Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-48/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 yanvar 2020-ci il tarixdə saat 21:00 radələrindən Zərərçəkmiş şəxs1 oğlunun Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi yaşayış evinin həyətinin giriş hissəsinə qoyulmuş taxta qapını açaraq həyətə daxil olmuş evin pəncərəsinin olmamasından istifadə edib pəncərədən qanunsuz daxil olaraq evin zirzəmisindən 1(bir) ədəd 120(yüz iyirmi) manat dəyərində istifadə edilmiş “Bosch” markalı laqondanı , evin birinci mərtəbəsindəki otaqdan 1(bir) ədəd 80(səksən) manat dəyərində istifadə edilmiş od samovarını, 50(əlli) metr uzunluğunda 50(əlli) manat dəyərində elektrik kabelini , 48(qırx səkkiz) manat dəyərində 6(altı) ədəd slikon yapışdırıcıları , hər biri 8(səkkiz) manat olmaqla 20(iyirmi) qutu 160 (bir yüz altmış) manat dəyərində tavan üçün şurupları və 1(bir) ədəd 20(iyirmi) manat dəyərində daş baltasını oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 478(dörd yüz yetmiş səkkiz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 17.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 oğlunun şikayət ərizəsi əsasında toplanmış material əlavə edilmişdir. Qeyd olunan material üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 yanvar 2020-ci il tarixdə günorta vaxtı Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi , Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan 1200 (min iki yüz) manat dəyərində elektrik naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğuldur, Abşeron rayonu Saray qəsəbəsi X4 küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Atası cinayət törətməsi səbəbindən 2 (iki) ildir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Bayramdan sonra atasının yanına cəzaçəkmə müəssisəsinə getmək üçün maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmiş, 03.01.2020-ci il tarixdə Saray qəsəbəsi üzümlük massivində yeni inşa edilmiş evlər olan məhəllədə gəzərkən taxtadan qapısı olan yeni inşa edilən evin olduğunu görüb evin həyət qapısına qoyulmuş taxta qapını açaraq həyətə daxil olduğunu, evin pəncərə və qapısı olmadığı üçün evə rahatlıqla pəncərədən daxil olaraq evdən bir ədəd od samovarı, təxminən 50 metr uzunluğunda kabeli, 16 ədəd slikon yapışdırıcıları, 1 ədəd daş baltasını, 20 qutu tavan üçün şurupları sellofan torbaya yığıb həyətə çıxdığını, həyətdə olarkən evin zirzəmisinin açıq olduğunu gördüyünü oradan içəri baxdıqda evin zirzəmisində işlənmiş laqonda olduğunu gördüyünü həmin laqondanı da götürüb oradan piyada evinə gəldiyini və həmin əşyaları evində gizlətdiyini, səhəri gün isə 04.01.2020-ci il tarixdə həmin əşyaları Sumqayıt şəhəri əşya bazarı adlanan ərazidə dəyər dəyməzinə usta kimi işləyən tanımadığı şəxslərə satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs maddi vəziyyətinin yaxşı olmadığı üçün yenə Abşeron rayonu Saray qəsəbəsi ərazisində olarkən bir evin tikilməkdə olduğunu evdə yaşayış olmadığı görüb həmin evə daxil olmağa qərar verdiyini hasardan aşaraq həyətə daxil olduğunu evin plastik pəncərəsini açaraq evə daxil olduğunu lakin evdə təmir işləri aparıldığı üçün evdə heç bir əşyanın olmadığını görüb evin elektrik naqillərini sökmək qərarına gəldiyini bildirmişdir. O, evin divarında olan elektrik naqillərini dartaraq qopardığını, bundan sonra elə həmin günü Sabunçu bazarına gedərək əldə etdiyi naqilləri orada tanımadığı şəxsə 36 manata satdığını bildirmiş, əldə etdiyi pulları isə şəxsi ehtiyyaclarına xərcləmişdir Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət törətdiyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində üzümlük massivində torpaq sahəsi almış, həmin torpaq sahəsində yaşayış evi inşa etdirmişdir. Evin tikintisi başa çatsada da, pəncərə və qapıları vurulmadığını, 20 dekabr 2019-cu il tarixdən etibarən müvəqqəti olaraq təmir işlərini dayandırıldığını, 10 yanvar 2020-ci il tarixdə Saray qəsəbəsində inşa etdiyi evə gələndə evin zirzəmisində qoyduğu 1 ədəd istifadə edilmiş 120 manat dəyərində «BOSCH» markalı laqondanın, evin 1-ci mərtəbəsindəki otaqdan 1 ədəd 80 manat dəyərində od samovarının, 50 metr uzunluğunda 50 manat dəyərində elektrik kabelinin, 48 manat dəyərində silkon yapışdırıcıların, hər biri 8 manat dəyərində 20 qutu tavan üçün şurupların, 1 ədəd 20 manat dəyərində daş baltasının oğurlandığını aşkar etdiyini, 20.12.2019-cu il tarixdən 10.01.2020-ci il tarixədək özünün və ustaların evdə olmadığı üçün oğurluğun hansı tarixdə olmasını dəqiq bilmədiyini, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 478 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, ünvan 4 ünvanında yaşayır. Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmin evi təmir etmədiyi üçün hal-hazırda həmin evdə yaşayış yoxdur. Vətəndaş Zərərçəkmiş şəxs2 arabir həmin evə gedib baş çəkdiyini, sonuncu dəfə 07.01.2020-ci il tarixdə evə gedib baş çəkərkən evində olan elektrik sisteminin naqillərinin oğurlandığını aşkar etmiş və baş vermiş hadisə ilə əlaqədar Abşeron Rayon Polis idarəsinə ərizə ilə müraciət etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200(min iki yüz) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. İfadəsinin sonunda dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi, lakin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan Zərərçəkmiş şəxs1 Həsən oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 31.03.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12.01.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri növü ilə dəyişdirilməsi qərara alınmışdır. İş materiallarında olan 18.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25.09.2020-ci il tarixdə Abşeron RPİ-də 271110 nömrəli axtarış işi açılmış 11.10.2020-ci il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.03.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayonu İHB Saray qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abşeron rayonu Saray qəsəəsiu, M.Ə.Sabir küçəsində 44-№-li evdə qeydiyyatdadır, lakin Abşeron rayonu,Saray qəsəbəsi, Ş.Qurbanov küçəsi, №-9-li evdə qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında elan olunmuş ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri nin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11.01.2020-ci il tarixdən 12.01.2020-ci il tarixədək şübhəli şəxs qismində, 11 ay 17 gün həbsdə saxlanıldığı müddət olmaqla cəmi 11 ay 18 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11.10.2020-ci il tarixdən hal-hazıradək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı ümumilikdə 11 (on bir) ay 18(on səkkiz) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 (on bir) ay 18 (on səkkiz) gün şübhəli şəxs qismində və həbsdə saxlandığı müddət nəzərə alınaraq, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini Bakı şəhər və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayonu icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-48/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-48/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver