayının ortalarında saat təxminən 19 radələrində bir nəfər tanımadığı şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək bir nəfər şəxsin mənzildə qaldığını və ünvanını qapısının qıfılını açmaq lazım olduğunu demişdir.Həmin şəxs özünü ona makler kimi təqdim etmişdir.O dərhal həmin maklerin dediyi Kristal ünvan 4 ünvana çatmışdır.Ünvanın qarşısında olarkən bir nəfər tanımadığı qadının qapı arxasından qışqıraraq kömək istədiyini eşitmiş, həmin qadın ondan qapının hər vasitə ilə açılmasını tələb etmişdir. Mənzilin qapısının qıfılını hər vasitə ilə açmağı cəhd etsə də alınmadığı üçün qapının qıfılını sındırmışdır.Qapını açdıqdan sonra bir nəfər tanımadığı adının sonradan Səfayə olduğunu bilmiş şəxsin sifəti qızarmış, gözləri ağlamaqdan şişmiş olduğunu görmüşdür. Həmin qadın ona səhər saat 10 radələrindən qapı arxasında saxlanıldığını və evin açarının aparıldığını demişdir.O qapının qıfılını dəyişib getmiş,üstündən bir müddət keçmiş təsadüfən gözəllik salonunda təmir işi görərkən Səfayə onu orada görüb tanımış və ona minnətdarlığını bildirmişdir. Söhbət əsnasında bildirmiş ki,bir nəfər tanıdığı şəxs onu ev almaq üçün evində saxladığı külli miqdarda pulunu oğurlayıb və qapını kilidliyərək açarı götürüb getmişdir. Səfayə evindən oğurlanan pulun Mingəçevir şəhərində satdığı evin pulu olduğunu bildirmiş və demiş ki,bu barədə polisə şikayət etmişdir.O Səfayəyə demiş ki,lazım olsa onunda adını polisdə bildirsin gəlib ifadə verməyə hazırdır. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, 2014-cü ildən Abşeron rayon, Xırdalan şəhəri Kristal-1 bina 8,mənzil 177 nömrəli evi almış, həmin evi aldıqdan sonra təmir etdirmişdir.Goranboy rayonunda yaşadığı üçün evi kirayə vermək qərarına gəlmişdir.Buna görə də Abşeron rayonu ərazisində işləyən maklerlərə müraciət etmiş,evi 280 manata kirayə verməklərini xahiş etmişdir.2018-ci ilin sentyabr ayının ortalarında ona xəbər etmişlər ki,evini kirayə istəyən var, o razılıq vermiş və evin açarlarını həmin şəxsə verilməsinə etiraz etməmişdir.18 sentyabr 2018-ci il tarixdə Səfayə adlı xanım onun evinə köçmüşdür.O isə rayonda olduğu üçün 21 sentyabr 2018-ci il tarixdə Abşeron rayonu,Xırdalan şəhərinə gəlmiş və orada aralarında mənzillərin kirayə verilməsi haqqında müqavilə bağlamışlar.Həmin vaxt Zərərçəkmiş şəxs evin açarlarını dəyişdiyini demiş, o isə səbəbini soruşduqda bildirmiş ki,onunla qeyri-rəsmi yaşayan Orxan adlı şəxs ona məxsus 26500 manat pulunu onun evində qalan zaman oğurlamışdır.Orxan adlı şəxs onu evdə saxlamış,evin açarını özü ilə aparmış və Səfayə məcbur olub qonşuluqda yaşayan şəxslərdən kömək istəmiş və adını bilmədiyi qonşu evin qapısındakı daxili kilidi sındırmış,Səfayəni evdən çölə çıxartmışdır.Buna görə də Zərərçəkmiş şəxs evin açarını dəyişmişdir. Məhkəmə istintaqında şahid X5 elan olunmuş ifadəsindən görünür ki, Səfayəni Mingəçevir rayon sakini kimi tanıyır,əvvəllər qonşusu olub,sonra onlar başqa evə köçmüş, onunla heç bir münasibətləri olmamışdır.2018-ci ilin yay aylarında o ayağını qırmışdır.Evdə oturan vaxtı onun mobil telefonuna hazırda yadında qalmadığı qonşulardan kimsə zəng etmiş və onun X16 adlı qadınla yaşamasını demişdir.O da Səfayənin oğlundan yaşlı olduğu üçün və onların münasibətlərinin qarşısını almaq üçün qonşulardan Səfayəyə oğlundan əl çəkməsi üçün xəbər göndərmiş,lakin yadında qalmayan şəxs ona bildirmiş ki, Səfayə demişdir ki,aralarında hər hansı bir münasibət yoxdur. 2018-ci ilin sentyabr ayının 15-də bacısı Ataşova Məlahət Məmməd qızının keçirdiyi ağır xəstəliyi ilə əlaqədar ona baş çəkmək üçün yaşadığı Sumqayıt şəhərinə getmişdir.Həmin ərəfədə bacısı xərçəng xəstəliyi ilə əlaqədar özünü çox pis hiss etmişdir. 19 sentyabr 2018-ci il tarixdə bütün qohumlarıma məlumat vermiş ki, Məlahət artıq ölmək üzrədir və gəlməklərini xahiş etmişdir.21 sentyabr 2021-ci il tarixdə bacısı Məlahət vəfat etmişdir. 19 sentyabr 2018-ci il tarixdə oğlu Orxana zəng vurub bacısının ölməsi barədə məlumat vermişdir. X16 Vəliyeva ilə bir müddət Abşeron rayonunda olması barədə məlumatı olmamışdır. X9 getməsi barədə məlumatı olmayıb. Orxanın Rusiya getməsi barədə ona kimsə məlumat vermişdir.Orxan Rusiyada olan zaman ona bir neçə dəfə zəng vurmuş ki, Moskvada olan tanışlarını yanına iş axtarmağa getmiş lakin iş olmadığı üçün qayıtmaq istəyir. Digər oğlunun yanına isə gedə bilməyib və onunla görüşməmişdir.06 oktyabr 2018-ci il tarixdə Minqəçevir şəhərində olan zaman ona məlumat verilmişdir ki,Orxan təyyarə ilə gələndə hava limanında saxlanılmışdır. Orxan Rusiyada olanda Səfayə ona zəng vurub ondan pul oğurlandığını bildirmişdir, lakin oğlundan şübhələndiyini ona deməmişdir. Sonra bilmiş ki,Səfayə oğlundan şikayətçidir, onu tutublar və həbs ediblər. Oğlunun Apellyasiya məhkəməsi zamanı Səfayə ondan şikayətçi olmadığını bildirmiş ona görə də oğlunu buraxmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 21 avqust 2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.03.2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində özünün müdafiəsi üçün göstərdiyi dəlillər istintaq materialları ilə təkzib edilmiş və müdafiə xarakterli kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.11.2018-ci il tarixli tələbnamədən görünür ki, 21 avqust 2015ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.03.2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivini yaradır. İş materiallarında olan 22.10.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 24 oktyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 02.11.2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Abşeron rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli qərarı dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilmişdir. 22.12.2018-ci il tarixdə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət işi üzrə icraat sabiq müstəntiq İlkin Kərimov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.4cü maddəsinə əsasən dayandırılmış, 14.01.2019-cu il tarixdə Təqsirləndirilən şəxs istintaqa könüllü gələrək sağaldığını bildirmiş və növbəti istintaq proseslərində iştirak edəcəyini göstərdiyindən, cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə sabiq müstəntiq İlkin Kərimov tərəfindən təzələnmiş və istintaq davam etdirilmişdir. Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmiş ona görə də 22.01.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 01.02.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş və həmin tarixdə iş üzrə icraat sabiq müstəntiq İ.Kərimov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 12.04.2019-cu il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün şöbənin baş müstəntiqi Fuad Nəsirova həvalə edildiyindən onun icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. 19.04.2019-cu il tarixdə cinayət işi üzrə icraat baş müstəntiq Fuad Nəsirov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 14.05.2019-cu il tarixdə cinayət işi üzrə dayandırılmış icraat baş müstəntiq Fuad Nəsirov tərəfindən təzələnmiş və 20.05.2019-cu il tarixdə icraat yenidən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 18.01.2020-ci il tarixdə cinayət işi sabiq müstəntiq İlkin Kərimov tərəfindən icraata qəbul edilərək iş üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir Təqsirləndirilən şəxin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə baxışında X7 özünü təqsirli bilməsə də, tanışı Şahid1 oğurluq etdiyini etiraf etməklə yanaşı sonuncuya 1000 (min) manat verməsi, oğurluq etdikdən sonra Zərərçəkmiş şəxs güya xalasının ölməsi barədə yalan məlumat verməsi,oğurluq etdikdən sonra dərhal ölkə ərazisini tərk etməsi, baş vermiş cinayətin onun tərəfindən törədilməsinə kifayət qədər əsas verir. Cinayət işinin istintaqı zamanı müəyyən olmuşdur ki,Təqsirləndirilən şəxs 20.09.2018ci il tarixdə təyyarə ilə Bakı–Moskva reysi ilə ölkə ərazisini tərk etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin məktubundan görünür ki,X8 21.09.2021-ci il tarixdə ölmüşdür. Ona görə də məhkəmə X4 özünü təqsirli bilməməsi barədə olan xüsusatları özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmə zamanı müəyyən edildi ki, təqdsirləndirlən şəxs özünü təqsirli bilməmiş və iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı da ödəməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31.12.2011-ci il təvəllüdlü bir azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun himayəsində 31.12.2011-ci il təvəllüdlü bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 21 avqust 2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.03.2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivini yaradır. Ona görə də Təqsirləndirilən şəxs əməlində residiv olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 22.10.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 1 günə 1 gün hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili X6 10 saat göstərdiyi hüquqi yardıma görə 60 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.03.2020-07.03.2020-ci il tarixdə və 22.10.2020-ci il tarixdən 22.01.2021-ci il tarixədək şübhəli şəxs kimi və həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 16 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili X6 10 saat göstərdiyi hüquqi yardıma görə 60 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-479/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-479/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver