Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-479/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuş, azərbaycanlı, Azerbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Yevlax rayonun Varvara kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz aralarında lotoreya oynamaqla toplanmış növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb, tamah niyyəti ilə etibardan sui-istfadə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərərçkmiş səxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı X3 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2019-cu ilin iyunun ayında Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində 200 (iki yuz) manat, həmin ilin avqust ayında qeyd edilən ünvanda 200 (iki yüz) manat, həmin ilin sentyabr ayının 5-də qeyd edilən ünvanda 200 (iki yüz) manat, həmin ilin oktyabr ayının 05-də qeyd edilən ünvanda 200 (iki yüz) manat, həmin ilin noyabrın ayının 05-də qeyd edilən ünvanda 200 (iki yüz) mant, həmin ilin dekabr ayının 5-də qeyd edilən ünvanda 200 (iki yüz) manat, qeyd edilən ünvanda 05 yanvar 2020-ci il tarixində 200 (iki yüz) manat, həmin ilin fevral ayının 05-də qeyd edilən ünvanda 200 (iki yüz) manat və həmin ilin mart ayının 05-də. qeyd edilən ünvanda 200 (iki yüz) mant olmaqla vahid niyyətlə ümumilikdə 1800 (min səkkiz yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs7 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2019-cu ilin sentyabr ayında Abşeron rayonu Xırdalan şəhəri, Gənclər şəhərciyində 300 (üçyüz) manat, qeyd edilən ünvanda oktyabr ayında 300 (üçyüz) manat, qeyd edilən ünvanda noyabr ayında 300 (üçyüz) manat, dekabr ayında qeyd edilən ünvanda 300 (üçyüz) manat və 2020-ci ilin yanvar ayında qeyd edilən ünvanda 300 (üçyüz) manat, fevral ayında qeyd edilən ünvanda 300 (üçyüz) manat, mart ayında qeyd edilən ünvanda 300 (üçyüz) manat olmaqla vahid niyyətlə ümumilkdə 2100 (iki min yüz ) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs1 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2019-cu ilin oktyabr ayının 5-də Abşeron rayonu Xırdalan şəhəri, Gənclər şəhərciyində 400 (dörd yüz) manat, həmin ilin noyabr ayında qeyd edilən ünvanda 400 (dörd yüz) manat, həmin ilin dekabr ayının 5-də qeyd edilən ünvanda 400 (dörd yüz) manat, 2020-ci in yanvar ayının 5-də qeyd edilən ünvanda 400 (dördyüz) manat, həmin ilin fevral ayının 5-də qeyd edilən ünvanda 400 (dörd yüz) manat və həmin ilin mart ayının 5-də qeyd edilən ünvanda 400 (dörd yüz) manat olmaqla vahid niyyətlə ümumilikdə 2400 (iki min dörd yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs9 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2019-cu ilin noyabr ayında Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində 500 (beş yüz) manat, 2019-cu ilin dekabr ayında qeyd edilən ünvanda 500 (beş yüz) manat və 2020-ci ilin yanvar ayında qeyd edilən ünvanda 500 (beş yüz) manat, ikinci qrup lotoreya oyununda iştirakı ilə əlaqədar 2019-cu ilin noyabr ayında qeyd edilən ünvanda 200 (iki yüz) manat, həmin ilin dekabr ayında qeyd edilən ünvanda 200 (iki yüz) manat, 2020-ci ilin yanvar ayında qeyd edilən ünvanda 200 (iki yüz) mant, həmin ilin fevral ayında qeyd edilən ünvanda 200 (iki yüz) manat, həmin ilin mart ayında qeyd edilən ünvanda 200 (iki yüz) manat olmaqla vahid niyyətlə ümumilikdə 3100 (üç min yüz) manat pulunu alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı X7 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2019-cu ilin oktyabr ayının 5-də Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində 300 (üç yüz) manat, həmin ilin noyabr ayında, qeyd edilən ünvanda 300 (üç yüz) manat, həmin ilin dekabr ayında qeyd edilən ünvanda 300 (üç yüz) manat 2020-ci ilin yanvar ayında qeyd edilən ünvanda 300 (üç yüz) manat, həmin ilin fevral ayında, qeyd edilən ünvanda 300 (üç yüz) manat olmaqla ümumilkdə ödədiyi 1500 (min beş yüz ) manat pulu və bundan başqa 2020-ci ilin dekabr ayının 10-da Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində nisiyə aldığı 470 (dörd yüz yetimiş) manat dəyərində olan ətirləri-yəni ümumilikdə 1970 (min doqquz yüz yetimiş) manat pulunu vahid niyyətlə ələ keçirdərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs8 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2020-ci ilin yanvar ayının 5-də Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində 500 (beş yüz) manat, 2020-ci ilin fevral ayının 5-də qeyd edilən ünvanda 500 (beş yüz) manat, 2020-ci ilin mart ayının 5-də qeyd edilən ünvanda 500 (beş yüz) manat ümumilkdə 1500 (min beşyüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2020-ci ilin yanvar ayının 5-də Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində 300 (üç yüz ) manat, həmin ilin fevral ayında qeyd edilən ünvanda 300 (üçyüz) manat, həmin ilin mart ayında qeyd edilən ünvanda 300 (üç yüz) manat, ümumilikdə 900 manat pulu vahid niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində alıb ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs2 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2020-ci ilin fevral ayının 5-də Bakı şəhəri Nəsimi rayonu “Moskva” Unvermağının yaxınlığında sonuncuya məxsus qızıl zinyət əşyaları olan bir dəst 585 əyyarlı ümumi dəyəri 1775 (min yeddi yüz yetimiş beş) manata olan bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl üzüyü, bundan başqa bir dəst 585 əyarlı ümumi dəyəri 981 (doqquz yüz səksən bir) mant olan iki cüt sırğa, bir ədə üzük, bir ədəd qızıl boyunbağı aralığını və əlavə olaraq 585 əyarlı 694 (altıyuüz doxsan dörd) manat dəyərində bir cüt sırğanı nisiyə adı ilə aldadıb alaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmış və Zərərçəkmiş şəxs2 ümumilikdə 3450 (üç min dörd yüz əlli) manat pul ödəməli olduğu halda 700 (yeddi yiiz) manat pul ödəmiş və Zərərçəkmiş şəxs2 2750 (iki min yeddi yüz əlli) manat pulunu vahid niyyətlə ələ keçirdərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 öz aralarında lotoreya oynamaqla toplanmış məbləği növbə ilə oyun iştirakçılarına veriləcəyi ilə aldadıb 2020-ci ilin aprel ayının 5-də Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində 2300 (iki min üçyüz) manat pulunu vahid niyyətlə ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubilkası CM-nin 178.2.2-ci maddəsii ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində yazılmış şikayət ərizələri ilə tanış olub, beləki, 5-ildən artıqdır ki, Abşeron rayonu Gənclər şəhərciyində yaşayır və orada “Güllər hədiyələr” mağazasında işləyirmiş, həmdə lotoreya oynayıb əldə etdikləri pulları maddi problemlərinə xərcləmək üçün tanışlarından ibarət bir neçə qrup yaratmışdır. X4 3 ildir ki, tanıyır, o, 2020-ci ilin yanvar ayının 5-dən lotoreya oynamaq üçün hər ay 500 manat olmaqla Vüsalə ona pul ödəmişdir. Zərərçəkmiş şəxs8 2020-ci ilin yanvar, fevral, mart ayıda daxil olmaqla 1500 manat lotoreya pulu ödədiyini və maddi vəziyyətim pis olduğu üçün əlavə ondan 2019-cu ilin noyabr ayında 1000 manat əl borcu pul aldığını, lakin əl borcuna aldığı pulu vaxtında qaytardığını, amma 1500 manat lotoreya pulunu Vüsaləyə qaytara bilmədiyini göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 ərizəsi üzrə bildirmişdir ki, maddi vəziyyətim pis olduğundan tanışı Zərərçəkmiş şəxs4 lotoreya oynamaq və birinci pulu özü götürməsini xahiş etdikdə, o, etraz etməmiş və Vüsalə özüdə daxil olmaqla 9 nəfərlik şəxslərində oyunda iştirakı üçün pul yığmışdır. Zərərçəkmiş şəxs4 lotoreya oyununa qoşduğu digər şəxsilərin kim olduğunu bilmir. Ümumilikdə o, Zərərçəkmiş şəxs4 2020-ci ilin yanvar ayında yaşadığ Xırdalan şəhəri Gənclər şəhərciyində 4500 manat pul aldığını göstərmişdir. Sonradan 2020-ci ilin fevral ayının 5-də Vüsalədən 1000 manat əl borcu, 6800 manat isə topladığı lotoreya pulunu gənclər şəhərciyində aldığını bildirmişdir. Ümumilkidə Zərərçəkmiş şəxs4 12300 manat pul aldığını həmin pulun 10000 manatını 2020-ci ilin mart ayının əvvəllərində Vüsaləyə qaytardığını və ona cəmi 2300 manat borclu qaldığını və maddi vəziyyətim pis olduğundan ona 2300 manat pulu qaytara bilmədiyini göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs9 barəsində yazdığı şikayət ərizəsi ilə əlaqədar göstərmişdir ki, 2019-cu ilin noyabr ayında lotoreya oynamaq üçün iki qrupa o, qoşulmuş, birinci qrupa hər ayın 5-də 500 manat, ikinci qrupa isə hər ay üçün 200 manat pul ödəməyə başlamışdır. Birinci qrup üçün 2019cu ilin noyabr ayından 2020-ci ilin yanvar ayıda daxil olmaqla ümumilikdə 1500 manat, İkinci qrup üçün isə 2019-cu ilin noyabr ayının 5-dən başlayaraq hər ay üçn 200 manat olmaqla 2020-ci ilin mart avıda daxil olmaqla ümumilkdə 1600 manat pul ödədiyini göstərmişdir. O, ümumilikdə iki qrupda lotoreya oyunu üçün 3100 manat pul ödədiyini, lakin maddi vəziyyətim pis olduğundan və bəzi şəxslərdən lotoreya pulunu yıga bilmədiyim üçün həmin puylları qaytara bilmədiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs7 təxminən 5 ildir ki, tanıdığını, onunla miinasibətlləri normal olduğunu bildirmişdir. 2017-ci ildən o, latareya oyununa qoşulmaqla, pullarıda növbəsi çatanda götürdüyünü bildirmişdir. O, oyun ərzində ümumilikdə toplam 27000 min manat lotoreyaya pul ödəmiş, 2019- cu ilin sentayabr ayına kimi ödədiyi pulları ona qaytarmışdır. Lakin 2019-cu ilin sentyabr ayından başlayaraq o, hər ayın 5-tarixindən olmaqla aylıq 300 manat latareya oynuna pul ödəməyə başladığını və yeni oyuna qoşuldugunu göstərmişdir. 2019-cu ilin sentyabr ayından 2020ci ilin mart ayıda daxil olmaqla ümumilikdə 2100 manat lotoreya oyununa pul ödədiyini və sonradan qruplar dağıldığından pulu qaytara bilmədiyini və hazır ki, vaxta kimi ona 2100 manat borclu qaldığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 şikayəti üzrə bildirmişdir ki, Günayı lotoreya oyununa qoşulmadan təxminən 7 ay əvvəl bir məhəllədə yaşadığı vaxtdan tanımışdır. O, da 2019-cu ilin oktyabr ayının 5-dən başlayaraq lotoreya oyununa qoşulmaqla hər ay üçün 400 manat ödəməyə başlamışdır. Bu minvanla 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayıda daxil olmaqla o, lotoreya oyunu üçün 2400 manat pul ödədiyini, lakin oyunçuların bəzilləri pulu ödəyə bilmədiyi üçün Günayın pulunu verə bilmədiyini, əldə etdiyi pullarda maddi problemlərimə xərclədiyini bildirmişdir. Bundan başqa X2 şikayəti üzrə bildirirmişdir ki, Ceyhunəni üzun müddətdir ki, tanıyır, belə ki, o əvvəllərdə lotoreya oynayıb və növbəsi çatanda pulunu götürmüşdür. O, 2019-cu ilin iyulun 5-dən oyuna qoşulmuş və hər ay üçün 200 manat olmaqla 2020-ci ilin mart ayıda daxil olmaqla ondan ümumilikdə yaşadığı Gənçlər şəhərciyində 1800 manat pul almışdır. Cədvəl əsasında aprel ayında Ceyhunənin növbəsi mart ayında çatsada sonra pulları yıga bilməmiş və ona görədə Ceyhunənin pulunu aprel ayında ödədiyini və ona borclu qalmadığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2ylada münasibətlərim yaxşı olub oda lotoreya oynuna qoşulmuş və onun lotoreya pulunu ödəmişdir. Lakin onun qızıl satan dükanda tanışı olduğu üçün, Məlahətə tanışından nisiyə qızıl zinyət əşyalrı götüzdürərək, həmin qızılları alıb ondan sataraq ona həmin qızıl zinyət əşyaların pulunu özü hissə -hissə ödəyəcəyini bildirdiyini və Məlahət etiraz etmədiyi üçün xx.xx.2020-ci il tarixdə, o, nisiyyə qızıl zinyət əşyaların ondan alıb satdığını və həmin qızıl zinyət əşyalarının pulunu qismən ödəsədə lakin imkanı olmadığından Məlahətə qızılın pulundan 2750 manat borclu qaldığını bildirmişdir. Bundan başqa X5 şikayət ərizəsi üzrə bildirirmişdir ki, o lotereya oyununa qoşularaq 2019-cu ilin sentyabr, oktyabr və dekabr ayının 5-dən hər ay üçün 300 manat olmaqla hissə-hissə ümumilikdə 1500 manat pul ödədiyini, bundan başqa Səbinədən 2020-ci ilin fevral ayının əvvəllərində 470 manat dəyərində nisiyyə ətir almaqla ümumilikdə Şəbinə Rəfiyevaya 1970 manat borclu qaldığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 şikayəti üzrə bildirirmişdir ki, onu təxminən 7 ildir ki, tanıyır, münasibətlləri yaxşı olmuşdur, o da, lotereya oynunda iştirak etmiş və belə ki, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün hər ayın 5-də 300 manat pul ödədiyini və əlavə ondan 100 manat 2019-cu ilin dekabrın 5-də borc almaqla ümumilikdə Zərərçəkmiş şəxs5 1000 manat borclu qaldığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qonşusudur, onu 7-8-ildir ki, tanıyır və münasibətləri yaxşı olmuşdur. Təbiət yaşadığları məhlədə loteraya pulu yığıb payladığını və uzun müddət lotoreya oynayaraq pullarını vaxtında götürdüyünü bildirmişdir. Lakin o, 2020-ci ilin yanvar ayın 5də lotoreya oynamaq üçün hər ay 500 manat olmaqla ümumilikdə 1500 manat pulu Gənclər şəhərciyində Təqsirləndirilən şəxs ödəmiş lakin həmin pulları Təbiət mənimsədiyini bildirmişdir. Ona görədə ondan şikayət etdiyini göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təbiət Nəsirova ilə qonşudur və 5-ildir ki, onu tanıyır. Münasibətləri normal olubdur. Təbiət yaşadıqları məhlədə loteraya pulu yığıb payladığını ildirmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Təbiətin çətinliyi olduğu üçün ona maddi kömək etməsini xahiş etdiyindən, ona kömək etmək məqsədi ilə özüdə daxil 8-nəfər tanış şəxslərdən lotoreya oyununa qoşmaq üçün hər birindən 500 manat olmaqla ümumilikdə 4500 manat toplayıb yaşadıqları Gənclər şəhərciyində 5 yanvar tarixində Təbitə verdiyini və Təbiət birinci oyunçu olduğu üçün pulu o, götürdüyünü bildirmişdir. 2020-ci ilin fevral ayının 5-də isə 1000 manat borc olmaqla əlavə yığdığı 6800 manat -yəni toplam 7800 manat pulu Təbiətə yenə Gənclər şəhərciyində verdiyini və toplam ümumilikdə 11300 manat lotoreya pulu və 1000 manatda borca verməklə ona 12300 manat pul verdiyini bildirmişdir. Həmin pulların 10000 manatın Təbiət ona qaytardığını, lakin 2300 manat borclu qaldığını göstərmişdir. Borclu qaldığı 2300 manat pulu fevral ayının 5-də Abşeron Gənglər şəhərciyində Təbiətə verdiyini və sonradan Təbiət pulları götürüb və yaşadığı mənzildən çıxıb getdiyi üçün ondan şikayət etdiyini göstərmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Mürvət qızı ifadəsində göstərmişdir ki, Təbiət Nəsirovam 2019-cu ilin noyabrından tanıyır, o, yaşadıqları məhəllədə Lotoreya pullarını yığıb payladığım göstərmişdir. 2019-cu ilin noyabrından onun yaratdığı iki qrupda oynamağa başladığını bildirmişdir. Hər ay 5-də Təbiətə 500 manat pul ödəməklə 2020-ci ilin yanvar ayıda daxil olmaqla birinci qrup üçün 1500 manat, ikinci qrup üçünsə hər ay 200 manat olmaqla 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayıda daxil olmaqla 8 ay üçün 1600 manat yəni iki qrup üçün ümumilkdə 3100 manat Təbiətə pul ödədiyini göstərmişdir. Həmin pulların hamısını Abşeron Gəncllər şəhərciyində verdiyini, lakin sonradan Təbiət pulları götürüb və yaşadığı mənzildən tərk edib çıxıb getdiyindən ona polisə şikayət etdiyini göstərmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 elan olunmuş ifadəsindən görünür ki, Təbiət Nəsirova ilə bir məhəllədə yaşayır və onu 10-ildir ki, tanıyır. Təbiət Gənclər şəhərciyində loteraya pulu yığıb payladığını və onunla normal münasibəti olduğunu bildirmişdir. O, Gənclər şəhərcəiyindən lotoreya oyunlarının pulunu yığıb paylamaqla məşqul olan Təbiət Nəsirovaya 2017-ci ilin müxtəlif vaxtlarda hər ay 300 manat, 700 manat və 1000 manatdan, 2000 manatdan və başqa məbləğlərindən lotoreya oynayıb ondan pullarını almamışdır. O, pullar yığılsın birdəfəlik sənin pullarını verəcəyəm dediyindən ctraz etməmiş, o pulların bir qismini qaytarsada, 2100 manat borclu qalmışdır. Borclu qaldığı pulları 2019-cu ilin sentyabr ayının 5-dən hər ay üçün 300 manat civarında 2020-ci ilin mart ayıda daxil olmaqla ödədiyi 2100 manat pulunu Təbiətdən geri ala bilməmişdir. xx.xx.2020-ci il tarixində Təbiət digər şəxslərə borclu olduğunu və həmin şəxslərin pullarını vermədiyi üçün ondan şikayət etdiklərini eşeidib pullarını Təbiətdən Nəsirovadan geri almaq üçün polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Təbiət adlı qadın eyni məhəllədə yaşadığını və onu 6-7 aydır ki, tanıyır. Təbiət Gənclər şəhərciyində loteraya pulu yığıb payladığını və 2019-ci ilin oktyabr ayında hər ay üçün hər adam başına 200 manat olmaqla lotoreya oyununa qoşulmaq məqsədi ilə Təbiətə Gənclər şəhərciyində 2400 manat pul ödəmişdir. Beləki həmin oyuna bacısınında qoşmaqla, bacısıyla birlikdə hər ay 400 manat xx.xx.2020-ci il tarixədək Təbiətə pul ödədiyini sonra Təbiət digər şəxslərə borclu olduğunu və həmin şəxslərin pulunu vermədiyi üçün şikayət etdiklərini eşidib, pullarını geri almaq üçün polisə gəlib ərizə ilə müraciyət etmişdir. Təbiətə hər ayın 5-dən 2019-cu ilin oktyabr ayından 2020-ci ilin maret ayıda daxil olmaqla hər ay üçün 400 manat pulu Abşeron Gəncllər şəhərciyində verdiyini bildirmişdir. Bacısının pullarını isə özü ödədiyini göstərmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərəçəkmiş şəxs X2 elan olunmuş ifadəsindən görünür ki, Təbiət adlı qadın qonşudur və onu 10-ildir ki, tanıyır münasibətləri yaxşı olmuşdur. Təbiət Nəsirova yaşadığı məhlədə loteraya pulu yığıb payladığı üçün 2019-ci ilin iyul ayından onun lotoreya oynunda, iştirak etmiş və aralarında pul ilə bağlı narazılıq olmamışdır. 2019cu ilin iyul ayının 5-dən başlayaraq hər ay üçün 200 manat olmaqla 2020-ci ilin mart ayında daxil olmaqla ümumilikdə 1800 manat pul ödəmişdir, eyni zamnda 700 mant borca Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. Ümumilikdə Təbiətə 2500 manat pul verdiyini, şikayət etməmişdən əvvəl Təbiət 700 manat pulunu geri qaytardığını lakin 1800 manatı qaytarmadığını göstərmişdir. 2020-ci ilin mart ayının ortalarında Təbiət telefonun söndürüb və yaşadığı evi tərk etdiyini və çoxlu şəxslər şikayət etdiyini eşidib, pullarını geri almaq üçün polisə gələrək ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ilidi ki, tanıyır və onun latareya oynadığını eşidib, lotoreya oynuna qoşulmaqla, 2019-cu ilin noyabr, dekabr, yanvar ayları hər ay bir latareya üçün 300 manat olmaqla cəmi 900 manat, 2019-cu ilin dekabrında başqa bir qrup üçün 300 manat pul ödədikdən sonra latareyanın pulunun götürülməsi üçün növbə ona çatarkən o, müxtəlıif bəhanəllər gətirərək, pullar tam yığılmadığını və biraz gözləməsini təklif etdiyindən onunla razılaşmışdır. Sonradan o, “əgər mağazada tanışın varsa soyuducu, telvizor kreditə görtür adına mən satım sənin pulunu verim, mağazanın pulunu isə mən özüm sənə hər gün 20 manat göndərrəm maqazaya ödəyərsən” dedikdə ona maqazada elə tanışı olmadığını lakin Bakı şəhərində yerləşən Moskva unvermagında qızıl satan tanışının olduğu və qızıl götürə biləcəyini dedikdə, o, “onda gedək qızıl götürək və mən satım sənin pulunu verim oranın pulunu mən hissə hissə ödəyərəm” dedikdə onunla razılaşaraq xx.xx.2020-ci il tarixdə Təbiətlə birlikdə Moskva Unvermagına gedərək oradan 585 əyarlı öz adına iki dəst qızıl zinmyət əşyaları götürmüşdür. Dəstin içərisində bir cüt sırğa, bir qolbağ, bir sep və üzük olmaqla 1775 manata, əlavə digər dəst, 981 mant dəyərində bir cüt sırğa, bir ədə üzük, bir cüt sırğa, klonu ilə birlikdə və əlavə olaraq 694 manat dəyərində bir cüt sırğa və üzüyü nisiyə götürüb həmin qızıl zinyət əşyalarını Təbiətə verdiyini bildirmişdir. Həmin qızılları Təbiət hansı qiymətə satdığını bilmədiyini, lakin lotoreyaya olan borcunu bağladığını və əlavə olaraq qızılların pulundan 700 manat ödədiyini və qızıllatrın pulundan 2750 manat borclu qaldığını lakin həmin pulu qaytarmadığından qızılların pulunu mağazaya özü ödəməklə Təbiətdən polisə şikayət etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərə çəkmiş şəxs X6 elan olunmuş ifadəsindən görünür ki, Təbiət adlı şəxsi 2019-cu ildən tanıyır, o, qonşusudur və bir binada yaşamaqla ümumi mübnasibətləri yaxşıdır. Ətriyat əşyaları satdığını, sonra Təbiət Nabıyevanın latariya oynamaq üçün qrup yaratdığından, həmin qrupa qoşulduğunu bildirmişdir. Belə ki, 2019cu ilin oktyabr ayından latareya oynamağa başlamışdır. Hər ayın 5-də 300 manat pul ödədiyini, növbəlik əsasında 2020-ci ilin mart ayında 1500 manat pul götürməliymiş. Lakin Təbiət ona çatacaq pulu ödəməmişdir. Eyni zamanda işlədiyi ətriyyat dükanından hissə hissə olmaqla 2020- ci ilin sentyabr ayından başlayaraq ətirlər götürüb istifadə edirdi və ətirllərin pulunu gecikməylədə olsa ödədiyini, lakin 2020-ci ilin dekabr ayının 10-da işlədiyi Abşeron rayonun Gənclər şəhərciyində yaşadığım evdə ona 470 manat məbləğində ətryat vermiş, amma o, aldadaraq pulumu ödəmədiyini göstərmişdir. Nəticədə o, aldığı 470 manat dəyərində ətriyat məhsullarının pulunu və 1500 manat latareya pulumu mənimsə məklə ümumilikdə 1970 manat pulunu ələ keçirtdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 7-ildir ki, tanıyır və tanıdığı müddət ərzində onunla latareya oynamış və vaxtı-vaxtındada latariya pullarını Təbiət qaytarmışdır. Sonradan hər ayın 5 tarixndən başlayaraq 2020-ci ilin Yanvar, fevral, mart ayı üçün hər ay 300 manat olmaqla 900 manat lotoreya pulu ödəmiş, 2019-cu ilin dekabrında isə 100 manat borc pul verdiyini bildirmişdir. Ümumilikdə Təbiət 1000 manat pulunu mənimsədiyini göstərmişdir. Hazırda isə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, X8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 01 iyun 2020-ci il tarixdə Abşeron rayon Pİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi polis kapitanı İlkin Kərimov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-ci maddələri ilə başlamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə əsaslı şübhələr olduğu müəyyən edilmiş, lakin o, istintaq orqanından qaçıb gizləndiyi üçün barəsində şübhəli şəxs kimi müstəntiq İlkin Kərimov tərəfindən xx.xx.2020-ci il tarixdə axtarış elan edilərək həmin tarixdə cinayət işinin istintaqı dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işinin istintaq icraatı sabiq müstəntiq İlkin Kərimov tərəfindən təzələnərək icraata qəbul edib istintaqı davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin madəllərdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2021-ci il tarixli Abşeron rayon məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri barədə Abşeron rayon məhkəməsinin qərarı ilə razılaşmayaraq Apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin cinayət kollogiyasının 22 yanvar 2021-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində xx.xx.2021ci il tarixli qərarı ləgv edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. 22 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində olan ********** nömrəli cinayət işinin istintaq icraatı dayandırılmışdır. 11 noyabr 2022-ci il tarixində Təqsirləndirilən şəxs Abşeron RPİ- nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Abşeron rayon MSY-nə təhvil verilmişdir. 11 noyabr 2022-ci il tarixdə cinayət işinin icraatı müstəntiq Kərim Xələfov tərəfindən təzələnərək icraatına qəbul edilib istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Kərim Xələfov Təqsirləndirilən şəxs barəsində 1 ay 25 gün həbs qətimkan tədbiri seçilməsi üçün, Abşeron rayon Prokuroruna müraciət etmiş, Abşeron rayon Prokuroru tərəfindən Abşeron rayon məhkəməsinə təqdimat vermiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 19 dekabr 2020-ci il tarixdən, 22 yanvar 2021-ci il tarixidək həbsdə və ev dustaqlığında olması nəzərə alınmaqla onun barəsində Abşeron rayon Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli qərarı ilə seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbirinin qüvvədə saxlanılması və onun həbsetməsinin əvəlli tutulduğu vaxtdan hesablanmalıdır ifadəsi kimi oxunması göstərmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Kərim Xələfov Cinayət işinin İptidai istintaq müddətinin uzadılması barədə Abşeron rayon prokuroruna vəsatət verilmiş, Abşeron rayon prokurorunun təqdimatı əsasında Azərbaycan Respubilkası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 28 dekabr 2022-ci il tarixdə cinayət işinin ibtidai istintaq müddəti 05 ayadək, yəni 02 yanvar 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən 02 mart 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 dekabr 2020-ci il tarixdən, 22 yanvar 2021-ci il tarixidək həbsdə və ev dustaqlığında olduğu 01 ay 3 gün, 11 noyabr 2022-ci il tarixdən 19 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 08 (səkkiz) gün olmaqla, cəmi 07 ay 11 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinin alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 dekabr 2020-ci il tarixdən 22 yanvar 2021ci il tarixidək həbsdə və ev dustaqlığında olduğu 01 ay 3 gün, 11 noyabr 2022-ci il tarixdən 19 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 08 (səkkiz) gün müddət olmaqla, cəmi 07 ay 11 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-479/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-479/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver