Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-48/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Sarıcalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yaşayan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Roma” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul müqabilində bir ədəd şəffaf selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 1.230 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib saxlayaraq Şahid3 taksi fəaliyyəti ilə məşğul olduğu “Ravon Nexia” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib daşımış taksi sürücüsü Şahid3 DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verməsindən sonra xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Bakı-Sumqayıt şossesi Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət postunun yaxınlığında yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında X5 Alayının 12-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin 01 ədəd şəffaf selofana bükülmüş 1,230 qram çəkidə psixotrop maddə olan metamfetamin və onu istifadə etdiyi şüşə kolba aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixotrop maddə istifadəçisidir, lakin qeyd olunan miqdar ilə razı deyildir, miqdarı çox göstərilib. Əməlindən peşimandır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Bunun nəzərə alınıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,bir ilə yaxındır ki psixotrop maddə istifadə edir. Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir neçə dəfə “Roma”kimi tanıdığı şəxsdən psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, yenə “Roma” adlı şəxsdən psixotrop maddə almaq üçün taksi sifariş etmiş və Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri “Heydər Əliyev” parkının yaxınlığında o, “Roma” adlı şəxslə görüşmüş və 15 manat pul müqabilində 01 büküm şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetamin almışdır. Bundan sonra, “Roma” həmin taksiyə əyləşmiş və həmin taksiylə o, “Roma” adı ilə tanıdığı şəxsi aparıb Xırdalan şəhəri “Misir parkı” adlanan ərazidə düşürmüşdür. Romanı düşürən zaman o, avtomobilin ön oturcağından arxa oturacağına keçmişdir. Taksi sürücüsünün diqqətinin yolda olduğunu görüb cibindən psixotrop maddəni çəkmək üçün istifadə etdiyi kolbanı çıxarıb aldığı psixotrop maddədən bir hissəsini həmin kolbanın içərisinə töküb istifadə etməyə başlamışdır. Bundan sonra, taksi sürücüsü avtomobili köşkün yanında saxlayıb siqaret almaq üçün getdiyini bildirmişdir. O, həmin taksi sürücüsü ilə yenidən Bakı şəhərinə qayıdan zaman Bakı-Sumqayıt şossesinin BDYPİ-nin Ekoloji Nəzarət postunun yaxınlığında yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında sürücü avtomobildən su almaq adı ilə düşmüş, bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşıb ona özlərini təqdim edərək birlikdə Abşeron RPİ-nə getməyi təklif etmişlər. O, heç bir etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə getmişdir. Polis idarəsində ona dövlət vəsaiti hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı elan edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanarkən ona ilk öncə hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdi etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş psixotrop maddə metamfetamini və metamfetamini istifadə etdiyi şüşə kolbanı çıxarıb iştirakçılara təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Təqdim etdiyi psixotrop maddədən başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş metamfetamin şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Həmin narkotik vasitəni o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Roma” adlı şəxsdən 15 manat pul müqabilində əldə etmişdir. O həmin şəxsi tanımamış, həmin şəxsin anket məlumatları barədə də heç nə bilməmişdir. Sadəcə olaraq o, həmin şəxsi Roma kimi tanımışdır. Həmin şəxsin adının və ya ləqəbinin Roma olmasından da məlumatı olmamışdır. O, həmin şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. O, psixi xəstəlik keçirməmiş, o, cümlədən müalicə olunmamışdır. O, psixotrop maddə aludəçisi olduğundan həmin psixotrop maddə olan metamfetamini sonradan istifadə etmək üçün almışdır. Üzərində aşkar olunandan başqa heç bir yerdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən iş üzrə şahid ƏÇPA-nın 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində 9683 saylı avtopatrulda iş yoldaşı Şahid2 ilə birlikdə hərəkətdə olarkən onlara radiostansiya vasitəsi ilə Abşeron rayonu ərazisində Bakı-Sumqayıt şossesində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığında yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsində bir nəfər şəxsin “Ravon” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitədən istifadə etməsi barədə məlumat verilmişdir. Onlar dərhal 9683 saylı avtopatrul ilə həmin qeyd edilən ünvana çatmışlar. Burada yanacaq doldurma məntəqəsinin içərisində onlara deyilən kimi Ravon markalı avtomobildə bir nəfər şəxsin halsız vəziyyətdə oturmasını və siqaretə bənzər nəsə çəkməsini müşahidə etmişlər. Həmin zaman bir nəfər şəxs onlara yaxınlaşıb adının Şahid3 olduğunu və “Ravon” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə aid olduğunu, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobilindəki şəxsi müştəri kimi götürdüyünü və həmin şəxsi tanımadığını və həmin şəxsin maşınında narkotik vasitə istifadə etdiyi üçün polisə məlumat verdiyini bildirmişdir. O və iş yoldaşı Şahid2 həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar maşına yaxınlaşaraq həmin şəxsi saxlayaraq nə istifadə etdiyini və niyə maşında uzanıb qaldığını soruşduqda həmin şəxs onlara psixotrop maddə metamfetamin istifadə etdiyini və hal hazırda da üzərində qanunsuiz olaraq psixotrop maddə saxladığını bildirmiş, üzərindən bir ədəd kolba, 01 ədəd şəffaf rəngli sellofan bükümündə içərisində ağ rəngli kristallardan ibarət olan bükümü, zajiqalka və telefonunu çıxarıb onlara təqdim etmiş, onlar da bundan sonra həmin şəxsin razılığını alıb 9683 çağırışlı avtopatrulla həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmiş, həmin şeyləri də növbətçi hissəyə təqdim etmişlər. Abşeron RPİdə müəyyən olundu ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Orada təhqiqatçı Aslan Allahverdiyevin otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə içərisində ağ rəngli kristallardan ibarət olan bükümü və şüşə kolbanı çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə psixotrop maddə olan metamfetamindir. Aydın həmin psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron-1” yaşayış kompleksinin yaxınlığında ünvanını və mobil telefonunu bilmədiyi, “Roma” kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. X4 rayonu ərazisində Bakı-Sumqayıt şossesində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığında yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsində müştəri kimi əyləşdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə psixotrop maddə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Aydına ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iş üzrə şahid ƏÇPA-nın 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində 9683 saylı avtopatrulda iş yoldaşı Şahid1 ilə birlikdə hərəkətdə olarkən onlara radiostansiya vasitəsi ilə Abşeron rayonu ərazisində Bakı-Sumqayıt şossesində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığında yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsində bir nəfər şəxsin “Ravon” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitədən istifadə etməsi barədə məlumat verilmişdir. Onlar dərhal 9683 saylı avtopatrul ilə həmin qeyd edilən ünvana çatmışlar. Burada yanacaq doldurma məntəqəsinin içərisində onlara deyilən kimi Ravon markalı avtomobildə bir nəfər şəxsin halsız vəziyyətdə oturmasını və siqaretə bənzər nəsə çəkməsini müşahidə etmişlər. Həmin zaman bir nəfər şəxs onlara yaxınlaşıb adının Şahid3 olduğunu və “Ravon” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə aid olduğunu, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobilindəki şəxsi müştəri kimi götürdüyünü və həmin şəxsi tanımadığını və həmin şəxsin maşınında narkotik vasitə istifadə etdiyi üçün polisə məlumat verdiyini bildirmişdir. O və iş yoldaşı Şahid1 həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar maşına yaxınlaşaraq həmin şəxsi saxlayaraq nə istifadə etdiyini və niyə maşında uzanıb qaldığını soruşduqda həmin şəxs onlara psixotrop maddə metamfetamin istifadə etdiyini və hal hazırda da üzərində qanunsuiz olaraq psixotrop maddə saxladığını bildirmişdir.Üzərindən bir ədəd kolba, 01 ədəd şəffaf rəngli sellofan bükümündə içərisində ağ rəngli kristallardan ibarət olan bükümü, zajiqalka və telefonunu çıxarıb onlara təqdim etmiş, onlar da bundan sonra həmin şəxsin razılığını alıb 9683 çağırışlı avtopatrulla həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmiş, həmin şeyləri də növbətçi hissəyə təqdim etmişlər. Abşeron RPİdə müəyyən olundu ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Orada təhqiqatçı Aslan Allahverdiyevin otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə içərisində ağ rəngli kristallardan ibarət olan bükümü və şüşə kolbanı çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə psixotrop maddə olan metamfetamindir. Aydın həmin psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron-1” yaşayış kompleksinin yaxınlığında ünvanını və mobil telefonunu bilmədiyi, “Roma” kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. X4 rayonu ərazisində Bakı-Sumqayıt şossesində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığında yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsində müştəri kimi əyləşdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobildə psixotrop maddə istifadə etməsi barədə məlumat daxil olmuşdur. Aydına ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Polis idarəsinə gətirilənək heç bir baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. İbtidai istintaqda şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, **- FD-*** dövlət qeydiyyat nişanlı Ravon Neksia markalı avtomobillə taksi fəliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 15:40-da Sabunçu rayonu Gənclər evinin qarşından sifariş qəbul etmiş və bir nəfər müştərini Xırdalan şəhərinə Kristal Abşeron YK-nin qarşına gətirmişdir. Yaşayış massivinin qarşında bir nəfər də əlavə olaraq tanımadığı şəxs avtomobilə əyləşmişdir. Müştəri həmin şəxsə 15 manat pul verib nə isə alıb cibinə qoymuşdur. Sonra isə isə Misir parkına tərəf getmişlər. Həmin şəxs “Misir parkı”nın yanında avtomobildən düşüb getmişdir. Taksi sifariş edən müştəri isə arxa oturacaqda əyləşmişdir. Sonra isə cibindən çıxardığı sellofandakı maddəni yandırb çəkməyə başlamışdır. Avtomobildən spesfık iy gəldiyindən o, həmin şəxsin narkotik vasitə istifadə etdiyini başa düşmüş və Xırdalan dairəsində Lokoil YDM-nin qarşında saxlayıb köşkdən su almaq adı ilə yerə düşmüş və bu barədə DİN-in 102 xidmətinə zəng edərək avtomobilində əyləşən sərnişinin narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra isə Tosoil YDM-nin yanına gedib orada dayanmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Onun avtomobilində əyləşən sərnişini avtomobilində yerə düşürərək xidməti avtomobilə əyləşdirmişlər. Onu da Abşeron RPİ-nə dəvət etmişlər. O, həmin sənişini birinci dəfə idi görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin və bir ədəd şüşə kolba aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 6/614 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddə.....” yazı və imzalar olan zərfdə 1 bükümdə təmiz çəkisi 1,230 qram aolan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,230 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,180 qramdır. Məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 6/766 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “01” ədəd şüşə kolba.....” yazı və imzalar olan zərfdə 1 ədəd uc hussəsinə göy rəngli borucuq birləşdirilmiş içərisində tünd qəhvəyi izlər olan şüşə predmetin daxilində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023-cü il tarixli, 3963 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işi üzrə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə qeydə alınır. Çəkilişin müddəti 20 dəqiqədir. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin 01 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetamin və onu istifadə etdiyi şüşə kolba aşkar edilir. Psixotrop maddə olan bükülü və onu istifadə etdiyi şüşə kolba kağız zərfə qoyularaq qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran və Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizası rəyləri və digər istintaq sənədləri ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə və saxlama cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun narkotik vasitənin miqdarının artıq göstərilməsi barədə dəlilini təsdiq edən hər hansı sübut işdə mövcud deyildir.Onun izahatı özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü ildə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü ildə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində 30 aprel 2023-cü il tarixli qərarla axtarış elan edilmiş, 20 iyun 2023-cü il tarixdə könüllü olaraq gəlmiş və 22 iyun 2023-cü il tarixdə MSY-dən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-220/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Abşeron RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində 03 gün tutma olmuşdur. Həmçinin, işin məhkəmə baxışında Təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən yayındığı üçün barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və tutulduğu 01 gün, cəmi 03 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 1,180 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd şüşə kolba hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 176 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Ağdam rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və tutulduğu 01 gün, cəmi 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 1,180 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd şüşə kolba hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 176 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Ağdam rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-48/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-48/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver