Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-480/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məhərrəmova Bənövşə Minəxan qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili X1iştirakları ilə xx xxxxxx 1986-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu Böyük Xınıslı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 28 may küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci və 133.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 28 may küçəsində, yerləşən fərdi yaşayış evində evində arvadı Məhərrəmova Bənövşə Minəxan qızı ilə evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəlməsinə sonuncunun irad bildirməsi səbəbindən aralarında baş vermiş ailə münaqişəsi zəmnində mübahisə zamanı 2009-cu il təvəllüdlü oğlu Şahid gözləri qarşısında xüsusi amansızllıqla ilə Bənövşə Məhərrəmovanın bədəninin müxtəlif nahiyyələrinə təpiklə və yumruqla zərbələr enidrərək ona sol saidnahiyyəsinin aşağı 1/3-nin, sol dirsək sümüyünün aşağı 1/3-nin yerdəyişməyən sınığı ilə müşaiyyət olunan qançır-şişkinliyi, sağ yanaq nahiyyəsinin sıyrıqları, bel nahiyyəsinin qançırından ibarət dərəcəsində görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək yenidən xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 28 may küçəsində dəfələrlə evə sərxoş vəziyyətdə gəlməsinə arvadı Məhərrəmova Bənövşə Minəxan qızının ona irad bildirməsi səbəbənindən aralarında baş vermiş ailə mübahisəsi zəmnində baş vermiş münaqişə zamanı B.Məhərrəmovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək sonuncunun bədənin müstəlifnahiyyələrinə təpiklə və yumruqla zərblər endirərək ona-sağ dirsək oynağı nahiyyəsinin həmin oynaqda hərəkət məhdudluğu və kəskin ağrı ilə müşaiyət olunan geniş qançır şişkinliyi, burun, hər iki bazu, bel nahiyyəsinin sağ yarısının, sağ bud nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol çiyin qurşağı, sol kürək nahiyyəsinin, qarın nahiyyəsinin sol yarısının sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə əzab vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci və 133.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şamaxı rayonu, Böyük Xınızlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 28 may küçəsində ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2008-ci ildə Məhərrəmova Bənövşə Minəxan qızı ilə rəsmi ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra münasibətləri normal olsada, lakin son zamanlar Bənövşə ilə yola gedə bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evdə olan zaman Bənövşəyə qapıda dayanmamağı və evə keçməyini demiş, bu zaman Bənövşə onun sözünə baxmayaraq evə keçməmiş, buna görə də onların arasında mübahisə yaranmış, mübahisə zamanı onlar yaşadığı evə keçmişlər, orada mübahisələrini davam etmişlər. Həmin vaxtı o, əsəbləşdiyi üçün Bönövşənin bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmuş, həmin vaxtı azyaşlı oğlu onları ayırmış, sonradan Bənövşənin qolu sındığı üçün o, Bənövşəyə polisə müraciət etməməsini xahiş etmiş, Bənövşə ilə birlikdə sınıqçının yanına getmiş, sınıqçıda Bənövşənin qolunu sarımışlar, bundan sonra Bənövşə ilə aralarında yenə mübahisələr olmuşdur. xx.xx.2020-ci il tarixdə Bənövşə hadisə ilə bağlı Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə müraciət etmiş, o, Bənövşəni onun sözünə baxmadığı üçün döymüş, bundan başqa onun Abşeron rayon polis idarəsinin Qobu polis bölməsindən çağırsalarda o, polisin cağırışlarına getməmiş, Bənövşə ilə aralarında mübahisələr isə davam etmiş, bundan sonra o, xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində evdə olarkən yenədə Bənövşə onun sözünə baxmadığı üçün Bənövşə ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, yenədə əsəbləşib Bənövşənin bədəninin müxtəlif nahiyyələrində təpiklə və yumruqla vuraraq xəsarət yetirmiş, Bənövşə bununla bağlı polisə müraciət etmiş, lakin o, polislərinn yanında Bənövşənin ondan şikayət etdiyini bilmiş, xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlayaraq Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da bundan imtina etməyərək polislərlə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir.Hazırda əməlindən peşman olduğunu,Bənövşə Məhərrəmova ilə barışdığını və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə dindirilən zərərçəkmiş şəxs Məhərrəmova Bənövşə Minəxan qızı ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 May küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nigahdan 1 övladı var.. Ailə həyatı qurduqdan sonra münasibətləri normal olsada, son zamanlar Elvinlə aralarında ailə daxili münasibətlər pozulmuşdur. Elvin evə tez-tez içkili vəziyyətdə gələrək onunla mübahisə edərək evdə söz söhbət etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, evdə olarkən bu zaman Elvin içkili vəziyyətdə evə gəlmiş, evə gəldikdən sonra o, Elvinə evə içkili gəlməyinə irad bildirmiş, elə bunun üstündə Elvinlə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Elvin yumruqla onun başına vurmaq istəyərkən o, əlini başına tutanda Elvin yumruqla zərbə vurmuş və o, sol qolundan xəsarət almış, bundan sonra o, polisə şikayət etməmiş, yaxınlıqda qonşusu olan sınıqçının yanına getmiş, qolunun sındığını demiş, sınıqçı da onun qoluna sarğı qoymuş, o, bununla bağlı heç kimə müraciət etməmiş, bu hadisədən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 01 radələrində Elvin yenə evə içkili vəziyyətdə gələrək onunla mübahisə etməyə başlamış, o da Elvinə içməyi ilə bağlı etirazını bildirəndə Elvin onun sağ yanaq nahiyyəsindən, bədəninin müxtəlif nahiyyələrindən təpiklə və yumruqla vurmuş, o da hadisə ilə bağlı DİN-in 102 xidmətinə və Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə müraciət etmişdir. Sonra polis əməkdaşları onun ərizə və izahatını almışlar. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Elvin evdə 700 qramlıq şüşədə olan araq içib yatmış, sonra o da yatmış, az bir vaxt keçməmiş Elvin ayağa durub ona bayıra çıxmağı demiş, o da Elvinə çöldə havanın soyuq olduğunu söyləmiş, Elvin isə səbəbsiz yerə yumruq və təpiklə onun başına, sifətinə, bədəninin müxtəlif nahiyyələrinə vurmuş, həmin günü saat 23:30-da Elvin onu evdə döyərkən evdə heç kim olmamış, səhəri gün yəni xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Elvin yenə evdə araq içib onu döymüş və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döyməyə davam etmiş, o, Elvinin əlindən çıxıb bayıra qaçmış, evinin qarşısında yamac hissədə Elvin ona çatmış və orada yumruqla onu vurub yerə yıxmış, Oda yamacdan təxminən 15 metrə dərəyə yuvarlanaraq oraya düşmüş, sonra dərədən çıxıb polisə zəng etmiş, Elvin onu döyən vaxt orada ikisindən başqa heç kim olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs Məhərrəmova Bənövşə Minəxan qızı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğunu göstərdi. Məhkəmə iclasında qanuni nümayəndə Məhərrəmova Bənövşə Minəxan qızının iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində iş üzrə zərərçəkmiş şəxs Məhərrəmova Bənövşə Minəxan qızının ifadəsində göstərdiyi xüsusastları bir daha təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 360 №-li rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Məhərrəmova Bənövşə Minəxan qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol said nahiyyəsinin aşağı 1/3-nin, sol dirsək sümüyünün aşağı 1/3-nin yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır-şişkinliyi, sağ yanaq nahiyyəsinin sıyrıqları, bel nahiyyəsinin qançırı; bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 580 №-li rəyindən görünür ki,1985-ci il təvəllüdlü Məhərrəmova Bənövşə Minəxan qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağı nahiyyəsinin həmin oynaqda hərəkət məhdudluğu və kəskin ağrı ilə müşaiyət olunan geniş qançır şişkinliyi, burun, hər iki bazu, bel nahiyyəsinin sağ yarısının, sağ bud nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol çiyin qurşağı, sol kürək nahiyyəsinin, qarın nahiyyəsinin sol yarısının sıyrıqları; bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməiki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxs Məhərrəmova Bənövşə Minəxan qızı ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-cü maddəsi ilə cinayət tərkibi vardır, onun əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur.Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, o cümlədən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə iş üzrə ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Cinayət işində olan Şamaxı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Böyük Xınıslı kəndinin sakinidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasəncinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxshazırki cinayət işi üzrə ibtida araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olmuş və xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin sonradan məhkəmədən də gizləndiyi üçün barəsində axtarış elan edilmiş və barəsində olan qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, xx.xx.2020-ci il tarixdə o, tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı cəmi 02 (iki) ay 11 (on bir) gün müddət cəzasından, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzanın iki gün müddətinə hesablanmaqla, cəmi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə qeydiyyatda olduğu yaşayış yeri üzrə, yəni Abşeronrayonu, Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətilməsində təqsirli bilinsin və ona 03 (üç) ilmüddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı cəmi 02 (iki) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq cəzasından, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzanın iki gün müddətinə hesablanmaqla, cəmi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu, Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-480/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-480/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver