Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-479/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncunun bir ədəd, sağ budun iki ədəd, sol budun bir ədəd, sol sarğının deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, tanıyır və Təbrizdə Gənclər şəhərciyində yaşayır. Onunla arasında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində Sumqayıt şəhərində bayram atəşfəşanlığından çıxaraq Xırdalan şəhəri Gənclər şəhərciyinə gəlmişlər. Həmin vaxtı Gənclər şəhərciyində olarkən tanımadığı uşaqlar ona yaxınlaşaraq onlara qarşı Zərərçəkmiş şəxs təhqiqarmiz ifadələr işlətməsini bildirmişlər. Həmin uşaqlardan nəyə görə Təbriz tərəfindən söyüldüyünü soruşduqda onlar məhlədə oynadıqları üçün Təbriz tərəfindən söyüldüklərini izah etmişlər. Bundan sonra Təbrizin hərəkətlərindən əsəbləşmiş və xx.xx.2024-cü il tarixdə saat təxminən 03 radələrində Təbrizin yaşadığı binanının qarşısına getmişdir. Həmin vaxtı küçədə olan marketdən əvəllər tanıdığı Turabın çıxdığını görüb onunla görüşmüş və ondan Təbrizin telefon nömrəsini istəmişdir. Turab Təbrizin nömrəsini vermiş və o, nə məsələ olduğunu soruşduqda o, məhlədə olan uşaqları əsasız yerə söyüb ona görə də onunla söhbət etmək istəyir ki, nəyə görə uşaqları söyübdür deyə cavab vermişdir. Bu anda Turab özü Təbrizə zəng vuraraq Təbrizdən xahiş etmişdir ki, aşağı düşsün. Sonra Turalın telefonunu götürüb özü onunla danışmışdır. Həmin vaxt, məhəllədə olan uşaqları niyə söyməsini Təbrizdən soruşduqda o, kobud cavab verərək“gecə saat 03-də mənə niyə buna görə zəng vurmusan”deyə cavab vermişdir. Ona görə aralarında telefonda mübahisə baş vermiş, mübahisə zamanı ona binanızın qarşsmdayam düşə bilirsənsə düş aşağı söhbət edək dedikdə, Təbriz aşağı düşmüşdür. Bundan sonra binanın kənarına çəkilərək, orada görüşmüşlər. Bu anda Təbriz “neçə nəfərsiz” dedikdə ona təkəm səninlə dərtləşmək istəyirəm nəyə görə məhlədə uşaqları söymüsən deyə soruşmuş, bu zaman Təbriz kənara çəkilmiş və “gəl burda söhbət edək” ona dava məqsədi ilə gəlmədiyini demişdir Himin vaxt sol sifət nahiyyəsindən Təbriz yumuruqla zərbə endirdiyindən onu kənara itələmişdir. Bundan sonra o, cibindən bıçaq çıxararaq dodaq nahiyyəmdən və digər nahiyyəsindən 2 dəfə bıçaqla vurmuşdur. Həmin vaxt kənara çəkilib özünə məxsus olan Opel Astra markalı 01-CM- 185 dövlət qeydiyyat nişanlı avtomobilə gəlib avtomobildə arxa yük yerində qoyduğu qatlanan sarı rəngli bıçağı götürüb Təbrizin yanma gələrək onun ayaq nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Onu bıçaqla vurandan sonra o, yıxıldığından uzaqlaşaraq çxıb getmişdir. Həmin vaxtı yanında olan Tural onları ayırmaq istəsədə lakin Təbriz sakitləşməyərək onun üzərinə gəlirmiş. Aralarında olan mübhaisə təxminən 5-10 dəqiqə davam etmiş, kənar şəxslərin orada olmamış və Təbrizi vurandan sonra bıçağı zibil yeşinə tullamışdır. Mübahisə vaxtı Turab Təbrizin qolundan tutmamış, sadəcə Təbrizi sakitlədirmişdir. Təbriz tərəfindən ünvanına söyüş söyüldüyü və sifət nahiyyəsindən vurulduğu üçün onu bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin heç bir şikayəti yoxdur. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində yeni illə əlaqədar binanın aşağısına enmiş, bu zaman orada 2 nəfər azşaylı uşağın nəlalayiq ifadələr işlətməsini görüb onlara irad bildirmişdir. Bundan sonra bayram axşamı olduğu üçün evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 03 radələrində evdə olarkən Akif telefonla yığaraq “düş aşağr’desədə əvvəlcə evdən çıxmaq istəməmişdir. Bundan sonra Turab Akifin telefonu ilə onunla danışaraq “düş narahat olma” dediyindən Turabı tanıdığı üçün aşağı enmişdir. Bu anda Akif binanın qarşısında avtomobilində gözlədiyini görmüş və o, “otur maşına” dedikdə ondan nə məsələdir deyə sormuşdur. Həmin an o, sol qolundan tutaraq avtomobilə əyləşdirmək istəsədə, avtomobilə əyləşməmişdir. Bu anda Akiflə aralarında mübahisə baş vermiş? mübahisə zamanı Akif nəlayiq ifadələr işlətdiyindən bıçaq çıxararaq üzərinə hücum etdikdə binanın yuxarı hissəsinə qaçmış lakin Akif arxasınca gələrək həmin vaxt orada olanTurab tərəfindən tutularaq yerə yıxılmış, Akif isə bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr endirərək qaçıb getmişlər. Sonradan dayısı oğlu Ramin gələrək onu avtomobil ilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, adı Turab olsada el arasında Tural kimidə çağırırlar. Rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs ilə qonşu olublar, onunla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. Belə ki, Akif həm də Gənclər şəhərciyində saç ustası kimi də fəaliyyət göstərir, xx.xx.2023-cü il tarixdə Akiflə birlikdə yeni ilə bayramına qatılmaq üçün Sumqayıt şəhərinə getmişlər, orada atəşfəşanlığa baxıb yenidən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Gənclər şəhərciyinə qayıtmışlar.Həmin vaxt avtomobil ilə gənclər şəhərciyindən keçərkən 42-cü blokun yanında tanımadığları azyaşlı uşağın ağlamasını görüblər. Həmin vaxt Akif həmin uşaqdan ağlamasının səbəbini soruşduqda o, Təbriz tərəfindən söyüldüyünü bildirmişdir. Akifdə Təbrizin nömrəsini kimdənsə götürmüş və onun telefonu ilə Təbrizə zəng vurmuş, Təbriz ilə telefonda danışıb nəyə görə azyaşlı uşağı söydüyünü soruşmuş, həmin vaxt telefonda onların arasında bununla əlaqədar mübahisə baş vermiş və Təbriz həmin vaxtı Akifi təqhir etmişdir. Bundan sonra Təbrizin yaşadığı 43-cü blokun qarşısına getmişdir. Akif Təbrizə binanın qarşısında olduqlarını demişdir. Bu zaman maşında olarkən Təbrizin qohumu Ramin gəlmiş avtomobildən düşərək onu tanıdığı üçün ona yaxınlaşmış və salamlaşmışlar. Bundan sonra Ramil Təbrizi nəyə görə çağırdığını soruşduqda “o, uşaqlar ağlayır ki, Təbriz onları söyüb ona görə də maraqlanmaq istədik ki, nəyə görə Təbriz onları söyübdür” deyə cavab vermiş və onunla qol-qola girib pilləkənlə yuxarı qalxmışlar. Ramil ilə söhbət edən zaman orada olan “Həkəri” kefesinin qarşısında oturacaqda əyləşmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində binanın qarşısında səs-küy gəldiyini eşidib hər ikiləri binamın qarşısına pilləkən tərəf yaxınlaşmışlar həmin vaxt Akif Təbrizə bıçaq zərbəsi endirdiyini görmüşlər. Dərhal onlara yaxılaşmış, həmin vaxtı Təbriz arxası üstə uzanmış vəziyyətdə olmuş və yaxınlaşan kimi Təbrizin əlindən bıçağı alıb yerə atmış, sonra isə Akifin sifəti qan içində ola-ola qaçıb oradan getdiyini görüb onun arxasınca qaçaraq oradan uzaqlaşıb evə getmişdir. Həmin vaxt Təbrizi vurmamışdır. Akiflə Təbriz mübahisə edərkən orada olmamış, həmin yerə sonradan gəlmiş, həmin yerə çatanda Təbrizin əlində bıçaq olduğunu görmüşdür.Sonradan bilmişdir ki, Təbriz həmin bıçaqla Akifin sifətindən əvvəlcə vuraraq qaçmış və Akifdə Təbrizin dalınca qaçaraq onu bıçaqla vurmuşdur. Mübahisə vaxtı Təbrizi tutmamışdır, o cümlədən onun belində oturmamış,Təbrizin qohumu Ramil ondan 80000 manat pul istəmiş və verməyəcəyi təqdirdə ondanda şikayət edəcəklərini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - "MTE və PA ETT Birliyi" X6 xx.xx.2024-cü il tarixli 618 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sağ yanaq nahiyəsinin çapıq toxuması deşilmişkəsilmiş yaranın izi olmaqla iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinintəsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - "MTE və PA ETT Birliyi" X6 xx.xx.2024-cü il tarixli 697 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – qarının ön divarında orta qasıq nahiyəsinin daxilə keçərək uretranın zədələnməsinə və daxili qanaxmaya səbəb olan 1 ədəd kəsilmiş-deşilmiş yarası, eləcə də, sağ bud nahiyəsinin 2 ədəd, sol bud nahiyəsində qamış sinirinin zədələnməsinə və sol ayaqda bir qədər hərəkət məhdudluğuna və hissi pozğunluğa səbəb olan 1 ədəd, sol sağrının 1 ədəd deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 5 ədəd) iti kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -“Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki,240270284 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı davam etdirilmişdir. - Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-400/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Vasf oğlu barəsində istintaq müddətinin sonunadək yəni 07 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarix, saat 13:00-dan hesablanmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-517/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanəlm amüddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-700/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay yəni, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-788/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Komisyon Məhkəmə-Tibbi ekspertizasının təyin edilməsi haqqında qərarın icrası ilə bağlı zərərçəkən Zərərçəkmiş şəxs Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyinin MTE və PA ETTB-im məhkəmə-tibbi ekspertizasına çatdırılması qərara alınmışdır. - Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli, T 743/2024 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qasıq nahiyəsində uretranın antiqrad hissəsinin qismən zədələnməsi ilə müşayiət olunan bir ədəd, sağ budun iki ədəd, sol budun bir əddə, sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif eidlməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmuş, həmçinin ibtidai istintaq zamanı ona elan edilmiş 06 may 2024cü il tarixli ittihama dəyişiklik etmək zərurəti yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş və iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 697 №-li rəyində Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır xəsarət olduğu göstərilsə də, təkrar komisyon MTE-sı PAB-nin X6 T 743/2024 saylı rəyi əsas götürülmüş, iş üzrə MTE-sı PAB-nin X6 xx.xx.2024-cü il tarixli T 743/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 618 saylı rəyləri, haadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, didirmə protokolları, təqsirləndirilən şəxsin etirafedici ifadəsi və ifadənin yerində yoxlanılması protokolları iş materialları ilə öz təsdiqini tapdığından sübutun bir növü kimi qiymətləndirilmişdir. - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(012)-479/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-479/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver